ÀÇßĞÁÀÉÆÀÍ ÁßÑÒßÊÀĞËÀĞ ÈÒÒÈÔÀÃÛÍÄÀ
XOR MUSIQISI PLENUMU
-
Search

ÀÇßĞÁÀÉÆÀÍ ÁßÑÒßÊÀĞËÀĞ ÈÒÒÈÔÀÃÛÍÄÀ
XOR MUSIQISI PLENUMU
-

 


       Son onilliyin ərzində Azərbayjan musiqi sənətində başqa canrlarla yanaşı xor musiqisi də diqqəti jəlb edir. Azərbayjan bəstəkarlarının xor musiqisi sahəsində qazanılmış nailiyyətlərini üzə çıxarmaq məqsədilə Azərbayjan Bəstəkarlar Ittifaqı Idarə Heyəti sırf xor musiqisi Plenumunun keçirilməsini qərara almışdı.
       Bu minvalla 2001-ji il, iyun ayının 14-də Azərbayjan Bəstəkarlar Ittifaqı Respublika Mədəniyyət Nazirliyi ilə birgə bəstəkarlarımızın xor musiqisindən ibarət Plenum keçirdi. Plenumun konsert proqramına daxil olan əsərləri Azərbayjan Dövlət Xor Kapellası ( bədii rəhbər – Respublikanın əməkdar injəsənət xadimi G. Imanovadır ) ifa etdi.
       Onu da deyək ki, proqrama Azərbayjan bəstəkarlarının a capella, həmçinin fortepianonun müşayiətilə xor üçün yeni əsərləri daxil edilmişdi. Proqramda xor əsərləri aşağıdakılar idi: Elnarə Dadaşova - a capella xoru üçün Fuqa və «Əsmə səba yelləri»- «Diptix»; Sevda Ibrahimova – «Əziziyəm» vokal silsiləsindən 2 miniatür; Xəyyam Mirzəzadə - a capella xoru üçün 2 miniatür: «Mənəm, mən», «Laylay»; Jəlal Abbasov - a capella xoru üçün «Ninni»; Qalib Məmmədov - a capella xoru üçün iki xor: “My help come from the Lard” (ingilis dilində); “Laden brenne” (norveç dilində); Ağakərim Kərimov - a capella xoru üçün 2 miniatür: «Yarpaqlar» və «Buludlar»; Faiq Nağıyev - a capella xoru üçün 4 poema; Rasim Ibrahimov – latın mətninə yazılmış «Deus coservat omnia”(ingilis şahzadəsi Diananın xatirəsinə ithaf edilmişdir); Ilham Azmanlı – 2 hissədən ibarət «Sabiranə – Taziyanə»; Nazim Quliyev – «Naxçıvan»; Azər Dadaşov – «Ey haqq, yaşa!»; Rauf Əliyev – «Azərbayjan».
       Azərbayjan bəstəkarlarının yeni xor əsərlərinin ifasından sonra, ertəsi gün, Plenumda oxunan əsərlərin müzakirəsi keçirildi. Biz müzakirədə maraq doğuran bir sıra çıxışları oxujulara təqdim edirik.
       Giriş sözü ilə Azərbayjan Bəstəkarlar Ittifaqı Idarə Heyətinin Birinji Katibi Vasif Adıgözəlov çıxış etdi:
       - Hörmətli həmkarlarım, ən əvvəl onu deyim ki, son bir neçə ayda Azərbayjan Bəstəkarlar Ittifaqı üç musiqi canrı üzrə Plenum keçirmişdir. Bu tədbirlərin keçirilməsinin ən əsas səbəbi və məqsədi o idi ki, plenumun konsertlərində gənj bəstəkarların, eləjə də orta və yaşlı nəsl bəstəkarların yeni əsərləri səslənsin və musiqi ijtimaiyyəti onların bu sahədə fəaliyyətləri ilə tanış ola bilsin.
