ÜRƏKLƏRİ       
OXUYAN XANƏNDƏ      
Ağaverdi PAŞAYEV           
1  
A.Paşayev
Ürəkləri oxuyan xanəndə

R.Məmmədova
Səhnəmizin Məcnunu

T.Səfərova
Muğam sənətimizin Seyidi

M.Quliyev
Sənətdə izi qalan sənətkar


 
 
English
        
Bayati-Qacar
Yetim Sekah

zərbaycan milli muğam musiqi sənətində öz layiqli yerini tutmuş, əvəzolunmaz səsi ilə musiqi mədəniyyətimizə gözəl incilər bəxş etmiş sənətkarlardan biri də Keçəçi oğlu Məhəmməddir. Görkəmli xanəndə , bütünlüklə öz səsini və iste'dadını xalqının mə'nəvi və musiqi tərbiyəsinə həsr etmişdir. Bir mahir ifaçı kimi o, nadir sənətkarlıq qabiliyyətinə, həm də gözəl səsə malik idi.

Hər bir muğam, təsnif və el havalarını məharətlə oxumaqla dinləyicinin qəlbinə yol tapmaq ona yüksək bədii zövq verərdi.

Keçəçi oğlu 1864-cü ildə Şuşada anadan olmuşdur. Kiçik yaşlarından atasının peşəsinə yiyələndiyindən xalq arasında Keçəçi adı ilə məşhurlaşmışdı.

Keçəçi oğlu Məhəmməd ilk musiqi təhsilini məşhur xanəndə Məşədi İsidən almışdır.

Hələ gənc yaşlarında oxuyarkən onu görməyib səsini eşidənlər səhvən elə bilərdilər ki, Məşədi İsi oxuyur. Çünki Məhəmməd oxuduğu muğamlarda Məşədi İsinin vurduğu xalları, nəfəsləri çox ustalıqla təqlid edərdi.

Şuşada Xandəmirovun Teatrında yazıçı ə.Haqverdiyevin rəhbərliyi altında təşkil edilən teatr tamaşaları və musiqi səhnəciklərində gənc Məhəmməd iştirak etmiş və öz təkrarolunmaz səsi ilə dinləyiciləri valeh etmişdir.

İlk dəfə Bakıda çıxış etmək Keçəçi oğluna 1902-ci ildə nəsib oldu. Bu konsertdə onun böyük ustalıqla oxuduğu "Şüştər" muğamı və Cabbar Qaryağdı oğlu ilə duet halında M.Füzulinin "Leyli və Məcnun" poeması əsasında deyişmələri böyük müvəffəqiyyət qazandı. Paytaxtın mədəni həyatı sənətkarı özünə cəlb edir və o, 1904-cü ildə Bakıya köçür.

Keçəçi oğlu Məhəmməd sənətinə qarşı olduqca tələbkar və öz üzərində yorulmaq bilmədən çalışan xanəndələrdən idi. O, dinləyicini ələ almağı, öz sənəti ilə valeh etməyi bacarırdı.

Cəlilbəy Bağdadbəyov öz xatirələrində belə yazır:

“1905-ci ildə Bakıda toy məclislərinin birində Keçəçi oğlu çox gözəl "Üzzal" oxuyurdu. Mənim yanımda bir nəfər silahlı adam oturmuşdu. Görünüşündən qoçuya oxşuyurdu. Xanəndə bütün məclis əhlini məftun etmişdi. Yanımdakı isə çox narahat idi.

Mən onun hərəkətlərindəki narahatlığı görüb üzümü ona çevirdim. Elə bil o bunu gözləyirdi:

-Qardaşoğlu, Keçəçi oğlu nə oxuyur? - deyə məndən soruşdu.

Mən dedim ki, Uzzal oxuyur. Oxuduğu qəzəl isə Sə'dinindir. Qəzəldən bir-iki misra onunçün tərcümə etdim.

Qoçu bığlarını eşib dedi:

-Eh, heç nə bilmirəm. Bircə onu bilirəm ki, onun oxumağı o qədər mənim xoşuma gəlir ki, istəyirəm durub hamını öldürüm.”

Bəli, həqiqətən də bu kiçik fakt onu göstərir ki, xanəndənin oxumağı o qədər tə'sirlidir ki, ona qulaq asan öz hisslərini cilovlaya bilmir. Elə, sənətkarın böyüklüyü də bundadır.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site