ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
XOR MUSIQISI PLENUMU
-
Search

ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
XOR MUSIQISI PLENUMU
-

 


LƏNKARANDAN YAZIRLAR...


       Elmi-texniki tərəqqinin son dərəcə sürətlə inkişaf etdiyi bir dövrdə bəşər övladını əhatə edən informasiyanın genişliyi onu stress vəziyyətinə salır. Bu vəziyyətdən çıxış yolu ancaq incəsənətdir. «Gözəllik dünyanı xilas edər», kəlamının indiki dövrdə nə qədər mühüm olduğunu dərk etsək bu incəsənətin həyatımızda rolunu daha qabarıq hiss edə bilərik. Incəsənətin müxtəlif növləri arasında hissləri ən kəskin səkildə ifadə etmək qabiliyyəti olan sənət əlbəttəki musiqi sənətidir. Insanın sevincini və kədərini dolğun şəkildə ifadə etmək qəbiliyyətinə malik olan bu incəsənət sahəsinin vətənimizdə nümayəndələri tarixən olub və olacaqdır.
        Hörmətli Prezidentimiz cənab Heydər Əliyevin fərmanı ilə hər il sentyabrın 18-də professional musiqi mədəniyyətimizin banisi, Ü. Hacıbəyovun anadan olduğu gün Azərbaycanda Milli Musiqi günü qeyd olunur. Hər il bu yubileyi xalqımız böyük sevinc və təntənə ilə qeyd edir.
       Respublika Miqyasında bütün bölgələrdə Hacıbəyov sənəti ifaçı və musiqişünaslar tərəfindən təbliğ edilir, ilbəil bu sənətdə yeni axtarışlar və tapırtılar meydana gəlir.
        Respublikamızın Cənub bölgəsinin mədəni mərkəzi olan Lənkəranda da bu tədbir geniş səpkidə keçirilmişdi. Bütün təhsil və ictimai ocaqlarda bəstəkarın yaradacılığı hıqqında mə’ruzə və konsertlər səsləndi. Yekunda isə B. Vəzirov adına Lənkəran Dövlət Dram teatrında, böyük tədbir keçirildi. Tədbiri Lənkəran icra hakimiyyətinin başçısı Yaşar Rzayev açmışdır. O, hörmətli Prezidentimizin verdiyi fərman haqqında danışaraq belə bir günün hər il böyük təntənə və ruh yüksəkliyi ilə keçirilməsinin vacib olduğunu bir daha qeyd etdi. Eyni zamanda o, Ü. Hacıbəyovun musiqi mədəniyyətimizin tərəqqisi yolunda yorulmadan apardığı tükənməz fəaliyyətini, xalqın rifahında olduğu rolunu da vurğuladı. Çıxışının sonunda icra hakimiyyətinin başçısı Y. Rzayev tədbirdə iştirak edən tamaşaçıları və onunla yanaşı bütün Azərbaycan xalqını «Musiqi günü» bayramı münasibətilə ürəkdən təbrik etdi.
       Sonra Bəstəkarlar Ittifaqı Lənkaran təşkilatının Sədri, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Musa Mirzəyev təbriklərə qoşularaq Ü. Hacıbəyovun talış folklorunun nota alınmasında mühüm rolunu və musiqidə Ü. Hacıbəyov fenomeninə baxışını açıqladı.
       Söhbət əsnasında professor Lənkəranda Bəstəkarlar Ittifaqının yenicə fəaliyyətə başlamış zona nümayəndiyilinin gələcək planları haqqında və Üzeyir bəy tərəfindən təməl daşını qoyulmuş şərq musiqisinin tərəqqisində bu zonanın da mühüm rolu olacağına inandığını bildirdir.
       Rəsmi hissədən sonra keçirilən bədii hissədə Lənkəran musiqi həyatını zənginləşdirən sənətkarların ifalarında Üzeyir bəyin əsərlərindən fraqmentlər səsləndi.
       Açılışda Sərhəd qoşunlarının nəfəsli alətlər, qrupu Azərbaycan Dövlət Himnini ifa etdi. Nəfəsli alətlər qrupuna Məzahir Ağayev başçılıq edirdi: Lənkəran Musiqi Texnikumunun birləşmiş xorunun ifasında «Arşın malalan» musiqili komediyasından xor, "Leyli və Məcnun" operasından «Bu gələn yara bənzər» xoru və bəstəkarın «Ey vətən» xoru səsləndi. Sevda Salayeva, Sədaqət Qasımova, Şəhla Hüseynovanın hazırladığı bu xor nümunələrinə Əsmər Şabanova dirijorluq edirdi.
       Nəzərə çarpan ifalardan biri də Lənkəran Musiqi Texnikumunun müəllimi Rəmiş Paşayevin klarnetdə ifa etdiyi «Sevgili Canan» romansı yeni intrepretasiyada. Qeyd edək ki, bütün tədbirin konsertmeysteri Firuzə Abişova idi.
       Dahi Üzeyirin xatirə gecəsi Lənkəran Musiqi həyatında qeniş əks səda doğurdu. Sevindirici hal odur ki, Üzeyir bəyin sənəti öz aktuallığını bu günə qədər saxlayıb və müxtəlif bəstəkarlar yaradıcılığında öz davamını tapır.
       Bizim arzumuz ancaq o ola bilər ki, Bəstəkarlar Ittifaqının Lənkəran zona təşkilatında Üzeyir bəy sənətinə layiq sənətkarlar meydana çıxsın.

Zəminə Tariel qızı

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page