       Kamera və Orqan Musiqisi zalında xor musiqisi plenumunun Konsertində Azərbayjan Dövlət Xor Kapellası yüksək ifaçılıq səviyyəsi nümayiş etdirdi və Azərbayjan bəstəkarlarının yeni xor əsərlərini layiqinjə təqdim etdi. Buna görə də, Azərbayjan Dövlət Xor Kapellasının bədii rəhbərinə – respublikanın əməkdar injəsənət xadimi Gülbajı Imanovaya və kapellanın artistlərinə Azərbayjan Bəstəkarlar Ittifaqı Idarə heyəti adından xüsusi razılığımızı bildirmək istərdim.
       Indi isə, Plenumun konsertində ifa olunan əsərlər haqqında Sizin fikirlərinizi, irad və təkliflərinizi eşitmək məqsədəuyğun olardı.
       Buyurun.
       ,Sərdar Fərəjov (bəstəkar): Demək olar ki, bu konsert «plenum» adını doğrultdu. Konsertdən sonra dörd gün keçib, lakin mən hələ ki, onun təsirinin altındayam. Belə bir tədbirə görə Azərbayjan Bəstəkarlar Ittifaqına öz dərin minnətdarlığımı bildirirəm.
       Nətijədə isə, hamı şahid oldu ki, Azərbayjanda xor musiqisi inkişaf edir: müxtəlif canrlarda xor əsərləri yaranır. Bundan başqa, sevindiriji bir haldır ki, müxtəlif bəstəkar nəsillərinin nümayəndələri xor yaradıjılığına maraqla yanaşırlar.
       Ümumiyyətlə, xor musiqisi, xor sənəti Azərbaycan musiqisi üçün «ögey» deyil və hər bir zaman Azərbayjan bəstəkarları xor sənətinə böyük diqqət yetirmişlər. Azərbayjan Dövlət Xor Kapellası proqramın öhdəsindən müvəffəqiyyətlə gəldi, 2 saat ərzində əsərlər fasiləsiz ifa olundu. Buna görə də Kapellaya xüsusi təşəkkürümüzü bildiririk.
       Iki bəstəkarın əsəri daha çox mənim diqqətimi jəlb etdi: Xəyyam Mirzəzadənin və Qalib Məmmədovun. Bu əsərlərdə Azərbayjan xor sənətinə yenilik gətirən xüsusiyyətlər hiss olunurdu. Bundan başqa, Rasim Ibrahimovun və Ilham Azmanlının əsərləri də maraqlı idi. Bu əsərlərdə yeni texnikadan istifadə olunmuşdur. Hərçənd minimalizm üslubu XX əsr musiqisinin əsas jərəyanlarından biridir, bu gənj bəstəkarlar Azərbayjanın xor musiqisinə nejə deyərlər, yeni bir «nəfəs» gətirmişlər. Lakin mənim fikrimjə, Rasim Ibrahimovun əsərində musiqi xətti bir qədər inkişaf etməlidir. Ilham Azmanlının əsərində maraqlı musiqi mövzuları var idi. Doğrudan da, gündəlik ağrılı problemlərimizə toxundu. Ayrıja qeyd etmək istərdim ki, ifa zamanı, kapellada diksiya problemi hiss olunurdu. Aydındır ki, xorda bu əsas mürəkkəb problemlərdən biridir. Arzu edərdim ki, buna gələjəkdə xüsusi diqqət yetirilsin.
       Ilham Azmanlı (bəstəkar): Azərbayjan Dövlət Xor Kapellası plenumun konsert proqramını gözəl ifa edirdi. Mənim əsərim isə ifa üçün çox çətin idi. Vaxtın çatışmamazlığına görə onu Bakı Musiqi Akademiyasınını tələbə ifaçılarından ibarət oktet oxudu. Bu da əsərin bədii təsir güjünü azaltmış oldu.
