|
|
|
Video: First
|
|
|
Mahnı yaradıcılığı,
ifaçılığı və onun təbliği
məsələləri illərdən bəridir ki,
musiqi həyatımızın ən kəskin və
ən aktual problemlərindən biri olaraq qalır.
Bu sahədəki vəziyyəti aydınlaşdırmaq
və onu yaxşılığa doğru dəyişmək
məqsədilə tədbirlər planı hazırlamaq
üçün Azərbaycan Bəstəkarlar İttifaqı
Yazıçılar Birliyi ilə müştərək
müşavirə keçirmişdir. Ötən ilin
dekabrında Yazıçılar Birliyinin Natəvan
adına klubuna toplaşmış bəstəkarlar,
yazıçılar, musiqişünas və tənqidçilər
öz çıxışlarında mahnı janrının
ən müxtəlif aspektlərinə toxunaraq, hal-hazırda
incəsənətin ən çox sevilən və
geniş yayılan bu janrında qabarıq nəzərə
çarpan nöqsanlardan söz açdılar. Müşavirədə
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar,
Bəstəkarlar İttifaqının birinci katibi
Vasif Adıgözəlov, bəstəkarlardan Ramiz
Mustafayev, Ramiz Mirişli, Cavanşir Quliyev, Sərdar
Fərəcov, Nəriman Əzim Gəncəli, musiqişünaslardan
İmruz Əfəndiyeva, Ramiz Zöhrabov, şairlərdən
Fikrət Qoca, Qabil, Nüsrət Kəsəmənli,
Fikrət Sadıq, Kələntər Ramiq Muxtar, sənətşünas
Azad Əliyev çıxış etdilər. Müzakirələr
zamanı qoyulan məsələlərin vacibliyini
nəzərə alaraq "Musiqi dünyası" jurnalı
bəzi çıxışları oxucuların diqqətinə
çatdırır.
VASİF
ADIGÖZƏLOV,
AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQI İDARƏ
HEYƏTİNİN BİRİNCİ KATİBİ
Çıxışımın
әvvәlindә mәn, Yazıçılar
Birliyinin rәhbәrliyinә, şәxsәn
Anar müәllimә öz dәrin minnәtdarlığımı
bildirmәk istәyirәm. Çünki belә
bir müşavirә keçirmәk tәklifi
ilә müraciәt edәn kimi onlar çox operativ
surәtdә öz münasibәtlәrini bildirdilәr
vә bu gün biz, şair vә yazıçılarımızın
bu müqәddәs ocağında xalqımızın
әsrlәrdәn bәri sevdiyi vә ruhunu oxşadığı
bir janrın - mahnının düşdüyü
vәziyyәti müzakirә etmәk üçün
bir yerә toplaşmışıq. Danılmaz hәqiqәtdir
ki, mahnı incәsәnәtin әn demokratik
vә insanlar tәrәfindәn әn tez mәnimsәnilәn
janrıdır. Çoxlarının musiqi ilә
ilk tanışlığı mәhz mahnıdan
başlayır. Vә bu mahnının necә -
dolğun vә mәzmunlu, yaxud bәsit vә
bayağı olmasından insanın musiqi duyumu vә
zövqünün, dünyagörüşünün
lazımı mәcrada formalaşması çox
asılıdır. Gözәl, kamil mahnı böyük
incәsәnәtә, musiqinin opera vә simfoniya
kimi janrlarına hәvәs oyada bilәrsә,
pis vә bayağı mahnı bu hәvәsi birdәfәlik
öldürә bilәr. Bizim mahnı sәnәtimiz
klassiklәr tәrәfindәn yaradılmış
gözәl әnәnәlәrә malikdir.
Azәrbaycan bәstәkar mahnısının
başında Ü.Hacıbәyov, A.Zeynallı kimi
nәhәng simalar durmuşlar. S.Rüstәmov,
T.Quliyev, F.Әmirov, Niyazi, R.Hacıyev, C.Cahangirov
kimi bәstәkarlar musiqimizin qızıl fonduna
daxil olmuş klassik sәnәt nümunәlәri
yaratmışlar. Bu sahәdә Azәrbaycan bәstәkarlarının
böyük bir dәstәsi uğurla çalışmış
vә çalışmaqdadır. Mәn bilәrәkdәn
onların adını çәkmәk istәyirәm:
S.Әlәsgәrov, Q.Hüseynli, H.Xanmәmmәdov,
Ә.Abbasov, A.Rzayeva, Ә.Hüseynzadә, Ş.Axundova,
Z.Bağırov, R.Mustafayev, A.Mәlikov, T.Bakıxanov,
O.Zülfüqarov, R.Mirişli, A.Rzayev, E.Sabitoğlu,
O.Kazımi, N.Mәmmәdov, O.Rәcәbov, Ә.Әzizli,
E.İbrahimova, R.Qasımova, S.İbrahimova, T.Hacıyev,
C.Quliyev, F.Sucәddinov, E.Mәnsurov, N.Әzimov,
S.Fәrәcov, R.Şәfәq. Bu bәstәkarlar
öz yolu, öz dәsti-xәtti ilә sәnәtә
daxil olub. Lakin onu da unutmaq olmaz ki, mahnı janrında
misilsiz, tayı-bәrabәri olmayan nümunәlәri
ilk növbәdә xalq yaratmışdır. Xalq
mahnısı milli mәnәvi sәrvәtlәrimizin
әn zәngin bir hissәsidir. Çünki bu
mahnılar xalqımızın hәyatı, tarixi,
keçmişi, mәnәviyyatı, hiss vә
duyğuları haqqında bütöv bir hekayәtdir,
dastandır. Onu da qeyd edim ki, Azәrbaycan xalq mahnısı
janr baxımından da çox әlvan vә rәngarәngdir.
O, yalnız lirik mahnılardan ibarәt deyil. Burada
qәhrәmani, tarixi, mәzәli vә satirik
mahnılar da var vә onları unutmağa ixtiyarımız
yoxdur. Mәn özüm xanәndә ailәsindә
böyümüşәm vә xalq mahnısına
olan ehtiyatlı münasibәti bilavasitә müşahidә
etmişәm. Rәhmәtlik Cabbar әmi (Cabbar
Qaryağdıoğlu-red.) 120-yә yaxın xalq mahnısının
müәllifi idi. O, hәmişә deyirdi ki,
mәn mahnı qoşmuşam vә heç vaxt
demәzdi ki, mәn mahnı yazmışam. Vaxtilә
Bülbül Cabbar Qaryağdıoğlunun mahnılarını
fonovalikә yazdırmışdı vә buna görә
Cabbar әmiyә qonarar vermәk istәmişdilәr.
