MÜSLÜM
MAQOMAYEV:
ƏSRLƏRİN AYRICINDAN BİR NƏZƏR Aida
HÜSEYNOVA
|
|
üslüm
Maqomayev Azərbaycan musiqisi tarixində Üzeyir Hacıb
əyov, Qara Qarayev, Fikrət əmirov, Niyazi ilə yanaşı
böyük iz qoymuş, əbə di yaşayan
s ənə tkarlarımızdandır. Onun görk əmli
bəstəkar, ictimai xadim, dirijor kimi xidmətlə ri ş
ə ksizdir. Onun operaları, simfonik əsərlə ri,
mahnıları, kino və dramatik teatr üçün musiqisi
milli klassikamızın parlaq s əhifəsidir. Lakin yenə
də e'tiraf etmə liyik ki, Maqomayevin yaradıcı ş
əxsiyyəti, onun çoxcəhətli fəaliyyəti
sonadək dərk olunmayıb. Biz, çox vaxt "Az ərbaycan
bəstə karlıq m əktəbinin banilərindən
bi ri", "Üzeyir Hacıb ə yovun silahdaşı, h ə
mkarı, m əslək dostu kimi ən'ənəvi formullardan
istifadə edir və bu zaman Maqomayev musiqisinin özünəməxsus
gözəlliyini və, ümumiyyətlə, onun milli bəstə
karlıq m əktəbinin təkamülündəki rolu
barədə dəqiq təsəvvürləri arx a planda
qoyuruq. İndi, əsrin sonunda olub-keçənlərə
yekun vurmağa ehtiyac duyulduğu bir vaxtda, b əstə karın
yaradıcılıq axtarışlarının f ərdiliyini
anlayaraq "Maqomayev və Azərbaycan musiqisi" probleminə yenidən
müraciət etməyimiz, zənnimcə , çox aktualdır. Tale əzəldən Müslüm Maqomayevə həddən ziyadə mürəkkə b rol hazırlamışdı. Dahi Üzeyir Hacıb əyovun müasiri, məslə kdaşı olmaq v ə onun nəhə ng ş əxsiyyətinin tə 'siri altına düşm əmək - bu, hər kəsə müyəssər olmur. Və əgər Maqomayev parlaq iste'dad sahibi olma saydı o, h ə r şeyd ən öncə Hacıb ə yovun bir növ "dublyoruna", onun ideyalarını t əkrarlayan epiqonçuya çevrilə rdi. Ancaq, bu baş verm ədi. Maqomayevin irsində elə ilk qələm təcrübələrində n başlayaraq orijinal, özü d ə də rhal tanınan v ə Hacıb əyovdan son dərəcə fərqlənən intonasiya səsləndi. Bu fə rq artıq onların musiqisinin sad əcə empirik mənimsənilməsində hiss olunur. Hacıb ə yov yaradıcılığında dünyaya obyektiv baxış, müdrik t əmkinlik və ahəngdar özünüifadə hökm sürürsə Maqomayev mahiyyətcə subyektivdir, kəskin em osionallığa, romantik -affektli ifad ə tərzinə meyllidir. Lakin başlıcası odur ki, Maqomayev Hacıb əyovun Avropa ilə milliliyin sintezi ideyasını özün əməxsus yolla hə yata keçirmişdir. Hacıb əyov üçün avropasayaq bəstə kar yaradıcılığı normaları bir növ oriyentir rolunu oynamışdır. Buna uyğun ş əkildə o, milli bədii təməldən keyfiyyətcə yeni yaradıcılıq prinsipl ə ri hasil etmiş, daha doğrusu, icad etmişdir. Maqomayev is ə klassik Avropa modellərini bütövlükdə qavrayaraq onları Az ərbaycan musiqisi kontekstində uyğunlaşdırmış, yeni, milli - s əciyyəvi cizgilərlə zənginlə şdirmişdir. Qeyd etm ə k lazımdır ki, milli ən'ənələrdən Maqomayev zahiri tərəfi