Milli әnәnәlәri       
yaşadan bәstәkar      
Ş. Mahmudova           
1  
  S. Əzizova
«Milli rəqs sənətimizin ilduzu»

Ş. Mahmudova
Milli ənənələri yaşadan bəstəkar


 
 
        
Video: First
Audio: Clip 1
Audio: Clip 2
Audio: Clip 3

999-cu ildə Azərbaycan Respublikasının xalq artisti, Dövlət Mükafatı laureatı, professor Süleyman Ələsgərovun 75 yaşı tamam olmuşdur. Görkəmli bəstəkar musiqi mədəniyyətindəki xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilmişdir. Radio və televiziya, mətbuat səhifələrində sevimli bəstəkarımızdan söz açılmış, onun fəaliyyəti bir daha xatırlanmışdır. Oxucuların diqqə-tinə təqdim etdiyim bu məqaləni də həmin münasibətlə yazmışam. Lakin S.Ələsgərov həmkarları və sənətsevərlər tərəfin-dən təkcə ad günündə, yubileylərdə yada salınan sənətkar deyil. Əvvəla, ona görə ki, bu günkü musiqi həyatını onsuz təsəvvür etmək mümkün deyil. Uzun illərdən bəri çalışdığı Bakı Musiqi Akademiyasının da, Bəs-təkarlar İttifaqının da, Azərbaycanın irili-xırdalı şəhər-lərində yerləşən mədəniyyət ocaqlarının da işində Süleyman müəllimin iştirakı var: 50 il bundan qabaq olduğu kimi, o, bu gün də mühüm ictimai-mədəni tədbirlərin təşəb-büskarı, təşkilatçısı, iştirakçısı kimi yorulmadan fəaliyyət göstərir. Bir də ona görə ki, Süleyman müəllim bir sənətkar və vətəndaş kimi musiqi mədəniyyətimizdə çoxdan ağsaqqal statusunu qazanıb və bu hüququ təkcə yaşını göstərən rəqəmlə deyil, fədakar əməyi ilə, əsrimizin 40-cı illərindən başlayıb bu günə kimi davam edən çoxşaxəli və zəngin yaradıcılığı ilə, insanlarla ünsiyyətdə nümayiş etdirdiyi qeyri-adi şəxsi keyfiyyətləri ilə qazanıb.

Qədirbilən xalqımız S.Ələsgərovun 11 operettanın, o cümlədən "Ulduz", "Özümüz bilərik", "Milyonçunun dilənçi oğlu", "Sevindik qız axtarır", "Həmişəxanım" kimi komediyaların, "Bahadır və Sona", "Solğun çiçəklər" operalarının, "Bayatı-Şiraz" simfonik muğamının, simfoniyalar və poemaların, kantataların, xalq çalğı alətləri orkestri üçün əsərlərin, konsertlərin, instrumental pyeslərin, musiqi lövhələrinin-zəhmətkeş insanları vəsf edən onlarca nəğmənin, "ətənimdir", "Yada düşdü", "Sərvi-xuramanım mənim" kimi romansların müəllifi kimi yaxşı tanıyır və sevir.

Biz musiqişünaslar, görkəmli sənətkarların yaradıcılığını səciyyələndirər-kən, gətirdiyimiz müqayisələr, bənzətmələr çox vaxt istədiyimiz kimi başa düşülmür, bir mənalı qarşılanır. Lakin S.Ələsgərovun şəxsiyyəti həsəd doğuracaq bir müqayisəyə çox uyğun gəlir. Musiqimizin korifeyi Ü.Hacıbəyovun bilavasitə himayəsi altında yetişib ərsəyə çatmış musiqiçilərin bir çoxu kimi, S.Ələsgərovun simasında onun dahi müəllimini səciyyələndi-rən əlamətləri görmək olar. Söhbət sadəcə olaraq musiqimizin Üzeyir bəy tərəfindən müəyyən olunmuş yolla inkişaf etdirilməsindən, bəstəkarlarımızın yaradıcılığını səciy-yələndirən ümumi prinsiplər və üslub xüsusiyyətlərindən deyil, bəlkə bundan daha vacib olan cəhətlə-rin təzahüründən gedir.

