À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
BƏSTƏKARIN MÜQƏDDƏS RUHUNU ƏMƏLLƏRIMIZDƏ YAŞADAQ!
Raziyə ƏLIYEVA
Search

À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
BƏSTƏKARIN MÜQƏDDƏS RUHUNU ƏMƏLLƏRIMIZDƏ YAŞADAQ!
Raziyə ƏLIYEVA
ROSTROPOVIÇLƏRIN NƏSL ŞƏCƏRƏSI
Şeyla HEYDƏROVA
AZƏRBAYCANIN BAŞ ORKESTRI NIyazI epoxası (ARDI)
Nigar ƏLIYEVA Fərəh ƏLIYEVA
ÇARDAŞ VƏ MARKALAR VƏ YAXUD MARKALARDA ƏKSINI TAPAN MACAR RAPSODIYASI
Eldar ISKƏNDƏROV
ÜZEYIR BƏY HACIBƏYOV
Səadət QARABAĞLI

 



       Orkestrin musiqiçilərinin söylədiklərinə görə, orkestrlə Üzeyir bəy özü məşğul olurdu. Onun məşqləri çox maraqlı və məzmunlu keçirdi. Bəzən o, orkestrin ifaçılarına çoxsəsli ifa üslubunun qaydaları üzrə ətraflı məlumat verər, lazım gəldikdə isə həm Avropa, həm də milli musiqimizin tarixi və nəzəriyyəsi haqda çox faydalı söhbətlər edərdi.
       Orkestr yarandığı gündən qarşısında duran başlıca vəzifə repertuarın düzkün təşkil olunması idi. Belə ki, birsəsliliyə öyrənmiş geniş dinləyici auditoriyası üçün çoxsəsliliyin qavranılması çətin olacağından ehtiyat edərək bu işi tədricən həyata keçirmək məqsədi ilə Üzeyir bəy Hacıbəyov ilk vaxtlarda xalq musiqisi nümunələrinə-mahnı və rəqslərimizə müraciət etmiş, onları xalq çalğı alətləri orkestri üçün işləmişdir. Bunlarla yanaşı o, rus musiqisinin klassiklərindən sayılan Qlinka və Çaykovskinin, Dunayevski və Solovyov-Sedoyun, Motsart, Verdi, Şubert, Bize, Brams, Qriq kimi Avropa klassik bəstəkarlarının əsərlərini xalq çalğı alətləri orkestrinin təfsirində səsləndirmək üçün var qüvvəsini sərf edir, ümumiyyətlə bu yolda duran bütün məsələlərin öhdəsindən özünəməxsus təmkinlik və inamla gəlir və bu gözəl işi yorulmadan irəli aparırdı. Artıq 1932-ci ilin sonlarında Üzeyir bəy orkestrin həm ifa tərzinin püxtələsməsi üçün, həm də repertuarının zənginləşməsi üçün yarad ıcılıq fəaliyyətini davam etdirir və bunun nəticəsi kimi özünün yaradıcı təxəyyülünün məhsulu olan 2 iri formalı orijinal əsər – "Çahargah" və "Şur" fantaziyalarını yaradır. Eyniadlı muğamlarımızın intonasiyalarından ruhlanan bəstəkar hər iki əsərdə həm də xalq tərəfindən yaradılmış bu sənət nümunələrinin ruhunu böyük ustalıqla təsvir etmişdir. "Caharkah" və "Şur" fantaziyalarını yaratmaqla dahi bəstəkar həm sonra gələn bəstəkarlar nəsli üçün yaradıcılıqda yeni cığır açmaqla mühüm bir iş görmüş oldu, eləcə də xalq çalğı alətlərinin zəngin imkanlara malik olduğunu və ansambl tərkibində çoxsəsli ifanın mümkünlüyünü bir daha sübut etdi.
       Əsası Üzeyir bəy Hacıbəyov tərəfindən qoyulmuş Azərbaycan xalq çalğı alətləri orkestrinin inkişafı yolunda dahi bəstəkarla ilk gündən çiyin-çiyinə çalışan, böyük əmək və enerji sərf edən Səid Rüstəmov artıq 1935-ci ildə orkestrin həm bədii rəhbəri, həm də baş dirijoru təyin olunur. Üzeyir bəy kimi o da, orkestrin üzvlərinin ifaçılıq mədəniyyətinin və professionallıq səviyyəsinin inkişafı yolunda geniş və maraqlı repertuarın təşkil olunmasında mühüm işlər görürdü. Ilk növbədə o, orkestrin tərkibini genişləndirərək, Hökümə Nəcəfova, Ağası Məşədibəyov, Adil Gəray və b. kimi istedadlı ifaçıları ora dəvət etmişdi. Bundan əlavə, orkestr üçün bir sıra orijinal əsərlərini, o cümlədən "Bayatı-Kürd" və "Şadlıq rəqsini", çoxdan unudulmuş bir sıra xalq mahnı və rəqslərini işləmiş və tərtib etmişdi.