O isә qonorardan imtina edib demişdi ki, mәn xalqın
mahnısına görә heç nә ala bilmәrәm.
Digәr dahi xanәndәmiz Xan Şuşinski "Şuşanın
dağları", "Qәmәrim" kimi gözәl
mahnıların müәllifi olub, lakin heç
vaxt demәyib ki, bu mahnılar "mәnimdir."
Azәrbaycan xalq mahnısı müasir mahnı janrının
bünövrәsini qoyub. Milli qaynaqlardan istedadla
bәhrәlәnәn vә yüksәk bәdii
sәviyyәdә ifa olunan mahnılar ölmәzdir.
Hal-hazırda bizim respublikamızda mahnı janrında
işlәyәn yuxarıda adını çәkdiyim
bir çox samballı sәnәtkarlar var. Lakin
etiraf etmәliyik ki, indi peşәkar bәstәkar
ordusuna qarşı böyük bir hәvәskar
"bәstәkar" ordusu yaranıb. Özü
dә әn maraqlısı budur ki, özlәrini
bәstәkar adlandıran bu adamların çoxunun
adi not savadı yoxdur. Әlbәttә, mahnı
qoşmağı heç kimә qadağan etmәk
olmaz. Ancaq eyni zamanda zәif, bayağı mahnının
estradaya, geniş auditoriyaya, xüsusilә dә
radio vә televiziya vasitәsilә ardı-arası
kәsilmәdәn tәbliğ olunmasına da
yol vermәk olmaz. Burada artıq ifaçılar vә
konsert verilişlәrinә mәsul olan redaktorlar
yüksәk mәsuliyyәt vә sәriştә
nümayiş etdirmәlidirlәr. Bu yaxınlarda
mәni vә 10-a yaxın bәstәkar hәmkarlarımı
musiqili-komediya teatrında radio gününә hәsr
olunmuş konsertә dәvәt etmişdilәr.
O axşam, demәk olar ki, peşәkar bәstәkarların
mahnısı sәslәnmәdi. Teleradio şirkәtinin
Simfonik, Estrada-simfonik, Xalq çalğı alәtlәri
orkestrlәri, xoru ola-ola bu kollektivlәrin biri dә
sәhnәyә çıxmadı. Müslüm
Moqamayevin mәşhur radio marşını lent
yazısında sәslәndirdilәr. Әgәr
bu kollektivlәr ortaya çıxmalı deyilsә,
niyә onlar hәlә mövcuddurlar. Müğәnnilәrdәn
yalnız ikisi - Mәlәkxanım Әyyubova vә
Nazpәri Dostәliyevaya layiqli çıxış
etdilәr. M.Әyyubova sırf muğam uslubunda oxuyan
çox gözәl müğәnnidir. Nazpәri
Dostәliyevaya isә mәn müasir ifaçılarımız
içindә xüsusi yer verirәm. Hәmin axşam
o, әla oxudu, çünki peşәkar bәstәkarın
- Nadir Әzimovun mahnısı ilә çıxış
etdi. Bәs qalan müğәnnilәr nә
etdi? Yeknәsәk ara mahnıları baş alıb
getdi. Bәs bütün bunları redaktor görmür?
Burada Qara Qarayevin sözlәri yadıma düşür.
O deyirdi ki, "әgәr verilişlәrin redaktorları
sizә zövqsüz, bayağı mahnını
sәslәndirmәk xahişi ilә redaksiyaya
gәlәn bir topa mәktub göstәrirlәrsә,
bu, ilk növbәdә hәmin redaktorların
özlәrinә ittihamdır. Çünki o mahnını
bu vaxta qәdәr dönә-dönә, cidd-cәh
lә tәbliğ etmişlәr." M ә
n bir m әqama da toxunmaq ist ә Xanәndә
evindә böyüdüyüm üçün
bir tendensiyanı, hәtta, deyәrdim ki, qanunauyğunluğu
daim müşahidә etmişәm. Sәhnә
repertuarı ilә toy repertuarı hәmişә
ayrı olub. Operada oxunan muğamlar estradada oxunmazdı.
İndi isә toyxana ilә efir, sәhnә repertuarı
bir olub, eynilәşib. Mәnim Sәmәd Sәmәdova
böyük hörmәtim var, yaxşı toy aparır.
Lakin toyxana repertuarını çıxarıb efirә,
böyük sәhnәyә. Biz özümüz
dә hiss etmәdәn, özümüz dә
bilmәdәn xalqın zövqünü yona-yona
heçә endirmişik. Bunun nәticәsidir
ki, heç bir musiqi savadı, zövqü olmayan dırnaqarası
bәstәçilәr televiziya ekranlarında
öz yaradıcılıq planları barәdә
bizә mәlumat verirlәr, çoxsaylı audio-albomlarını
nümayiş etdirirlәr. Mәgәr bütün
bunları redaktorlar görmür? Bәs bu acınacaqlı
vәziyyәtdәn çıxış yolu varmı?
Axı vәziyyәti hәr yerdә nәzarәtә
götürmәk qeyri-mümkündür. Özәl
yayım şirkәtlәrinin artması, tәbliğat
vasitәlәrinin tam sәrbәst surәtdә
öz musiqi siyasәtini qurması mahnı sahәsindә
yaxşılığa doğru dәyişiklik etmәk
imkanını son dәrәcә aşağı
salır. Televiziyanın I kanalında vaxtaşırı
gedәn bir verilişin - "Şuşa" kinoteatrında
çәkilәn konsertlәrin mәn tam әleyhinәyәm.
Şuşanın ancaq adı qalıb vә bu adı
harasa qoyub, orada belә bayağı kef mәclislәri
düzәltmәk heç bir mәntiqә sığışmır.
Burada iştirak edәn әksәr ifaçılar,
onların repertuarı, görkәmi, söhbәtlәri
isә ancaq ikrah hissi doğurur. Zәnnimcә,
bütün bu biabırçılıqlara son qoymaq
üçün xüsusi bir şura yaradılmalıdır.
Bu şura mahnıları saf-çürük edib,
efirә buraxılmağına nәzarәt etmәlidir.
Әks tәqdirdә bizi bu sahәdә faciә
gözlәyir.
NÜSRƏT KƏSƏMƏNLİ,
ŞAİR
Bu cür tədbirin keçirilməsi üçün
mən Bəstəkarlar İttifaqına və Yazıçılar Birliyinə öz təşəkkürümü
bildirmək istəyirəm. Mahnı janrının problemləri bizim ümumi dərdimizdi.
