Biblioqrafiya:        
Bir kitabın bir nəfəsi     



X. Mirzəzadə          

ər dəfə evdəki kitab və notlarla dolu rəfləri nəzərdən keçirəndə gözüm, eynilə bir-birinə oxşar iki kitaba sataşır. Bunlar Luidci Pestalotsanın məşhur "Ricordi" nəşriyyatında çap olunmuş "La Musica in URSS:CRONACA Di un VIGGIO" kitabının 1987 və 1988-ci illərdə iki nəşr görmüş nüsxələridir. Bu kitablar, musiqi sahəsində Avropada məşhur olan, bir musiqi nəzəriyyəçisinin uzun müddət keçmiş Sovetlər İttifaqının çox yerlərini gəzmiş və oranın mədəni irsiylə maraqlanıb öyrənmiş, onu bir müasir avropalı gözü ilə müayinə etmiş şəxsin yazısıdır. Kitabın mündəricatında Kalininqrad, Moskva, Leninqrad, Volqoqrad, Riqa, Bakı, Tiflis və yenə də Moskva fəsillərinə biz rast gəlirik. Əlbəttə, zənnimcə Azərbaycan oxucusuna "Bakı" bölməsi daha da maraqlı ola bilər, çünki burada, bizim mədəni irsimizə, biz adət etmədiyimiz münasibətlərə, yəni yeni adlara, yeni fikirlərə rast gəlirik.

Yadımdan çıxmaz, 1979-cu ilin may ayında, italyan bəstəkarlarının bir böyük dəstəsinin Sovetlər İttifaqına gələcəyindən xəbər tutdum. Moskvaya, Bəstəkarlar İttiqanın məsul rəhbərlərinə müraciət etdim, görüşdə iştirakımın arzusunu onlara söylədim. Beləliklə, məni və Fərəc Qarayevin orada iştirakının razılığını aldım. Görüş may ayının ilk günlərində "Dilican" yaradıcılıq evində keçiriləcəkdi. Biz oraya yollandıq, gecə yarısı təxminən 30-a qədər italyanlar bir neçə Moskva musiqiçilərinin müşahidəsilə buraya gəldilər. Bizi görən erməni bəstəkarları tez Tiflisə zəng etdilər, onlardan da bir neçəsini buraya dəvət etdilər. Biz tərəfə rəhbərlik edən İttifaqın Birinci katibi Tixon Nikolayeviç Xrennikov idi.ər dəfə evdəki kitab və notlarla dolu rəfləri nəzərdən keçirəndə gözüm, eynilə bir-birinə oxşar iki kitaba sataşır. Bunlar Luidci Pestalotsanın məşhur "Ricordi" nəşriyyatında çap olunmuş "La Musica in URSS:CRONACA Di un VIGGIO" kitabının 1987 və 1988-ci illərdə iki nəşr görmüş nüsxələridir. Bu kitablar, musiqi sahəsində Avropada məşhur olan, bir musiqi nəzəriyyəçisinin uzun müddət keçmiş Sovetlər İttifaqının çox yerlərini gəzmiş və oranın mədəni irsiylə maraqlanıb öyrənmiş, onu bir müasir avropalı gözü ilə müayinə etmiş şəxsin yazısıdır. Kitabın mündəricatında Kalininqrad, Moskva, Leninqrad, Volqoqrad, Riqa, Bakı, Tiflis və yenə də Moskva fəsillərinə biz rast gəlirik. Əlbəttə, zənnimcə Azərbaycan oxucusuna "Bakı" bölməsi daha da maraqlı ola bilər, çünki burada, bizim mədəni irsimizə, biz adət etmədiyimiz münasibətlərə, yəni yeni adlara, yeni fikirlərə rast gəlirik.

Yadımdan çıxmaz, 1979-cu ilin may ayında, italyan bəstəkarlarının bir böyük dəstəsinin Sovetlər İttifaqına gələcəyindən xəbər tutdum. Moskvaya, Bəstəkarlar İttiqanın məsul rəhbərlərinə müraciət etdim, görüşdə iştirakımın arzusunu onlara söylədim. Beləliklə, məni və Fərəc Qarayevin orada iştirakının razılığını aldım. Görüş may ayının ilk günlərində "Dilican" yaradıcılıq evində keçiriləcəkdi. Biz oraya yollandıq, gecə yarısı təxminən 30-a qədər italyanlar bir neçə Moskva musiqiçilərinin müşahidəsilə buraya gəldilər. Bizi görən erməni bəstəkarları tez Tiflisə zəng etdilər, onlardan da bir neçəsini buraya dəvət etdilər. Biz tərəfə rəhbərlik edən İttifaqın Birinci katibi Tixon Nikolayeviç Xrennikov idi.

Səhəri simpozium başladı, bir neçə məruzələr hər iki tərəfindən oxundu. Tərəflər artıq rəsmiyyətli bir yerə qoydular. Əsl bəstəkar görüşləri başlandı, musiqi problemləri, texnologiya, ifaçılıq, nəşriyyat, əlaqələr, musiqi təbliğatı, söhbətlərin ətraflı məzmunu oldu.

İtalyanlar hər bir işi qarabəniz, ortaboylu, gözlüklü qıvraq bir italyanlı ilə məsləhətləşdilər. Bu İtalyan Kommunist Partiyasının musiqi üzrə məsul işçisi musiqişünas, musiqi jurnalisti Luidci Pestalotsa idi. Həm çıxışları, həm də qeyri-rəsmi görüşləri öz nəzərində saxlayan Luidci Postalotsa, görüş vaxtı bizə dedi ki, onların bura gəlişinin, buranı /Dilicanı/ seçməklərinin əsl səbəbi mərkəzdən /Moskvadan/ uzaqlarda yaradılan, çalınan, təbliğ olunan musiqinin vəziyyətidir. Odur ki, bizim buradakı iştirakçımızı o, çox qiymətləndirir və "nə vaxt bizim musiqimizi onlar dinləyə bilər" deyə müraciəti bizi sevindirdi. Özümüzlə apardığımız bir neçə əsərlərimizi onlara göstərəcəyimizi söz verdik, hətta vaxt təyin etdik. Vaxt təyin olunan gecə mən 2 N-li simfoniyamı, /"Trirtich"/, Fərəc Qarayev isə 2 fortepiano və zərb alətləri üçün Sonatasını onlara nümayiş etdirdik. Əsərlər onlara yaxşı təcir bağışladı, burada iştirak edən gözəl bəstəkar dünyasını çox tez tərk etmiş Paolo Renosto, Lombardini Mansoni və başqaları əsərlər barəsində öz mülahizələrini söylədilər. Daha sonra 1981-ci il iyun ayında bu görüş bir daha təkrar olundu. Mən bir neçə sovet bəstəkarları ilə birlikdə İtaliyaya yollandıq. Onların arasında Qafqaz, Pribaltika, Moskva bəstəkarları da var idi. Yenə də Luidci ev sahibi kimi hər şeyə başçılıq edirdi. Biz bir köhnə dost kimi onunla görüşdük, əhvallaşdıq. Görüş San Feliçe Çirçeoda keçirdi.