       1938-ci ilin aprelində Moskvada Azərbaycan incəsənəti ongünlüyünün keçirilməsi nəzərdə tutulmuşdu. Bu, Azərbaycanın mədəni həyatında böyük, məsuliyyətli bir hadisə idi. On gün ərzində milli Opera və Balet teatrımız, simfonik orkestr və xor, aşıqlar və bir neçə müğənnimiz; eləcə də xalq çalğı alətləri orkestri, mədəniyyətimizi yüksək səviyyədə nümayiş etdirməli idilər. Üzeyir bəy "Arşın malalan" operettasını müşayiət etmək kimi məsuliyyətli bir işi Səid Rüstəmova tapşırmışdı. Qısa bir zamanda əsərin partiturasını xalq çalğı alətləri orkestri üçün işləyən istedadlı dirijor xalq musiqi alətlərindən, onların zəngin tembrindən novatorcasına istifadə edərək xalqın ruhunu oxşayan gözəl bir orkestr müşayiəti tərtib etdi.
       1938-ci ilin aprel ayının 9-da "Arşın malalan" operettası Səid Rüstəmovun rəhbərliyi və xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Moskva tamaşaçılarına göstərildi və böyük müvəffəqiyyət qazanaraq həm də böyük marağa səbəb oldu. Çünki musiqi tarixin də səhnə əsərinin simfonik orkestr deyil, xalq çalğı alətləri orkestri tərəfindən müşayiət olunması çox uğurlu bir yenilik idi. Dekada ərzində "Arşın mal-alan" iki dəfə göstərilmiş və hər ikisində də xalq çalğı alətləri orkestrinin ifası yüksək qiymətləndirilmişdir. Yekun konsertində isə orkestr Üzeyir bəy Hacıbəyovun xorun ifasında səslənən "Stalinə salam" kantatasını müşayiət etmişdi və bununla özünün yüksək peşəkar kollektiv olduğunu nümayiş etdirmişdi.
       Moskva dekadasından yüksək əhval-ruhiyyə ilə qayıdan kollektiv və onun rəhbəri Səid Rüstəmov yeni həvəslə məhsuldar inkişaf yoluna qədəm qoydu. Istedadlı rəhbər olan Səid Rüstəmov xalq musiqi nümunələrini, eləcə də Azərbaycan bəstəkarlarının o dövrdə yazılmış əsərlərini, rus və Avropa klassiklərnin əsərlərini orkestr üçün işlədi, həmçinin kollektivə istedadlı ifaçılar və o cümlədən 2-ci dirijor kimi Süleyman Ələskərovu dəvət etdi. Yeri gəlmişkən, kollektivin ifaçılıq mədəniyyətinin yüksəlməsində, repertuarının zənginləşməsində Süleyman Ələsgərovun böyük əməyi olduğunu xüsusi qeyd etmək lazımdı. O həm dirijor kimi bir sıra musiqi nümunələrinin orkestr üçün təfsirini vermiş, həm də istedadlı bəstəkar kimi bu kollektiv üçün bir sıra maraqlı əsərlər yazmışdır. Belə bir yaradıcı tərkibdə orkestr maraqlı, zəngin və məzmunlu repertuarla xalq qarşısında çıxışlar edir, digər respublikalarda keçirilən ongünlüklərdə, festivallarda, müxtəlif qastrol səfərlərində iştirak edird i və onun şöhrəti, qazandığı nailiyyətlər bir çox Azərbaycan bəstəkarlarını, o cümlədən Fikrət Əmirovu, Soltan Hacıbəyovu, Cahangir Cahangirovu, Süleyman Ələsgərovu, Ağabacı Rzayevanı, Əşrəf Abbasovu, Adil Gərayı, Hacı Xanməmmədovu, bu kollektiv üçün əsərlər yazmağa ruhlandırmışdı. Bu barədə Azərbaycan bəstəkarlarının 1956-cı ildə keçirilən I qurultayının işində iştirak edən zəmanəmizin görkəmli bəstəkarı Dmitri Şostakoviç "Sovetskaya muzıka" jurnalının 1956-cı il, 6-cı sayında dərc olunmuş "Azərbaycan bəstəkarlarının qurultayı" məqaləsində yazırdı ki, çox fərəhli haldır ki, Azərbaycan bəstəkarlarının yaradıcılığına xas olan yüksək zövq və əsl sənətkarlıq xalq çalğı alətləri orkestrinin repertuarında da öz əksini tapmışdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page