Çünki mahnı məişətimizə ən geniş daxil olmuş bir janrdır. Bizim
çox gözəl bəstəkarlarımız var. Lakin, çox təəssüf ki, son zamanlar
peşəkar bəstəkarlarımızın bu janra soyuq münasibəti, etinasızlığı
hiss olunur. Bildiyimə görə, Bakı Musiqi Akademiyasında mahnı yazan
bəstəkarlara o qədər də yaxşı münasibət bəsləmirlər, çünki mahnıya
yüngül janr kimi baxırlar. Bəlkə də bu, doğrudur: mən musiqiçi olmadığım
üçün mübahisə edə bilmərəm. Amma illərlə təhsil görmüş gənclərimiz
şüurlu şəkildə mahnıdan uzaqlaşırlarsa, deməli, diletantlara daha
çox meydan açılır və onlar həvəslə mahnıya üz tuturlar. Bu həm musiqiyə,
həm də poeziyaya aiddir. Şerdə də, musiqidə də uğursuzluğa düçar
olanlar, ikisi birləşib birlikdə mahnı janrında özlərini tanıdırlar:
mən heç vaxt görmədim ki, gözəl mahnı bəstəkarı zəif bir sözquraşdıranın
mətninə musiqi yazsın və ya əksinə. Ona görə də indi yaranan, dəbdə
olan mahnıların ömrü çox az olur. Vaxtı ilə Tofiq Quliyevin yazdığı
mahnılar əsil sənət nümunələri kimi daim dəbdədir, onlara ehtiyac
heç vaxt azalmır. Hətta onun kinomusiqisini də sərbəst mahnılar
kimi ifa edirlər. Mahnı janrının təbliğində ən çox umduğumuz yer
radio və televiziyadır, yəni efirdir. Xüsusilə də dövlət teleradio
şirkətində meyarlar elə bil aradan götürülüb. Əvvəllər bədii şura
var idi və yalnız onu keçən mahnılar efirə yol tapırdı. Mahnı mətninin
efirə yararlı olması şuranın bütün üzvlərinin razılıq qolu ilə təsdiqlənirdi.
Demokratik dəyişikliklər bu şuranın süqutuna gətirib çıxartdı. Lakin
heç bir teleradio şirkətinin xalqın zövqünü korlamaq hüququ yoxdur.
Sonra bu zövqü bərpa etmək üçün hardasa 50 il vaxt lazımdır. Bu
cür toplantının keçirilməsi gecikmiş olsa da, çox zəruridir. Yazıçılar
və Bəstəkarlar İttifaqının üzərinə çox böyük məsuliyyət düşür. Bu
gün burada Vasif müəllimin bütün dedikləri böyük həqiqətlərdir və
onlar mətbuat səhifələrində öz əksini tapa bilərdi. Təəssüf ki,
son zamanlar biz bu barədə musiqişünasların səsini eşitmirik. Əvvəllər,
mən, "Bakı" qəzetində işləyəndə bizim musiqinin illərdən bəri nəzəriyyəsini
araşdıran Ramiz Zöhrabov, habelə İmruz xanım Əfəndiyeva tez-tez
musiqi problemlərinə həsr olunmuş məqalələr gətirərdilər. Musiqişünaslar
SOS siqnallarını çoxdan çalmalı idi. Son vaxtlar yaranan mahnıların
əksəriyyəti lirikadır. Torpaqlarımızın 20% getdikdən sonra vətənpərvərlik
mahnıları daha çox yazılmalı və səslənməli idi. Çox təəssüf ki,
indi nadir hallarda ekrandan vətən haqqında mahnılar eşidirik. Özü
də bu mahnılar hər müğənninin repertuarına daxil olmur. Biz bilirik
ki, əgər efirə Elxan Əhədzadə və yaxud Şəmistan Əlizamanlı çıxacaqsa,
deməli, vətənə aid mahnı səslənəcək. Bu ifaçılardan başqa belə mahnılara
daha heç kimin repertuarında rast gəlmirik. Axı bizim torpaq həsrətli
mahnılara daha çox ehtiyacımız var, xalqımızda o hissi gücləndirmək
lazımdır. Məhəbbətdən, lirikadan çox belə mahnılara ehtiyacımız
var. Digər tərəfdən, torpaq nisgilli mahnılarda təxminən belə sözlərə
rast gəlirik: "Allah köməyimiz ol, torpağımız əlimizdən getdi."
Bu torpaqları, vətəni bizə Allah vermişdi və biz onu qorumalıydıq.
Allaha əlimizi açıb yalvarmaqla torpaqlar geriyə qayıtmayacaq. Mən
bu cür mahnılara acizlik mahnıları deyirəm, çünki insan özünün acizliyini,
gücsüzlüyünü hiss edəndə allaha yalvarmağa başlayır. Çox təəssüf
olsun ki, bu cür mətnləri bizim məşhur, adlı-sanlı şairlərimiz yazır,
yəni onlar əldən getmiş torpaqları geriyə bizim oğullardan, qəhrəmanlardan
deyil, tanrıdan istəyirlər. Onlar elə zənn edirlər ki, mahnıda allahın,
peyğəmbərin adını çəkəndə, dua oxuyanda tamaşaçı rəğbəti qazanmaq
olar. Başqa bir məsələyə də toxunmaq istərdim. İndi çox vaxt mahnının
mətnini musiqini yazandan sonra axtarırlar. Məlumdur ki, bizim musiqiyə
düşən mətnlər ya 7, 8, ya da 11 hecalı olur. Musiqiyə baxıb görürsən
ki, onların heç biri uyğun gəlmir. Şair də məcbur olur sözquraşdırmaqla
məşğul olmağa. Peşəkar şairlərin heç biri buna getmir. Ona görə
də belə musiqi yazanlar gedib sözquraşdırıcı axtarırlar. Məsələn,
indi Vüqar Əhməd adlı bir şair peyda olub, özü də titrlərdə həmişə
adı yazılır. Mahnını yaradarkən birinci növbədə şer yazılmalıdır,
sonra musiqi; ümumi qayda belədir. Şerin əhval-ruhiyyəsinə uyğun
musiqi bəstələnməlidir. Əgər bu qayda gözlənilsə, hardasa vəziyyəti
düzəltmək olar. Təbliğat vasitələrindən biri də kasset yazılması
və satışıdır, yəni kimin bir az imkanı varsa istədiyi səsyazma studiyasında
hər şey yazdıra bilər. Bu proseslərə mütləq nəzarət lazımdır. Çalınan
və yazılan musiqidən vəsaitlər keçirilməlidir: bəstəkarların və
şairlərin heç bir şadlıq evinə və ya restoran müdirinə borcu yoxdur.
