Öçåéèð Ùàæûáÿéîâ - 120
ÜZEYIR HACIBƏYOV INTERNET PORTALININ TƏQDIMAT MƏRASIMI…
Cəmilə HƏSƏNOVA
Search

Öçåéèð Ùàæûáÿéîâ - 120
ÜZEYIR HACIBƏYOV INTERNET PORTALININ TƏQDIMAT MƏRASIMI…
Cəmilə HƏSƏNOVA

 


       Portalın «Ü.Hacıbəyova ithaf» bölməsi də bir neçə səhifədən ibarətdir.

        «Tarixin canlı səsləri» hissəsində görkəmli mədəniyyət xadimlərinin Ü.Hacıbəyova həsr olunmuş çıxışları, ayrı-ayrı respublikalardan olan bəstəkarların canlı səsləri toplanmışdır. Bu bölmədə, həmçinin, musiqişünaslarımızın Ü.Hacıbəyova dair mühazirələri, çıxışları səsləndirilir. Əfrasiyab Bədəlbəylinin, Zemfira Səfərovanın, Fərəh Əliyevanın, Cəmilə Həsənovanın, Zümrüd Dadaşzadənin mühazirələri qeyd olunmalıdır.

       Burada həm də Ü.Hacıbəyova həsr olunmuş musiqi əsərləri, rəsm, heykəltaraşlıq əsərləri, poeziya nümunələri, bədii film nümayiş etdirilir.

       Portalın «Ü.Hacıbəyova dair» bölməsində isə dahi bəstəkarın adı ilə bağlı olan, onun yaratdığı Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar Ittifaqı ayrıca saytlar şəklində təqdim edilir. Bu bölmədə eyni zamanda, musiqi kollektivləri Azərbaycan Dövlət Simfonik orkestri, Azərbaycan xalq çalğı alətləri orkestri və Dövlət xor kapellasının saytlarını yaratmaq nəzərdə tutulmuşdur.

       Ü.Hacıbəyovun Bakıdakı ev muzeyinin görüntüləri, Şuşadakı ev muzeyinə dair məlumat və arxiv sənədləri də bu bölmədə verilmişdir.

       Tədbirdə dəvət olunmuş qonaqlar- Azərbaycan Respublikasının Təhsil Naziri professor Misir Mərdanov, Təhsil Nazirinin müavini Elnar Qasımov, Əmək və Əhalinin Sosial Təminatı Naziri Əli Nağıyev, Gənclər Idman və Turizm Naziri Əbülfəz Qarayev, Rabitə və Informasiya Texnologiyaları Naziri Əli Abbasov, Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, professor Məleykə Abbaszadə, Prezident Aparatının Informasiya resursları və texnologiyaları mərkəzinin rəhbəri Elnur Vəlizadə, Milli Arxiv Idarəsinin direktoru Ataxan Paşayev, Neft Akademiyasının rektoru, professor Səyavuş Qarayev, Xəzər Universitetinin rektoru, professor Hamlet Isaxanlı, Texniki Universitetin rektoru, professor Havar Məmmədov, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Bəstəkarlar Ittifaqının I katibi, xalq artisti Vasif Adıgözəlov, respublikamızın görkəmli alim-musiqişünasları, mədəniyyət xadimləri, ziyalıları, BMA-nın professor-müəllim heyəti iştirak edirdi.

       Tədbiri BMA-nın rektoru professor F.Ş.Bədəlbəyli açdı. Üzeyir Hacıbəyov multimediya internet portalı haqda sənətşünaslıq doktoru, professor Tariyel Məmmədov, təqdim olunmuş kitablar haqda professor Fərəh Əliyeva məlumat verdi. Konsert proqramında xalq artisti, professor Ramiz Quliyev, əməkdar artist Həsən Enami, əməkdar artist Murad Hüseynov, artistlər Fərid Əliyev, Dinarə Əliyeva, Nərminə Əfəndiyeva, Eyyub Quliyevin və başqalarının ifasında Üzeyir Hacıbəyovun əsərləri səsləndi.

