"Qadınlar musiqidə"         
      
          
1  
Yeniliklərimiz
Qadınlar musiqidə

A. Ozan Kərimli
V. Adıgözəlovun Çanaqqala zəfəri

P. Quliyev
T. Bakıxanovun əsərlərinə Türkiyədə maraq

Yeniliklərimiz
Bizə yazırlar

Yeniliklərimiz
Xəbərlər


 

 

 

 

English English
        

Qadınlar musiqidә" - bu yaxınlarda Azәrbaycanda yaranan vә öz sıralarında professional musiqi tәhsilinә malik olan bütün qadınları - bәstәkarları, musiqişünasları, ifaçıları toplayan yeni assosiasiya belә adlanır. Dünyanın bir çox ölkәlәrindә fәaliyyәt göstәrәn bu cәmiyyәtlәrin әsas mәqsәdi qadın yaradıcılığının tәbliği vә hәyatın bütün fәaliyyәt sahәlәrindә qadın hüquqlarının müdafiәsidir. Biz, müxbirimiz, Nigar Axundovanın Assosiasiyanın prezidenti, Azәrbaycanın әmәkdar İncәsәnәt xadimi, Bakı Musiqi Akademiyasının professoru, bәstәkar vә pianoçu Firәngiz Əlizadә ilә müsahibәsini sizә tәqdim edirik.

N.A. - Bütün dövrlәrdә cәmiyyәtin inkişaf sәviyyәsini qadına olan münasibәtlә ölçmәk olardı. Yaradıcı qadına münasibәt, onun rolunun dәrk edilmәsi sosial dәyişikliklәrin demokratik istiqamәtinә dәlalәt edirdi. Sizcә, Assosiasiya müәyyәn dәrәcәdә müasir Azәrbaycan cәmiyyәtindә bu gün baş verәn proseslәrin әksi kimi yaranmışdır, ya yox?

- F.Ə -Sözsüz, bu gün biz hamımız cәmiyyәtimizi dәyişdirәn reformaların şahidlәriyik. Qadınlar gündәn-günә hәyatın bütün sahәlәrinә daha aktiv daxil olur, "kişi" sәnәtlәrinә yiyәlәnirlәr, dövlәt idarәetmәsi sahәlәrindә vә ictimai fәaliyyәtlәrindә gözәl nәticәlәr nümayiş etdirirlәr. Mәn deyәrdim ki, bu proses "sovet" dövründә olduğu kimi "plan" xarakteri daşımır. Cәmiyyәtin demokratiklәşmәsi "proqramlı" deyil, tәbii tarazlığın yaranmasına, qüvvә vә imkanların hәqiqi münasibәtlәrinin müәyyәnlәşdirilmәsinә şәrait yaradır.

N.A. - Bütün bunlara baxmayaraq, Sizә elә gәlmir ki, mövcud stereotiplәr, tәfәkkürdә mövcud olan әtalәt, milli әn'әnәlәr müәyyәn dәrәcәdә bu hәrәkatı lәngidirlәr? Deyәk ki, elә parlaq, "passionar" şәxsiyyәtlәr var ki, onlar yuxarıda sadalanan amillәrlә bağlı bütün çәtinliklәrә üstün gәlә bilirlәr. Lakin bu hәrәkata geniş vüs'әt aşılamaq üçün mütlәq...

F.Ə. - ...Mütlәq, sizin dediyiniz kimi, "passionar enerjiyә" malik olmayan şәxsiyyәtlәr maraq dairәlәri, professional yönümlәri әsasında birlәşmәlidirlәr. Bunlardan biri dә musiqidә qadın hәrәkatıdır.

N.A. - Vә bu zaman Siz assosiasiya yaratmaq fikrinә düşdünüz?

F.Ə. - Bu, bir qәdәr elә deyil... "Qadınlar Musiqidә" Assosiasiyası Azәrbaycanda 1999-cu ildә yaranmışdır. Mәn isә bu hәrәkata taleyin hökmü ilә çox-çox әvәl qatılmışam. 1989-cu ildә Nyu-York Universitetinә "SSRİ-dә qadın bәstәkarlar" mövzusunda mә'ruzә ilә çıxış etmәk üçün dә'vәt edilmişdim. Mәn bu mövzu ilә maraqlanıb material toplamağa başlayanda, tәәccüblә aşkar etdim ki, bu barәdә, demәk olar ki, heç bir şey yazılmayıb. Bu problem hәlә tәzә-tәzә doldurulmağa başlayan özünәmәxsus "Fabula rasa" - "tәmiz lövhә" idi. Maraqlıdır ki, belә bir vәziyyәt tәsadüfi yaranmamışdı vә bunun özünәmәxsus sәbәblәri var idi. İş burasındadır ki, sözün әsl mә'nasında, hәqiqәtәn görkәmli qadın bәstәkarlar olan S.Qubaydullina, Q.Ustvolskaya, E.Kojevnikova, T.Smirnova - onların yaradıcılıqlarının qadın problematikası nöqteyi-nәzәrindәn araşdırılmasına mәnfi münasibәt bәslәyirdilәr. Çünki özlәrini ümumi musiqi prosesinin bәrabәr hüquqlu üzvlәri hesab edirdilәr. Başqa qadın bәstәkarların yaradıcılıqları isә müxtәlif sәbәblәrdәn musiqişünasların diqqәtini çox nadir hallarda cәlb edirdi. Belәliklә, mövzu qәtiyyәn işlәnilmәmiş qalmışdı.