1985-ci ilin baharında Luidci Bakıya gəldi. O, Bakıda mətbuat və radio işçiləri ilə görüşdü, bəstəkarların musiqisilə maraqlandı, musiqişünasların muğam haqqında mülahizələrini diqqətlə dinlədi, yenə də mən və Fərəc ona bəzi işlərdə yardımçı olduq. Bakını göstərdik, Atəşgaha, Neftdaşlarına apardıq. Gedəndə mənim iola /alt/ üçün Sonatamı (Gehesis) apardı və sonralar bu İtaliyada bir neçə festivalda səsləndi. 1986-cı ildə o, Moskvaya bir daha italyan-sovet bəstəkarlarının III görüşünə gəldi və mənə dərhal zəng edib oraya, Moskvaya dəvət etdi, söylədi ki, "bu" kitabı çap eləməyə hazırlaşır və orada bir fəsil Bakıya, bakılılara, Azərbaycan musiqisinə və görüşdüyü adamlara aid olacaq. Oradaca rəsmi olaraq mənə Çili faciəsinin 10 illiyinə həsr olunmuş əsər sifariş olundu. İtalyan tərəfi dünyanın 20 bəstəkarına belə sifarişlər vermişdi. Sovet İttifaqından bu sifarişi mərhum bəstəkar Edisson Denisov və mən almışdıq. Qısa bir müddətə əsər hazır olmalı idi. Sifariş alanlar arasında dünyanın tanınmış bəstəkarlarından: Ksenakis Huber, Rjevski, Qlobekar, Qarçe və s. vardı. Çox fikirləşdim və nəhayət Musiqi Akademiyasının italyan dili müəllimi Şauro Məmmədov italyan dilində yazdığı "Ağı" /UPiantoU/ əsərini yazdım. Bu əsəri Avropada tanınmış soprano Dorotti Dorrou 1987-ci ilin yayında ilk dəfə Riedco-Emiliyada, sonralar Avropanın başqa şəhərlərində ifa etdi, hələlik sonuncu dəfə Luidcilə mən 1989-cu ildə Leninqradda /indiki Sankt-Peterburqda/ beynəlxalq musiqi festivalında görüşdük. O, mənə təzə çapdan çıxmış TMənim əziz dostuma" Luidci 21/VI-87 sözləri yazılmış kitabı bağışladı. Mehmanxanada mən kitabı gözdən keçirdim, Azərbaycan adları və familiyalarının yazılışında səhvlər tapdım, ona yollandım və o, da öz məktubunda yazdı ki, kitabın yeni nəşri hazırlanır və söz verdi ki, bu nəşrdə səhvlər düzələcək.

İndi mənim kitabxanamda bu gözəl və lazımlı kitabın iki çapı var. Səhvlə 1987-ci il çapı və 1988-ci il düzəldilmiş çapı.

LUİDJİ PESTALOTSA
BAKI

Riqada, Volqoqrada yola düşməyim ərəfəsində öyrəndim ki, "Boris"in Musorqskinin orijinal redaksiyasında tərtibatı yaxın zamanlarda Riqada deyil, Tallində gözlənilir. Premyera artıq Leninqradda keçmişdi başqa şəhərlərdə də gözlənilirdi. Bu o demək deyildir ki, Rimskiy-Korsakovun "Boris"i - bu parlaq simvolist opera - unudulacaq. Sadəcə olaraq, həqiqi "Boris"in vaxtı gəlib çatmışdır. İndi o, Leninqradda, Tallində və digər şəhərlərdə səhnələşdirilir, plastinkaya yazılır. Dirijor-Vladimir Fedoseyevdir. Ancaq bütün bunlar yalnız bu gün, uzun ləngimədən sonra üzə çıxmışdır. Belə təzahürlər ölkənin musiqi həyatında az olmamışdır. Bu günkü tərtibat - musiqiyə sadəcə olaraq yeni nəzər deyil, yeni ideoloji yanaşmadır. İlk variantın səhnəyə qoyulması üçün hansı çətinlikləri dəf etmək lazım gəldiyi mənə məlumdur. Bu xəbəri mənim Moskvada dostumun evində olduğum son axşam da təsdiq etdilər. Burada həmçinin teatr tənqidçisi olan bir xanım da var idi. Qonaqlardan biri - alicənab insan və musiqiçi olan Moskvalı bir həkim ilə mübahisə etməli oldum. Mən ondan soruşdum: "Nəyə görə siz Çaykovskini Musorqskidən üstün tutursunuz?" O, isə mənə cavab verdi: "Çaykovski rus musiqisinin banisidir, alman musiqi ənənələrini izləyən proqressiv insandır. Musoqorskiy isə slavyan meylli konservator, reaksionerdir". O savadlı adam idi, lakin onun bilikləri təhrif olunmuş qədər də öz-özlüyündə yanlış idi. Musorqskinin əsərinin orijinal deyil, təhrif olunmuş variantının səhnələşdirilməsinə səbəb yalnız Rusiyanın musiqi tarixi ilə bağlı deyil. Mühüm dəyişikliklərin şahidi olduğumu mən artıq qeyd etmişdim. Litvada, yola düşdüyüm Azərbaycanda, Gürcüstanda milli musiqidə baş qaldıran yeniliklərlə bu "Boris"in arasında sıx əlaqələr mövcuddur. "Budur təhsilin şirin bəhrəsi! Bütün çarlığı sanki buludlardan seyr edə bilərsən..." - oğlunu məhəbbətlə oxşayan Boris bu sözləri indi Sovet İttifaqında oynanılan tamaşaları haqqında oxuyur. Bu variantın qalib gəlməsi ərəfəsində çox dəyişikliklər baş verdi. 1948-ci ildə, hətta daha çox sonra belə Denisov "Pesni i plyaski smerti" və "Bez solntsa" məcmuələrini orkestr üçün işləməzdi. Bu gün isə Moskvanın konsert zallarında publika bu əsərləri alqışlarla qarşılayır. Ancaq dəyişilmək istəməyən bir çox inadkarlar hələ də vardır. Musiqi ictimai həyatdakı əhval-ruhiyyəni və burada baş verən hər bir şeyi əks etdirir.

Gecə saat 3-də, Bakıda aeroportdan şəhərə gedərkən avtomobilin nasazlığı səbəbindən yolda qalanda ilk eşitdiyim xəbər opera teatrında əsaslı yeniliklərin aparılması oldu. Hərçənd əvvəlki afişalar saxlanılmışdı; italyan melodramları, yerli müəlliflərin əsərləri. Bu rəsmi məlumatın əslində nə demək olduğunu mən sonradan anladım. Bakıya uçarkən isə mən "Boris" və onunla bağlı olan bir çox şey haqqında düşünürdüm. Moskvalı dostumun evində tanış olduğum bir teatr tənqidçisi yəqin ki, mənim fikrimlə razılaşardı; Rimskiy-Korsakovun şərhində "Boris" - tarixi simmetrik olan, bu cəlallı "Boris" hətta əsrarəngiz səslənməsiylə belə simmetrikdir - heç bir çevriliş edə bilməzdi, nəinki bolşevik inqilabı. Musorqskinin "Boris"inin musiqisi isə tarixi tənqidedici anlamı ilə bunu edə bilərdi.

Bakıya gəlib çatdıqda mənə məlum oldu ki, buranın musiqi həyatı, mənim nasaz avtomobildə oturarkən təsvir etdiyim kimi yeknəsək deyil. Hötenin yaşadığı dövrlərdən bəri cənuba hər bir səyahət yeni bir kəşflə bağlı olur. Bakı cənubda yerləşir və mən buraya gələrkən özümü qraf Friesto kimi hiss etdim - "Qraf Friestonun gəlişi özü ilə ictimai həyata böyük bir canlanma gətirdi." Mən heç də Hötenin qəhrəmanı tək populyar olmağı iddia etmirəm. Mən yalnız İtaliyaya səyahət etmiş bu persionajın yerində özümü hiss etdim, çünki gələr-gəlməz sanki burulğana düşdüm, hətta məni burada gözləyən dostlarım - Xəyyam Mirzəzadə və Fərəc Qarayevlə bir an belə təklikdə qalmağa imkan tapmadım. Tezliklə rəsmi nümayəndələrin özlərini sadə, qeyri-rəsmi aparmalarını hiss etdim. Mədəniyyət nazirliyindən etnomusiqişünas Taryel Məmmədov və yerli nəşriyyatın müdiri Məmməd İsmayıl məni müşayiət edir, hər cür rəsmilikdən uzaq söhbətlər aparırdılar. Bakıda mənim heç bir problemim yox idi. Mənim sərişdəli, yararlı yoldaşlarım vardı.

