ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AZƏRBAYCAN TARIXI MAHNILARININ NOTA SALINMIŞ YENI NÜMUNƏLƏRI
Həbibə VAQIF QIZI
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AŞIQ SƏNƏTI – AZƏRBAYCANDA MUSIQI TƏFƏKKÜRÜ FƏLSƏFI MƏDƏNIYYƏT FENOMENIDIR
Mina HACIYEVA
MÜASIR MƏRHƏLƏDƏ AŞIQ SƏNƏTINDƏ PROBLEMLƏR VƏ PERSPEKTIVLƏR
Güllü ISMAYILOVA
«NOVRUZ» ÇƏRŞƏNBƏLƏRI VƏ «XAN-XAN» OYUN TAMAŞASI
Rüxsarə HÜSEYNOVA
KAMANÇA VƏ SIMFONIK ORKESTR ÜÇÜN ILK KONSERTLƏR SILSILƏSINDƏN
Yaqut SEYIDOVA
AZƏRBAYCAN TARIXI MAHNILARININ NOTA SALINMIŞ YENI NÜMUNƏLƏRI
Həbibə VAQIF QIZI
TÜRKIYƏ VƏ AZƏRBAYCANDA KEÇIRILƏN NOVRUZ MƏRASIMININ MELO-POETIK SISTEMI VƏ ONLARIN MÜQAYISƏLI TƏHLILI|
Daimi CENGIZ
TƏNBUR VƏ ONUN MÜXTƏLIF NÖVLƏRI
Məcnun KƏRIMOV

 


       Tarixi mahnılar xalq mahnılarının mühüm bir janrı kimi Azərbaycan xalq və şifahi ənənəli professional musiqisində özünəməxsus yer tutmuşdur. Xalqın tarixində silinməz iz salmış hadisələrlə, xalqın öz azadlığı uğrunda zülmkarlara, yerli istismarçılara – xanlara, bəylərə qarşı apardığı mübarizəsi ilə, yadelli işğalçılara qarşı müharibələrlə bağlı olaraq yaranmış tarixi mahnılarda xalq qəhrəmanlarının surəti, xalqın igid oğullarına məhəbbəti tərənnüm olunmuş, düşmənə nifrəti özünü göstərmişdir. Əsrlər boyu bu mahnılar xalqın dilinin əzbəri olaraq, həm də ustad aşıqlar tərəfindən oxunmuşdur. XIX-XX əsrlərdə tarixi mahnı nümunələri xanəndələrin də repertuarında öz əksini tapmışdır. Xalqın yaddaşında qorunub saxlanılan və bir növ, mübarizəyə çağırış simvoluna çevrilən bu mahnılar bizim günlərdə də öz aktuallığını itirməmişdir. Müstəqillik əldə etmiş xalqımızın eyni zamanda ərazi bütövlüyü uğrunda mübarizə apardığı bir dövrdə məhz qəhrəmanlıq, vətənpərvərlik ruhu aşılayan tarixi mahnılara böyük ehtiyac vardır .

       Əlbəttə ki, tarixi mahnıların qorunub saxlanıl-ması, gələcək nəsillərə ötürülməsi, yeni nümunələrin meydana gəlməsi, onların nota yazılıb araşdırılması bütün bunlar ifaçıların, bəstəkar və musiqişünasların qarşısında duran mühüm məsələlərdəndir.

       Bildiyimiz kimi, tarixi mahnılar xalq mahnı yaradıcılığında əmək, mərasim, məişət mahnıları və s. ilə yanaşı mühüm yer tutur. Lakin bu janrlardan fərqli olaraq, tarixi mahnı janrına aid nümunələr sayca daha azdır.