Azərbaycan mahnılarını kim istəsə və harada istəsə oxuya bilər.
Məsələn, türk müğənniləri bizim mahnılardan istədiyi kimi istifadə
edirlər. Biz, indiki zamanda yerliçilikdən qaçmağa çalışırıq, amma
bunu təbliğ edən mahnıların sayı günü-gündən artır. Laçın, Ağdam
haqqında mahnıların məzmunu heç bir məntiqə sığışmır. Buradakı sözlərdən
belə çıxır ki, Azərbaycanın hər yeri qəhrəmanlar, igidlər yurdudur.
Lakin mən başa düşə bilmirəm ki, qəhrəmanlar məskənini necə işğal
ediblər: bu yalançı vətənpərvərlik, özündən razılıq kimə və nəyə
lazımdır? Hal-hazırda televiziyanın bütün redaksiyaları qazanc xatirinə
musiqi, mahnı klipləri yayımlayır. İstər musiqi redaksiyası, istər
ədəbi-dram, və ya da gənclik redaksiyaları. Burada səslənən mahnıların
heç biri bədii şuradan keçmir. Bədii şuranın bərpa olunması mütləq
lazımdır. Minlərlə mahnı yazılır və onları ələyib, yalnız yaxşısını
saxlamaq lazımdır. Bu proseslər idarə olunmalıdır.
RAMİZ MUSTAFAYEV,
BƏSTƏKAR
Son 70 ildə Azərbaycan xalqının
mahnısı heç bir vaxt belə acınacaqlı vəziyyətə düşməmişdi. Bu günlərdə
"Panorama" qəzeti keçirdiyi sorğunun nəticələrini dərc edib. Mən
bilmirəm bu sorğunu kimlərdən ediblər, amma həmin adamların zövqü
göz qabağındadır: İlin mahnı şairi kimi birinci yeri Xanım İsmayıl
qızı, ikinci yeri isə Vahid Əziz qazanıblar. Daha sonra III yeri
Nüsrət Kəsəmənli, IV yeri Fikrət Qoca, V yeri isə Vaqif Səmədoğlu
kimi şairlərimiz alıb. Buna nə ad vermək olar? Deyirlər ki, bunun
qabağını almaq olmur. İstəsələr lap yaxşı almaq olar. Belə mahnıların
öz əli-ayağı yoxdur ki, gedib efiri, səhnələri tutsunlar. İndi hamı
mahnı yazır, səriştəsi, savadı olan da, olmayan da. Sintezatorlar
vasitəsilə, onun tutduğu ritmlərin üstünə bəsit melodiyalar qoymaqla
mahnı "yaradırlar". Özü də bu mahnıların çoxu bizim məşhur mahnı
klassiklərinin əsərlərindən plagiatdır. Musiqi savadı olmadıqları
üçün belə mahnıquranlar aranjimançılara üz tuturlar. Həmin adamlar
da 200 dollara bəsit, 3-4 not üzərində qurulan mahnıları aranjiman
edirlər. Əvvəllər Bəstəkarlar İttifaqında özfəaliyyət seksiyası
var idi. Özfəaliyyətlə məşğul olanlar öz mahnılarını burada göstərib,
İttifaqın müvafiq rəyini aldıqdan sonra seçilmiş mahnılar radioda
səsləndirilirdi. İndi də bu prosesi bərpa etmək lazımdır. Əks təqdirdə
bayağı mahnılar hər şeyi, hətta klassikanı da üstələyib aradan çıxardacaqdır.
QABİL,
ŞAİR
Mən nəğmə şairi deyiləm. Yalnız
bir neçə şerimə bizim tanınmış bəstəkarlarımız mahnılar yazıblar.
Lakin bu gün müzakirə etdiyimiz problem elə bir problemdir ki, heç
birimiz kənarda qala bilmərik. Axı mahnı da mənəviyyatdır, ideologiyadır,
xalqın tərbiyəsidir. Radio və televiziyanın rəhbərliyi bu işlərə
nəzarəti gücləndirməlidir. Ramiz Mustafayev düz deyir ki, heç bir
xalturanın ayağı yoxdur ki, gəlib özbaşına ortaya çıxa. Bu məsələdə
konkret tədbir görülməlidir. Qadağan etmək, veto hüququna malik
olan tam inzibati bir şura yaradılmalıdır. O şuranın üzvləri məvacib
almalı və onun möhürü, imzası, hətta müəyyən mənada senzura hökmü
olmalıdır. Bu şuraya şairlər, yazıçılar, bəstəkarlar, sənətşünaslar,
müəllimlər daxil edilməlidir. Belə bir mərkəzşuradan keçməyən mahnıların
biri də efirə buraxılmamalıdır.
RAMİZ MUSTAFAYEV,
BƏSTƏKAR
Son 70 ildə Azərbaycan xalqının
mahnısı heç bir vaxt belə acınacaqlı vəziyyətə düşməmişdi. Bu günlərdə
"Panorama" qəzeti keçirdiyi sorğunun nəticələrini dərc edib. Mən
bilmirəm bu sorğunu kimlərdən ediblər, amma həmin adamların zövqü
göz qabağındadır: İlin mahnı şairi kimi birinci yeri Xanım İsmayıl
qızı, ikinci yeri isə Vahid Əziz qazanıblar. Daha sonra III yeri
Nüsrət Kəsəmənli, IV yeri Fikrət Qoca, V yeri isə Vaqif Səmədoğlu
kimi şairlərimiz alıb. Buna nə ad vermək olar? Deyirlər ki, bunun
qabağını almaq olmur. İstəsələr lap yaxşı almaq olar. Belə mahnıların
öz əli-ayağı yoxdur ki, gedib efiri, səhnələri tutsunlar. İndi hamı
mahnı yazır, səriştəsi, savadı olan da, olmayan da. Sintezatorlar
vasitəsilə, onun tutduğu ritmlərin üstünə bəsit melodiyalar qoymaqla
mahnı "yaradırlar". Özü də bu mahnıların çoxu bizim məşhur mahnı
klassiklərinin əsərlərindən plagiatdır. Musiqi savadı olmadıqları
üçün belə mahnıquranlar aranjimançılara üz tuturlar. Həmin adamlar
da 200 dollara bəsit, 3-4 not üzərində qurulan mahnıları aranjiman
edirlər. Əvvəllər Bəstəkarlar İttifaqında özfəaliyyət seksiyası
var idi. Özfəaliyyətlə məşğul olanlar öz mahnılarını burada göstərib,
İttifaqın müvafiq rəyini aldıqdan sonra seçilmiş mahnılar radioda
səsləndirilirdi. İndi də bu prosesi bərpa etmək lazımdır. Əks təqdirdə
bayağı mahnılar hər şeyi, hətta klassikanı da üstələyib aradan çıxardacaqdır.
