AZƏRBAYCANIN QƏDİM       
MUSİQİ ALƏTLƏRİ  
     
MƏCNUN KƏRİMOV           
Previous Page
  1   2   3  
Ə. Abid
"Oğuznamə"

M. Kərimov
Azərbaycanın qədim
musiqi alətlə
r

 
 
English English
        
Video: First
Video: Second

aranma tarixi eramızdan çox-çox əvvəllərə təsadüf edilən simli, nəfəs və zərb musiqi alətlərinin çox saylı növləri orta əsrlərdə Azərbaycan ərazisində geniş yayılmış və xalqımızın mədəni məişətində uzun illər istifadə olunmuşdur. Ümumiyyətlə, X əsrdən başlayaraq Azərbaycanın Orta əsr musiqi mədəniyyətində geniş inkişaf mərhələsi başlamışdır. Həmin dövrlərdə istifadə olunan simli, nəfəsli və zərb musiqi alətlərinin sayı 60-dan çox olmuşdur. Bu alətlər haqqında geniş məlumatları xalqımızın dahi şairi Nizami Gəncəvinin (XII əsr), XVI əsrdə yaşayıb yaratmış görkəmli şair Məhəmməd Füzulinin, Şərq musiqi mədəniyyətinin yaradıcılarından sayılan Səfiəddin Urməvinin (XIIIəsr), əbdül Qadir Marağainin (XIV əsr), daha sonra Mir Möhsün Nəvvab Qarabağinin əsərlərindən almaq olar. XV-XVI əsrlərdə yaşayıb-yaratmış iste'dadlı Azər-baycan rəssamları Sultan Məhəmməd, Ağa Mirək, Mirzə əli, Müzəffər əli, Mir Səid əli tərəfindən çəkilmiş miniatür sənət növlərində orta əsrlərdə istifadə edilmiş musiqi alətlərinin çox geniş təsviri verilmişdir.

Əsrlər boyu milli musiqi mədəniyyətimizin inkişafına əvəzsiz xidmət etmiş musiqi alətlərimizin araşdırılaraq öyrənilməsi, onların bərpa edilərək yenidən səsləndirilməsi, bu gün tariximizin araşdırılması baxımından çox əhəmiyyətlidir.

Bakı Musiqi Akademiyasının 1991-ci ildən fəaliyyət göstərən "Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi" elmi laboratoriyasında unudulmuş qədim musiqi alətlərinin elmi tədqiqatı, bərpası və təkmilləşdirilməsi üzrə bir çox işlər görülmüşΒΈ və yüksək nəticələr əldə edilmişdir. Görülən gərgin işlərin nəticəsində bir neçə qədim musiqi alətləri : Çəng,Tənbur, Rud, Bərbəd, Çəqanə, Çoğur, Rübab, Santur, Qopuz bərpa edilmiş və yüksək səviyyədə səsləndirilmişdir.

Laboratoriyanın bu ilki iş planında xalqımızın qəhrəmanlıq dastanı olan "Kitabi - Dədə Qorqud" dastanının 1300 illik yübileyi ilə əlaqədar olaraq "Qopuz" musiqi alətinin bərpası nəzərdə tutulmuşdur. Qopuz simli musiqi alətlərinin ən qədim növlərindən biridir. X-XII əsrlərdə Yaxın və Uzaq Şərq ölkələrində Qopuzun müxtəlif növləri geniş istifadə olunmuşdur. Dədə Qorqudun çalıb-çağırdığı Qolça Qopuzu sonralar Ozan Qopuzu adlandırılmışdır. XIV əsrdə yaşayıb-yaratmış görkəmli musiqişünas əbdül Qadir Marağai Qopuzu belə təsvir edir: "ozan Qopuzu uda bənzəyir, onun üzünün dörddə üç hissəsinə dəri çəkilir və üç simdən ibarətdər. Kasası bütün sazların kasasından uzundur".

Bir çox simli musiqi alətləri, o cümlədən Ud, Çoğur və Saz Qolça Qopuzdan təkmilləşmişdir. Elmi laboratoriyanın əməkdaşları S. Abdullayeva, Ş. Hacıyev, F. Xalıqzadə və başqalarının yaxından köməkliyi sayəsində tarixi qaynaqlara istinad edərək Qolça Qopuzun ilk variantı bərpa edilmişdir. Hazırda alətin ifaçılıq imkanları öyrənilir, səsləndirilməsi ilə bağlı işlər aparılır. Bu il mart ayının 21-də bayram şənliklərində Qədim Musiqi Alətləri Dövlət Ansamblının çıxışını dinləyən Prezident Heydər əliyev cənabları unudulmuş qədim musiqi alətlərinin, o cümlədən Qolça Qopuzun bərpasını yüksək qiymətləndirdi və onun bu il "Dədə Qorqud" dastanının 1300 illik yübileyi ilə bağlı Respublikamızda keçiriləcək zirvə toplantısında yüksək səviyyədə nümayiş etdirilməsini qeyd etdi.

Çəng - Orta əsrlərdə Azərbaycanda çox geniş yayılmış qədim musiqi alətlərindən biridir. Yazılı mənbələrdə və miniatür sənət əsərlərində çəng haqqında mə'lumat olduqca çoxdur. Dahi Azərbaycan şairi Nizami Gəncəvi çəngi belə təsvir edir:

 
1   2   3  
copyright by musiqi dunyasi 1999-2005© design by grArt 2000©
Next Page English About site