ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
KAMANÇA VƏ SIMFONIK ORKESTR ÜÇÜN ILK KONSERTLƏR SILSILƏSINDƏN
Yaqut SEYIDOVA
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AŞIQ SƏNƏTI – AZƏRBAYCANDA MUSIQI TƏFƏKKÜRÜ FƏLSƏFI MƏDƏNIYYƏT FENOMENIDIR
Mina HACIYEVA
MÜASIR MƏRHƏLƏDƏ AŞIQ SƏNƏTINDƏ PROBLEMLƏR VƏ PERSPEKTIVLƏR
Güllü ISMAYILOVA
«NOVRUZ» ÇƏRŞƏNBƏLƏRI VƏ «XAN-XAN» OYUN TAMAŞASI
Rüxsarə HÜSEYNOVA
KAMANÇA VƏ SIMFONIK ORKESTR ÜÇÜN ILK KONSERTLƏR SILSILƏSINDƏN
Yaqut SEYIDOVA
AZƏRBAYCAN TARIXI MAHNILARININ NOTA SALINMIŞ YENI NÜMUNƏLƏRI
Həbibə VAQIF QIZI
TÜRKIYƏ VƏ AZƏRBAYCANDA KEÇIRILƏN NOVRUZ MƏRASIMININ MELO-POETIK SISTEMI VƏ ONLARIN MÜQAYISƏLI TƏHLILI|
Daimi CENGIZ
TƏNBUR VƏ ONUN MÜXTƏLIF NÖVLƏRI
Məcnun KƏRIMOV

 


       Azərbaycan professional musiqi yaradıcılığında öz dəsti-xətti olan Zakir Bağırovun bəstələdiyi konsertlər içərisində onun kamança və simfonik orkestr üçün yazdığı konserti xüsusi yer tutur.

       Bu əsər Azərbaycanda geniş yayılmışdır və 1970-80-ci illərdə yazılmasına baxmayaraq bu günkü günədək həvəslə ifa edilir, dinləyicilərin rəğbətini qazanır.

       Ümumiyyətlə, XX əsrin 70-80-ci illərində Azərbaycan musiqi mədəniyyəti öz inkişafının yeni, daha coşğun mərhələsinə daxil olmuşdur. 1 Bəstəkarın bu konserti Azərbaycanda kamança üçün konsertin professional bəstəkarlıq məktəbinin ilk nümunələrindəndir.

       Geniş auditoriyanın rəğbətini qazanmış bu əsər 2000-ci ilin may ayında Türkiyənin Mimar Sinan Universiteti Dövlət Konservatoriyasının professoru Saim Akçılın dirijorluq müşayiəti, 22 ölkədən 40 musiqiçinin qatıldığı Karadeniz orkestrinin, o cümlədən Azərbaycanın tanınmış kamança ifaçısı, mərhum Ədalət Vəzirovun solistliyi ilə ilk dəfə olaraq Diyarbakırda səsləndirilmişdir. 2

       Bəstəkar öz yaradıcılıq bacarığından konsert janrında məharətlə istifadə etmişdir. Belə ki, o yalnız kamança üçün deyil, həm də tar, klarnet və fortepiano ilə simfonik orkestr üçün konsertlər bəstələmişdir. Göründüyü kimi bəstəkar yazdığı bu konsertlərdə simfonik konsert janrını müxtəlif orkestr və xalq musiqi alətlərinə yaxınlaşdırmış, onların çulğalaşdığı inteqrativ cəhətləri açıb göstərməyə çalışmışdır. Elə məhz bu cəhət bəstəkarın konsert yaradıcılığında əsas məqsəd kimi qarşıya qoyulmuş və yüksək peşəkar bəstəkarlıq prinsipləri ilə həll edilmişdir. Bəstəkarın kamança və simfonik orkestr üçün konsertində alətin səs imkanları müxtəlif üsullarla əks olunur. Alətə məxsus olan ifaçılıq xüsusiyyətlərini bəstəkar yüksək səviyyədə həll etməyə çalışmışdır. Ümumiyyətlə bu konsertdə Şur intonasiya səslənmələrinə üstünlük verilir.

       Konsertin ifaçılıq xüsusiyyətlərinin təhlilinə gəldikdə isə, onu qeyd etmək lazımdır ki, təhlil bəstəkarın faksimile variantlı əlyazmasına istinadən aparılmışdır.

       3 hissədən ibarət olan konsertin I hissəsi Allegretto tempində başlayır. Hissə daxilində temp dəyişkənliklərinə tez-tez rast gəlinir (Allegro). Fis-moll tonallığı ilə başlanan bu hissədə fortepiano müşayiətində olan triol notlara kamançanın nöqtəli çərək və triol notları 4/4 ölçüdə daxil olur.