QABİL,
ŞAİR
Mən nəğmə şairi deyiləm. Yalnız
bir neçə şerimə bizim tanınmış bəstəkarlarımız mahnılar yazıblar.
Lakin bu gün müzakirə etdiyimiz problem elə bir problemdir ki, heç
birimiz kənarda qala bilmərik. Axı mahnı da mənəviyyatdır, ideologiyadır,
xalqın tərbiyəsidir. Radio və televiziyanın rəhbərliyi bu işlərə
nəzarəti gücləndirməlidir. Ramiz Mustafayev düz deyir ki, heç bir
xalturanın ayağı yoxdur ki, gəlib özbaşına ortaya çıxa. Bu məsələdə
konkret tədbir görülməlidir. Qadağan etmək, veto hüququna malik
olan tam inzibati bir şura yaradılmalıdır. O şuranın üzvləri məvacib
almalı və onun möhürü, imzası, hətta müəyyən mənada senzura hökmü
olmalıdır. Bu şuraya şairlər, yazıçılar, bəstəkarlar, sənətşünaslar,
müəllimlər daxil edilməlidir. Belə bir mərkəzşuradan keçməyən mahnıların
biri də efirə buraxılmamalıdır.
AZAD ƏLİYEV,
"MUĞAM" ASSOSİASİYASININ PREZİDENTİ
Sakini olduğumuz XX əsrdə dahi Üzeyir
bəy başda olmaqla Azərbaycan bəstəkarlarının yaratdıqları nə qədər
unudulmaz mahnılar xalqımızın nəğmələr, mahnılar xəzinəsini xeyli
zənginləşdirmiş, hələ 30-cu illərdə Hüseynqulu Sarabski, Bülbül
kimi sənətkarlarımızın respublika rayonlarında ardıcıl apardıqları
ekspedisiyalarla nə qədər kəndlərimizdən, yurd-obalarımızdan qədim
xalq mahnılarımız, nəğmələrimiz toplanıb geniş xalq kütlələrinin
istifadəsinə verilmişdir. 50-60-cı illərdə gözlərimiz önündə Qara
Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Ağabacı
Rzayeva, Qəmbər Hüseynli, Şəfiqə Axundova kimi sənətkarlarımız nə
qədər ecazkar nəğmələr, mahnılar yaratmışlar. Həmin bəstəkarların
məktəbi bu gün də davam edir. Lakin bu sahədə çatışmazlıqlar, nöqsanlar
olduqca çoxdur. Bu cəhətdən ilk növbədə onu qeyd etmək lazımdır
ki, dəyərli, orijinal mahnılar çox az yaradılır, əvəzindəsə bəsit,
sxematik diringilər, xarici ölkə musiqilərindən, mahnılarından çevirmələr
baş alıb gedir. Baxırsan ki, bir mahnı üzünü tutub İran melodiyalarına,
o birisi türk şərqilərinə, bir başqası ərəb musiqisinə və ya, ən
çoxu Qərb ölkələri musiqisinə. Bu nədir? Açığını deyək - bu, yamaqdır,
qondarmaçılıqdır, əsil professional milli musiqi sənətimizi, soykökümüzü
saymazyanalıqdır. Ən başlıca bəlalardan biri də bu gün televiziyada,
bir çox səhnələrimizdə, toylarımızda və müxtəlif məclislərimizdə
bir sıra qeyri-professional müğənnilərin böyük mahnı janrımızı,
ifaçılıq sənətimizi cılızlaşdırmaları, bəsitləşdirmələri, onları
yerli-yersiz muğamlara bağlamalarıdır. Yaxud da bəzən əksinə olur,
baxırsan ki, müğənninin səsi var, istedadı var, lakin öz səsinin
imkanlarını, gözəlliyini hansı mahnılarla daha yaxşı açacağını bilmir,
dəbdə olan diringilərin, xalturaçı mahnıların dalınca düşüb. Bütün
bunların nəticəsində isə ümumrespublikamızın gözəl mahnılar aləmi
sanki yoxsullaşıb. Vaxtilə C.Qaryağdıoğlunun, Cahan Talışinskayanın,
Seyid Şuşinskinin, Bülbülün, Sürəyya Qacarın, Xan Şuşinskinin, Şövkət
xanımın, Zülfünün, Rübabə Muradovanın, Əbülfət Əliyevin və b. sənətkarlarımızın
uzun illər boyu sevə-sevə oxuduqları bir çox sevimli xalq mahnıları
unudulub gedir. Bu müğənnilər hətta F.Əmirov, T.Quliyev, C.Cahangirov,
Q.Hüseynli və b. bu kimi bəstəkarlarımızı sanki tanımırlar, yaxud
tanımaqdan qorxurlar, cəsarət eləmirlər. Üstəlik, sanki geniş tamaşaçı
kütləsi arasında, ictimaiyyət arasında da xəstə bir cərəyan gəzir.
Bu, xalqa, bu günkü çətin, qayğılar dolu həyatımıza, respublikanın
bu son 10 ildə başına gətirilən faciəli hadisələrə biganəlikdir.
Buna qısa bir misal çəkəcəyəm: Bakının "Şuşa" kino-teatrında tez-tez
keçirilən "Xoş gəlmisiniz" konsertlərində müğənni səhnədən haray
çəkə-çəkə "Laçınım mənim, Laçınım mənim" oxuyur, zaldakı tamaşaçılar
- cavan qızlar, oğlanlar isə sevinə-sevinə əl götürüb oynayırlar.