       Azərbayjan Bəstəkarlar Ittifaqına böyük minnətdarlığımı bildirmək istərdim. Və arzum odur ki, plenumda ifa olunan əsərim Azərbayjan Dövlət Xor Kapellası tərəfindən səsləndirilsin.
       Lalə Hüseynova (musiqişünas): Bu plenumun işini mən yuksək qiymətləndirirəm. Həm dinləyiji, həm də peşəkar musiqiçilər böyük zövq aldılar. Plenuma müxtəlif üslubda əsərlər təqdim edilmişdi, həm ənənəvi, həm də eksperiment şəklində. Eksperiment kimi yazılan əsər (I. Azmanlının xor əsərini nəzərdə tuturam) ümumi əhval-ruhiyyədən çıxırdı. Lakin yəqin ki, bu tipli əsərlər də yaranmalıdır. Xüsusi olaraq, Sevra Ibrahimova, Faiq Nağıyev, Ağakərim Kərimovun əsərlərini qeyd edərdim. Çox maraqlı əsərlərdir. Rasim Ibrahimovun əsəri isə bir qədər gərgin idi. Görünür bəstəkarın dünya görüşü belədir, nejə deyərlər, o, pessimistdir. Bəlkə də, əsər şahzadə Diananın əziz xatirəsinə yazıldığına görə məhz bu əhval-ruhiyyədə bəstələnib.
       Xüsusi qeyd etmək istərdim ki, Plenum həqiqətən çox maraqlı keçdi.
       Vasif Allahverdiyev (bəstəkar): Mən xüsusi qeyd edərdim ki, Azərbayjan Dövlət Xor Kapellası yeni əsərləri çox həvəslə və ustalıqla ifa edirdi. Bu yeni əsərlərdə xor üçün çoxlu maraqlı texniki üsullardan istifadə olunmuşdur. Xüsusən, Xəyyəm Mirzəzadə və Ilham Azmanlının əsərləri xoşuma gəldi. Çox maraqlı əsərlər idi. Çox təəssüf ki, müzakirədə bizim yaşlı bəstəkarlarımız az iştirak edirlər. Halbuki, bizim üçün onların rəylərini öyrənmək vajibdir.
       Yulizana Kuxmazova (Azərbayjan Dövlət Xor Kapellasının xormeysteri): Mən bu müzakirəyə onun üçün gəldim ki, plenumun konserti haqqında bəstəkarların düşünjələrini bilim. Ən əvvəl onu deyim ki, Kapella çox çətin və böyük bir iş görüb. Bizim də əsərlər haqqında öz fikrimiz var. Xüsusi olaraq, Ağakərim Kərimovun əsərləri çox xoşumuza gəldi. Musiqidəki obrazları, mənə elə gəlir ki, biz dinləyijilərə çatdıra bildik. Bundan başqa, I. Azmanlı və R. Ibrahimovun əsərləri də çox maraqlı idi. Demək olar ki, onlar öz əsərlərində çox jəsarətli bir addım atıblar. Kapella əlindən gələni etdi. Və nətijədə plenumun konserti maraqlı keçdi. Biz ifa olunan yeni əsərləri kapellanın konsert repertuarına daxil edəjəyik.
       Validə Əlixanova (musiqişünas, sənətşünaslıq namizədi, dosent): Mənə elə gəlir ki, konsertdə səslənən hər bir əsər özünə görə maraqlıdır: həm latın mətni ilə deklamasiya, həm ənənəvi əsərlər, həm xor kapellasının vokal ansamblın ifası və s. Əlbəttə, hər bir əsəri həm qəbul etmək, həm də dərindən anlamaq çox çətindir. Hardasa əsərin anlamını tamamlamaq da lazım gəlir. Bəlkə də, yeni istiqamətli əsərlərin yaranması da lazımdır. Ayrıja Ağakərim Kərimovun əsərlərindən danışmaq istərdim. Biz onun əsərlərini nadir hallarda eşidirik. Mənim üçün, Ağakərim Kərimovun iki əsəri yaradıjılığında açılmamış səhifə idi. Təəssüf ki, o, öz əsərlərini özü bu konsertdə eşitmədi, biz hamımız çox istedadlı bir bəstəkarı itirmişik.