deyil, onun ən əhəmiyyətli cəhətini ə xz etmiş v ə bununla da iki bərabər hüquqlu bədii keyfiyyə t - Ş ərq və Qərb, monodik və homofon düşünc ə tərzlərinin üzvi vəhdətinə, özünəmə xsus simbiozuna nail olmuşdur. Maqomayevin Avropa b əstə karlıq fondundan m ənimsədiyi və onun müə llif üslubunun atributlarına çevrildiyi modell ərdən XIX ə sr romantik melodikasının qanunauyğunluqlarını, period strukturunu, üçhissəli və təzad-tə rkibli formanı, klassik ladharmonik sistemin normalarını v ə başqalarını göst ərmə k mümkündür. Adları ç əkilən prinsiplər milli musiqi təfəkkürünün əsas keyfiyyə ti - muğamvarilikl ə sintezlə ş ərək ə saslı sur ətdə də yişdir ilir, bununla belə öz tipologiyasını itirmir. M ə hz Maqomayev intonasiyasının bu ikili, muğam -homofon t əbiəti, zənnimizcə , onun musiqisinin başlıca özün əmə xsusluğunu, t əkrarolunmaz gözə lliyini şərtləndirmişdir. |
Maqomayev
Azәrbaycan bәstәkar yaradıcılığının
Avropa janrlarına uyğunlaşdırılmasında vacib
rol oynamışdır. O, hәm Hacıbәyovun ideyalarını
işlәyәrәk, hәm dә milli musiqi üçün
yeni janr üfüqlәrini açaraq, elә bil bu prosesi
sür'әtlәndirmәk istәmişdir. Əlamәtdardır
ki, artıq ilk "Şah İsmayıl" operası (I
redaksiya -1919) müәllif tәrәfindәn Hacıbәyovun
"Leyli vә Mәcnun"un janr tipinә ünvanlanmasını
bәyan etmәsinә baxmayaraq, muğam operasının
qanunlarından xeyli uzaqlaşmışdır. Əksәr
hallarda ariya vә başqa klassik opera nömr әlәri
әvәzinә muğamları ist ifadә edә
n Maqomayev muğam operasının ancaq formasını hәyata
keçirmiş, lakin onun muğamatla dәrin, çoxsәviyyәli
әlaqәsindә olan mәğzini kәnarda qoymuşdur.
"Şah İsmayıl"ın konsepsiyasında, artıq
ilk redaksiyalardan başlayaraq, klassik operanın qanunauyğunluqları
әhәmiyyәtli yer tutmuşdur. Belә ki, operaya
epik "muğam" qәhrәmanları ilә yanaşı
lirik-dramatik opera personajı kimi yeridilәn Aslan şah
yalnız ariozolarla sәciyyәlәndirilir. Özü
dә qeyd edәk ki, Maqomayev o zaman hәlә bizim qulağımız
üçün qeyri-adi görünәn bariton tembrini
seçir vә bu, yüksәk tessituralı xanәndә
sәslәrinә qarşı qoyulur.(1) Vokal-tembr tәzadı, ariya vә muğamların baş-başa verilmәsi kimi, obrazların daha dәqiq differensasiyasına gәtirib çıxarır: muğam operası üçün sәciyyәvi olmayan bu cәhәt, әksinә , avropatipli operanın ayrılmaz atributudur. "Şah İsmayıl"ın digәr redaksiyalarında (1924, 1932, 1934) klassik opera әlamәtlәrinin dairәsi muğam dairәsini sıxışdıraraq tәdricәn genişlәnir. Müәllif materialının çәkisi artır, reçitativlәr daxil edilir, leyt-xasiyyәtnamә prinsipi daha dәrin işlәnir. Belәliklә, Maqomayev muğam opera modeli çәrçivәsindә klassik operaya keçidi fәal hazırlamış olur. Nәticәdә, orijinal uyuşdurulmuş janr modeli formalaşır ki, bu, sanki bükülmüş şәkildә milli operanın tәkamül prosesini әks etdirir. Verilmiş model tarixi qiym әtdәn başqa, hәm dә böyük bәdii dәyәrә malikdir. Onun gәlәcәk inkişafını C.Cahangirovun "Xanәndәnin taleyi" vә Ş.Axundovanın "Gәlin qayası" operalarında izlәmәk mümkündür. |