Rəvayətlərdən birinə görə, güman ki, əksər rəvayətlər kimi gerçək olan proletar inqilabından sonra Bakı operasının qadın müğənnilərindən birini tamaşaçılar qarşısına çadrasız çıxmağına görə daşlamışlar. Müsəlman Azərbaycanda bu gün dindar müsəlmanlar 80 faiz təşkil edir. İndi çadralar yox olmuş, hər şey dəyişmişdir. Bu gün əfsanəvi operanın tarixi onun adı ilə bağlıdır.

Başqa rəvayətdə danışılır ki, əsrin əvvəllərində dövlətli neft sahibkarı Tağıyev İtaliyaya səfər etmiş, burada bir opera aktrisasına vurulmuşdur və onu Bakıda çıxış etməyə dəvət etmişdir. O isə Tağıyevə deyir ki, yalnız Milan teatrı kimi bir teatrda oxumağa razı ola bilər. Tağıyev cəmi bir ay müddətinə onun üçün Milan teatrının oxşarı olan bir teatr tikdirmişdir. O illər neftin kəşf olunması ilə milli burjuaziyanın çiçəklənməsi dövrü idi. Deyilənlərə görə opera hakim sinfin toplaşdığı yerə çevrilir. İyirmi il sonra isə bu proletariat üçün səciyyəvi olur. Bu gün teatrın simvolik olaraq yenidənqurması baş verir. Bununla eyni zamanda repertuarın da dəyişdirildiyini öyrəndim. Hərçənd olanları unutmaq da lazım deyil.

Konservatoriyada mənə azərbaycan musiqisinin tarixini danışdılar, hansı ki, 1907-ci ilə qədər yalnız şifahi tərzdə mövcud idi. O zaman maqnat Tağıyev Bakıda teatr tikdirir, səfər etdiyim il 100 illik yubileyi təntənəli şəkildə qeyd olunan Ü.Hacıbəyov isə muğam elementləri ilə avropa tipli musiqini intişar etdirir. Azərbaycan muğamı ərəb muğamına həm oxşayır, həm də oxşamır. O bu günlərdə də bünövrəsini Ü.Hacıbəyov qoymuş Azərbaycan musiqisinin dili olaraq qalmaqdadır. 1921-ci ildə Ü.Hacıbəyov Bakı konservatoriyasının əsasını qoymuşdur. O, simfonik və opera musiqisinin inkişafına təkan vermiş, xalq əfsanələri əsasında simfonik poema və melodramlar yazmışdır. Bunlardan biri də beş pərdəli "Koroğlu" operasıdır. Ü.Hacıbəyovu klassik musiqinin banisi hesab edirlər. Çar Rusiyasının bir çox şəhər və obalarını gəzmiş musiqiçi Bakıda tənqidçi esseist, professional musiqini yaradan və təbliğ edən adam olur. Hər şeydən əvvəl o, bəstəkar və müəllim idi. Azərbaycanda professional musiqiçilərin ikinci - Q.Qarayev nəslini yetişdirdikdən sonra o, 1948-ci ildə vəfat edir. Sonradan onları F.Qarayev, X.Mirzəzadə, A.Məlikov və daha gənc bəstəkarlar əvəz edir. Janrların sayı və istiqaməti genişlənir. "XIX-cu əsrdən başlayaraq Şönberqə qədər və son illərin yeni istiqamətləri."

Azərbaycan musiqisinin müxtəlifliyi ilə məni musiqişünas, konservatoriyanın rektoru Elmira Abbasova tanış edir. Onun təhsil ocağında müasir musiqinin bir çox aspektləri tədris olunur. Lakin hər şey, onun təkidlə qeyd etdiyi kimi, Ü.Hacıbəyovdan başlamışdır. Müasir Azərbaycan bəstəkarları onun yaradıcılığı, öz musiqi mədəniyyətlərinin mənbələri ilə tanışdırlar. Onlar Ü.Hacıbəyovu öyrənir, uzaq musiqi sahillərindən onunla valeh olurlar, ona böyük hörmət və ehtiram bəsləyirlər. Onun gəlişi ilə muğamla professional musiqinin görüşü baş vermişdir. Bakıda musiqi həyatı canlanmışdır. O, 1923-cü il aprelin 8-də Tsvetayevanın yazdığı şerdəki şair tək: "Şair söhbəti uzaqdan başlayır. Şair söhbəti uzaqlara aparır". Yüzillik onu qocaltmadı, onun coşğun ifadəliyini söndürmədi. Hacıbəyov üçün "Uzaq" o deməkdir ki, o, söhbətlərini öz dövrünün uzaqlıqlarından davam etdirəcək. Bu tarixi əlaqə Bakıda bu gün izlənilməkdədir.

Müharibədən sonra sanki səhrada yaşıl oazisə (adaya) çevrilmiş bu şəhərdə hal-hazırda operanın yenidənqurulması sahəsində böyük işlər aparılır. Çünki repertuarda Donitseti, Puççini, Bellini, Verdinin, Azərbaycan bəstəkarlarının və bəzən Prokofyevin əsərlərinin olması artıq onları qane etmir. Təsadüfi deyil ki, bir qədər əvvəl, hələ 20 il öncə konservatoriyanın nəzdində yaradılan opera studiyasının yeni binasının tikintisi başa çatdırılmışdır. Adətən, konservatoriyalar özəl orkestri, xoru, solistləri olan teatra malik olurlar. Tələbələr burada ya orkestrdə, ya da səhnədə çalışırlar. Bakıdakı yeni opera studiyası 750 yerlik standart zala malikdir. Bu işlənilməsində əsasən ağacdan istifadə olunmuş gözəl teatrdır. O hər cür tamaşa və konsertlərin keçirilməsi üçün uyğunlaşdırılmışdır. Rahat foyesi, 12 metrlik səhnəsi vardır. Repertuar əsasən tədris proqramı ilə bağlıdır. Buna baxmayaraq zal hər bir tamaşaçı üçün açıqdır. Onları əslində opera studiyasının musiqi nailiyyətlərindən çox rejissor işindəki, səhnə quruluşundakı tapıntılar maraqlandırır. Buna görə də əsasən operalardan təşkil olunmuş repertuarın səhnələşdirilmənin yeni formalarını öyrətmək məqsədi ilə tədris olunmasını gördüm. Repertuara "Aleko", "Traviata", "Məxvi nigah" kimi, həmçinin müasir azərbaycan və sovet bəstəkarlarının əsərləri daxildir. Bundan əlavə simfonik və kamera musiqisi konsertlərində müasir bəstəkarların əsərləri əhəmiyyətli yer tutur. Əvvəlki opera teatrı ilə müqayisədə 17-19-cu əsrlərə marağın yenidən artması müşahidə olunur. Tamamilə yeni şərhdə. Buna görədir ki, bir çox cəhətdən Milan teatrının oxşarı olan opera teatrını yenidən qurmaq, yaşıllaşdırılıb cənnət bağına çevrilmiş bu günkü Bakı üçün yenidən layihələşdirmək qərarı qəbul olunmuşdur.Konservatoriyada mənə azərbaycan musiqisinin tarixini danışdılar, hansı ki, 1907-ci ilə qədər yalnız şifahi tərzdə mövcud idi. O zaman maqnat Tağıyev Bakıda teatr tikdirir, səfər etdiyim il 100 illik yubileyi təntənəli şəkildə qeyd olunan Ü.Hacıbəyov isə muğam elementləri ilə avropa tipli musiqini intişar etdirir. Azərbaycan muğamı ərəb muğamına həm oxşayır, həm də oxşamır. O bu günlərdə də bünövrəsini Ü.Hacıbəyov qoymuş Azərbaycan musiqisinin dili olaraq qalmaqdadır. 1921-ci ildə Ü.Hacıbəyov Bakı konservatoriyasının əsasını qoymuşdur. O, simfonik və opera musiqisinin inkişafına təkan vermiş, xalq əfsanələri əsasında simfonik poema və melodramlar yazmışdır. Bunlardan biri də beş pərdəli "Koroğlu" operasıdır. Ü.Hacıbəyovu klassik musiqinin banisi hesab edirlər. Çar Rusiyasının bir çox şəhər və obalarını gəzmiş musiqiçi Bakıda tənqidçi esseist, professional musiqini yaradan və təbliğ edən adam olur. Hər şeydən əvvəl o, bəstəkar və müəllim idi. Azərbaycanda professional musiqiçilərin ikinci - Q.Qarayev nəslini yetişdirdikdən sonra o, 1948-ci ildə vəfat edir. Sonradan onları F.Qarayev, X.Mirzəzadə, A.Məlikov və daha gənc bəstəkarlar əvəz edir. Janrların sayı və istiqaməti genişlənir. "XIX-cu əsrdən başlayaraq Şönberqə qədər və son illərin yeni istiqamətləri."