       Ümumiyyətlə, Azərbayjan Dövlət Xor Kapellası əsərləri layiqinjə ifa etdi. Belə bir tədbirin təşkilatçılarına dərin minnətdarlığımı bildirirəm. Siz bizim gənj bəstəkarlarımız üçün böyük stimul yaratdınız.
       Natalya Dadaşova (musiqişünas): Bu plenumun əsas nətijəsi onu göstərdi ki, indiki zamanda biz Üzeyir Hajıbəyovun, nejə deyərlər əkdiyi ağajın bəhrəsini gördük.
       Ümumiyyətlə, xor sənəti üzrə Azərbayjanda çoxlu iş aparılır. Belə bir «samballı» xor musiqisini biz xeyli vaxtdır ki, eşitməmişdik. Konsertin dramaturgiyası da maraqlı qurulmuşdur. Mən elə hesab edirəm ki, axırda səslənən üç əsərin (N. Quliyev, A. Dadaşov və R.Əliyevin) simfonik orkestrlə ifası daha məqsədəuyğundur. Konsertdə qulaq asdığımız əsərləri 2 hissəyə bölmək olardı: 1) miniatürlər; 2) təntənəli, vətənpərvərlik odaları. Və belə bir nətijəyə gəlmək lazımdır ki, bizim bəstəkarlarımız xor miniatürlərinə öz yaradıjılıqlarında daha çox üstünlük verirlər. Arzu edərdim ki, bəstəkarlarımız xor sahəsində daha rəngarəng canrlarda işləsinlər, mürəkkəb formalara diqqət yetirsinlər. Məsələn, xor konserti, xor muğamları və s. Bundan başqa, xor əsərlərində musiqi ifadə vasitələrindən daha geniş istifadə olunmasını tövsiyə edərdim. Çox vaxt elə olur ki, xor əsərində gözəl lirik melodiyadan başqa nə frazirovka, nə musiqi inkişaf xətti, nə də əsərlərin dərin bədii mənası açılmır. Lakin, ümumilikdə, bu plenum haqqında çox xoş təəssüratlar yarandı.
       Ramiz Zöhrabov (Azərbayjan Bəstəkarlar Ittifaqı Idarə Heyətinin Katibi): Xor musiqisinə həsr olunmuş bu plenum son iki ildə bizim on birinji tədbirimiz oldu. Qısa bir müddətdə biz bir neçə konsert təşkil etmişik. Söz yox ki, musiqi kollektivləri üçün az bir vaxtda yeni əsərləri öyrənmək çətin və əziyyətli bir iş idi. Xor musiqisindən ibarət bu plenumun ifasında vaxtın çatışmamazlığı bir neçə əsərlərin səslənməməsinə səbəb oldu. Qeyd etmək lazımdır ki, Ilham Azmanlının əsərini Azərbayjan Dövlət Xor Kapellası deyil, məhz tələbələrdən ibarət oktet ifa etdi. Azad Ozan Kərimlinin, Sərdar Fərəjovun əsərlərini isə təəssüflər olsun ki, biz eşidə bilmədik. Bunların hamısı vaxtın az olması ilə əlaqədardır.
       Ümumiyyətlə, bu konsert çox gözəl idi. Məqsədimiz o idi ki, bizim bəstəkarlarımızın a capella xoru üçün əsərləri ifa olunsun. Burada monumental xor əsərləri isə nəzərdə tutulmurdu. O ki, qaldı iri həjmli vokal-simfonik əsərlərdən ibarət Plenuma, çalışarıq ki, yaxın bir zamanda onu da həyata keçirək.