Maqomayevin
"Nәrgiz" operasının әhәmiyyәti
dә danılmazdır: o, milli incәsәnәt salnamәsindә
avropasayaq ilk opera kimi әbәdi qalacaqdır. Ə lbәttә,
"Nәrgiz " operası istәr konsepsiya, istәrsә
dә bәdii tәcәssümün sәviyyәsi
baxımından Hacıbәyovun iki il sonra sәhnәyә
qoyulmuş dahi "Koroğlu"su ilә bir araya qoyula
bilmәz. Lakin buna baxmayaraq Maqomayev operasının mәrhәlәvi
rolu göz qabağındadır. O, nәinki milli operanın
inkişafında yeni dövrә keçidi işarә
vermiş, ümumiyyәtlә, milli musiqinin artan kamilliyini,
bәstәkar yaradıcılığınınәn
mürәkkәb formalarını mәnimsәmәk
iqtidarında olmasını tәsdiq etmişdir. Yeri gәlmişkәn
deyәk ki, klassik operanın nәinki forması, habelә
"Koroğlu" mövzusunun özü dә Maqomayevi
cәlb etmişdir. Mә'lumdur ki, 1928-ci ildә Maqomayev
"Koroğlu" operası üzәrindә işlәmәyә
başlamışdır; bәstәkarın Azәrbaycan
Opera vә Balet teatrı ilә bağladığı
müqavilә, hәmçinin, I pәrdәnin fraqmentlәri
olan qaralama klaviri vә bir sıra müәllif eskizlәri
buna dәlalәt edir (2). Lakin
namә'lum sәbәblәr üzündәn әsәr
tamamlanmamışdır. "Nәrgiz" operasının yaradıcı prinsiplәri milli musiqi teatrının ümumi tәkamül yoluna cәlb olunmuşdur. Maqomayev niyyәtlәrinin varislik axarı F. Əmirovun "Sevil" operasına aparıb çıxarır. Bu әsәrlәri mövzu (Azәrbaycan qadınının yeni taleyi), janr xüsusiyyәtlәri (ictimai dәyişmәlәr fonunda lirik-dramatik çarpışmalar), intonasiya mәzmunu (ariozluq, muğamvarilik, deklamasiya, kütlәvi mahnı, mәişәt musiqisinin elementlәri), "özgә" musiqidәn sitat gәtirmә prinsiplәri yaxınlaşdırır. Sonuncu aspektdә әlaqәlәr xüsusilә qabarıqdır: hәm Maqomayev, hәm dә Əmirov opera partiturasına inqilabi mahnıların melodiyalarını (hәr iki әsәrdә "İnternasional" vә "Marselyoza" sәslәnir) vә müәllif yaradıcılığı nümunәlәrini (Maqomayev Hacıbәyovun "Qara gözlәr" mahnısını, Əmirov isә P.Sarasatenin "Qara yelpik" romansını) daxil etmişl әr. Maqomayevin yaradıcı axtarışlarının digәr qolu da simfonik musiqi olmuşdur. Əgәr Hacıbәyov simfonik düşüncә prinsiplәrini, әsasәn, musiqili-sәhnә janrları çәrçivәsindә işlәyirdisә, Maqomayev öz yaradıcılığında simfonik musiqiyә müstәqil janr kimi baxmışdır. Onun çoxsaylı orkestr yazıları, o cümlәdәn "Azәrbaycan çöllәrindә" rapsodiyası, "Marş-RV-8", "Azad Azәrbaycan qadınının rәqsi", "Dәrviş" vә sair әsәrlәri Azәrbaycan simfoniyasının tәşәkkülündә özünәmәxsus hazırlıq mәrhәlәsi olmuşdur. Maqomayevin orkestr әsәrlәri isә milli simfoniyamızın proqramlı qolunun müjdәçisi sayıla bilәr. Sonralar bu xәtt Q.Qarayev, F.