       Əsərin faktura quruluşu alətin texniki imkanları ilə birləşərək ona rəqsvari xarakter verir. Musiqi formasının müəyyən edilməsində melodiya, harmoniya və ritmin qarşılıqlı əlaqəsi əsas rol oynayır. 3

       Bu hissənin faktura quruluşuna əsaslanan alətin müşayiətində homofon-harmonik və polifonik elementlər bir-birini əvəz edir. Alətin texniki ifa üslubuna xas olan leqatolu notların ifası, mordentlər xüsusi əhəmiyyət kəsb edir. Orta bölmədə əks olunan müşayiətsiz Ad libitum hissəsi də ifaçının öz virtuozluğunu nümayiş etdirməsi üçün xüsusi imkan yaranır. Ad libitumda həmçinin forşlaqlar, leqatolar, mordentlər, səkkizlik və onalıtılıq notlarla ifaçının ifa keyfiyyətlərini əks etdirmək və əsərin xarakterini göstərmək üçün şərait yaradır.

       Allegroya keçiddə isə bağlayıcı partiya xüsusi əhəmiyyət daşıyır. Bu hissədə triollu səkkizlik notlar müşayiət fakturaları ilə birləşərək Fis-dur ilə başa çatır.

       Əsərin II hissəsi isə kamançanın tək solosu ilə başlayır. Bu hissə Adajioda gis-mollda ad libitumda əsəri davam etdirir. Andante cantabiledə alətə məxsus intonasiya səslənmələri müşayiət ilə birləşir.

       Hissənin bu bölümündə a tempoda As-dur intonasiyalarına yönəlmə baş verir. Bu hissənin ifa çətinlikləri əsasən seksta və tersiyalı notların iki simdə birlikdə ifa edilməsidir. Burada hissədaxili Ad libitumda x8-dən b3-ə qədər sıçrayışlı notların aşağı və yuxarı kaman ştrixləri ilə verilməsi xüsusi virtuoz çalışmanı ifadə edir. Əsərdə markatolu leqatolu notlar xüsusi əhəmiyyət kəsb edir. Sinkopalı notlar əsasən yuxarı kaman ştrixlərinə əsaslanır. III hissə Rondodur. Bu hissə Allegrettoda 6/8 ölçüdədir. H-moll tonallığına əsaslanan bu hissədə müşayiətlə alətin ifası texniki ifa cəhətindən mürəkkəb fakturaya əsaslanır. Sıçrayışlı oktavalı notlar texniki imkanların çətinliyindən xəbər verir.Burada sinkopaların verilməsində yuxarı kaman işarələri xüsusi əhəmiyyət kəsb edir. Lakin sinkopaların verilməsi üçün aşağı kaman işarələrindən də istifadə olunur. Melizmlərin istifadəsi zamanı yenə üstünlük yuxarı kaman işarələrinə verilir.

       Hissənin daxilində uzun leqatolu notların verilməsi bir daha ifa texnikasının çətinliyini əks etdirir. Bu leqatoların ifası ifaçıdan xüsusi diqqət tələb edir. Belə ki, həmin leqatolar kamanın yuxarı və ya aşağı istiqamətdə ifa edilməsi ilə yerinə yetirilir.        Moderato ekspressivoda bağlayıcı partiya rolunu oynayan orta hissə müşayiətli 1/4 ölçüdə kamançanın sinkopalı girişi ilə başlayır. Burada üzə çıxan qlissando ifa texnikasını zənginləşdirir.

       Allegrettoya qayıdılan zaman fakturada səsaltı polifonik elementlərə rast gəlinir. Burada sinkopalı müşayiətli səslərə də təsadüf edilir. Həmçinin kulminasiya səsləri də özünü büruzə verirlər. Lakin ifa texnikasında xüsusi əhəmiyyət kəsb edən trellər özünəxməxsus əhəmiyyət kəsb edir.

       Əsərin bu hissəsi Adajioda kiçik kodavari notların mp-da solo şəklində trel ilə verilərək müşayiətin son akkordu ilə başa çatır.

       Qeyd edilmiş konsertdə istifadə edilmiş kamançanın imkanları və ifa tərzindən heyrətə gəlmiş Karadeniz Filarmoniyası orkestrinin dirijoru S.Akçıl belə bir fikir söyləmişdir: «Dədə Qorqud «O olmasa musiqi olmaz» dediyi qıl qopuz, Qazaxstanda da qorunaraq saxlanmış, Suriyada çalınan ud, Azərbaycanda çalınan kamança da eyni mədəniyyətin ortaq təzahürüdür. Bu musiqidə başqa bir əzəmət vardır».

       Z.Bağırovun kamança konsertinin gözəlliyini, musiqi çalarlarını, əzəmətini mərhum Ədalət Vəzirov öz ifaçılıq məharəti, böyük ifa ustalığı ilə dinləyicilərə çatdırmağa müvəffəq oldu. Bu ifa unudulmaz bir xatirə olaraq yaddaşlardan silinməyəcək.




1 Qasımova S., Bağırov N. Azərbaycan sovet musiqi ədəbiyyatı. Bakı, Maarif, 1984, s. 221

2 Özçakmak Ş. Karadeniz filarmoni / «Milliyyet» qəzeti, Salı 23 Mayıs, 2000, s. 17

3 Sposobin I. Muzıkalğnaə forma. M., Muzıka, 1972, s. 12

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page