Sәhnәmizin Mәcnunu        
Hüseynqulu SARABSKİ - 120         
Rәna MәMMәDOVA           
1  

zәrbaycan teatr sәnәtinin banilәrindәn biri olan H.Sarabski özündә aktyorluq qabiliyyәti ilә yanaşı, әsrin әvvәlllәrindә yaşayıb-yaratmış digәr ziyalılara xas olan yenilikçilik ruhu da daşıyırdı. Onun yaradıcılığının özünәmәxsusluğunu vә dәyәrini göstәrәn bir mәsәlә üzәrindә xüsusi olaraq durmaq istәyirәm. Söhbәt Sarabskinin öm-rünün sonlarına qәdәr qәlbindә yaşatdığı vәtәn sevgisindәn, onun tәbiәtinә olan heyranlıqdan gedir.

Sarabskinin şәxsiyyәtindә azәrbaycanlılar üçün xas olan muğam duyğusu çox güclü hiss olunur. O, sanki haqqında әfsanәlәr yaradılmış iste'dadlı musiqiçilәri vә xanәndәlәri xatırladır. Muğam dәstgahı üçün xarakterik olan bütün cәhәtlәr bir insan, bir sәnәtkar kimi Sarabskidә әks olunmuşdur.

Sarabski muğamın әqli dәrinliyini, hissi coşğunluğunu, yüksәk kәdәr motivlәrini böyük ustalıqla aça bilmişdir. Bütün bu keyfiyyәtlәrә yiyәlәnmәk üçün xalq ruhunun daşıyıcısı vә onun ümumilәşdiricisi olmaq lazımdır. Sarabski bu keyfiyyәtlәri yaradıcılığının zirvәsi olan Mәcnun rolunda göstәrә bilmişdir. Bununla yanaşı Sarabski hәm dә bir çox publisistik әsәrlәrin müәllifidir. Onlardan biri onun "sәnәdli janrda" yazmış olduğu "Köhnә Bakı"dır. Bu kitab müәllifin adi hәyat hadisәlәrinin tәsvirindә, doğma şәhәrin gözәlliyinin tәqdimindә qeyri-adi duyumu ilә seçilir. Bu kitabda Sarabski tarixçi vә şair kimi canlanır. O, xalq kütlәlәrinin hәyatının müxtәlif yönlәrinin tәsvirindә - bayrama hazırlıq vә onun keçirilmәsindә, mәscid, bazar tәsvirindә dә şairanә görünmәkdәdir. Sarabskinin qeyd etdiyi bütün detallar vә tәfәrrüatlar yalnız onun doğma şәhәri Bakıya aiddir. Bu tip tәfәrrüata varmaq bütün kitab boyu görünmәkdәdir. Sarabski sanki bizә, musiqisiz azәrbaycanlı ola bilmәz, deyir. Bununla yanaşı o, azәrbaycanlıların qonaqpәrvәrliyindәn, xeyirxahlığından, qoçaqlığından vә әn әsası musiqiyә, rәqsә, mahnıya mәhәbbәtindәn danışır. Azәrbaycanlıların yaratdığı bu tip musiqi növlәrindәn biri dә meyxanadır.

Sarabski bütün ömrü boyu Azәrbaycan folklorunu sevmişdir. O, bir aktyor kimi oynadığı rollarda da mәrasim psixologiyasına böyük diqqәt yetirmişdir. Hәtta hәr etnoqrafa müyәssәr olmayacaq dәrәcәdә Hovruz bayramının tәsvirini vermәk, onun özü ilә sevinc, fәrәh, tәzәlik gәtirdiyini açıqlamaq ona müyәssәr olmuşdur. Kitabda Hovruz Bayramı zamanı keçirilәn tamaşa vә oyunlardan - kosaldıqaç, gizlәnqaç, şumaqәdәr vә aşıq-aşıq oyunlarından da bәhs etmişdir.

Şәhәrin taleyi, xalq mәişәti ilә bağlılığı onun "mәn bakılıyam" koloritli cümlәsindәn dә görünmәkdәdir. Sarabski bir aktyor, sәnәtkar kimi xalqın tarixi, mәdәniyyәti qarşısında borcunu müәyyәnlәşdirmişdir.

Sarabski anadangәlmә xanәndә idi. Earadıcılıq sәnәtinin açarını xalq sәnәtindә axtarırdı. Ona görә dә xanәndә aktyor qarşılıqlı sintezi tәbii idi.


1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site