N.A. - Bәlkә, bu, mövcud vәziyyәtin ayrıca problem kimi dәrk edilmәmәsi üzündәn baş verirdi?

F.Ə. - Bәlkә dә. Hәr halda, lap әvvәldәn, statistikadan başlamalı oldum. Böyük iş apardıqdan sonra, belә bir nәticәyә gәldim ki, 1987-ci ildә qadın bәstәkar vә musiqişünasları SSRİ Bәstәkarlar İttifaqının dörddә birini tәşkil edirdilәr ki, onlardan dә bәstәkarlar 105 nәfәri, aktiv yazanları isә, ondan da az - 18-20 nәfәri tәşkil edirdi. Mәsәlәnin tarixinә gәldikdә isә qeyd etmәk lazımdır ki, bu hәrәkatın başlanğıcında Kölnli alman qadın-dirijor vә kantor İlke Maşe Blankenburq dururdu. O, qadın bәstәkarların әsәrlәrinin ifası üzrә praktiki işin aparılması, bioqrafik materialların toplanması, not arxivinin elmi tәdqiqi kimi alicәnab mәqsәdlәrin carçısı idi.

N.A. - Bәs onu bu addımı atmağa nә vadar etmişdi, belә hәrәkatın әsasını qoymaq istәyi nәdәn irәli gәlirdi?

F.Ə. - Sözsüz, bu gün biz hamımız cəmiyyətimizi dəyişdirən reformaların şahidləriyik. Qadınlar gündən-günə həyatın bütün sahələrinə daha aktiv daxil olur, "kişi" sənətlərinə yiyələnirlər, dövlət idarəetməsi sahələrində və ictimai fəaliyyətlərində gözəl nəticələr nümayiş etdirirlər. Mən deyərdim ki, bu proses "sovet" dövründə olduğu kimi "plan" xarakteri daşımır. Cəmiyyətin demokratikləşməsi "proqramlı" deyil, təbii tarazlığın yaranmasına, qüvvə və imkanların həqiqi münasibətlərinin müəyyənləşdirilməsinə şərait yaradır.

İndi bu hәrәkat dünyanın, demәk olar ki, bütün inkişaf etmiş ölkәlәrindә - İtaliyada, Almaniyada, Fransada, ABŞ-da özünün cәmiyyәtlәri vә assosiasiyalarına malikdir. İtaliyada onlar hәtta ikidir - Şimali vә Cәnubi. ABŞ-da isә belә cәmiyyәtlәr musiqi fakültәsi olan demәk olar ki, hәr universitet nәzdindә yaradılmışdır. Buna münasib olaraq, "qadın musiqisi" sәslәnәn daimi festivallar keçirilir, bu problemlәri işıqlandıran konfranslar, seminarlar tәşkil edilir.

1987-ci ildәn başlayaraq mәn dәfәlәrlә belә festivallarda iştirak etmişәm: ABŞ-Buffaloda, Hamburqda, Kölndә, Heydelberqdә (yeri gәlmişkәn, bu ilin oktyabrında mәn Heydelberqә festivala dә'vәt olunmuşam). Vә bu prosesin inkişafını izlәyәrәk mәn başa düşürdüm ki, Azәrbaycanda belә bir cәmiyyәtin yaranması üçün bizim bütün әsaslarımız var.

N.A. - Bizim cәmiyyәtimiz başqa bu kimi cәmiyyәtlәrdәn nә ilә fәrqlәnir?

F.Ə. - Mәn deyәrdim ki, bizim üzәrimizә ikiqat mәs'uliyyәt düşür. Daxili, sırf professional problemlәrdәn başqa, biz hәm da yadda saxlamalıyıq ki, bizim assosiasiya iste'dadlı Azәrbaycan qadın bәstәkarları, musiqişünasları, ifaçılarını dünyaya tanıdan gözәl informasiya kanalıdır. Başqa sözlә desәk, bizim assosiasiya Azәrbaycan yaradıcı qadını simasının formalaşması vә әn geniş tәbliğinә xidmәt etmәlidir.

