ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
TÜRKIYƏ VƏ AZƏRBAYCANDA KEÇIRILƏN NOVRUZ MƏRASIMININ MELO-POETIK SISTEMI VƏ ONLARIN MÜQAYISƏLI TƏHLILI|
Daimi CENGIZ
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AŞIQ SƏNƏTI – AZƏRBAYCANDA MUSIQI TƏFƏKKÜRÜ FƏLSƏFI MƏDƏNIYYƏT FENOMENIDIR
Mina HACIYEVA
MÜASIR MƏRHƏLƏDƏ AŞIQ SƏNƏTINDƏ PROBLEMLƏR VƏ PERSPEKTIVLƏR
Güllü ISMAYILOVA
«NOVRUZ» ÇƏRŞƏNBƏLƏRI VƏ «XAN-XAN» OYUN TAMAŞASI
Rüxsarə HÜSEYNOVA
KAMANÇA VƏ SIMFONIK ORKESTR ÜÇÜN ILK KONSERTLƏR SILSILƏSINDƏN
Yaqut SEYIDOVA
AZƏRBAYCAN TARIXI MAHNILARININ NOTA SALINMIŞ YENI NÜMUNƏLƏRI
Həbibə VAQIF QIZI
TÜRKIYƏ VƏ AZƏRBAYCANDA KEÇIRILƏN NOVRUZ MƏRASIMININ MELO-POETIK SISTEMI VƏ ONLARIN MÜQAYISƏLI TƏHLILI|
Daimi CENGIZ
TƏNBUR VƏ ONUN MÜXTƏLIF NÖVLƏRI
Məcnun KƏRIMOV

 


       Tarixi qanunauyğunluq çərçivəsində fəlsəfə, siyasət, ədəbiyyat, musiqi, oyun, rəsm, miniatür, teatr və idman tamaşalarında, el sənəti, mətbəx mədəniyyətində və hətta tibbdə də Novruza dair əlamətlərlə rastlaşmaq mümkündür.

       Bu məqalə Türkiyə və Azərbaycan ərazisində Novruz mərasimlərinin musiqi və oyun yaradıcılığına həsr olunmuşdur.

       Türkiyədə Novruz mərasimi, bu ərazidə yaşayan bütün xalqlarda, müxtəlif adlar altında qeyd olunmaqdadır. Bunlarda icra edilən musiqi və oyunlarda fərqlilik özünü göstərir.

       Bu ərazi xalqlarının Novruzu qeyd etmələrində və Novruza dair melo-poetik miras axtarışlarında hürriyyət, qurtuluş, ədalət, bərabərlik, dilək və təmənnalar önə çəkilir.

       Türk Ələvi-bektaşilərində əsas hesab edilən və Hz. Əlinin doğum günü olaraq keçirilən Novruz, dini ritual çərçivəsində icra edilir. Bu ritual Novruza həsr edilən musiqi və oyun repertuarından ibarətdir. Ifa edilən musiqi nümunələrinə novruziyyələr, Novruz nəfəsləri, samahlar1 və s. daxildir.

       Bölgələrdə və elmi çalışmalarda apardığımız araşdırmalar nəticəsində məlum olmuşdur ki, Türkiyədə kürd və sünni türklərin yaşadığı ərazilərdən topladığımız musiqi və oyun nümunələri sübut edir ki, bu bayram hazırkı dövrədək burada qeyd edilir və yeni ilin və baharın gəlişi kimi qəbul olunur. Kürdlər və sünni türklərin yaşadığı ərazilərdə Novruzun qeyd olunmasında icra edilən mərasim repertuarında məlum olan digər mərasimlərdə də icra edilən türkülər və oyunlardan istifadə edilir. Lakin bunlar təkcə Novruzla bağlı türkülər və oyunlar deyildir. Kürd Novruz musiqi nümunələrindən 25-ə qədər nümunə toplaya bilmişik, lakin son 20-30 ildə kürdlər yaşayan ərazilərdə keçirilən Novruz mərasimlərində ifa edilən türkü və halay formasında olan bu nümunələrdə kürdlərin siyasi və qədim motivləri də əksini tapdığını aşkar etmişik. Onlar təkmil olmadıqlarından və tarixi təkamül prosesini tamamlayan bəstə əsərləri olduqlarından əyani təcrübə keçməkdə davam edirlər.