       Üzeyir Hacıbəyovun, Qubad Qasımovun, Məmməd Saleh Ismayılovun, Əminə Eldarova, Tariyel Məmmədov, Solmaz Qasımova, Aydın Ziyadlı, Rauf Ismayılzadə, Əfruzə Məmmədova, Imruz Əfəndiyeva, həmçinin, rus musiqişünas alimi Viktor Belyayevin və başqalarının elmi yaradıcılı-ğında-tədqiqat əsərlərində və məqalələrində tarixi mahnılara dair fikir və mülahizələr öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, nəzərdən keçirdiyimiz tədqiqatlarda çox zaman xalq qəhrəmanları Koroğlu və Nəbi haqqında mahnıların adı təkrarlanır. Bununla yanaşı, ayrı-ayrı müəlliflər daha bir neçə müxtəlif mahnının adını çəkir. Məsələn, Üzeyir Hacıbəyov «Nəbi» mahnısından əlavə, «Mustafa Kamal», «Rüstəm», «Şalon gəlir» mahnılarını göstərmişdir.

       O cümlədən, tədqiqatçılar, «Mürsəl», «Sət-tarxan», «Mən bir türkəm», «Necə qıydın», «Gedən gəlmədi», «Vətən şərqisi», və s. bu kimi mahnıların adını çəkir. Bu mahnılara yaranma dövrü, mövzusu və məzmunu baxımından yanaşanda, görürük ki, ən qədim tarixi mahnılar XVII əsrdə xalq qəhrəmanı Koroğlu və onun dəliləri haqqında yaranmış çoxsaylı mahnılardır. Onlar əsasən aşıq yaradıcılığında möhkəm yer tutmuşdur. Bizə gəlib çatmış tarixi mahnıların nümunələri arasında yaranma dövrünə görə XIX əsrə aid edilən xalq qəhrəmanı Qaçaq Nəbi və digər qaçaqlar haqqında mahnılardır. XX əsrdə isə tarixi mahnıların yaranması ilə bağlı bir neçə mərhələ özünü göstərir. Yəni inqilablar və müharibələr əsri olan XX əsrin xüsusilə I yarısında müxtəlif məzmunlu tarixi mahnılar yaranmışdır. XX əsrin əvvəlində Cənubi Azərbaycanda Səttarxanın başçılığı ilə xalq azadlıq mübarizəsi ilə əlaqədar mahnılar meydana gəlmişdir. Türkiyədə Mustafa Kamal Atatürkün rəhbərliyi altında xalq inqilabının qələbəsi Mustafa Kamalı tərənnüm edən mahnı larda öz əksini tapmışdır. Rusiyada baş vermiş üsyan-ların və inqilabların nəticəsində Azərbaycanda, xüsusilə Bakıda inqilabi mahnılar geniş yayılmışdır. R.Ismayılzadə qeyd edir ki, «Internasional», «Varşavyanka», «Marselyoza» kimi inqilabi mahnıları Azərbaycan inqilabçıları və Azərbaycan xalqı ana dilində oxumuşlar.

       Lakin bütün bu məziyyətlərinə baxmayaraq, R.Ismayılzadənin adlarını çəkdiyi “Internasional”, “Varşavyanka” və “Marselyoza” inqilabi mahnılarını Azərbaycan tarixi mahnı janrına aid etmək düzgün olmaz. Çünki bunlar Azərbaycan dilində oxunan xarici mahnılardır (rus,fransız və s.). Onlar mövzusuna görə tarixi mahnı janrına uyğun olmasına baxmayaraq, bu mahnılar Azərbaycan xalq musiqi yaradıcılığının məhsulu deyil.

       Musiqişünas Imruz Əfəndiyeva isə rus mahnılarının, bununla bərabər «Internasional», «Marselyoza» kimi himnlərin konsert və nümayiş-lərdə səsləndiyini bildirir.