Dünyagörüşü, arxalandığı bədii-estetik və etik prinsiplərlə yaradıcılığı arasındakı həma-hənglik baxımından, şəxsi, insani keyfiyyətlərin onun çox-cəhətli fəaliyyətində özünü göstərməsi S.Ələsgərovun şəx-siyyətinə qəribə bir tamlıq verir və onu həyatda da, yaradıcılıqda da hər cür "yarımçıqlığa", məntiqsizliyə, qeyri-mütənasibliyə yol verməyən sağlam, "klassik" düşüncə tərzinə malik bir sənətkar kimi səciyyələndirir. Tale S.Ələsgərovu mədəni həyatımızın müxtəlif sahələrində sınaqdan çıxarmışdır. 1948-ci ildə konservatoriyanı bitirdiyi gündən indiyə kimi o, A.Zeynallı adına Musiqi Texnikumunda müdir, Mahnı və rəqs ansamblında bədii rəhbər, Mədəniyyət Nazirliyinin İncəsənət İdarəsində rəis, Radio və Televiziya Komitəsinin Xalq Çalğı Alətləri Orkestrində dirijor, komitənin bədii rəhbəri, Musiqili Komediya Teatrında direktor və baş dirijor, Konservatoriyada müəllim və kafedra müdiri işləmiş, hazırda isə Bakı Musiqi Akademiyasının Şuşa filialının direktoru vəzifəsində çalışmaqdadır. Tutduğu vəzifələrdən hər birində S.Ələsgərov musiqiçi kimi yüksək peşəkarlıq nümayiş etdirmiş, özünə və həmkarlarına son dərəcə tələbkarlıqla, eyni zamanda diqqət və qayğı ilə yanaşaraq hamının hörmətini qazanmışdır. Ü.Hacıbəyovdan sənət yoluna "vəsiqə" alan başqa musiqiçilərimiz kimi S.Ələsgərov da geniş maraq dairəsinə malik musiqiçi kimi çıxış edərək bəstəkar, dirijor, ictimai xadim, pedaqoq kimi fəaliyyət göstərmişdir.

S.Ələsgərovun musiqiçi taleyi neçə-neçə görkəmli dramaturq, rejissor, aktyor, ifaçının sənət yolu ilə kəsişmiş və bu yaradıcılıq ünsiyyəti, birgə axtarışlar onlarca gözəl səhnə əsərinin, instrumental və vokal musiqi nümunəsinin yaranması ilə nəticələnmişdir. S.Ələsgərovun musiqisi Azərbaycan sərhədlərini adlayıb, Moskva, Sank-Peterburq, Daşkənd, Tbilisi və onlarca başqa şəhərlərdə səslənib. Onun operettaları Bolqarıstan, Türkiyə sənətsevərləri tərəfindən hərarətlə, rəğbətlə qarşılanıb. Bu uğurların sirri musiqi folklorumuza gözəl bələd olan bəstəkarın Ü.Hacıbəyov ənənələrinə, xəlqilik prinsipinə münasibətdə ardıcıl olmasında, heç vaxt öz kökündən ayrılmamasındadır.

Nəhayət, S.Ələsgərovun böyük sənətkarımızın yetişdirməsi kimi səciyyələndirən daha bir xüsusiyyət - onun istedadlı musiqiçi kadrların, gənc mütəxəssislərin taleyinə biganə qalmaması, əsil himayəçi missiyasını məmnuniyyətlə, həvəslə öz çiyninə alaraq, onlara dayaq olmasıdır. Ona nə vaxtsa üz tutub ağsaqqal məsləhətinə gələn, hansısa köməyə, arxaya ehtiyacı olan hər kəs Süleyman müəllimin diqqəti, qayğıkeş münasibəti - onun şəxsiyyətini tamamlayan gözəl davranış mədəniyyətilə qarşılaşır.

