ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
BIBLIOQRAFIYA...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
ÜZEYIR HACIBƏYOV-120. TARIXƏ ÇEVRILMIŞ GÜNLƏR
-
BIBLIOQRAFIYA...
-
YARADICILIQ...
-
IFAÇILIQ...
-
KONFRANSLAR... EKSPEDISIYALAR...
-
GÖRÜŞLƏR...
-

 


TARIXI ANARAQ GƏLƏCƏYI DÜŞÜNMƏK


       2005-ci ilin payızı Azəbaycan musiqi mədəniyyəti üçün Üzeyir Hacıbəyovun 120 illiyi təntənələri adı ilə daxil olacaq. Bu şanlı tarix əlamətdar musiqi görüşləri, təqdimat mərasimləri, konsertlər ilə yadda qaldı. Dahi bəstəkarın anma həftəsində keçirilən müxtəlif səviyyəli tədbirlər silsiləsində musiqi və elmi ictimaiyyətə təqdim olunmuş nəşrlər arasında sənətşünaslıq namizədi, Bakı Musiqi Akademiyasının professoru Fərəh Əliyevanın hazırladığı «XX əsr Azərbaycan musiqi mədəniyyətinin tarixinə aid qaynaqlar» adlı iki cild lik kitab («Nurlan», 2005) xüsusilə diqqəti cəlb etdi. Bu əsərlərdə iqtisadi, siyasi, sosial və bədii-estetik amillərin ecazkar bir şəkildə çulğaşaraq müasir Azərbaycan musiqi tarixinin yaranmasına təkan vermiş mürəkkəb və heç də birmənalı olmayan dövrə aid çox qiymətli sənədlər toplanmışdır. Sözügedən artıq işıq üzü görmüş ilk iki cildinə, müvafiq surətdə, 1901-1911-ci və 1912-1917-ci illərdə ölkəmizdə dərc edilən «Həyat», «Irş ad», «Molla Nəsrəddin», «Təzə həyat», «Tərəqqi», «Ittihad», «Həqiqət», «Zənbur», «Yeni həqiqət», «Iqbal», «Bəsirət», «Iqdam», «Yeni iqdam», «Sovqat», «Hümmət», «Kaspi», «Baku», «Vestnik Baku», «Bakinets», və «Kavkazskaya kopeyka» qəzet və jurnallarında azərbaycan və rus dillərində dərc edilmiş, musiqiyə həsr olunmuş ən sanballı məqalələr daxil edilmişdir.

       Həmin nəşrdə təqdim edilən resenziyalar, icmallar, problem xarakterli məqalələr, felyetonlar o taleyüklü dövrün atmosferini hiss etməyə imkan verir. Bu kitab oxuduqca biz bir daha yəqin edirik ki, indiyə qədər o dövr barədə çox şeyi bilmirikmiş. Biz rəsmi sovet ideoloji doktrinasının əsiri olduğumuz uzun illər boyu hamını bir əndazəyə salmaq yolu tutmuş sovet rejiminin xoşlamadığı nə varsa hamısı, ağına-bozuna baxmadan, amansızcasına kəsilib atılırdı. Məsələn, Azərbaycanın musiqi dünyasının, onun mədəni həyatının geniş panoramında Məmmədəmin Rəsulzadə görünmürdü, Üzeyir Hacıbəyov barədə, eləcə də sovet tarixçilərinin uzaqgörənliklə «inqilabdan əvvəlki dövr» adlandırdığı və bununla da müasir reallıqdan sanki təcrid edilərək əsrlərin dərinliyinə gömülmüş dövrün digər mədəniyyət xadimləri barədə informasiya ciddi «doza ilə» verilirdi.

       Fərəh Əliyevanın layihəsi tarixi varislik prinsipini bərpa etmək və XX əsrdə Azərbaycan musiqisinin inkişafını vahid proses kimi təqdim etmək məqsədi güdür. Bu proses kontekstində sosiumun kəskin dəyişməsinə baxmayaraq, sovet dövrü XX əsrin ilk onilliklərində Azərbaycan mədəniyyətində başlanmış obyektiv proseslərin davamı olmuşdur.