Azərbaycan musiqisinin müxtəlifliyi ilə məni musiqişünas, konservatoriyanın rektoru Elmira Abbasova tanış edir. Onun təhsil ocağında müasir musiqinin bir çox aspektləri tədris olunur. Lakin hər şey, onun təkidlə qeyd etdiyi kimi, Ü.Hacıbəyovdan başlamışdır. Müasir Azərbaycan bəstəkarları onun yaradıcılığı, öz musiqi mədəniyyətlərinin mənbələri ilə tanışdırlar. Onlar Ü.Hacıbəyovu öyrənir, uzaq musiqi sahillərindən onunla valeh olurlar, ona böyük hörmət və ehtiram bəsləyirlər. Onun gəlişi ilə muğamla professional musiqinin görüşü baş vermişdir. Bakıda musiqi həyatı canlanmışdır. O, 1923-cü il aprelin 8-də Tsvetayevanın yazdığı şerdəki şair tək: "Şair söhbəti uzaqdan başlayır. Şair söhbəti uzaqlara aparır". Yüzillik onu qocaltmadı, onun coşğun ifadəliyini söndürmədi. Hacıbəyov üçün "Uzaq" o deməkdir ki, o, söhbətlərini öz dövrünün uzaqlıqlarından davam etdirəcək. Bu tarixi əlaqə Bakıda bu gün izlənilməkdədir.

Müharibədən sonra sanki səhrada yaşıl oazisə (adaya) çevrilmiş bu şəhərdə hal-hazırda operanın yenidənqurulması sahəsində böyük işlər aparılır. Çünki repertuarda Donitseti, Puççini, Bellini, Verdinin, Azərbaycan bəstəkarlarının və bəzən Prokofyevin əsərlərinin olması artıq onları qane etmir. Təsadüfi deyil ki, bir qədər əvvəl, hələ 20 il öncə konservatoriyanın nəzdində yaradılan opera studiyasının yeni binasının tikintisi başa çatdırılmışdır. Adətən, konservatoriyalar özəl orkestri, xoru, solistləri olan teatra malik olurlar. Tələbələr burada ya orkestrdə, ya da səhnədə çalışırlar. Bakıdakı yeni opera studiyası 750 yerlik standart zala malikdir. Bu işlənilməsində əsasən ağacdan istifadə olunmuş gözəl teatrdır. O hər cür tamaşa və konsertlərin keçirilməsi üçün uyğunlaşdırılmışdır. Rahat foyesi, 12 metrlik səhnəsi vardır. Repertuar əsasən tədris proqramı ilə bağlıdır. Buna baxmayaraq zal hər bir tamaşaçı üçün açıqdır. Onları əslində opera studiyasının musiqi nailiyyətlərindən çox rejissor işindəki, səhnə quruluşundakı tapıntılar maraqlandırır. Buna görə də əsasən operalardan təşkil olunmuş repertuarın səhnələşdirilmənin yeni formalarını öyrətmək məqsədi ilə tədris olunmasını gördüm. Repertuara "Aleko", "Traviata", "Məxvi nigah" kimi, həmçinin müasir azərbaycan və sovet bəstəkarlarının əsərləri daxildir. Bundan əlavə simfonik və kamera musiqisi konsertlərində müasir bəstəkarların əsərləri əhəmiyyətli yer tutur. Əvvəlki opera teatrı ilə müqayisədə 17-19-cu əsrlərə marağın yenidən artması müşahidə olunur. Tamamilə yeni şərhdə. Buna görədir ki, bir çox cəhətdən Milan teatrının oxşarı olan opera teatrını yenidən qurmaq, yaşıllaşdırılıb cənnət bağına çevrilmiş bu günkü Bakı üçün yenidən layihələşdirmək qərarı qəbul olunmuşdur.

Bakının yaşıllaşdırılmasına ayrıca başlıq həsr etmək olar. O, müharibədən sonrakı yenidənqurmaların simvoluna çevrilmişdir. Başqa bir ərazi haqqında Marianna Mur soruşurdu: "Hansı bir yer bu cür nailiyyətlərlə öyünə bilər?" Şübhəsiz ki, Bakı bununla öyünə bilər. Bu, təbiətə atılmış çağırış idi. Şəhərin amfiteatr yerləşdirilmiş yüksəkliyini burada basdırılmış tozağacı tamamlayır. Qumsal ərazidə vüqarla ucalan bu yeganə ağac ölkənin şimalı ilə, eləcə də SSRİ-nin başqa ucqarları ilə əlaqə saxlayan antennanı xatırladır. Nəyə görə bu, əllə basdırılmış ağac ünsiyyət simvoluna çevrilmişdir? Mən bir daha ona baxmağa gələndə o, mənə əlçatmaz arzuların həyata keçməsi simvolu, aşağıda görünən yeniliklər şəhərinin simvolu təsiri bağışladı. Neft maqnatları dövrünün və proletariatın qələbəsindən sonra müharibəyə qədərki dövrün Bakısı, əslində, Xəzərin o tayında görünən "Qara Boğazın" davamı idi. "Qara Boğaz" türkməncə qara boğaz deməkdir (Mətn italyan və rus dillərindən tərcümə olunub).

Qara neft səhralıqda aşkar edilmiş və əldə olunmağa başlanmşdır. Elə burada, qum və neft quyuları arasında burjuaziya Bakını ucaldırdı. Burada burjuaziyanın istismar etdiyi və şərq qumsallıqlarında ilk tətil elan etmiş proletariat meydana gəlir. Tətillərə baxmayaraq, şəhərin qurulması davam etdirilirdi. O toz-torpaqlı, həyatsız idi, Montevideo kimi - "qara boğazlar" şəhəri, insanları "cəhənginə alan" və neft püskürən Qara Boğaz. Bakı belə yarandı - səhrada sənaye şəhəri. Vaxtı ilə, mövcud qonaqpərvərliyin əlaməti olan orta əsr karvansaraların izi onun küçələrində itib batdı.

"Bu əsl mübarizə idi. Müharibədən sonra şəhərin yaşıllaşdırılması layihəsi hazırlanmışdır, indi hər bir sakinin payına 34,5 kvadrat metr yaşıllıq düşür." Taryel Məmmədov məni şəhərin küçə, park və bağları ilə gəzdirir. Şəhərin əhalisi milyon 800 mindir, beləliklə, bütün şəhər yaşıllığa qərq olunub, hər tərəf ağaclıq və çiçəklikdir. Bütün bunlar insan əməyinin bəhrəsidir. Şəhəri uzaqdan - dənizdən seyr etsək, o, səhralıqda ucalan oazası xatırladır.

"Mövcud olan ənənələrin öyrənilməsi ilə şəhərin simasını bütünlüklə dəyişmək, Bakını tamamilə yenidənqurmaq qərara alınmışdır".