Son vaxtlar Süleyman müəllim daha çox vətənpərvərlik mövzusuna müraciət edir, hərbi mahnılar, marşlar bəstələyir. Şuşada dünyaya göz açmış vətən övladı, azərbaycanlı kimi, o da qələbəmizi səbirsizliklə gözləyir. Bu inam, ümid onun ürəyini isidir, qəlbinə ilham, qələm tutan əllərinə qüvvət verir. Nə vaxtsa yenə də Şuşanın əsrarəngiz gözəlliklərini seyr edəcək, Cıdır düzündə Daşaltı çayının zümzüməsinə qulaq asacaqdır. Süleyman müəllim buna inanır. S.Ələsgərov bu gün də öz iş yoldaşlarına, tələbələrinə, sənətsevərlərə onunla görüşmək, ünsiyyətdə olmaq, söhbətləşmək, ondan öyrənmək sevincini bəxş edir. O, yenə fəaliyyətdə, iş başındadır. Sevimli bəstəkarımıza uzun ömür, möhkəm can sağlığı, tezliklə hamılıqla qələbə sevincinə qovuşmağı arzulayırıq.S.Ələsgərovun musiqiçi taleyi neçə-neçə görkəmli dramaturq, rejissor, aktyor, ifaçının sənət yolu ilə kəsişmiş və bu yaradıcılıq ünsiyyəti, birgə axtarışlar onlarca gözəl səhnə əsərinin, instrumental və vokal musiqi nümunəsinin yaranması ilə nəticələnmişdir. S.Ələsgərovun musiqisi Azərbaycan sərhədlərini adlayıb, Moskva, Sank-Peterburq, Daşkənd, Tbilisi və onlarca başqa şəhərlərdə səslənib. Onun operettaları Bolqarıstan, Türkiyə sənətsevərləri tərəfindən hərarətlə, rəğbətlə qarşılanıb. Bu uğurların sirri musiqi folklorumuza gözəl bələd olan bəstəkarın Ü.Hacıbəyov ənənələrinə, xəlqilik prinsipinə münasibətdə ardıcıl olmasında, heç vaxt öz kökündən ayrılmamasındadır.

Nəhayət, S.Ələsgərovun böyük sənətkarımızın yetişdirməsi kimi səciyyələndirən daha bir xüsusiyyət - onun istedadlı musiqiçi kadrların, gənc mütəxəssislərin taleyinə biganə qalmaması, əsil himayəçi missiyasını məmnuniyyətlə, həvəslə öz çiyninə alaraq, onlara dayaq olmasıdır. Ona nə vaxtsa üz tutub ağsaqqal məsləhətinə gələn, hansısa köməyə, arxaya ehtiyacı olan hər kəs Süleyman müəllimin diqqəti, qayğıkeş münasibəti - onun şəxsiyyətini tamamlayan gözəl davranış mədəniyyətilə qarşılaşır.

Son vaxtlar Süleyman müəllim daha çox vətənpərvərlik mövzusuna müraciət edir, hərbi mahnılar, marşlar bəstələyir. Şuşada dünyaya göz açmış vətən övladı, azərbaycanlı kimi, o da qələbəmizi səbirsizliklə gözləyir. Bu inam, ümid onun ürəyini isidir, qəlbinə ilham, qələm tutan əllərinə qüvvət verir. Nə vaxtsa yenə də Şuşanın əsrarəngiz gözəlliklərini seyr edəcək, Cıdır düzündə Daşaltı çayının zümzüməsinə qulaq asacaqdır. Süleyman müəllim buna inanır. S.Ələsgərov bu gün də öz iş yoldaşlarına, tələbələrinə, sənətsevərlərə onunla görüşmək, ünsiyyətdə olmaq, söhbətləşmək, ondan öyrənmək sevincini bəxş edir. O, yenə fəaliyyətdə, iş başındadır. Sevimli bəstəkarımıza uzun ömür, möhkəm can sağlığı, tezliklə hamılıqla qələbə sevincinə qovuşmağı arzulayırıq.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site