<% Set Conn = Server.CreateObject("ADODB.Connection") Conn.Open "Provider=Microsoft.Jet.OLEDB.4.0; Data Source=" & server.mappath("base/magazines.MDB") & ";" if request.QueryString ("page")="" then page=1 else page=request.QueryString ("page") end if SQL = "SELECT * From textes where id="&request.QueryString("id") Set rst = Conn.Execute(SQL) if rst("page1")<>" " then pagecount=pagecount+1 end if if rst("page2")<>" " then pagecount=pagecount+1 end if if rst("page3")<>" " then pagecount=pagecount+1 end if if rst("page4")<>" " then pagecount=pagecount+1 end if if rst("page5")<>" " then pagecount=pagecount+1 end if partNumber = rst("part") textnumber=request.QueryString("id") number = rst("number") author = rst("author") pagetxt = rst("page"&page) name = rst("name") partnum=rst("part") txtnum = rst("id") fnttxt = rst("fonts") videoq =rst("videoq") soundq =rst("soundq") if rst("videoq")>0 then videoVis="
" end if if rst("soundq")>0 then soundVis="
" end if set rst = nothing set Conn = nothing %> <% Set Conn = Server.CreateObject("ADODB.Connection") Conn.Open "Provider=Microsoft.Jet.OLEDB.4.0; Data Source=" & server.mappath("base/magazines.MDB") & ";" SQL = "SELECT * From parts where id="&partnum Set rst1 = Conn.Execute(SQL) partname= rst1("partname") fnt=rst1("fnt") set rst1 = nothing set Conn = nothing %> :: Musiqi Dunyasi ::
AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQI - 70
Təbriklər
Polad BÜLBÜLOĞLU

 

 

 

HƏMKARLARIMA ÜRƏK SÖZÜM

     Polad Bulbuloglu Ölkəmizin musiqi ictimaiyyəti Bəstəkarlar İttifaqının 70 illik yubileyini təntənə ilə qeyd edir. Milli mədəniyyətimizdə xüsusi yeri olan bu qurum dahi Üzeyir bəyin bizlərə ərməğan qoyduğu dəyərli bir yadigardır.

      Bəstəkarlar İttifaqı mənim üçün çox əziz və doğma bir təşkilatdır. Gözümü açandan evimizdə gördüyüm, daha sonralar isə sənətlərinə və şəxsiyyətlərinə pərəstiş etdiyim musiqiçilər bu ocağın üzvləri idilər. Və şübhəsiz ki, Bəstəkarlar İttifaqının fəaliyyəti, nüfuz dairəsi, onun üzvlərinin peşə ustalığı, yaradıcılıq yolu və ən nəhayət üzvü olduqları İttifaqın fəaliyyətinə böyük məsuliyyət hissi ilə yanaşmaları hələ uşaq yaşlarımdan yaddaşıma köçüb.

      Üstündən neçə illər ötəndən sonra əziz müəllimim, dahi Qara Qarayevin zəmanəti ilə Bəstəkarlar İttifaqına üzv qəbul olunanda sevincim dünyalar qədər idi.

      Budur, artıq o vaxtdan 35 il keçir. Ötən illər ərzində İttifaqın həyatında mən də yaxından iştirak etmişəm. Və həmişə ondan qürur duymuşam ki, Bəstəkarlar İttifaqı respublikamızdakı öz böyük rolu, gördüyü işlərin miqyası və intellektual potensialı ilə fərqlənir. Azərbaycanın musiqi xadimlərini, ziyalılarını öz ətrafında birləşdirən ittifaqımız ölkəmizin quruculuq və yaradıcılıq işlərində, xalqımızın mədəni həyatında önəmli yer tutur. Belə bir təşkilatla, doğrudan da fəxr etməyə dəyər.

      Yeri gəlmişkən qeyd etməyi lazım bilirəm ki, Mədəniyyət Naziri işlədiyim dövrdə Nazirliklə Bəstəkarlar İttifaqının yaradıcılıq əlaqələrinin genişlənməsinə çalışmışam. Son on beş ildə Mədəniyyət Nazirliyi Bəstəkarlar İttifaqı ilə həmişə ünsiyyətdə olub, birgə çalışıb, bir çox önəmli tədbirlər həyata keçirib. İttifaqın qurultayları, plenumları, görkəmli sənət xadimlərinin, musiqi korifeylərinin yubiley gecələri, respublikamızda mədəni hadisələrə çevrilən premyeralar, festivallar, müsabiqələr, bir sözlə neçə-neçə əhəmiyyətli tədbir ortaq əməkdaşlıqdan yaranıb. Mədəniyyət Nazirliyinin sifarişi ilə bəstəkarlarımız tərəfindən möhtəşəm opera və balet əsərləri ərsəyə gəlib, bu əsərlər böyük səhnələrdə tamaşaya qoyulub. Bəstəkarlarımız müxtəlif janrlı musiqilərin – simfoniya və oratoriyaların, oda və kantataların ilk ifasını məhz bizim dövlət musiqinin kollektivlərinə etibar ediblər. Onların yaradıcılıq fəaliyyətlərini dəstəkləmək məqsədilə Azərbaycan bəstəkarlarının yeni əsərlərinin demək olar ki, əksəriyyəti Mədəniyyət Nazirliyi tərəfindən alınıb.

      70 il zaman etibarı ilə az müddət deyil. Müdrik bir insan ömrüdür, ahıllıq yaşıdır. Bu, əsl yetkin yubiley ilidir. Həmkarlarımı yubiley münasibətilə ürəkdən təbrik edirəm. Onlara möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Arzu edirəm ki, onlar İttifaqın həyatında həmişə aparıcı mövqe tutsunlar.

      Mən İttifaqın gənc üzvlərini – cavan bəstəkarlarımızı da təbrik edirəm. Qoy onlar Azərbaycan bəstəkarlıq məktəbinin illərdən bəri yolumuzu işıqlandıran gözəl ən’ənələrini şövqlə davam etdirsinlər. Öz yaradıcılıqları ilə doğma təşkilatımızın həyatına yeni - əhval-ruhiyyə gətirsinlər.

 

Polad BÜLBÜLOĞLU
Azərbaycan Respublikasının Mədəniyyət Naziri,
Xalq artisti, professor

   

 


Next Page