       Türk Ələvi-bektaşilərinin təkkə, dərgah, zaviyə2 və cəm3 evlərində Novruza aid icra etdikləri musiqi və oyunlar qədim dini mərasim çərçivəsində meydana çıxmışdır.

       21 martda Türk Ələvi-bektaşiləri digər cəm toplantılarından fərqli olaraq Hz. Əlinin anadan olmasını qeyd etmək üçün «Novruz Sultan cəmi» icra edirlər. Yeni il və baharın gəlişi, Hz.Əlinin doğumu ilə bağlı keçirilən Novruz Sultan Cəmində icra edilən novruziyyə və nəfəslərin əsası və samahların bəziləri Hz.Əlinin doğumunu müjdələyən dilək və təmənnanı ifadə edən musiqi nümunələridir. Bu nümunələrdə bolluq, bərəkət, şadlıq, şəfa, ədalət, insan arzuları və fikirləri ifadə olunur.

       Ələvi-bektaşilərin Novruz Sultan cəminin məhəbbət hissəsində novruziyyə, bahariyyə və nəfəs adı altında havalar oxunur, samahlar icra edilir. Həmçinin burada adı qeyd edilən bayramla bağlı və onunla təması əks etdirən novruziyyə, nəfəslər və samahlar da üzə çıxır.

       Novruz cəmində oxunan Novruz nəfəsləri məxsusi olaraq Novruz Sultan cəminə aid olmayıb, digər cəmlərdə də ifa edilir. Çünki bu bayram əvvəldə qeyd etdiyimiz kimi, Hz.Əlinin doğumu, baharın gəlişi və yeni illə əlaqədardır.

       Hz.Əlinin doğumu samahların bəzilərində öz əksini tapır, Novruzda və cəmlərdə oxunur. Lakin Novruzla əlaqədar samahlar azlıq təşkil edir. Hz.Əli və «qırxlar» 4 mövzusu həqiqətən də samahların əsas mövzusu olmaqla cəm zamanı icra edilir. Məsələn, «Dəm gəldi» samahı5 haqqında tədqiqatçı M.Dəmirtaşın və Eskişehir vilayətinin Sucettin kəndinin ələvilərinin söylədikləri maraqlıdır: «Novruz cəmində bu samahı yalnız dədələr oxuyur. Cəmə qatılanlar isə bu samahı ən sonda izləyə bilərlər». 6 Belə bir uyğunluq digər cəmlərdə yoxdur.

       Digər samahlar isə «Kırklar» 7 və «Armud ağacı» adlanır.
       TRT kanalının arxivində olan «Armud ağacı» samahının sözləri belədir:
        «Armut ağacı, armut ağacı, başımın tacı
       Kalksın samah eylesin anaynan bacı
       Nenni, nenni, nenni, dost nenni, nenni
       Has nenni, nenni, dost nenni, nenni»
.8

       Adı çəkilən bu samahın digər variantında Hz.Əlinin doğumuna uyğunlaşma var. Bu variant Dənizli vilayətinin Sarıköy bölgəsi Uyanık kəndindəki Abdal ələvilərindən toplanmış və köçürülmüşdür. Bu samah Novruz Sultan cəmində belə oxunur:

        «Armut ağacı, armut ağacı, başımın tacı
       Samah oynasın Aliyi seven bacı
       Alinin nenni nennide, Şah nenni nenni.
       Gel bizi kurtar da ya Imam Ali,
       Gel bizi kurtar da ya Imam Hüseyn»
.9

       Eyniadlı samahın bu cür variantlılığı Malatya elindən topladığımız «Dem geldi» samahı ilə Eskişehrdən topladığımız «Dem geldi» samahları arasında aydın hiss edilir.

       Bu cür novruziyyə və samahların sözləri Ələvi-bektaşi şairləri (Nəsimi, Kazak Abdal, Pil Sultan, Xətai, Virani, Teslim Abdal və b.) məxsus olur.        Anadolu novruziyyələrində daha bir xüsusiyyət nəzərə çarpır ki, bu da Ələvi-bektaşilərin səfəvilərlə olan tarixi bağlılığıdır. Pir Sultanın novruziyyəsi bu tarixi bağlılığı belə əks etdirir:

        «Pir Sultanım gitmek ister Tebrize
       Gördüm ordasında ördegi yüze
       Bizde niyut etdik Sultan Nevruza
       Alim ne yatarsın gunlerin geldi».
10

       Novruz Sultan cəminin melopoetikası şəndir. Musiqi solo vokal, instrumental vokal və ya xor şəklində özünü göstərir. Melodiya və söz coşğunluq və həyəcan bəxş edir.