Mənə layihənin necə həyata keçirildiyini göstərirlər. Mənim üçün isə Brextin "Öyrənən üçün" hekayəti ilə gizli əlaqələrin mövcudluğu aşkar olur. Bu əsər aşağıdakı epik sətirlərlə başlanır: "Mən əvvəlcə qumun üstündə tikdim. Sonra qayada tikdim, qaya uçduqdan sonra mən daha heç yerdə tikmədim." Əslində Bakı nə çiçək, nə ağac, nə də ot üzərində tikilməyib. "Biz yaşamaq üçün yararlı olan, nəfəs almaq mümkün ola biləcək bir şəhər haqqında düşünürdük. Biz yaşıllıq - şəhər və ya evin içində bağ-bağat nəzərdə tutmamışdıq. Bununla belə, qəbul olunmuş qərarlara əsas - sinfi dəyişikliklər, hər kəs və hamının həyat tərzinin, obrazının yeniləşməsi oldu. Yalnız neft və sənaye ilə məşğul olan deyil, hamı üçün nəzərdə tutulan şəhər lazım idi."

Bu gün Bakı öz musiqi ənənələrini və köklərini saxlamışdır. Əgər hər bir respublikadan, o cümlədən, Azərbaycandan bir millət kimi müəyyən rol daşınılması tələb olunmasaydı buna çətin ki, nail olmaq olardı. Herderin fikrincə, millət özündə ənənə, varislik kimi anlamları birləşdirir. Buna görədir ki, bu gün çayxanaya çevrilmiş köhnə karvansaralardan birində zəfəranlı çay içməklə yanaşı tarın, kamanın müşayiətində yüksək ustalıqla ifa olunan muğam dinləmək olar. Muğamın gözəl bilicisi olan Mirzəzadə sonra məni restoran kimi fəaliyyət göstərən Multanı karvan-sarayın apardı. Burada bütün axşamı mən bu musiqi janrının gözəl ustalarını dinlədim. 12-ci əsrin abidəsi olan bu zirzəmi otaqda onlar bu janrın əsl biliciləri olan azsaylı auditoriya üçün oxuyurdular. Bu zaman yuxarıda isə türkiyəli turistlər üçün italyan şlyagerlərinə parodiyalar ifa olunurdu. Karvansaranın adı Multanı şəhəri ilə bağlıdır. Orta əsrlərdə bu şəhərin tacirləri dəvə karvanları ilə Bakıya ticarət etməyə gələrkən başqa ölkələrdən olan tacirlər kimi bu orta əsr mehmanxanasında qalırdılar. Mirzəzadə mənə muğam haqqında üslublar, fars təsirləri haqqında, muğamsız müasir musiqinin yazılmasını mümkün hesab edə bilməyən azərbaycan bəstəkarları haqqında söhbət açır. Mirzəzadə məni öz evinə dəvət edir ki, bu sahədə mütəxəssis olan dostu ilə tanış etsin. Mən də öz növbəsində lazımi məlumatları ondan öyrənə bilərəm.

Sovet İttifaqında olduğum günlərin ilk təəssüratlarını yekunlaşdırmaq və bunu məhz Bakıdan - həm musiqili, həm musiqisiz həyatından - başlamaq istəyərkən Verlenin Tristan Korbyer haqqında yazdığı o uzaq və gözəl sətirləri xatırladım;

"Onun heç bir qüsursuzluğu, ürəksıxıcı heç bir şeyi yoxdur." Mən birdən burada, Bakıda Verlenin məndən nə qədər uzaq olduğunu, bakılı tanışlarımın - məni müşayiət edən, xalq rəvayətlərindən söhbət açan, azərbaycan dilində öz şerlərini oxuyan Məmməd İsmayılın, musiqiçilərin mənə nə qədər yaxın olduğunu anladım. Bu yalnız mənim evdən uzaqda olmağımla bağlı deyil. Dünyada nöqteyi nəzərlərin, qəbul olunmuş dəyərlərin dəyişməsi baş verir, avropalılar isə bunu duymurlar. Gözlənilmədən bunu haradasa Bakı kimi bir yerdə aşkar edirlər. Sadəcə olaraq, mən anladım ki, müxtəlif şəhərlərdə yaşayan hər bir sovet adamı bir müddətə bütövlüklə mənim varlığıma, mənə mənsub olan hər bir şeyə hakim kəsilə bilmişdi. Mənə isə yalnız təəccüblənmək və öyrənmək qalırdı. Sosializm və kalonializm arasında kifayət qədər qəribə bir mübadilə. Təəccüblənməyə davam edərək ilk nəticələrə dönmək istərdim. SSRİ məkanında səyahətim zamanı mən məmurların səlahiyyətsizliyjinə, səhlənkarlığına dəfələrlə rast gəlmişdim. Bu barədə başqa səyahətçilər də yazmışlar. Amma mən tamamilə fərqli bir yol - təəccüblənmək yolunu seçmişdim. Brext kimi mən də bu yolu daha məqsədəuyğun hesab edirəm. Montevideoyaya oxşanılmasını istəməyən bu yaşıl şəhərdə ürəksıxıcı olmayan bir şey kəşf etmək, mənim üçün onsuz da meyar olan musiqidə də bunu kəşf etmək deməkdir. Mən bütün dünyada ümumi, qəbul olunmuş qaydalara əsaslanan sahələrdə qüsursuz görünəbiləcək şeylər aşkar etdim. erlen isə mənimçün bunu mümkünsüz edir. Lakin bu cür bəraət nəinki lazımsız, hətta alçaldıcıdır. Onu demək kifayətdir ki, Arxangelsk, Moskva, Başqırğıstanda olduğu kimi Bakıda da hər yerdə forteriano, siniflər və konsert zalları, tələbə və dinləyicilər, müxtəlif ölçüdə teatrlar mövcuddur. Lakin burada yeni texnika ilə təchiz olunmuş dinləyiş laboratoriyaları yoxdur. Məncə, hər şey təbəqələrdədir - gözəl, ecazkar üst qat daha dərinliklərə gedir, Korbyerdə olduğu kimi başqa layların təzyiqi nəticəsində, hansılar ki, öz növbəsində üst qatda qüsursuz ola biləcək heç bir şey qoymurlar.

Məni aseptikaya meylin olmaması heyran edir; heç nə unudulmur, heç bir şey tullanılmır, onlarda olan hər bir şey artıq istifadədə olmuşdur. Qərbdə resirkulyasiya sözü dəbdə olduğu halda, SSRİ-də qənaətclik daha populyardır. Bu da mexaniki olaraq proqres anlayışını qeyri-mümkün edir. Buna görə də Bakıda muğam itirilmir. Çünki o, azərbaycan və sovet musiqisinə qabağa getdikcə qüsursuz olmamaq, nə qədər ki, mövcuddur ürəksıxıcı olmamaq üçün vacib lazımdır. Bununla da mən ilk təəssüratların qısa yekununu tamamlayıram.

Mirzəzadə ilə mən Sovetlər İttifaqının başqa bir yerində tanış olmuşdum. O zaman mən onun "İkinci simfoniya"sını dinlədim və bu əsər mənə çox böyük təsir bağışladı. İlk dəqiqələrdən səslənmənin dolğunluğu ilə diqqəti cəlb edən bu əsər bizim ekzotika, hətta neoavanqard musiqi haqqında mövcud fikirlərimizi alt-üst etdi. Bu cəzbedici strabizmə bənzəyirdi. Mənim adətən dinlədiyim musiqi - Ayvzdan Şönberqə və onun ardıcıllarına qədər (müxtəlif olsadlar da, eyni dərəcədə qərb bəstəkarı) - mənimki olmayan, mənə yad olan musiqinin üfiqlərini aşkar etdi. Lakin mübahisə doğuran bəzək üsulları qərbin ekzotik varisliyi kimi qəbul olunsa da, əslində bu, musiqinin daşıdığı məqsədin - fərqli musiqi aləmlərinin uzlaşmasında çatışmayan bir düyünün axtarışı məqsədinin əldə etdiyi elementlərdir. Digər tərəfdən "Simfoniya"sının hər bir bitkin bölümünün düzənlənməsində bəstəkarın nümayiş etdirdiyi zövq mən yaşadığım diyarlarda formalaşmamışdır. Onun bütövlüklə şərqə məxsus olduğunu, həmçinin Azərbaycan üçün səciyyəvi olduğunu söyləmək də mümkün deyil. Sovet hakimiyyətinin qurulmasından çox əvvəl iki hissəyə parçalanmış azərbaycan xalqının (6 milyonu Sovet Azərbaycanında, 15 milyonu isə İran ərazisində yaşayan) mədəni mənbələrini anlamaqda mənə tək Mirzəzadənin "Simfoniya"sı kömək etmədi.