Bu, xəstəlik deyil, anormallıq deyil, bəs nədir?! Aydın həqiqətdir
ki, çağdaş mahnı janrımıza və eləcə də xalq nəğmə, mahnı sənətimizə
qarşı yaranmış soyuq, ötəri, yuxarıdan aşağı münasibətdə xalturaçılığa
meydan verənlərin də günahı az deyil. Onun kökuünü kəsməyincə, yeni,
təmiz, pak əhval-ruhiyyəli, ulu köklərə əsaslanan gənclərə meydan
verməyincə, bu sahədə atmosfer təmizlənməyincə biz milli mədəniyyətimizin
böyük və çox əhəmiyyətli bir sahəsi olan mahnı sənətimizi qarşıda
yaranmış uçurumdan xilas edə bilməyəcəyik. Həmçinin bir məsələni
də unutmaq olmaz ki, əgər hər hansı bəstəkar mahnısı ifa olunmursa,
sanki unudulursa da o, itmir, çünki notları qalır; yox əgər hər
hansı bir xalq mahnısı ifa olunmursa, unudulursa, üstəlik nota da
salınmayıbsa, bu, ikiqat itki deməkdir. Yəni sözün əsil mənasında
xalq sərvətinin itkisi. Bütün bunlarla yanaşı biz bir həqiqəzti
də unutmamalı, onunla əlaqədar lazımi tədbir görülməsinə çalışmalıyıq.
Bu nədir? Təsəvvür edin ki, 60-cı illərin sonlarından respublikanın
ən kamil sənət ustaları, xanəndə, müğənni və çalğıçıları Azərbaycan
Dövlət Filarmoniyasında rəsmi işdə hesab olunurdular, yəni sadə
dillə desək, onlar Filarmoniyanın ştatında idilər. 60-cı illərin
sonlarında respublikada Dövlət Konsert Birliyi yaradıldı və həmin
seçmə professional müğənnilərin, xanəndələrin və çalğıçıların hamısı
verildi ora. Həmin konsert Birliyi hələ o vaxtlar əsil özünümaliyyələşdirmə
- kommersiya təşkilatı kimi fəaliyyət göstərirdi. Yəni müğənnilərin,
xanəndələrin və çalğıçıların ayrı-ayrı konsert qrupları yaradılır,
onların müxtəlif yerlərdə konsertləri təşkil edilir, bundan yığılan
vəsaitin cüzi bir hissəsi onlara verilir, qalanını Birlik özü istifadə
edir və ya dövlətə köçürürdü. Buna baxmayaraq bizim sənət adamlarımız
orada həvəslə, coşğun səylə çalışıb-işləyirdilər. Lakin beş-on il
qabaq həmin Birlik də tədricən dağılmağa başladı. Yəni onlardan
çox kiçik bir qrup Radio və Televiziya Şirkətində işləyir, qalanları
isə tamamilə işsiz və müstəqildi. İndi vəziyyət elə gətirib ki,
çox vaxt toylara da sənətkarları dəvət etmirlər, sintezatorla, gitara
və s. ilə toyu yola verirlər, vəssəlam. Sual olunur: - Bu qədər
sənət adamı bir yerdən maaş almır-almır, bəs barı əmək kitabçaları
harda qeydiyyatda olmalıdır; onlar pensiyaya necə çıxacaqlar? Bütün
bunlara necə soyuqqanlı yanaşmaq olar? Belə problemlər bir deyil,
iki deyil. Bütün yuxarıda göstərilənlərdən irəli gələrək mən bu
müşavirəni nə qədər təqdirəlayiq hesab etsəm də, təklif edirəm ki,
yaxın vaxtlarda ümumən respublika musiqi sənəti problemlərimizin
həmin məsələlərinə həsr olunmuş geniş konfrans keçirilsin. Söz yığınından
ibarət olan konfrans yox, əsil iş konfransı. Orada respublika rəhbərləri
hökmən iştirak eləsin, həmçinin respublikanın bütün mədəni ictimaiyyəti,
mətbuat, radio və televiziya. Biz mövcud musiqi problemlərini orada
qoymalıyıq, konkret yerində həll olunmasını, qayğı və köməklik göstərilməsini
tələb və xahiş etməliyik.
SƏRDAR FƏRƏCOV,
BƏSTƏKAR
Bizim qarşımızda çox ağrılı problem
durur, çünki mahnı janrı tənəzzül dövrünü yaşayır. Şübhəsiz, mahnı
janrında böyük musiqiçilər, bəstəkarlar işləyiblər və Üzeyir bəydən
başlamış bu günə qədər xeyli sayda klassik nümunələr yaradılıb.
Lakin zamanın çətinliyi ilə bağlı bu sahəyə heç bir səriştəsi olmayan
ünsürlər daxil olub. Əlbəttə, belə insanların qarşısına çəpər çəkmək
çox çətindir, lakin hansısa bir çıxış yolu tapmaq lazımdır. Mən
özüm Ü.Hacıbəyovun ev-muzeyinin işçisi olduğum üçün onun fəaliyyəti
ilə bağlı bəzi məqamları nümunə gətirmək istərdim. Məlumdur ki,
hal-hazırda Nəriman Əzimovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri
Orkestri yaranmamışdan öncə Bakıda Şərq orkestri deyilən bir qurum
var idi və ona Avanes İonesyan başçılıq edirdi. Bu orkestr öz repertuarında
Azərbaycan xalq musiqisini ayrı səpgidə ifa edirdi və haradasa öz
istədikləri tərəfə yönəldirdi. Bütün bunlardan yaxa qurtarmaq üçün
Üzeyir bəy çox düzgün bir taktika seçdi və notlu XÇA orkestri təşkil
etdi və özü də bu orkestr üçün çox gözəl əsərlər yaratdı. Zənnimcə,
xoşagəlməyən cəhətləri, prosesləri belə üsulla, yəni pisin qarşısına
yaxşını çıxartmaqla aradan götürmək daha effektiv olar. İndi çox
vaxt Azərbaycan intonasiyasına uyğun olmayan mahnılar eşidirik.
Xüsusən də, kassetlər satılan yerlərdə belə musiqilərdən bol-bol
eşitmək olar. Bəzən deyirlər ki, mahnı yazanın bəstəkarlıq təhsili
olmaya da bilər. Zənnimcə, bu düzgün deyil. Bəstəkar təxminən 15-17
il bu peşəyə yiyələnir və bu illər ərzində musiqi materialı ilə
davranmağın qaydasını öyrənir, böyük müəllimlərlə ünsiyyətdə olur.
Lakin heç bir savadı olmayan, hətta ən istedadlı insanın belə, 200-300
orijinal musiqisi, dəyərli mahnısı ola bilməz. Burada düz deyildi
ki, belə insanlara bəstəkar deyil, başqa bir ad fikirləşmək lazımdır.
Cavanşir Quliyevin təklif etdiyi kimi, melodist demək olar. Mahnının
problemləri ilə bağlı qanunverici, rəsmi orqanlara müraciət etmək
lazımdır. Kassetlərin satışı, onların keyfiyyəti nəzarətə götürülməlidir.