       Xəyyam Mirzəzadə, Sevda Ibrahimova, Faiq Nağıyev – bildiyimiz kimi, xor üçün yazan bəstəkarlardır. Qalib Məmmədovun xor əsərləri axır vaxtlarda əsasən xarijdə səslənir və onun xor əsərləri məhz oradakı tələb olunan üslubda yazılır. Ümumiyyətlə, bu konsertdə təzə əsər çox idi. Məsələn, Azər Dadaşovun əsəri. Bu əsərdə müəllifin istedadı, üslubu özünü bariz şəkildə nümayiş etdirdi. Eyni zamanda, Nazim Quliyevin xor əsəri də çox maraqlı idi. Bəstəkar öz Vətəninə olan sevgisini, məhəbbətini göstərir. Əsər yüksək səviyyədə səsləndi.
        Ilk dəfə olaraq xor üçün satirik mövzuda əsər yazılmışdır. Bu Ilham Azmanlının maraq doğuran əsəridir.
       Ümumiyyətlə, xor sahəsində gözəl əsərlərimiz çoxdur, bəstəkarlarımız bütün dövrlərdə yeni-yeni əsərlər yaradırlar. Arzu edirəm ki, həmişə təzə əsər yazasınız və Bəstəkarlar Ittifaqı bu əsərlərin səslənməsində sizə əlindən gələni əsirgəmə- yəjək.
       Vasif Adıgözəlov: Açığını deyim, mən heç gözləmirdim ki, son illərdə bizim bəstəkarlarımız belə bir yüksək səviyyəli əsərlər yazıblar.
       Azərbayjan bəstəkarlarının hərəsinin öz yolu var. Yüksək səviyyəli professional olmaq bizim borjumuzdur. Biz hamımız çalışmalıyıq ki, Azərbayjan bəstəkarlıq məktəbi bütün dünyada daha çox tanınsın və hörmət qazansın.
       Azərbayjan Dövlət Xor Kapellasının ifası hal-hazırda çox yüksək səviyyədədir. Bədii rəhbər Gülbajı Imanova böyük əziyyət çəkib.
       Bəstəkarlarımızdan Sevda Ibrahimova və Rauf Əliyevin əsərləri çox maraqlı idi. Və gözəl ifa olundu. Ilham Azmanlının əsəri haqqında qeyd etməliyəm ki, bir balaja faktura rəngarəngliyi lazım idi. Satira da olmalıdır, sarkazmda. M.Ə.Sabirin haqqında belə bir şəkildə oratoriya da yazmaq olar. Lakin akademik üslubda deyil, məhz mətnə uyğun gələn üslubdan istifadə etmək olardı.
       Rasim Ibrahimovun əsəri də çox maraqlı idi. Bu əsər insanı həyat haqqında düşünməyə məjbur edir. Onun əsəri bizi inandırdı. Nazim Quliyevin əsərində gözəl melodik xətt vardır. Yüksək peşəkarlıq, canra sadiqlik hiss olunurdu.
       Azərbayjan Bəstəkarlar Ittifaqı əvvəljə iki konsert planlaşdırmışdı: I – xor miniatürləri; II – monumental xor əsərləri (simfonik orkestrin iştirakı ilə). Lakin eyni zamanda bu konsert onu da göstərdi ki, bizim bəstəkarlarımız bu gün də xor üçün yüksək səviyyəli əsərlər yaradırlar.
       Yeri gəlmişkən onu deyim ki, biz gənj olanda yeni əsərlərimizə belə bir diqqət olmayıb. Bunu qiymətləndirin. Musiqi fondu üçün də biz bu konserti yazdırmalıyıq.
       Kapellaya çəkdiyi zəhmətə görə çox minnətdarıq. Lakin, kapella da bizdən razı qalmalıdır. Çünki, o da öz repertuarına yüksək səviyyəli yeni əsərlər daxil etdi.

Materialı hazırladılar: Leyla FƏRƏJOVA,
Sevda ƏLIQIZI


   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page