       Bu kitabları oxuduqda Azərbaycan mədəniyyətinin böyük xadimlərinin – Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Həsən bəy Zərdabinin, Əhməd bəy Ağayevin, Məmmədəmin Rəsulzadənin, Nəriman Nərimanovun, Abbas Səhhətin, Cəlil Məmmədquluzadənin, Yusif Vəzir Çəmənzəminlinin... Bakıda yaşayan və Azərbaycan mədəniyyətinə sadiq olan Y.Şefferlinq, I.Karnitski, I.Rozin kimi peşəkar musiqiçilərin, eləcə də mətbuatda müxtəlif ədəbi təxəllüslərlə çıxış edən, şəxsiyyətləri hələ də dəqiqləşdirilməmiş onlarca naməlum müəllifin səslərini sanki yenidən eşidirik. Onlar öz fikirlərini söyləyir, öz mövqelərini müdafiə edir, polemikaya girişirlər... Bəzi müəlliflər Azərbaycan musiqisini «yerli musiqi», «tatar musiqisi», muğamları isə «motivlər» adlandırır. Digərləri doğma mədəniyyətimizin labirintlərinə yaxşı bələd olduqlarına görə onun gələcək inkişaf perspektivlərini kifayət qədər peşəkar səviyyədə müzakirə edirlər. Məqalələrin bir qismi informasiya xarakteri daşıyır, digərlərində musiqinin Azərbaycan cəmiyyətindəki statusu, onun estetik və tərbiyəvi rolu ilə bağlı ciddi problemlər qaldırılır və müzakirə edilir. Lakin bütün hallarda milli musiqimizdə baş verən proseslərin yeni və vacib olması dərk edilir, onun «şərq-qərb fenomeni» kimi böyük gələcəyə malik olması aydın hiss olunur.

       Gizli deyildir ki, bəzi xarici müəlliflərin əsərlərində Azərbaycan musiqisinin guya yalnız müsəlman aləminin mədəniyyətinə xas bir sərvət olması barədə mif geniş yayılmışdır. Guya Zaqavqaziya regionundakı qonşularımızın musiqisindən fərqli olaraq, Azərbaycan musiqisi «sovetlər gələnə qədər» Qərb aləmindən tamamilə təcrid olunmuş halda inkişaf etmişdir. Buna görə də həmin müəlliflər Azərbaycan bəstəkarlıq məktəbinin yaranmasını və onun uğurlarını yalnız kommunistlərin mədəni və milli siyasətinin müstəsna nəticəsi kimi və deməli, üzvi xarakter daşımayan və təsadüfi bir hal kimi təqdim edirlər. F.Əliyevanın əsəri bu cür təhriflərə qarşı mübarizədə sanballı vasitə olacaqdır, çünki onun müraciət etdiyi faktların və hadisələrin qərəzsiz fiksə edildiyi sənədli mənbələr XX əsrin əvvələrində Azərbaycan paytaxtının zəngin «şərq-qərb» mədəni həyatının panoramını təkzibedilməz yəqinliklə bərpa edir.

