ir neçә il bundan әvvәl baş vermiş
bir hadisә mәni sonralar Rәşid Behbudov
fenomenini araşdırmağa, daha dәrindәn
dәrk etmәyә vadar etdi. Bu vaxta qәdәr
mәn hәr bir azәrbaycanlı kimi onu qeyri-adi,
әvәzolunmaz bir sәnәtkar kimi sevir vә
onunla fәxr edirdim. Bu gün isә daha böyük
hisslәrlә fәxr edirәm ki, dünyanı
heyrәtә gәtirәn sәnәtkar mәnsub
olduğum xalqın oğludur.
Yәqin ki, çoxlarının xatirindәdir:
1996-cı ildә görkәmli sәnәtkar
Müslüm Maqomayev Moskvada "Rossiya" konsert
zalında "Rәşid Behbudov ulduzu" adlı
çox yüksәk sәviyyәli, misli görünmәmiş
tәntәnәli bir gecә keçirtdi. Dünyanın
bir çox ölkәlәrindәn bu gecәdә
iştirak etmәk üçün adlı-sanlı
sәnәtkarlar gәlmişdilәr. Rusiya Federasiyasının
Dövlәt Duması, Xarici İşlәr Nazirliyi,
Moskva hökumәti, MDB ölkәlәri ilә
әlaqә nazirliyi kimi mötәbәr dövlәt
orqanlarının tәşkilatçılığı
ilә hazırlanan gecәni bütün mәrkәzi
telekanallar lentә yazırdılar. "Vesti",
"Vremya" kimi proqramlar gecәnin keçirilmәsi
haqqında mәlumat yaymaqdan әlavә RTR, ORT,
NTV kanaları gecәdәn translyasiya hazırlamışdılar.
Mәnә dә o zaman hәmin gecәnin bütünlüklә
video yazısını Azәrbaycan televiziyası
ilә yaymaq xoşbәxtliyi nәsib olmuşdu.
Müslüm Maqomayevin yaxın qohumu, İsveçrәdә
yaşayan çox zәngin hәmyerlimiz Kamal Zeynalzadә
bu gecәnin keçirilmәsi üçün
100 min ABŞ dolları, "Lukoyl"un prezidenti
Vahid Әlәkbәrov 7 min, "Krokus interneşnl"
şirkәtinin rәhbәri Araz Ağalarov
10 min dollar pul ayırmışdılar. Gecә
sözün әsl mәnasında әfsanәvi
bir gecә idi. Lakin yüksәk sәviyyәdә
hazırlanan gecәnin keçirilmәsinә
bir gün qalmış Dağıstanda çox
faciәli bir hadisә baş verdi. Kaspiysk rayonu
әrazisindә Rusiya sәrhәdçilәrinin
yaşadığı çoxmәrtәbәli
bina partlayışı nәticәsindә 200-dәn
artıq sәrhәdçi hәlak oldu. Bu mәlumat
bütün Rusiyanı sarsıtmışdı.
Ölkә prezidenti B.N.Yeltsin bütün Rusiya
әrazisindә 3 günlük matәm elan etmәk
qәrarını vermişdi vә qәrar tәdbir
keçirilәn gün saat 17-dә elan olunmalı
idi. Belәliklә, qeyri-adi vә yüksәk
sәviyyәdә hazırlanan gecәnin keçirilmәsini
tәxirә salmaq haqqında müxtәlif tәkliflәr
sәslәnirdi. Müslüm Maqomayev Rusiya Prezidenti
Aparatı ilә әlaqә saxlayıb tәdbirin
keçirilmәsi haqqında B.N.Yeltsinә mәlumat
verilmәsini xahiş etdi. Bir müddәtdәn
sonra Prezident Aparatından Müslüm Maqomayevә
zәng edib bildirdilәr ki, B.N.Yeltsin Rәşid
Behbudova hәsr olunan gecәnin tәxirә salınmasını
rәva bilmir vә xahiş edir ki, "onun salamını
sәnәtkarın ailә üzvlәrinә
vә bütün iştirakçılara yetirәsiniz.