İMRUZ ƏFƏNDİYEVA,
MUSİQİŞÜNAS
Bu günkü tədbirə hazırlaşarkən 1973-cü
il martın 3-də Qara Qarayevin imzası ilə mahnı haqqında çap olunmuş
qərarı bir daha nəzərdən keçirdim və belə bir fikrə gəldim ki, 26
il bundan öncə mahnı haqqında deyilən tənqidi sözlər bu gün də aktualdır.
Olduqca samballı, masştablı, kəskin səslənən və Bəstəkarlar İttifaqının
katibliyi ilə Mədəniyyət Nazirliyinin birgə yazdıqları bu Qərarın
o dövrlərdə böyük əhəmiyyəti oldu. Həqiqətən bir neçə il ərzində
mahnı janrının təbliği sahəsində nailiyyətlərin canlı şahidi olduq.
Mahnı janrında elə sənətkarlar var ki, onların əvəzsiz yaradıcılığı
xalqın qəlbində əbədi iz buraxmışdır. Vaxtilə Q.Qarayev deyirdi
ki, xalq öz ürəyini yalnız bütünlüklə həyatını xalqa həsr etmiş,
həqiqətən böyük adamlara, geniş qəlbli sənətkarlara açır. Bu sözlər
bizim gözəl mahnılar yaradan sənətkarlara da aiddir. Onların yaratdıqları
mahnı məktəbinin davamçıları bu gün Azərbaycanda yeni nəslin nümayəndələridir.
Lakin, cəsarətlə deyə bilərik ki, onların əsərləri nadir hallarda
səslənir. İndi artıq həvəskar bəstəkarların əsərlərini daha çox
eşidirik. Zəif səslərə malik olan müğənnilər belə mahnıları televizaya
vasitəsilə təbliğ edərək, mahnı sahəsində yazan bəstəkarlarımızı
arxa plana çəkiblər. Vaxtilə, Xalq yaradıcılığı Evi bir çox həvəskarlara
kömək niyyətilə, peşəkar bəstəkarları dəvət etmiş və onların bədii
rəhbərliyi altında həqiqətən də yaxşı mahnılar yaranmışdı. Təxminən
7 il öncə, mən, "Mahnı və müasirlik" adı ilə televiziyada veriliş
aparırdım. Dörd verilişdən sonra onu bağladılar. İndiki rəhbərlikdən
xahiş edirəm ki, veriliş bərpa olunsun. Həmin rubrikanın adını dəyişmək
də olar. Məsələn, "Azərbaycan bəstəkarlarının mahnıları". Bundan
başqa, mən, digər bir verilişin, məktəblilərin musiqi klubunun da
bərpa olunmasını arzu edərdim. Çünki bu veriliş klassik mahnıların
təbliğində də az rol oynamayıb. Mahnı janrının səviyyəsini artırmaq
üçün mən aşağıdakı tədbirlərin görülməsini təklif edirəm: 1.Mahnı
qoşan həvəskarlar öz əsərlərini məhz Bəstəkarlar İttifaqının mahnı
seksiyasına təqdim etsinlər. 2.Mahnı ilə bağlı verilişlər bərpa
olunsun. Televiziya ilə yeni rubrikanın açılması məqsədəuyğundur.
Bu rubrikada yeni mahnılar və mahnı mətnləri ilə tanışlıq olsun.
Eyni zamanda "Bəstəkarların portretləri" adlı verilişin bərpası
da zəruridir. 3.Bəstəkarlar İttifaqı Yazıçılar birliyi ilə müştərək
mahnı janrına həsr olunmuş elmi-nəzəri konfrans və yaxud plenum
keçirsin. 4.Mahnı problemlərinə həsr olunmuş tənqidi və analitik
yazılar qəzet və jurnal səhifələrində çap edilsin. 5.Peşəkar bəstəkarların
mahnıları məcmuələr şəklində nəşr edilsin.
KAMRAN İMANOV,
RESPUBLİKA MÜƏLLİF HÜQUQLARI AGENTLİYİNİN SƏDRİ
Mən, bu mötəbər məclisə toplaşanların
diqqətini bir sıra problemlərə yönəltmək istəyirəm. İlk növbədə
onu söyləyim ki, SSRİ dağılandan sonra 1995-ci ilin axırlarına kimi
Respublika Müəllif Hüquqları Agentliyi müəyyən səbəblər üzündən
işləmirdi. Həmin ildən başlayaraq Agentlik işini bərpa etdi və bilavasitə
öz funksiyalarından birini-müəlliflərimizin kollektiv əsasda əmlak
hüquqlarının idarə edilməsi funksiyasını yerinə yetirməyə başladı.
Sadə dillə desək bu, əsərlərin istifadəsi nəticəsində qonorar yığımının
təşkili ilə bağlıdır. Bütün bunlar 1996-cı ildə Azərbaycan respublikasının
yeni "Müəllif Hüquqları və Əlaqəli Hüquqlar" haqqında qanunun qəbul
edilməsi ilə aparılmağa başladı. Hazırdakı qanun sırf müəlliflərin
xeyrinə işləyir. Əgər 1995-ci ildə müəlliflərə təxminən 25 milyon
manat qanorar yığılıb ödənilmişdirsə, ildən-ilə təxminən 50 milyon
artımla 1999-cu ildə bu rəqəm 280 milyon manata çatdırılmışdır.
Şübhəsiz ki, bu, nisbi rəqəmdir. 280 milyon kifayət qədər böyük
rəqəmdir və xüsusən də bizim mahnı yazan sənətkarlarımız üçün müəyyən
yardımdır. Lakin statistikaya baxanda bir şey də nəzərə çarpır.
Bəs mahnıların istifadəsi ilə bağlı qonarar yığımında vəziyyət nə
cürdür? İldən-ilə bu statistikanı araşdıraraq mən görürəm ki, müəlliflərə
mahnılarla bağlı çatası qonararlar azalır, yəni onun faizi azalır.
Bəs bu nədən əmələ gəlir? Axı istifadəçilərin sayı azalmır. Əlbəttə,
məlumdur ki, konsert proqramları azalıb. Lakin digər tərəfdən müxtəlif
şadlıq evlərində, restoranlarda mahnılar səslənir. Bu sahənin öz
problemləri var və bizim kifayət qədər gücümüz, imkanımız çatmır.
