Muğam sәnәtimizin Seyidi        
Seyid Şuşinski - 110         
Tahirә SӘFӘROVA           
English
1  
        
"Tasnif"

zәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi yarandığı vaxtdan bu günәdәk xalqımızın görkәmli musiqi xadimlәrinin, el xanәndәlәrinin, musiqiçilәrin hәyat vә fәaliyyәtini әks etdirәn sәnәdlәri toplayır, sistemlәşdirir, tәbliğ edir. Belә görkәmli şәxsiyyәtlәrdәn biri, bu il anadan olmasının 110 ili tamam olan S.Şuşinski haqda da muzeyimizdә xeyli material toplanmışdır: müxtәlif illәrin fotoşәkillәri, mәtbuatda çıxmış mәqalәlәr, kitablar, afişalar vә s.

әfsanәvi gözәlliklәr diyarı Şuşa, Qarabağ torpağının xalqımıza bәxş etdiyi görkәmli şәxsiyyәtlәr - Ü.Hacıbәyov, Niyazi, Bülbül, Z.Adıgözәlov, Xan Şuşinski, Q.Primov kimi, S.Şuşinski dә özünәmәxsus dәst-xәtti, yaradıcılığı ilә musiqi tariximizdә silinmәz izlәr buraxmışdır.

Gәnc Seyid ilk tәhsilini mәdrәsәdә almışdı. Atası erkәn rәhmәtә getdiyindәn onun tәrbiyәsi ilә xalası Mәşәdi Hürzad vә әmisi Mәşәdi Seyidәli mәşğul olmuşdular. Mәşәdi Hürzad Qarabağ toylarının qadın mәclislәrindә oxuyardı. әmisi isә dövrünün qabaqcıl ziyalılarından idi. Gәnc xanәndәnin musiqi sahәsindәki tәhsili ilә o şәxsәn özü mәşğul olur, klassiklәrin şe'rlәrini ona öyrәdib, muğam üstündә oxudardı.

Gәnc Seyidin bir xanәndә kimi yetişmәsindә böyük müğәnni Cabbar Qaryağdıoğlunun böyük tә'ciri olmuşdur. Bu barәdә sonralar o, belә deyirdi: "Cabbar kimi bir ustad xanәndә olmaq üçün öz üzәrimdә hәvәslә çalışırdım. Odur ki, saatlarla Cabbarın qrammafon vallarına qulaq asar, hәmişә onun oxumağını eşitmәyә can atardım".

Musiqi elminin sirlәrinә yiyәlәnmәk üçün әmisi onu M.M.Nәvvabın musiqi mәktәbinә gәtirir. İki ildәn artıq tәhsil aldıqdan sonra Nәvvab onun el şәnliklәrindә, musiqi mәclislәrindә oxumasını mәslәhәt görür.

S.Şuşinskinin çox yüksәk sәs diapazonu var idi. O, muğamları çox dәqiq ifası ilә seçilәrmiş. Bütün dinlәyicilәr, hәtta sәnәt yolunda saç-saqqal ağartmış, özünü tәsdiq etmiş xanәndәlәr belә onun tәkrarolunmaz ifasını heyranlıqla dinlәyәrdilәr.

Gәnc S.Şuşinski xüsusi musiqi tәhsili görmәsә dә, özünün sә'yi vә bacarığı sayәsindә, özündәn xeyli yaşlı vә tәcrübәli xanәndәlәrdәn, musiqiçilәrdәn musiqi elminin sirlәrini öyrәnmişdi.

Bir çox bölgәlәrdә, o cümlәdәn Qazaxda, Gәncәdә elә toy mәclislәri olmazdı ki, onu dә'vәt etmәsinlәr: o qәdәr sevilәn vә arzuolunan xanәndә idi ki, toya dә'vәt edәn әhali özü onun günlәrini öz aralarında bölürdülәr.

1911-ci ildә S.Şuşinskini Tiflisә dә'vәt edirlәr. Verdiyi konsertlәrdәn sonra, o burada da az bir zaman içәrisindә mәşhurlaşır.

1912-ci ildә görkәmli yazıçımız C.Mәmmәdquluzadәnin, Yusifbәy Tahirovun tәşәbbüsü vә S.Şuşinskinin kömәyi ilә Tiflisin azәrbaycanlılar yaşayan hissәsindә "Auditoriya" adlı klub açılır. Burada konsertlәr vә teatr tamaşaları göstәrilirdi. S.Şuşinski dә konsertlә çıxış edir vә әldә etdiyi pulun hamısını kluba hәdiyyә edirdi.