Musiqiçilər mənə başa saldılar ki, sovet, fars, ümumən tarixi təsirlərin olmasına baxmayaraq dərin köklərə əsaslanan vahid mədəniyyət mövcuddur. Bunlar müasir dövrdə keçmişin ötüb keçən, lakin hələ də yaşamaqda olan əks-sədasıdır. Bu, məsələn, musiqinin xarakter elementilərlə bəzədilməsində özünü büruzə verir. İran kimi Türkiyə də Bakı ilə əlaqə saxlayır, buna dillərin yaxın olması da kömək edir. Şübhəsiz, Türkiyə və Azərbaycan arasında dillərin qohumluğu ilə yanaşı musiqi və digər sahələrdə də mübadilələr mövcuddur. Sovetləşdikdən sonra Bakı yenə də yolayrıcı olmaqda qalırdı. Məhz burada, Bakıda bir vaxtlar Heyneyə məktubunda gənc Listin qəzəblə sual etdiyi sözlərdə nə demək istədiyini anladım; "Məgər biz hələ ki, naməlum olan gələcək ilə haqqında bir şey bilmək istəmədiyimiz keçmiş arasında yöndəmsiz bir vəziyyətdə deyilikmi?" Bütün ölkədə olduğu kimi, Bakıda da 1917-ci il inqilabından sonra vəziyyətin yöndəmsizliyi ondan ibarət idi ki, gələcək qeyri-müəyyən idi, onu öyrənmək lazımdı və buna keçmişi rədd edərək nail olmaq mümkün deyildi. İllüziya və eyni zamanda yeganə düzgün olan tələbin ziddiyyətlərinin (praktiki və ideoloji) nədə cəmləşdiyini List anlayırdı. Bütün bu ziddiyyətləri mən öz dorstumda, onun həyat tərzində, evində, gələcək naminə işləmək əzmində, keçmişə qayğı ilə yanaşmasında gördüm. Ateist barmaqlar ilə müsəlman təsbehini oynadaraq o məni şəhər ilə tanış edir, Bakının musiqi həyatı barədə danışır. Onun söhbətləri faktların quru sadalanması deyildi, mən istəməzdim ki, mənim şərhimdə onlar belə cizgi alsın. Belə ki, orkestr və ya musiqi ilə bağlı apardığımız söhbət zamanı o birdən Bakı neftinin tərkibində parafinin az olduğunu fəxrlə ərz eləyir. Hər şey qarşılıqlı əlaqədədir; yaxşı neft musiqi həyatının yaxşı təşkil olunmasını bildirir. Elə bu zaman Mirzəzadə mənə xatırladır ki, bir milyon səkkiz yüz min əhalisi olan Bakı şəhərində iki simfonik orkestr, bir kamera orkestri, opera teatrının bir orkestr və xoru, musiqili komediya teatrının bir orkestri, konservatoriyanın (müəllim və tələbələrdən təşkil olunmuş) bir orkestri, instrumental qruplar, kvartetlər, solistlər, özəl truppası olan opera teatrı fəaliyyət göstərir. Lakin onların hamısı ilə tanış olmaq üçün mənə kifayət qədər vaxt tələb olunardı. Bakıda bu gün hansı opera və simfonik musiqinin ifa olunması barədə geniş söhbət aparmağa ehtiyac yoxdur. Repertuar bu və ya digər cəhətdən avropa musiqi dünyası üçün səciyyəvidir. Yalnız onu qeyd etmək istəyirəm ki, bir neçə il öncə mən Xəyyama Oppo, Bussotti, Renestonun kamera musiqisinin yazılarını hədiyyə etmişdim. İndi isə bu əsərlərdən bəzilərinin ifaçıların repertuarına daxil edildiyini gördüm, müasir italyan musiqisinin öyrənilməsi istiqamətində cəsarət tələb edən cəhdlər. Bununçün materialların göndərilməsini müntəzəm olaraq təşkil etmək lazımdır. Hələlik isə, mən müxtəlif azərbaycan bəstəkarlarının yaradıcılığı ilə tanış olmaq niyyətindəyəm. Bununla belə, bir daha qeyd edim ki, SSRİ-də yazılmış və hal-hazırda yazılan əsərlər konsertlərdə ifa olunur, plastinkalara yazılır, radio ilə səsləndirilir.

Mən əlbəttə ki, orta nəsil azərbaycan bəstəkarları ilə də tanış idim; məsəlçün Niyazi (məni əmin etdilər ki, təxəllüsünü söyləmək kifayətdir), Əfrasiyab Bədəlbəyli, 1934-cü ildə inqilabi mövzuda ilk operanın müəllifi Əbdül Müslüm Maqomayev. Onların musiqisində xalq motivləri üstünlük təşkil edir, musiqidə milli ruhun ifadəsinə meyl duyulur. Simfonik poema ənənələrinin, həmçinin Lyadov, Qlazunov kimi rus bəstəkarlarının güclü təsiri hiss olunur. Mən öyrəndim ki, onların musiqi təhsilində Reynqold Qlier və Boris Zeydman kimi Kiyevdən, Leninqraddan olan musiqiçilər müəyyən rol oynamışlar. Onların uzun müddət ərzinə və yaxud həmişəlik olaraq Azərbaycana köçüb gəlmələri heç də buranın musiqisini kolonizə etmək məqsədi daşımırdı. Əksinə, mən eşitdiyim musiqi respublikalara münasibətdə sovet milli siyasətinin - milli dəyərlərə göstərilən böyük qayğı və diqqət siyasətinin şəhadətnaməsi idi. Əsas "xalq həmişə mərkəzdə olmalıdır" - prinsipinin az qala sxolastik israrlıqla tətbiqi bütün simvolların xalq rəvayətlərindən götürülməsini tələb edirdi.

Bununla belə onu qeyd etmək maraqlıdır ki, sovet respublikalarında milli musiqiyə olan bu münasibətə baxmayaraq (müharibədən sonrakı illərdə daha çox vüsət almış), musiqi əsərləri heç də həmişə ritorika ilə tamamlanmır.

Bundan başqa 1949-cu ildə F.Əmirova Stalin mükafatı iki "simfonik muğamUa görə təqdim olunur. Mən isə dahi orta əsr mütəfəkkiri və şairinə həsr etdiyi - "Nizaminin xatirəsinə" simfoniyasını digər iki parlaq, nümunəvi, müəmmalı musiqi poemalarından üstün tutardım. Muğamın simfonik stilizasiyası musiqi ifadə vasitəsi kimi onun konstruktiv rolunu sübut edir.

