MUSİQİMİZİN
BU GÜNÜ VƏ SABAHI NAMİNƏ
Azərbaycan
musiqi sənətinin inkişafında, onun dünya
miqyasına çıxmasında, müxtəlif ölkələrdə
təbliğində, musiqi şedevrlərimizin auditoriyalarda
rəğbətlə qarşılanmasında, sevilməsində
bünövrəsi 70 il əvvəl qoyulmuş Azərbaycan
Bəstəkarlar İttifaqının xidmətləri
əvəzsizdir. Məhz musiqi sənətimizin beşiyi
başında dayanan bu təşkilatın səmərəli
fəaliyyəti nəticəsində Azərbaycan
musiqisi hərtərəfli inkişaf edərək
müasir dünya musiqi mədəniyyəti xəzinəsinə
öz layiqli töhfələrini vermişdir. Təsadüfi
deyil ki, indi çağdaş dünyanın musiqi
korifeyləri siyahısında Ü.Hacıbəyov,
Q.Qarayev, F.Əmirov və başqalarının da
adları çəkilir. Milli musiqimizin inkişafında
Azərbaycan Dövlət Televiziyası və Radiosunun
Bəstəkarlar İttifaqı ilə birgə işi
də böyük rol oynayır. Əslində elə
radionun və televiziyanın yarandığı ilk
günlərdə onların proqramlarının
xeyli hissəsini musiqi verilişləri təşkil
edib. Sonralar radio və televiziya inkişaf etdikcə
ayrıca musiqi baş redaksiyaları yaradılıb.
Biz fəxr edirik ki, Azərbaycan radiosunda musiqi verilişlərinin
əsasını Ü.Hacıbəyov və M.Maqomayev
kimi dahi şəxsiyyətlər qoyublar. Bundan başqa
müxtəlif vaxtlarda S.Rüstəmov, Niyazi, T.Bakıxanov,
C.Cahangirov kimi sənətkarlar teleradio ilə sıx
əməkdaşlıq etmişlər. Bu gün
də teleradionun musiqi baş redaksiyaları Bəstəkarlar
İttifaqı ilə sıx əməkdaşlıq
edir. Hazırda çoxmilyonlu tamaşaçı və
dinləyici auditoriyasının böyük rəğbət
göstərdiyi və maraqla dinlədiyi, baxdığı
verilişlər sırasında həmin redaksiyaların
hazırladığı musiqi proqramları xüsusi
yer tutur. Təsadüfi deyil ki, musiqi proqramlarının
bir çoxunun aparıcıları da elə ya Bəstəkarlar
İttifaqının üzvləri, ya onların
məsləhəti ilə də’vət olunan mütəxəssislərdir.
70 yaşlı Bəstəkarlar İttifaqının
təşkilatlanmasında, püx-tələşməsində
və indiki səviyyəyə gəlib çatmasında
dahi bəstəkarlarımız Üzeyir Hacıbəyovun,
Qara Qarayevin, Tofiq Quliyevin və başqalarının
misilsiz əməyi olub. Biz böyük qürur
hissi ilə qeyd edə bilərik ki, həm Bəstəkarlar
İttifaqının fəaliyyətinin tənzimlənməsində,
həm də musiqi sənətimizin inkişaf etdirilib
dünya miqyasında tanıdılmasında xalqımızın
ümummilli lideri Heydər Əliyev də misilsiz
xidmətlər göstərmişdir. XX əsr Azərbaycan
musiqisinin inkişafında müstəsna xidmətləri
olan Azərbaycan Bəstəkarlar İttifaqını,
onun bütün üzvlərini əlamətdar yubiley
münasibəti ilə teleradio şirkətinin kollektivi
adından səmimi qəlbdən təbrik edir, bütün
musiqiçilərimizə möhkəm can sağlığı,
uzun ömür, Azərbaycan mədəniyyətinin
tərəqqisi naminə yeni uğurlar arzulayıram.
NİZAMİ
XUDİYEV
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri
Şirkətinin sədri,
professor, Millət vəkili