       Novruz Sultan cəmində Hz.Əli və 12 imam yad olunur, lakin Kərbəla hadisəsi və 12 imamın müsibəti yad olunmur. Çünki bu cəm təbiretmə cəmidir və burada kədər hisslərinin ifadəsi nəzərdə tutulmur.

       Orta Anadoludan Şərqi Anadoluya, Trakya və Rumeliyə doğru gəldikcə Novruz Sultan cəminin keçirilməsinə rast gəlinir. Bu cəm Abdal ələviləri, Taxtaçı ələvilər və bektaşilər arasında yaşanmaqdadır. Türkiyənin Şərq və şimal-şərq bölgələrinin kürd və kırmancı (zaza) ələviləri arasında Novruz cəmi keçirilmir.

       Novruz Sultan cəminə aid toplanmış musiqi nümunələrinin böyük bir hissəsi Trakya və Rumeli bektaşilərinə, digər hissəsi Batı Akdeniz və Ege Taxtaçı ələvilərinə, qalan bir neçə nümunə isə Abdal ələvilərinə aiddir.

       Əldə olunan novruziyyə və nəfəslərin 60%-ni qoşma, 30%-ni semai, 10%-ni isə əruz səmailəri təşkil edir. Əruz qəlibli nəfəslərdə Istanbul divan ədəbiyyatının təsiri hiss olunur.

       Novruziyyələrin musiqi mətnlərinin 80% qafiyə quruluşlu olub, abab şəklindədir. Əsasən şerin I sətri bir musiqi cümləsinə (a), II sətiri isə ikinci musiqi cümləsinə (b) uyğun gəlir. Ilk iki sətirin musiqi cümlələri (a, b), yəni 2 sətirlik musiqi periodu III və IV sətirlərdə təkrarlanır.

        «Alim nə yatarsın günlerin geldi» adlı novruziyyədə aaab quruluşu musiqidə aaab quruluşu ilə eynilik təşkil edir.

       Əlimizdəki əsərlərin 75%-i mülayim biçimdədir. Batı Akdeniz, Ege, Trakya və Rumeli bölgələrində mülayim xarakterə, ritmə rast gəlirik. Bu və dini baxımdan novruziyyələrin ritmi məhz bu xarakterə uyğun gəlir.

       Samah, 11 hecalı qoşma və 8 hecalı semailərin sözləri bir Ələvi-bektaşi şairinə və ya iki, üç şairə də aid ola bilir. Samahların bölmələrində temp, melodiya, ritm, söz dəyişikliklərinə də rast gəlinir.




1 Samah – Ələvi-bektaşi cəmində iştirak edən insanların dünyəvi işlərdən paklanaraq Tanrıyla yaxınlaşmasını anladan rəqsdir.

2 Təkkə, dərgah və zaviyə – dini cəmlərin yerinə yetirildiyi məkanlardır.

3 Cəm – Ələvi-bektaşi inancının gücləndiyi, formalaşdığı, bu yolda olanların bir araya gələrək, toplandığı birlikdir.

4 Kırklar – Novruz Cəminin digər adıdır. Bu ad Hz. Əlinin də daxil olduğu, Hz. Məhəmmədə ən yaxın hesab olunan 40 səhabənin şərəfinə adlandırılan mərasimdir.

5 Demirtaş M. Deyiş, samah ve türkülerle Suceattin Köyü. Istanbul, Sayqı yay., 1999, s. 67-68

6 Demitaş M. və Demirtaş N. Eskişehr eli, Sucuattin Köyü, 20 Temmuz 2005

7 Yaltırık H. Trakya bölgesinin tasavvüfi halk muziği. Ankara, TC Kült. Bak. Yay., 2002, s. 358-359

8 TRT Arxivi, «Armut ağacı» samahı, ¹ 2106

9 Uyanık köyü, Abdal ələvilərin topluluğu, A.Aksut. Denizli eli, Sarayköy bölgəsi, Uyanık kəndi, 12 Ekim 2003

10 Baklan R. Bektaşilikte bilinmeyen gerçekler. Erkanname ve gönül yolu. Istanbul, Anadolu mat., 1998, s. 90



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page