Muğam - "yeganə bir səsdən başlayan vokal - instrumental əsərdir." - bunu mənə Bakıda bu musiqi janrının ən yaxşı bilicisi olan, orta ixtisas musiqi məktəbinin direktoru Nazim Əliverdibəyov izah edir. Onunla mən Mirzəzadənin evində görüşmüşdüm. Ancaq, hər şeydən əvvəl, zənnimcə, daim melodik gəzişmələrdən yığılan bir modeldir. "Melodiya tonik əsasdan, məsələn "fa" səsindən başlayır. Sonradan müxtəlif intervallardan melodik gəzişmələr başlayır - tersiya, əksidilmiş kvarta, kvinta, si bemol, do səslərində. Tonika isə hər dəfə əsas olaraq qalır, yuxarı oktavaya keçdikdən sonra melodiya əvvəlki tonikaya qayıdır." N.Əliverdibəyov davam edir: "Modulyasiyalar sonsuz ola bilər. Mən misal göstərdiyim sxem mümkün olan çoxsaylı variantlardan biridir. Sonra isə improvizasiya başlayır, burada hər şey ifaçının fantaziya və bacarığından asılıdır". Doğrudan da, mən oxumuşdum ki, muğamlar müxtəlif olur. Hər birinin də öz adı var; rast, şur, çahargah, segah. Hər birinin öz tonallığı və harmonik strukturu vardır. Yeddi növ əsas muğam mövcuddur. Öz pyeslərində Əmirov muğamı simfonik orkestrin geniş ekranında göstərir. Lakin simfonik işlənmə muğamın tonal harmonik və səslənmə strukturunu gizlətmir, bu yalnız muğamın orkestr assimilyasiyasıdır. Bəzi cəhətlərə görə onu 20-ci illərdə Amerikada Uaytmen və Gerşvin tərəfindən cazın simfonik işləmələri ilə müqayisə etmək olar. Onların əhəmiyyətini qiymətləndirməmək olmaz. Ümumiyyətlə, mən "Kürd-ovşarı" simfonik muqamına qulaq asdım. 8 bölmədən ibarət olan bu əsər eyniadlı muğamın motivləri əsasında yazılıb. Sonrakı, onun davamı olan "Şur" simfonik muğamı eyniadlı muğama əsaslanaraq 13 bölmədən ibarətdir - şanlı keçmiş qəhrəmanlıqlar haqqında epik rəvayət. Məni orkestr səslənməsində patetikanın olmaması təəccübləndirdi.

Mən bunu muğamın xarakteri ilə əlaqələndirirəm. Qəhrəmani epik poema olaraq onlar özünəməxsus ifadə vasitələrinə malikdir. Onların süjeti bəllidir - burada həmişə hörmətə və tərifə layiq şücaət mövcuddur. Əmirovun muğamın nəql edici formasını istifadə etdiyi üslub bir qədər yad görünsə də, onun pyeslərinin yüngül və şəffaf səslənməsi şairə Marselina Debord -Valmorun gözəl sətirləri ilə analoji təsəvvür yaradır; "Öz ağır yükündən azad olmuş Yer uşaq tək şıltaq olur". Səslər, melodiya, tarın virtuoz partiyası özündə süjet xəttini daşıyır.

Buradakı mövzu - fəlsəfi düşüncələr üçün səbəb ola bilər. Buna görə də bəzək elementləri haqqında danışmaq, məsələn, Mirzəzadənin "Simfoniya"sında olduğu kimi, ən azı yersiz olardı.

Mirzəzadə piano arxasına keçir və onların sonsuz imkanlarını mənə göstərmək üçün səkkiz-doqquz muğam çalır. Çala-çala o həyəcanlanır və yüksək, qətiyyətli tonla deyir ki, muğam - "fəlsəfədir, musiqidir, dünyagörüşüdür, improvizasiya deyil. Çünki burada hər şey qanunauyğundur. Lakin hər kəs onu özünə görə başa düşür, hər kəsin öz şərhi, öz variantı var." Mirzəzadələrin evi geniş və rahatdır. Bu qonaqpərvər evdə hər bir şey - xalçalar, müxtəlif mebel, evdəkilərin bir-biri ilə xoş ünsiyyəti - özünəməxsus bir muğam atmosferi yaradır. Mirzəzadənin sözlərinə görə "hər bir xalqın öz muğamı var, hər bir muğamın onun ifaçılarının sayı qədər variantı mövcuddur." Bu Azərbaycanlı ailəsində mən sanki muğamın özünəməxsus, ailə variantını yaşayıram - lent yazılarını dinləyir, söhbətlər aparırıq. Bu söhbətlərdə həmçinin, ev sahibinin 2 oğlu, siyasətlə maraqlanan tələbələr - Pərvin və Fəxri də iştirak edir. Böyüyü ərəb dilini öyrənir və Afrikanın tarixi, müasir siyasəti ilə məşğul olur. "Siyasət narahat etməyən sovet musiqiçi"lərindən fərqli olaraq, onları siyasət daha çox maraqlandırır. Söhbətdə iştirak edən F.Qarayev isə bununla razı deyil. Amma mübahisəni sonraya saxlamalı olduq. Çünki Mirzəzadənin son əsərlərinin yazıları ortaya çıxdı: solo skripka üçün "Pro i kontra", solo alt üçün sonata "Qenezis", solo violançel üçün "Sonata" və nəhayət bu 3 aləti birləşdirən "Trio". Bütün bu əsərlərdə muğamın təsiri hiss olunur - ayrı-ayrı virtuoz fraqmentlərdə, Avropa musiqi duyumuna yad olan harmonik sistemdə. Amma mən muğamla tanışam, bu musiqinin mənbələrini mən bilirəm. Hər biri özünəməxsusluğu ilə seçilən üç musiqi xətti Vivo-da uzlaşır. Bizə yaxın olan, dolaşıq danışığımızla həmahəng yeni musiqi səslənir. Məni təəccübləndirən o oldu ki, bu cür zəngin musiqidəq sonra, çox güman, tədris məqsədləri üçün nəzərdə tutularaq yazılmış arfa üçün sonatanı dinləmək təklif olundu. Buna baxmayaraq, müəllif - Mirzəzadə onu zövqlə dinləyirdi. "Belə musiqi də yazmaq lazımdır" - o qeyd etdi. Mənim qarşımda sovet musiqiçisi idi.

Mənim kimi V.Quluzadə də uzun müddət Afrikada, elə həmin ölkələrdə yaşamışdır. Biz onunla Afrika haqqında söhbət edirik; Misir, Samoli, Madaqaskar haqqında. O, dolaşıq Afrika rəvayətləri ilə yaxşı tanışdır. İndi o, Kompartiyanın üzvü, respublikanın mədəni həyatına cavabdeh olan ictimai xadimdir. Onun işıqlı kabinetində həmçinin, köməkçisi, musiqiçi K.İsgəndərov da var. O ki qaldı Afrikaya, elə bu ərəfədə (biz mayın 25-də görüşdük) Afrika xalqlarının dostluq və musiqisi günləri keçirilmişdir. Bu günlərdə burada Afrika musiqisi səslənmiş, görüşlər, seminarlar, tamaşa və sərgilər keçirilmişdir. Bu cür təşəbbüsləri partiya dəstəkləyir. Bu qəbildən olan son görüşlər Norveç, Nikaraqua, Avstriya ilə keçirilmişdir. Musiqiyə aid mənə göstərdikləri rəsmi sənəddə xarici ölkələrlə olan bu mübadilələr, həmçinin belə geniş masştabda olmayan, o cümlədən digər respublikalarla əlaqələr xüsusi ilə qeyd olunur. Onlar vacib əhəmiyyət kəsb edir. İki il ərzində Azərbaycana xaricdən 1000-dən artıq ifaçı solist qastrola gəlmişdir, hələ orkestr və müxtəlif ansamblları nəzərə almasaq və iş heç də kəmiyyətdə deyil. Rəqəmlər böyükdür, çünki Azərbaycanın bütün dünya ilə musiqi əlaqələri vardır, çünki Bakı musiqi yol ayrıcı olub və olaraq qalmaqdadır, çünki partiyanın siyasəti musiqinin inkişafına şərait yaradır. Bu siyasəti həyata keçirmək həmişə asan olmur, onun əleyhdarları vardvr. "Öz milli mühitinə qapılaraq yerli problemləri" həll etməyə çağıranlarla mübarizə aparmaq lazım gəlir. Bu yönlü söhbətlər barədə tezliklə bütün ölkədə danışılacaq.