       Portalın təqdimat mərasimində iştirak edən respublikanın tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri bu layihənin əhəmiyyətindən böyük şövqlə, heyranlıqla, səmimiyyətlə danışdılar. Onların fikirlərini də diqqətinizə çatdırmaq istərdim.

       Misir Mərdanov, Azərbaycan Respublikasının Təhsil Naziri: «Bu gün mən həyatımın ən əziz günlərindən birini yaşayıram. Çünki, birincisi, musiqiçilərin arasındayam, ikincisi də Azərbaycan xalqının ən böyük övladı olan Üzeyir bəyin ad gününə həsr olunmuş tədbirdə iştirak edirəm. Biz hamımız fəxr etməliyik ki, Üzeyir bəy kimi Azərbaycan xalqının yetirdiyi böyük bir şəxsiyyət olub. Lakin bu böyük şəxsiyyəti, onun gördüyü işləri nəinki dünyada, hətta Azərbaycanda yetərincə təbliğ edə bilməmişik. Bu baxımdan, mən də özümü müəyyən mənada borclu hesab edirəm. Və bu gün gördüklərim, bu gün təqdim olunan portal onu deməyə imkan verir ki, biz artıq ayılmışıq, biz dünyaya çıxmağa başlamışıq. Və bu portalın vasitəsilə biz Üzeyir bəyin ruhu qarşısında borclarımızı ödəməyə başlamışıq. Buna görə mən bu portalın yaradıcılarına təşəkkür edirəm. Bakı Musiqi Akademiyasının rektoruna və bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm».

       Vasif Adıgözəlov, Azərbaycan Bəstəkarlar Ittifaqının birinci katibi, xalq artisti, professor: «Bu gün həyatımızın ən gözəl anlarını yaşayırıq, Üzeyir bəyin anadan olmasının 120 illiyini qeyd edirik. Amma Üzeyir bəy elə şəxsiyyətdir ki, biz onu hər gün yad etməliyik, hər gün onun musiqisinə, ədəbi irsinə, yaradıcılığına müraciət etməliyik. Çünki onun yaradıcılığı insanları saflığa, təmizliyə, qəhrəmanlığa, vətənpərvərliyə çağırır. Üzeyir bəyə həsr olunmuş portalın əhəmiyyəti çox böyükdür. Bu portal bütün dünyada bir daha Azərbaycan xalqının böyük istedada malik olan dahi oğlunun yaradıcılığını bütün incəliklərilə yayacaq. Üzeyir bəyin necə şəxsiyyət olduğunu bir daha dünyaya sübut edəcək. Bu baxımdan portalın əhəmiyyəti böyükdür. Lakin mən deyərdim ki, gecikmiş bir portaldır. Bu, çoxdan yaradılmalı idi. Amma geciksə də, nə yaxşı ki, indi yaradıldı. Azərbaycan Üzeyir bəyə börcludur, xalqımız ona borclu dur. Biz hələ onu demirik ki, bu gün Üzeyir bəyin torpaqları ermənilərin ayağı altında tapdalanır. Nə qədər biz o torpaqlarımızı qaytarmamışıq, Üzeyir bəyin ruhu sakit olmayacaq. Ona görə də birinci növbədə, gərək Üzeyir bəyə borcumuzu verək. Bu baxımdan, əlbəttə ki, portal çox vacib bir işdir. Mən bu portalı yaradanları təbrik edirəm».