S.Şuşinski tәk xanәndә kimi yox, hәm dә aktyor kimi tamaşalarda da uğurlu çıxışlar edir. Tiflis sәhnәsindә tamaşaya qoyulan Ü.Hacıbәyovun "Leyli vә Mәcnun"un da İbn-Sәlamı, "Arşın mal alan"da әsgәri, "O olmasın, bu olsun"da Sәrvәri uğurla oynayır.

Lakin onun fәaliyyәti tәk bununla bitmir. S.Şuşinski hәm dә bir xeyriyyәçi kimi fәaliyyәt göstәrir, o nәinki tamaşalardan ona düşәn pulu almır, hәm dә ehtiyacı olan aktyorlara kömәk edirdi.

Tәdqiqatçı F.Şuşinski "Azәrbaycan xalq musiqiçilәri" kitabında yazır: "Mirzә Cәlilin Şәrq musiqisinә olan hәvәsi vә musiqi alәtlәrindә çalmağı bacarması onun Seyid Şuşinski kimi mәşhur bir xanәndә ilә dostluğuna müsbәt tә'sir etmәyә bilmәzdi. Eyni zamanda dinә, cәhalәtә, avamlığa vә nadanlığa qarşı mübarizә aparan "Molla Hәsrәddin" jurnalının mә'nәvi vә siyasi әhәmiyyәtini dәrk edәn Seyid, jurnalın vaxtlı-vaxtında çıxması üçün әlindәn gәlәn kömәyi әsirgәmәzdi. Mәhz buna görә dә Seyid Tiflisin kübar ailәlәrinin toy şәnliklәrindәn әldә etdiyi gәlirdәn "Molla Hәsrәddin" jurnalının nәşrinә sәrf edirdi".

O, toy mәclislәrindәn, sahibi olduğu restoran vә mehmanxanalardan әldә etdiyi gәliri ehtiyacı olan aktyor vә tәlәbәlәrә, qәzet vә jurnalların nәşrinә sәrf edәrdi.

S.Şuşinskini Mirzә Cәlil, әbdürrәhim bәy Haqverdiyev, Hüseyn әrәblinski ilә yanaşı Hüseyn Cavidlә dә xüsusi tellәr bağlayırdı. Cavid şe'riyyәtinin dәrin hikmәti, üsyankarlığı, mә'na dәrinliyi, әdalәt axtarışı, mәntiqi onu xüsusilә cәlb edirdi. Cavid әfәndinin şe'rlәrini daha çox üsyankar ruhlu, mübariz "Çahar-gah"da, "Mәnsuriy-yә"dә oxuyardı.

1913-14-cü illәrdә Kiyevdә onun ifasında muğamlarımız qrammafon vallarına yazılır. 1926-cı ildә dahi Üzeyir bәyin tәşәbbüsü ilә Azәrbaycan Dövlәt Konservatoriyasına dә'vәt edilir, burada muğamın sirlәrini gәnc nәslә açıqlayır. 1939-60-cı illәrdә Azәrbaycan Dövlәt Filarmoniyasında solist, ömrünün son illәrindә isә Opera vә Balet Teatrında muğam operaları üzrә mәslәhәtçi işlәyir.

S.Şuşinski ömrünün iyirmi ildәn artıq bir dövrünü (1943-65-ci illәr) Asәf Zeynallı adına Musiqi Mәktәbindә gәnc nәslә muğam sәnәtinin әsrarәngiz sirlәrini öyrәtmişdir. H.Rzayeva, Y.Kәlәntәrli, ә.әliyev, R.Muradova, Z.Xanlarova, İ.Rzayev mәhz S.Şuşinskinin tә'limindәn bәhrәlәnmiş, onun xeyir-duası ilә talelәrini bu e'caskar, cazibәli olduğu qәdәr dә mürәkkәb olan sәnәtә bağlamışlar. Bu is yalnız Azәrbaycan musiqisinin incә çalarlarını, mә'na dәrinliklәrini, muğamların mahiyyәtini bilәnlәrә müyәssәr olmuşdur.


1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page Back to Home About site