zünəməxsus
zəngin yaradıcılıq yolu keçən ustad
tarzən əhsən Dadaşovun ifaçılıq
fəaliyyəti gur çeşməni xatırladır.
Bu çeşmədən çoxları su içib,
qol-budaq atıb pərvəriş taparaq, bu gün
Azərbaycan musiqisinə, onun inkişafına, xüsusilə
muğam sənətimizin yaşamasına, təbliğinə
sədaqətlə xidmət edir. Hələ bundan
sonra da neçə-neçə tarzənlər nəsli
onun tükənməz yaradıcılıq çeşməsindən
bəhrələnəcək, ə.Dadaşov sənətini
nəsillərə çatdıracaqdır.
Ə.Dadaşovun
ifaçılığında Şərq fəlsəfəsi,
Dədə Qorqud müdrikliyi, ulularımızın
ürək yanğısı ilə süslənmiş
büllur bir sevgi vardı və bu sevgi idi onu xalqına,
musiqi ictimaiyyətinə sevdirən. Onun sənətinin
ən qiymətli cəhəti muğamların təbiətində
olan dərin, möhtəşəm fikri, mə'nanı,
fəlsəfi tutumu, estetik dəyərləri aça
bilmək qüdrətində idi. O, tar, ud çalanda
bütün varlığını, ruhunu musiqinin
mayasına qatır, özü də muğamın
tə'min etdiyi hisslə müdrikləşir, muğamlaşırdı.
Ə.Dadaşov
özündən əvvəlki klassiklərin və
müasiri olan ustadların ifaçılıq üslubuna,
ən'ənəsinə hörmətlə yanaşan,
bununla belə öz yolu, dəst-xətti olan tarzən
idi. O, özünəməxsus fərdi ifaçılıq
xüsusiyyətləri, üslub ilə seçilirdi.
Bu orijinal üslub 1961-ci ildə onun yaratdığı
xalq çalğı alətləri ansamblına da
xas idi. Onun musiqisi bütöv, möhtəşəm,
nizamlı olmaqla yanaşı, ən kiçik nüansları
ilə birlikdə yadda qalırdı.
Bə'ziləri
düşünürlər ki, muğam toxunulmazdır,
yə'ni klassik yaranışı necədirsə,
eləcə də ifa edilməlidir. Bə'ziləri
isə haqlı olaraq onun yaşarlığını
milli zəmin üzərində islahatlar aparılmasında
görür. ə.Dadaşov ikinci yolu tutmuşdu.
Onda xalq musiqisinə bəstəkar təfəkkürü,
duyumu ilə yanaşmaq qabiliyyəti vardı. O, muğam
və digər xalq musiqisi nümunələrində
elə improvizasiyalar edirdi ki, bu əsl tapıntı,
kəşf idi.
Ansamblın bədii
rəhbəri kimi Ə.Dadaşovun böyük xidmətlərindən
biri Azərbaycan xalq çalğı alətlərinin
hər birinin bədii texniki imkanlarını zərgər
dəqiqliyi ilə düzgün müəyyənləşdirməsində
idi. O, ansambla orijinnalıq, yeni vüs'ət gətirmək,
onun repertuarını daima təzələmək,
qədim ifaçılıq ən'ənələrini
yeni çalarlarla zənginləşdirmək üçün
axtarışlar aparmaqdan yorulmamış, ifaçılıqda
eksperimentlər aparmaqdan çəkinməmişdir.
Bildiyimiz kimi,
hər bir musiqi əsərinin bədii tə'sirinin
gücü intonasiyaların aydınlığı,
asan qavranılması, musiqi dilinin şəffaflığı
ilə ölçülür. Bu baxımdan onun ansamblı
digərlərindən seçilirdi. O, ilk dəfə
qədim çalğı alətlərimizdən biri
olan udu ansambla daxil etməklə onun ümumi tembr,
ahəng palitrasını daha da gözəlləşdirməyə
nail olmuşdu.