Lakin əsas problem ondan ibarətdir ki, mahnılar efirdə səslənir
və bu zaman lazımi qonarar yığılmır. Nə üçün? Bunu açıqlamaq üçün
ilk növbədə qeyd etməliyəm ki, mahnının efirə çıxması üçün o, fonoqram
istehsalçısı, müəyyən bir studiya tərəfindən yazılmalıdır. Məhz
bu proses zamanı, yəni mahnı yazılarkən müəlliflərin hüquqları pozulur.
Əgər bir fonoqram istehsalçısı hansısa ifaçının vasitəsilə mahnıları
yazırsa mütləq müəlliflərlə müqavilə bağlanmalıdır və onlara çatası
qonarar qeydə alınmalıdır. Lakin çox vaxt bu məsələni ört-basdır
edirlər və müəlliflərin hüquqları tapdalanır. Bundan sonra, yəni
mahnı studiyada yazılıb efirə gedəndə də müəllif qonarar almalıdır.
Lakin bu problem də müəyyən çətinliklərlə qarşılaşır. Çünki efir
indi, əsasən, özəl yayım şirkətlərinindir. Biz bir sıra radiostansiyalardan
müəlliflər üçün qonarar yığa bilirik. Lakin bu işdə də böyük problemlər
var. İkinci bir problem onunla bağlıdır ki, müəlliflərimizin hüquqları
çox vaxt xarici ölkələrdə pozulur. Xüsusilə də, müəlliflərin adlarının
əvəzinə anonim sözü gedəndə. Dövlətlərarası Bern konvensiyasına
görə əgər bir ölkədə hansısa əsər səslənirsə, ona milli rejim tətbiq
olunur və bizim müəllifə çatası qonarar Azərbaycana gəlməlidir.
Bu əlaqə iki ölkə arasındakı müəyyən təşkilatlar vasitəsilə həyata
keçirilməlidir. Lakin əsər hansısa bir ölkədə yazılıb sənaye tirajına
buraxılarsa və orada müəllifin adı göstərilirsə, bu zaman həmin
müəllifin icazəsi olmalıdır. Belə icazə olmayanda anonim yazılır
və beləliklə müəllifin hüquqları pozulur. Belə faktlar var. Amma
mən çox təəssüf edirəm ki, onları bizə müəlliflər deyil, tamamilə
ayrı yerlər xəbər verir. Halbuki bu faktları bizə müəlliflər özləri
çatdırmalı və biz, onların səlahiyyətli nümayəndələri kimi onu araşdırmalıyıq.
Çünki bu, artıq hüquqi məsələdir və sizlər bizə yardımçı olmalısınız.
Digər, üçüncü bir vacib problem əsərlərdən qeyri-qanuni istifadə
- yəni piratçılıqdır. İndi küçələrimiz kasetlərlə doludur və bizim
mübarizəmiz kasetləri bilavasitə küçələrdə satanlarla bitmir. Bu
kasetlərin istehsal mənbəyini, harada tirajlandığını tapmaq lazımdır.
Ona görə də birinci növbədə müəlliflər mahnılarını qeydiyyatdan
keçirməlidirlər. Bizim yeni kompüter sistemimiz var, yeni rəqəm
texnologiyasının vasitəsilə əsərləri kompüterə daxil edirik. İstər
Bəstəkarlar, istərsə də Yazıçılar İttifaqının üzvləri üçün bu qeydiyyatdan
keçmə pulsuzdur, ödənişsizdir. Bu əsərlər bizdə həmişəlik qalacaq
və gələcək nəsillər üçün də saxlanılacaqdır. Piratçılıqla mübarizə
etmək üçün biz, identifikasiya sistemi yaradılması barədə hökumət
qarşısında məsələ qaldırmışıq. Bildiyiniz kimi hər hansı mahnı müəllifi
əsərlərinin satışa buraxılmış nüsxəsinin qiymətindən faiz almalıdır.
Buna dəqiq nəzarət etmək üçün identifikasiya sistemi fonoqram istehsalçıları
ilə daha sıx əlaqə yaratmağa imkan verir. Studiyalar tərəfindən
istifadə olunmuş əsərlər müəllif hüquqları agentliyində qeydiyyatdan
keçir və identifikasiya nömrəsi alır. Həmin nüsxələr bazarda satışa
buraxılarkən yalnız və yalnız həmin tiraj satılır. Tirajın artırılması
yenə də müəllifin icazəsi ilə olmalı və müəllif yeni tirajın satışından
da faiz almalıdır. Pirat bazarı bütün dünyada, hətta ən inkişaf
etmiş ölkələrdə də mövcuddur və ona qarşı mübarizə üçün müxtəlif
üsullardan istifadə olunur. İlk növbədə mübarizə məhkəmə sisteminin
vasitəsilə aparılır. Çünki hüquqlar məhkəmə vasitəsilə bərpa olunur.
Müəllif Hüquqları Agentliyi bəlkə də yeganə dövlət qurumudur ki,
məhz yaradıcı adamların, müəlliflərin hüququnu müdafiə etməklə məşğul
olur. Belə ki, müəlliflərin maraqları bu təşkilatın maraqları ilə
üst-üstə düşür. Biz imkan daxilində əlimizdən gələni etməyə hazırıq.
RAMİZ ZÖHRABOV,
AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQI İDARƏ HEYƏTİNİN KATİBİ
Əvvəla onu deyim ki, Azərbaycan
Bəstəkarlar İttifaqında mahnı seksiyası fəaliyyət göstərir. Onun
yeni rəhbəri bəstəkar Cavanşir Quliyevdir. Bu seksiya həm peşəkarlar,
həm də həvəskarlarla məşğul olacaq. Mən həvəskar bəstəkar anlayışı
ilə razı deyiləm. Çünki bəstəkar həvəskar ola bilməz. Məsələn, Orta
Asiyada belə adamlara melodist deyirlər və yaxud Rusiyada onlara
musiqi həvəskarları deyirlər. Yaxşı olar ki, belə yazarların ayrıca
konsertləri təşkil olunsun, radioda ayrıca efir vaxtı ayrılsın.
Vaxtilə efiri nəzarətə götürmək üçün komissiya var idi və o, mahnıları
saf-çürük etməklə məşğul olurdu. Belə bir işi indi də bərpa etmək
lazımdır. Mötəbər adamlardan ibarət komissiya yaradılmalıdır. Əvvəllər
musiqi həvəskarlarına qonarar verilmirdi, indi isə onlar da başqasının
əli ilə yazılmış öz "əsərlərinə" qonarar alırlar. Təklifim budur
ki, Bəstəkarlar İttifaqının mahnı seksiyasından keçməyən mahnılar
efirə buraxılmasın.
|
|
|