"OĞUZNAMƏ"  ƏMİN ABİD      
Professor A.Samoyloviçə           
1  2  3  4  5  6   
Ə. Abid
"Oğuznamə"

M. Kərimov
Azərbaycanın
qədim musiqi alətləri


 

 

 

 

English English

zərbaycanda xalq ədəbiyyatının başlanması, burada türk əşirətləri ilə feodallıq başladığı zamanlara təsadüf edir. Miladi beşinci əsrin başlanğıcında "Sasani"lər İranın Şimali Şərqi sərhədləri Tokiyo imperatorluğunun Hakimiyyətinə dayanırdı. Bu sərhədlər boyunca yaşayan və Ceyhun-Seyhun nəhrsahillərini kaplayan (əhatə edən - E.İ.) "Oğuz" qəbilələri eyni zamanda Tokiyo imperatorluğunun sərhəddini gözətliyirlərdi. Oğuzlar bu sahələrdə əksəriyyətlə köçəri halında yaşamaqla bərabər, qismən də toprağa yerləşərək, ziraət təsərrüfatına istinad edən bir həyat sürürlərdi ki, bu təsərrüfat şəkli sayəsində "Yeni Kənd" adlı bir köy də tə’sis etmişlərdi. Beşinci əsrin sonlarına doğru "Almalıq daq"tərəflərində yaşayan başqa türk qəbilələri Ceyhun-Seyhun otlaqlarını əldə etmək üçün hücum edərək, oğuzları, maldarlıq təsərrüfatı üçün müsaid olan zəngin otlaq yerlərindən qovmağa qalxışdılar. Oğuzlardan bir qismi Şimali Xəzər ticarət yolu ilə cənubi Rusiya ətəklərinə keçdilər; bir qismi də Orta Asiyayı Bizans sərhədlərinə bağlayan ticarət yolunu tə’qib edərək, Şərqi və Şimali İranın sulaq və otlaq yerlərini kaplamağa başladılar.

Ərəbistanda əməvi hakimiyyətinin ilk zəmanlarında (Hicri birinci əsrdə), cihangir ərəb orduları İranı istila etdikləri zaman, İranın Şimali-şərqisində bu oğuzlarla üz-üzə gəlmiş və onlarla dəfələrlə çarpışmışdı. Hicri 150-ci (miladi 768-ci) sənədə "İstaz Siz adlı bir oğuz əşirət bəyinin idarəsi altında balta və lapatkalarla silahlanmış oğuzların ərəbləri Şimali İranda məhv etdikləri tarixçə məlumdur." İştə hicrətdən çox əvvəl İrana axmağa başlayan bu oğuz türkləri yavaş-yavaş indiki cənubi və şimali Azərbaycanı (əski Aranı), əski Ermənistanı (şərqi Anadolu) öz təsərrüfatlarına müsaid bir yer olaraq bulunmuşlardı və buralarda köçəri həyatlarını qurmuşlardı.

Bakı dərülfununun siyasi iqtisadi professoru Berin: "Cəmiyyətin üst quruluşu (nadstroyka) məhsullarından, onun bazasının xarakterini, bütün cəbhəsində olmasa da bir çox cəhətlərdən çıxara bilmək mümkün olduğunu" qeyd edir. əlimizdə yeganə əski vəsiqə olan Qorqud kitabını, bu əsasə istinad edə-rək gözdən keçirsək, ərəb cihangirlərinin istilasından əvvəl və bundan sonra, Azərbaycan türkləri arasında həyatın nə kibi istihsal şərtlərinə istinad etdiyini ana xətləri ilə çıxara biliriz.

Qorqud kitabının havi olduğu mə’lumata görə, türklərin həyatında ilk rol oynayan təsərrüfat şəkli avçılıq və maldarlıq təsərrüfat şəklidir. Avçılıq, indi olduğu kimi, bir fərdin tətbiq etdiyi şəkildə deyil idi: təmamilə ictimai bir mahiyyətdə idi.

Bir əşirət yaxud bir çox qəbilə yığınının iştirakı ilə yapılan av mərasimi, bir istehsal şəkilindən başqa, bir şey deyildi. "İctimai av" ümumiyyətlə bir əşirət böyüyü (bəy, yaxud xan) tərəfindən idarə edilirdi. "Sasi"denilən, "Gürcüstan ağzında" yaşayan və məmləkətini Trabzondan Dərbəndə qədər genişlədən "xanlar xanı" (Bayandar xan) ilə Qazan xan Xorasandan Trabzona qədər uzayan əski Azərbaycan topraqlarında yaşayan "İç oğuzları" və "Taş oğuzları" və "Kalın oğuzları" sıx-sıx böyük avlara sürüklədikləri anlaşılmadadır. Bu avlarda at sürməyi və silah kullanmayı bilən hər kəs iştirak edirdi. Bu surətlə yaşadıqları sahələrin mərkəzlərində müdafiə qüvvəti, bu zamanlarda az olduğundan, sərhədləri əski Ermənistana dayanan əski Bizansın rum qəbilələri Azərbaycan köçərilərinə ən çox bu zamanlarda basqın yaparlardı. Bu hal məişəti çətinləşdirdiyindən, getdikcə, qəbilə qüvvətlərinin mühüm qismi müdafiə üçün mərkəzi yurda buraxılırdı ki, bu da getdikcə maldarlıq və ziraətçilik təsərrüfatının artmasına səbəb olurdu.


 
1  2  3  4  5  6  7 
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English About site