Dünya şöhrətli
bəstəkarımız F.əmirov ə.Dadaşovun
ansamblının məziyyətləri haqqında
yazırdı: "ə.Dadaşovun yaratdığı
xalq çalğı alətləri ansamblının
repertuarı öz rəngarəngliyinə, yüksək
temperament və ifaçılıq texnikasına görə
başqa ansambllardan fərqlənir. Sevinirəm ki,
ansambl təkcə respublikamızda deyil, onun hüdudlarından
uzaqlarda məşhurdur".
Şübhəsiz
ki, hər bir böyük sənətkar üslubundan
tanınır, yə'ni öz üslubu olmaq onun sənətini
dəyərləndirən ən mühüm cəhətdir.
Bu isə hər bir sənətçinin iste'dadı,
təfəkkürü, intuisiyası ilə bağlı
olan spesifik amildir. Bu baxımdan ə.Dadaşov olduqca
orijinal tarzən idi. Onun çox incə hissi - emosional
duyumu və qeyri-adi barmaqları, ifa tərzi vardı.
Ustadın ifaçılıq
üslubunu səciyyələndirən cəhətlərdən
biri də ən sadə musiqi cümlələrindən
tutmuş mürəkkəb, virtuoz gəzişmələrədək
bütün musiqi komponentlərinin fərdiliyini, çalarlarını
bənzərsiz mizrablarla dinləyiciyə çatdırmaq
qüdrətində idi. O, klassik və professional çağdaş
musiqimizi, muğam hissələrini, guşələrini
bir-birinə elə qucaqlaşdırır, peyvənd
edirdi ki, ən yüksək erudisiyalı musiqiçilər
belə onun bu ustalığına heyran qalırdılar.
Xüsusilə "Şur" muğamı onun ifasında
mübahisəsiz şedevr idi.
Tarzənin ifaçılığında
diqqəti çəkən xüsusiyyətlərdən
biri də klassik poeziyamızda olduğu kimi, muğam
çalğısında da epik vüs'ətə, forma
və məzmunun biri-birini tamamlamasına ciddi fikir
verməsində idi. O, muğamı qəlibə salmır,
vərdişə çevrilmiş yad ən'ənələrdən
xilas edir, onun ümumbəşəri mahiyyətini
açır, dinləyicidə muğam haqqında gerçək
fəlsəfi təsəvvür yaradırdı.
Ə.Dadaşov
yaradıcı sənətkar idi. O, çaldığı
hər bir musiqi əsərinə yenilik gətirir,
melodiyanın müxtəlif variantlarını tapırdı.
Muğamlar, təsniflər, dəramədlər, rənglər,
oyun havaları və s. tarzənin ifasında təzə
ştrixlər, boyalar, cizgilərlə bəzənir,
yeni biçimdə dinləyiciyə çatdırılırdı.
Təəssüf
ki, bu böyük sənətkar, virtuoz tarzən,
gözəl ansambl rəhbəri və nəcib insan
dünyasını tez dəyişdi. Amma, qədirbilən
musiqi ictimaiyyətimiz onun adını özünün
yaratdığı ansamblın adı ilə əbədiləşdirdi.
Hazırda tanınmış sənətçimiz Adil
Bağırovun rəhbərlik etdiyi "Xatirə" xalq
çalğı alətləri ansamblı əhsən
Dadaşovun adını daşıyır.
Böyük
sənətçi dünyasını dəyişənədək
öz yaradıcılıq ən'ənələrinə
sadiq qaldı. O, heç zaman yaradıcılıq axtarışlarından
usanmadı, doymadı. Onun bu cəfakeşliyi bu günümüzün
və sabahımızın ifaçıları üçün
nümunə olmalıdır.
Öz sənəti
ilə mənsub olduğu xalqın məhəbbətini,
sevgisini qazanan sənətkar ölmür. əhsən
Dadaşov məhz belə ölməz sənətkarlarımızdandır.