Əmirov, Niyazi, S.Hacıbәyov, C.Hacıyev, V.Adıgözәlov, A.Əlizadә vә başqalarının әsәrlәrindә geniş inkişaf tapdı. Başlıcası odur ki, Maqomayev XX әsr Azәrbaycan bәstә karlıq mәktәbinin әn parlaq bәdii kәşfi olub F. Əmirov vә Niyazi tәrәfindәn hәyata keçirilmiş - muğamın simfoniklәşdirilmәsi ideyasını qabaqcadan duymuşdur. Əvvәlcә Maqomayev bunu öz simfonik әsәrlәrindә yalnız nişan alır: "Azәrbaycan çöllәrindә" vә "Ceyran" rapsodiyaları muğamın ümumi kompozisiya vә lad-tonal mәntiqinә әsaslanırsa, "Pişdәramәdi çahargah", "Dәramәd şüştәr", "Tәsnif şur", "Rәng şüştәr" pyeslәri muğamın ayrı-ayrı şö'b әlәrinin orkestr versiyaları kimi qavranılır. "Şah İsmayıl" operasının son redaksiyasında isә bәstәkar bu sahәdә yeni addım ataraq sәhnәlәrdәn birini ("Əbu Hәmzә vә İbn Tahir") tamamilә rast muğamının materialı üz әrindә qurmuşdur. |
1936-cı
ildә Maqomayev "Dәli Muxtar" baletini yazmağa
başlayır, lakin vaxtsız ölüm bu işi bitirm
әyә aman vermir. Bizә gә lib çatmış
ssenari әsәrin musiqi vә ümumi konsepsiyasının
müәyyәn dәrәcәdә işlәnmәsindәn
xәbәr verir. Bәstә karın niyyәti hәyata
keçmәsә dә, onun Azәrbaycan musiqisindә
yeni janr sahәsinә müraciәti diqqәtәlayiqdir.
Maqomayevin bu cәhdi dörd il sonra sәhnәyә
qoyulmuş ilk Az әrbaycan baleti -Ə.Bәdәlbәylinin
"Qız qalası"nın yaranması әrәfәsindә
bir növ "qәlәm sınağı" olmuşdur.
|
Digәr
nәticәmiz ondan ibarәtdir ki, Müslüm Maqomayev
bir çox әsaslı yaradıcı ideyaları sınaqdan
keçirib milli bәstәkar yaradıcılığının
tәrәqqisini stimullaşdırmışdır.
Əksәr hallarda bu, Hacıbәyovun yeniliklәri
idi vә onlar sanki qabaqcadan Maqomayev irsindә "kamillik
sınağı" keç әrәk, eyni zamanda
orijinal tәrzdә әks olunmuşdur. Lakin Maqomayev
özü dә keçilmәmiş әnәt
zirvәlәrini cәsarәtlә fәth etmiş,
bir sıra gözәl ideyalar irәli sürmüşdür.
Onlar Azәrbaycan musiqisinin sonrakı tәkamül mәrhәlәlәrindә
öz inkişafını tapmışdır. Hәr
iki halda sәnәtkara xas olan dövrün bәdii
tәlә batını duymaq, yeniliyi hiss etmәk
qabiliyyәti, hәmçinin sәnәtdә öz
cığırı ilә addımlamaq istәyi özünü
bariz göstәrmişdir. Deyilәn keyfiyyәtlәr
bәstәkarın parlaq iste'dadı üz әrinә
gәlәrәk Müslüm Maqomayevin tәkrarolunmaz
musiqi dünyasını yaratmışdır. Bu dünya
XX әsr Azәrbaycan musiqisinin әn gözәl
sәhifәlәrindәn biri kimi daim yaşayacaq. 1.
Mә 'lumdur ki, bariton tembri artıq Hacıbәyovun
"Leyli vә Mәcnun" (Nofәl) vә "Əsli
vә Kәrәm" (Qara Keşiş) operalarında
istifadә edilmişdi. |