       Bu panoram isə doğrudan da çox güclü təsir bağışlayır! O dövrdə Avropa ölkələrindən hər hansı birinin paytaxtı konsert həyatının, zənginliyinə, tanınmış simaların sayına, repertuarın zənginliyinə və mürəkkəbliyinə görə Bakıya həsəd apara bilərdi. Həmin illərdə Sergey Raxmaninov və Fyodor Şalyapin, Vanda Landovska və Aysedora Dunkan, Italiya operasının ulduzları, Almaniya və Fransa ifaçılıq məktəblərinin ustad sənətkarları bakılı tamaşaçılar qarşısında çıxış edir, bakılı dinləyicilər «Bexşteyn» firmasının məşhur royallarında, Qvarnerinin əl işi olan skripkalarda səslənən ifalardan həzz alırdılar. Bakının teatr səhnələrində dünya opera və balet repertuarının ən müxtəlif nümunələri – Çaykovskinin «Yevgeni Onegin», «Qaratoxmaq qadın», «Mazepa», «Yatmış gözəl» və «Qu gölü», Meyerberin «Quqenotlar», Puççininin «Madam Batterfləy», Adanın «Jizel», Delibin «Lakme», Sen-Sansın «Samson və Dalila» əsərləri, tamaşaya qoyulur, Vaqnerin operalarından uvertüralar, Berliozun simfoniy aları, Motsartın və Hunonun «Rekviyem»ləri, Şumanın kvartetləri ifa edilirdi. Hətta yapon musiqiçiləri də Azərbaycan paytaxtının qonağı olmuş, bakılı tamaşaçıları və dinləyiciləri şərəfyab etmişdilər!

       Skeptiklər etiraz edib soruşa bilərlər: bəs bu zəngin konsert həyatı yerli sakinləri maraqlandırırdımı, bütün bu tədbirlər əsasən neft bumu dövründə Azərbaycan paytaxtının əhalisinin xeyli hissəsini təşkil edən əcnəbilər üçün nəzərdə tutulmamışdımı? «Qaynaqlar»da bu suala ətraflı cavab verilir. Bu əsər qərb musiqi formalarının tədricən azərbaycanlıların musiqi məişətinə nüfuz etməsinin dinamikasını izləməyə imkan verir. F.Əliyeva haqlı olaraq qeyd edir ki, azərbaycanlılar onlardan ötrü yeni olan musiqi formalarının «passiv istehlakçıları deyildi» (1-ci cild, səh.5). Belə olmasaydı, resenzentlərdən biri rus baletinin ulduzlarının Bakıdakı çıxışı barədə bu sözləri yazmazdı: «Mayılovların böyük teatrı tamaşaçı ilə doludur. «Bütün Bakı» baletdədir!» (2-ci cild, səh.142). Belə olmasaydı, 1902-1903-cü illərdə Bakıda «şərq konsertləri» vermək ideyası, H.Z.Tağıyev teatrının səhnəsindən Azərbaycan xalq çalğı alətlərinin sədalarının ucalması və milli repertuarıın səslənməsi b u qədər güclü rezonansa səbəb olmazdı. O vaxt Azərbaycan paytaxtında Imperator Rus Musiqi Cəmiyyətinin (IRMO) yerli bölməsi açılır; «Nicat», «Səadət», və «Nəşr-maarif» və başqa iri xeyriyyə cəmiyyətlərinin demək olar ki, hamısı özlərinin geniş fəaliyyət diapazonuna musiqini də daxil edirlər. Tağıyev teatrının, Mayılov qardaşları teatrının, Nikitin qardaşları teatrının səhnələri, Məclisi-müəssisanın, dəniz ticarət donanmasının salonları Bakıya qastrola gələn sənətkarların və yerli musiqiçilərin sərəncamına verilir. Bakı Qafqazın musiqi dairələrində yüksək reputasiya qazanır. «Kaspi» qəzetinin 26 oktyabr 1901-ci il tarixli nömrəsində dərc edilmiş, müəllifi göstərilməyən məqalənin aşağıdakı fraqmenti buna sübutdur: «Indiyə qədər incəsənətlə, musiqi ilə maraqlananların hamısı Tiflisi Qafqazda yeganə musiqi mərkəzi hesab edərək, bu şəhərdə IRMO-nun musiqi məktəbinin olmasını nəzərə alaraq oraya can atırdılar. Indən belə Tiflis bu baxımdan özünün müstəsna əhəmiyyətini itirir: ciddi musiqini öyrənmək və onun yaxşı i fasını dinləmək baxımından Bakı eyni dərəcədə və eyni səviyyədə qənaətbəxş sayıla bilər» (1-ci cild, səh.42).

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page