N.A. - Hәr halda, bu, sizin ali mәqsәdinizdir. Bәs bu mәqsәdә Siz hansı vasitәlәrlә çatmağı nәzәrdә tutmusunuz?<

F.Ə. - Biz bir neçә istiqamәt nәzәrdә tutmuşuq ki, hal-hazırda onların işlәnilmәsilә mәşğuluq:

1. Musiqiçi qadınlar haqqında mә'lumat toplayıb, mә'lumat kitabçası tәrtib etmәk.
2. Qadın yaradıcılığının tәbliği.
3. Seminar, konfrans vә festivalların keçirilmәsi.
4. Tәhsil sәviyyәsinin qaldırılması. Yeri gәlmişkәn, bizim assosiasiyadan beş qadın artıq Soros Fondunun kurslarında ingilis dili öyrәnirlәr.

May ayından başlayarq, biz bir neçә tәdbir keçirmişik.

Bizim birinci tәdbirimiz Qara Qarayevin tәlәbәlәri - qadın bәstәkarların әsәrlәrindәn ibarәt kamera konserti idi. Bu konsertlә, biz, hörmәtli Müәllimimizin xatirәsini yad etdik vә yubiley konsertlәri silsilәsinә öz töhfәmizi bәxş etdik. Konsertdә S.İbrahimovanın, N.Şәfiyevanın, A.Cәfәrovanın, E.Dadaşovanın, R.Hәsәnovanın, F.әlizadәnin әsәrlәri ifa edildi.

Növbәti vә mәnim fikrimcә, çox uğurlu tәdbir әmәkdar incәsәnәt xadimi, sәnәtşünaslıq doktoru, professor Z.Sәfәrovanın "Azәrbaycanın musiqi elmi. XIII-XX әsrlәr" kitabının perezentasiyası oldu.

Elә tәkcә çıxış edәnlәrin siyahısı göstәrdi ki, tәdqiqatın özü kimi, ona hәsr edilmiş tәdbir dә cәmiyyәtdә böyük әks-sәdaya sәbәb olmuşdur: Xalq yazıçısı Elçin, Xalq yazıçısı H.Abbaszadә, akademik F.Köçәrli, filologiya elmlәri doktorları G.әlibәyova vә R.Hüseynov, professor F.Bәdәlbәyli, sәnәtşünaslıq namizәdlәri E.Babayev, Ü.İmanova, M.M.Kәrimov vә b.

Vә nәhayәt, iyunun 1-dә Uşaqları Beynәlxalq Müdafiә Günündә R.Behbudov adına Mahnı Teatrında biz "Qadın bәstәkarlar - uşaqlara" adlı konsert keçirdik. Hәmin gün ixtiyar uşaqlara verilmişdi: onlar özlәri üçün yazılmış әsәrlәri ifa edir, konserti dә özlәri aparırdılar. Hәtta konsertin afişası da 12 yaşlı oğlanın eskizlәri әsasında tәrtib edilmişdi.

N.A. - Belәliklә, Siz proqram tәrtib edib, onu hәyata keçirmәyә başlamısınız, bir ay әrzindә mühüm iş görmüsünüz, üç böyük tәdbir keçirmisiniz. Sizә elә gәlmir ki, belә tempi saxlamaq çәtin olacaq vә "premyera" yönümlü yığıncaqlardan sonra sakitlik çökәcәk?

F.Ə. - Biz yenә dә söhbәtimizin әvvәlinә qayıtdıq: "Qadınlar musiqidә" qabaqcadan planlaşdırılmış vә yaxud da yuxarının göstәrişi ilә yaranmış bir qurum deyil. Onun yaranması zәrurәti bu günlәrin tәlәbatı ilә bağlı olub, situasiyanın özündәn irәli gәlirdi. Tәbiәtin özü qadının hәyat proqramını yaratmaq vәzifәsini daxil edib. Qadın yeni hәyat yaradır, gözәllik yaradır, ocağın odunu qoruyur. Yçüncü minilliyin astanasında dünyada, incәsәnәtdә hәrc-mәrcliyin, qeyri-sabitliyin, narahatçılığın hökm sürdüyü bir dövrdә qadın özünün daimi vәzifәsini - yaratmaq vәzifәsini hәyata keçirmәlidir.

Buna görә dә, mәn ümidvaram ki, bizim assosiasiyanın nәinki yaxşı başlanğıcı, hәm dә böyük gәlәcәyi olacaq.

 

[ More information... ]


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site