       Əli Nağıyev, Əmək və Əhalinin Sosial Təminatı Naziri: «Mən bu portalı yaradanları ürəkdən təbrik edirəm, Sizə eşq olsun, deyirəm. Bu gün səhər belə bir söhbətin şahidi oldum: professor Abdulla müəllimdən soruşanda ki, Üzeyir bəyin ruhuna xidmət etmək necə olar; o dedi ki, vətəndaş olmaq lazımdır. Çox gözəl sözdür. Məncə, bu portalı yaratmaq vətəndaşlıqdır. Üzeyir bəy elə bir bünövrədir ki, elə bir zəngin irsə malikdir ki, bunu bir neçə kəlmə ilə ifadə etmək qeyri-mümkündür. Üzeyir bəy Azərbaycanı, azərbaycanlılığı müəyyən edən bir şəxsiyyətdir. «Dədə Qorqud», Azərbaycanın 130 yaşlı teatrı, 100 yaşı olan operası, Azərbaycanın Nizamisi, Füzulisi, Azərbaycan dili – bütün bunlar Azərbaycanlılığı müəyyən eləyən dəyərlərdir. Üzeyir bəy də təkcə şəxsiyyət deyil, Azərbaycanlılığı müəyyən edən dəyərdir».

       Əbülfəz Qarayev, Gənclər, Idman və Turizm Naziri: «Mən belə hesab edirəm ki, bu gün Üzeyir Hacıbəyov portalının təqdimatı bizimçün böyük bir bayramdır. Üzeyir Hacıbəyovun dünya miqyasına müasir texnologiyalar vasitəsilə çıxarılmasında qətiyyətli və lazımlı bir addımdır. Bu, inqilabi bir addımdır. Mən bütün müəlliflərə və bu portalın yaradılmasında iştirak etmiş insanlara öz təşəkkürümü bildirirəm. Çünki bu, həqiqətən də musiqi, ədəbi, mədəniyyətşünaslıq, tarixi nöqteyi – nəzərdən çox vacib və önəmli bir portaldır. Və Internet vasitəsilə ora daxil olacaq hər bir insana bir aləm, bir dünya açılacaq. Mən ora gözəl səyahət edən insanların sayını daha çox görmək istərdim. Milyonlarla olmasını istərdim. Mən Üzeyir Hacıbəyovun Azərbaycan mədəniyyətinə verdiyi töhfəni, onun yerini və rolunu müzakirə etmək fikrindən uzağam. Çünki onun rolu danılmazdır və böyükdür. Mən bu gün böyük ustadın xatirəsini belə əzizləyən, belə yüksək tutan və onu real olaraq təbliğ edən insanlara təşəkkürümü bildirirəm».

       Kamran Imanov, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Sədri: «Qarşımızdakı çoxlu sayda əlaqəli saytlardan ibarət olan Internet-portaldır və bu, təkcə dahi Üzeyir bəyə həsr olunmuş gözəl rəqəmli kitabxana deyildir. Internet - portal yalnız dahi bəstəkarın yaradıcılığı və onun əsərləri ilə bağlı olan zəngin multimedia bazası da deyildir, bu, ilk növbədə, bizim bənzərsiz musiqi mədəni irsimizin sistemləşdirilməsi, qorunub saxlanması və yayılmasmın ən müasir vasitəsidir. Portal həm də açıq sistemdir, bu sistem mədəni zənginləşməyə və artmağa xidmət edən elektron, rəqəmli xəzinədir. Onun professionallıqla, zərrə-zərrə və böyük məhəbbətlə toplanmış və tərtib edilmiş səhifələri insanlarda unudulmaz bir təəssürat yaradır və bu portal Azərbaycan musiqi məktəbinin banisinin yubileyi münasibəti ilə onun əziz xatirəsinə layiqli töhfədir. Internet - portal qiqabaytlarla ölçülən informasiya mənbəy idir, lakin bu mənbənin əhəmiyyətini onun həcminin böyüklüyü müəyyən etmir, bu böyüklük dahi sənətkarın incilərinə, böyük sənət varidatına həsr olunmasındadır. Millətin böyüklüyü də onun vətəndaşlarının böyüklüyü ilə müəyyənləşdirilir. Bu layihəni həyata keçirməklə dahi Üzeyir bəyin böyüklüyünü dünyaya çatdıran şəxslərin ünvanına deyilən bütün təbriklərə böyük minnətdarlıq hissi ilə qoşuluram».

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page