       Tarixi mahnılarda müəyyən xalq qəhrəman-larının–real tarixi şəxsiyyətlərin adı çəkilir. Bu da həmin mahnıların konkret tarixlə bağlı olduğunu göstərir. Yəni mahnıda təsvir olunan qəhrəmanın hansı dövrdə yaşadığını və həmin dövrdə hansı tarixi hadisələrin – müharibələrin, xalq azadlıq mübarizə-sinin, kəndli hərəkatının, inqilabların və s. baş verdiyini aydınlaşdırmaq mümkündür. Beləliklə, bütün adı çəkilən mahnılarda tarixi faktor ön planda durur. Istər qəhrəmani, istər ictimai etiraz məz-munlu, istərsə də inqilabi mahnılarda, ilk növbədə, tarixilik başlıca və ümumi bir cəhət kimi özünü göstərir. Buna görə də yuxarıda qeyd olunan qəhrəmani, ictimai etiraz və inqilabi mahnıları ümumi tarixi mahnı janrının ayrı-ayrı qrupları kimi xarak-terizə etmək olar.

       Tarixi mahnılarda belə bir xüsusiyyət də diqqəti cəlb edir: onların adı və məzmunu əsasında yaranma tarixini müəyyənləşdirmək mümkündür. Bu da onları xalq mahnı janrlarından fərqləndirir. Çünki əmək, mərasim, məişət mahnılarının məzmunu (çox nadir istisnalar olmaqla) onların yaranması tarixini dəqiqləşdirməyə imkan vermir.

       Tarixi mahnılar sayca az olmaları ilə də digər mahnı janrları arasında müstəsnalıq təşkil edir. Bizcə, bunun da əsas səbəbi elə onların xalqın gündəlik həyatı və məişəti ilə əlaqədar deyil, məhz yüzildə bir dəfə xalqın həyatında mühüm əhəmiyyət kəsb edən tarixi hadisə ilə bağlı olaraq meydana gəlməsidir.

       Apardığımız tədqiqatdan əldə olunan nəticələ-rə görə belə qərara gəlmək olar ki, tarixi mahnıların sayca məhdudluğu onların mövzu konkretliyi ilə bağlıdır.

        Azərbaycan xanəndələrinin yaradıcılığında xalqın milli şüurunun oyanmasına xidmət edən, mübarizəyə çağırış ruhlu mahnılar mühüm yer tutmuşdur. Məsələn: «Ayıl ey millət», «Mən bir türkəm», «Millət istərsə», «Məzlumlar marşı» və s. bu kimi mahnıların adlarını çəkmək olar. 1941-45-ci illərdə Böyük Vətən müharibəsi dövründə qədim xalq mahnılarının məhz zamanın tələbinə uyğun sözlərlə oxunması qeyd olunmalıdır.

        Belə ki, apardığımız araşdırma zamanı «Musiqi dünyası» jurnalının http://diskografiya. musiqi-dunya.az saytında olan qədim val yazılarındaki bir sıra tarixi mahnılar diqqətimizi cəlb etdi və qərara gəldik ki, bu mahnıları nota salaq. Nota salınan 4 mahnı müxtəlif xanən-dələrin ifasından yazılıb. Qədim val yazılarından olduğuna görə bu mahnıların sözləri başa düşülmür. Lakin mahnıların adları və eşidilən «vətəndaş», «qəhrəman» və s. kimi sözlər bu mahnıların qəhrəmani mahnılar sırasına aid olduğunu sübut edir.

       Ələsgər Abdullayevin ifasından nota salınmış «Ey vətəndaşlar» adlı mahnı insanda qəhrəmani ruh aşılayan mahnılar sırasına daxildir.         (Nümunə 1.)http://diskografiya.musiqi-dunya.az Səh-«Sport record» - Azərbaycan musiqi mədəniyyəti dövlət muzeyi - ¹50546)        Mahnının əvvəlində qısa instrumental giriş verilir. Ümumiyyətlə mahnı özü girişlə birlikdə 2 hissəli formadadır. Təhlil etdiyimiz mahnı do mayəli şur ladına əsaslanır. 1-ci cümlə aşağıya doğru hərəkət edir. Burada mayənin üst tersiyası olan mibemol səsi mühüm rol oynayır. Bu da şur ladına xarakterik olan xüsusiyyətdir.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page