zərbaycan teatr
sənətinin banilərindən biri olan H.Sarabski özündə aktyorluq qabiliyyəti
ilə yanaşı, əsrin əvvəlllərində yaşayıb-yaratmış digər ziyalılara
xas olan yenilikçilik ruhu da daşıyırdı. Onun yaradıcılığının özünəməxsusluğunu
və dəyərini göstərən bir məsələ üzərində xüsusi olaraq durmaq istəyirəm.
Söhbət Sarabskinin öm-rünün sonlarına qədər qəlbində yaşatdığı vətən
sevgisindən, onun təbiətinə olan heyranlıqdan gedir.
Sarabskinin şəxsiyyətində
azərbaycanlılara xas olan muğam duyğusu çox güclü hiss olunur. O,
sanki haqqında əfsanələr yaradılmış iste'dadlı musiqiçiləri və xanəndələri
xatırladır. Muğam dəstgahı üçün xarakterik olan bütün cəhətlər bir
insan, bir sənətkar kimi Sarabskidə əks olunmuşdur.
Sarabski muğamın
əqli dərinliyini, hissi coşğunluğunu, yüksək kədər motivlərini böyük
ustalıqla aça bilmişdir. Bütün bu keyfiyyətlərə yiyələnmək üçün
xalq ruhunun daşıyıcısı və onun ümumiləşdiricisi olmaq lazımdır.
Sarabski bu keyfiyyətləri yaradıcılığının zirvəsi olan Məcnun rolunda
göstərə bilmişdir. Bununla yanaşı Sarabski həm də bir çox publisistik
əsərlərin müəllifidir. Onlardan biri onun "sənədli janrda" yazmış
olduğu "Köhnə Bakı"dır. Bu kitab müəllifin adi həyat hadisələrinin
təsvirində, doğma şəhərin gözəlliyinin təqdimində qeyri-adi duyumu
ilə seçilir. Bu kitabda Sarabski tarixçi və şair kimi canlanır.
O, xalq kütlələrinin həyatının müxtəlif yönlərinin təsvirində -
bayrama hazırlıq və onun keçirilməsində, məscid, bazar təsvirində
də şairanə görünməkdədir. Sarabskinin qeyd etdiyi bütün detallar
və təfərrüatlar yalnız onun doğma şəhəri Bakıya aiddir. Bu tip təfərrüata
varmaq bütün kitab boyu görünməkdədir. Sarabski sanki bizə, musiqisiz
azərbaycanlı ola bilməz, deyir. Bununla yanaşı o, azərbaycanlıların
qonaqpərvərliyindən, xeyirxahlığından, qoçaqlığından və ən əsası
musiqiyə, rəqsə, mahnıya məhəbbətindən danışır. Azərbaycanlıların
yaratdığı bu tip musiqi növlərindən biri də meyxanadır.
Sarabski bütün ömrü
boyu Azərbaycan folklorunu sevmişdir. O, bir aktyor kimi oynadığı
rollarda da mərasim psixologiyasına böyük diqqət yetirmişdir. Hətta
hər etnoqrafa müyəssər olmayacaq dərəcədə Hovruz bayramının təsvirini
vermək, onun özü ilə sevinc, fərəh, təzəlik gətirdiyini açıqlamaq
ona müyəssər olmuşdur. Kitabda Hovruz Bayramı zamanı keçirilən tamaşa
və oyunlardan - kosaldıqaç, gizlənqaç, şumaqədər və aşıq-aşıq oyunlarından
da bəhs etmişdir.
Şəhərin taleyi,
xalq məişəti ilə bağlılığı onun "mən bakılıyam" koloritli cümləsindən
də görünməkdədir. Sarabski bir aktyor, sənətkar kimi xalqın tarixi,
mədəniyyəti qarşısında borcunu müəyyənləşdirmişdir.
Sarabski anadangəlmə
xanəndə idi. Yaradıcılıq sənətinin açarını xalq sənətində axtarırdı.
Ona görə də xanəndə aktyor qarşılıqlı sintezi təbii idi.