Milli problemlərin öyrənmlməsi Moskvada böyük qayğılarla üzləşir. Quluzadə mövcud olan çatışmazlıqları sadalayır. Hər şeydən öncə bu, musiqi kadrların hazırlıq səviyyəsidir. O, bu günkü tələblərə cavab vermir, Azərbaycanda musiqinin inkişaıfı ilə ayaqlaşa bilmir. Başqa nöqsanlar da var. Məsələn, orkestr üçün nəfəs alətlərində çalan musiqiçilərin hazırlanması kifayət qədər deyil, tərtibatçılar azdır. Bir çox teatrların onlara böyük ehtiyacı vardır. Zövqsüz repertuar və professional hazırlığı olmayan müxtəlif ansamblların sayı həddindən çoxdur. Quluzadə mövzunu birdən dəyişir. O mənim diqqətimi ona yönəldir ki, bütün bu problemlər ölkənin həyatında yaxın dövrlərdən başlayaraq musiqinin oynadığı rol ilə əlaqədar ortaya çıxar. Yeni-yeni regionlar mənimsənir. Məsələn, müxtəlif musiqi ansablları BAM-a, inşaatçılar qarşısında çıxış etməyə göndərilir.

"Bununla belə texnika sahəsində proqress publika ilə əlaqədar problemləri ortaya çıxarır". Operaya, konsertlərə indi az adam gedir. Əvvəllər bilet tapmaq mümkün deyildi. İndi isə zallar boş qalır. Buna yalnız televiziya bais deyil. "Əsas səbəb ondadır ki, publika indi daha məlumatlı, daha tələbkardır. Teatrlar isə bunun öhdəsindən gələ bilmirlər. Bütün problemlər yenə də kadırlarla bağlıdır. Doğrudanda da nəyə görə teatrlar publikanın tələbkar zövqünə uyğunlaşa bilmir, nəyə görə Quluzadənin danışdığı nöqsanlar hələ də mövcuddur. Səbəb tənbəllikdə, fəaliyyətsizlikdə, fantaziyanın olmamasındadır. Resibonun ("İclasçılar") şerində belə sətirlər var: "Məmurlar lazımdır, ancaq qoy onlar öz-özləri üçün iclas etsinlər", Quluzadə deyir ki, bu cür təzahürlərə hər yerdə təsadüf edilmir. Həqiqətən də, bu sətirləri heç də hamıya şamil etmək olmaz. "Allah xatirinə ayağa qalxmayın, Bu, faciə ilə nəticələnər". Ancaq, onları yada salmaq olar, biz səmimi söhbət aparırıq.

Axşam dostlarım məni dənizkənarı restorana balıq dadmağa apardılar. F.Qarayev yenə də musiqiçilərin siyasətdən uzaq olmaları fikri ilə razılaşmadığını bildirdi. Söhbət hadisələrin müntəzəm olaraq izlənilməsindən getmir. Biz cəmiyyət haqqında danışırıq. Eynən belə bir fikir söyləndi; "Musiqiçinin cəmiyyətlə əlaqədə olması vacibdir. Bu qırılmaz, üzvi əlaqə, elə bu mənada siyasidir. Mən öz barəmdə danışıram. Bu mənim cəmiyyətim, mənim polisimdir." Dostlardan söz düşdü. Qərbdə mövcud olan çox şey SSRİ-də çatışmayır. Müəəyyən mənada sovet cəmiyyəti-defisit cəmiyyətdir. "Mən israr etmirəm ki, burada hər bir şey sizdə olanlardan daha mükəmməl, kamildir. Mən musiqi konformizmindən, sakitlik cəmiyyətinin musiqisindən uzaq olan musiqi yazıram. Mən işləyirəm ki, Bakıda dünyanın ən narahat musiqisi ifa olunsun. Mən və Bakının digər musiqiçiləri. Biz bunun öhdəsindən gəlirik. Lakin bununla iş bitmir və vacib olan bu deyil. Bütün maneələri dəf edib sonda isə başqa finişə gəlib çahtmaq olar. Amma bu mənim cəmiyyətimdir. Hansı maneələr olursa-olsun, hansı qüsurlar olsa belə, mənim gördüyüm hər iş həmvətənlərim ilə bağlıdır. Hər hansı bir xırdaçılıq hadisələrin gedişinə təsir göstərə bilər, cəmiyyətin həyatında hər şey bir-biri ilə əlaqədardır. Mənim həyatım, ilham mənbəyim bundadır. Buna görə də mən başqa cəmiyyətdə, məsələn, səninkində, yaşaya bilmərəm". Öz dünyasında o "iki ifaçı üçün sonata kimi əsərlər yarıdır. Bu əsər hələ 1976-cı ildə mənim diqqətimi cəlb etmişdir. O illərdə "Vebernin daimi inkişafda" və minimalistik mövqelərin uzlaşması sosial sxemdən (sosial dedikdə mən rəsmi qəbul olunmuş nəzərdə tuturam) tam uzaqlaşma demək idi. Lakin "Sonata"nın musiqisi - dəyişməz və fasiləsiz - hər hansı bir modeldən uzaqdır. Çünki müəllif musiqi kanonlarına laqeyddir, bu da təqlidləri gözə çarpmayan edir. Onun musiqisi haqqında danışarkən Russonun "musiqinin həqiqi prinsipləri və onların insan ürəyinə təsiri" barədə dedikləri yada düşür: "Musiqi sədaları - adi səslər deyil, bizim duyğularımızın ifadə vasitəsidir. "Məhz bu cür - duyğularımızın nişanələri. Buna görədir ki, mən "Sonatanı" belə israr edirəm - onun davamlı uşaq ağlayışını, məhəbbətin və xalq kədərinin ifadəsini, uşaq qəlbini qoruyub saxlaya bilmiş bu özünəməxsus dünyanı, harada ki, ağlamaq səsi heç də pissimist olmayan musiqidə səslənə bilər. Musiqiçini nə optimizm, nə də pissimizm maraqlandırmır. Sadəcə olaraq, o öz musiqisinə simvolik olaraq uşaq ağlama səsi daxil edir.

Musiqinin ağlama səsindən qorxmadığı bu dünyada F.Qarayev yaşayıb yaratmağa üstünlük verir.

F.Qarayev Q.Qarayevin oğludur. Onların birgə yazdıqları "Qoyya" simfoniyası özündə 2 nəslin üslublarını birləşdirir. Mən onu Çexoslovak simfonik orkestrinin konsertində eşitmişdim. Burada praqalı İştvan Kubikin bir pyesi ilə tanış oldum. Bu əsər diqqətimi cəlb etdi, çünki durğunluq illərindən sonra Çexoslovakiyanın musiqi həyatında nələr baş verdiyi mənim üçün maraqlı idi. Həmçinin A.Məlikovun "Altıncı simfoniya"sını dinlədim. Bəstəkar onu "Kontrastlar" adlandırmışdı, çünki əsərdə müxtəlif musiqi üslublarının qarşılaşdırılması və uzlaşması verilib, o cümlədən simfoniyanın çoxşaxəli səslənməsinə süzülən milli motivlər. Mirzəzadənin "sonrano və orkestr üçün 4 şəffaf etüd"ünü dinlədim. Onlara mən ərəb dilindən "Tariba" sözünü uyğunlaşdırardım. Bu söz "oxumaq", daha dəqiq desək, "könüllərə toxunmaq" mənası daşıyır. Zənnimcə, bu söz Bakını daha dəqiq xarakterizə edir. Mən çexoslovak simfonik orkestrinin konsertini məhz musiqi mübadilələr ilə əlaqədar xatırladım. Biz dənizkənarı restoranın qarşısında dayanıb italyan ifaçılarının Bakıda gözlənilən konsertləri barədə, həmçinin sovet bəstəkarları qurultayından öncə, fevral ayına planlaşdırılan Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət beş konsert haqqında danışırdıq. Biz gecə yarıyadək gələcək planlarımızı müzakirə etdik. Dəniz kənarında bu cür söhbətlər aparmaq necə də xoşdur və birdən bu sətirlərin nə qədər ədalətsiz olduğunu anlayırsan: "Dəniz - sadəcə olaraq dərin məzardır".

(Ardı var)

[more information...]