Eyni zamanda B.N.Yeltsin gecәdә iştirak edә
bilmәyәcәyini üzürlü saymağı
xahiş edir vә onun әvәzinә RF Dövlәt
Dumasının sәdri Seleznyov iştirak edәcәk.
Ümumrusiya matәmini isә prezident iki gündәn
sonra, yәni Siz Rәşid Behbudov gecәsini
keçirәndәn sonra elan edәcәk".
Müslüm Maqomayev bu mәlumatı bizә çatdıranda
keçirdiyim qürur hissini sözlә ifadә
etmәk mümkün deyildi. Mәn uzun müddәt
şok vәziyyәtindә idim. İnana bilmirdim
ki, Rәşid Behbudovun xatirәsi önündә
hәtta Rusiya kimi bir ölkәnin dövlәt
tәdbirlәri dövlәt başçısı
sәviyyәsindә tәxirә salına
bilәr. Gecәdә adlı-sanlı, dünya
şöhrәtli sәnәtkarlardan vә siyasi
xadimlәrdәn Azәrbaycan televiziyası üçün
aldığım musahibәlәr vә hәmin
görkәmli şәxsiyyәtlәrin Rәşid
Behbudov haqqında söylәdiklәri fikirlәr
mәni әmin etdi ki, Azәrbaycanın bu ölmәz
oğlu zaman vә mәkan anlayışlarından
qat-qat yüksәklәrdә durur. Әn başlıcası
isә, görkәmli sәnәtkarın fәaliyyәtini
yalnız dahi müğәnni kontekstindә araşdırmaq
böyük yanlışlıq olardı. Bu araşdırmalar
müxtәlif istiqamәtlәrdә aparılmalıdır.
Sizә tәqdim olunan bu yazıda mәn Rәşid
Behbudovun fәaliyyәtini tam araşdırmaq iddiasında
deyilәm. Tәkrar edirәm ki, bu araşdırmaları
müxtәlif aspektlәrdә aparmaqla Rәşid
Behbudov fenomenini açmaq mümkün olacaq. Mәn
isә, sadәcә olaraq mәnә mәlum
olan, olduqca dәyәrli faktları vә mәdәniyyәt,
musiqi tariximiz üçün qiymәtsiz mәlumatları
sevimli oxucuların diqqәtinә çatdırmaq
istәyirәm.
Rәşid Behbudovun ailәsi, nәsli haqqında
mәlumat sovet statistikasında olduqca bәsit vә
tәhrif olunmuş haldadır. Bunu anlamaq o qәdәr
dә çәtin deyil. Çünki, SSRİ
dövründә ad-san qazanmış istedadlı
insanlar yalnız fәhlә vә kәndli ailәsindә
anadan olmalı idilәr. Ona görә dә
bütün görkәmli şәxsiyyәtlәrin
tәrcümeyi-halı tәhrif olunaraq onların
hamısının sadә zәhmәtkeş
ailәsindә dünyaya göz açmaları
tәbliğ olunurdu. Әldә etdiyimiz sәhih
mәlumatlar isә tamamilә başqa mәtlәblәrdәn
xәbәr verir.
Rәşid Behbudovun atası Mәcid Behbudalı
oğlu Behbudov dövrünün çox istedadlı
vә tanınmış müğәnnilәrindәn
biri idi. Öz sәnәti ilә nәinki Azәrbaycanda,
bütün Qafqazda, Orta Asiyada, İranda, Türkiyәdә
vә hәtta Baltikyanı ökәlәrdә,
Polşada vә b. ölkәlәrdә mәşhur
olan Mәcid Behbudov 1873-cü ildә Şuşa
şәhәrindә anadan olmuşdur. Mәcidin
atası, Behbudalı bәy Qarabağın adlı-sanlı
bәylәrindәn biri idi. Onun ilxıları,
dükanları, sürülәri, torpaq sahәlәri,
müxtәlif yerlәrdә malikanәlәri
var idi. Hәtta Ağstafa at zavodları da Behbudalı
bәyә mәxsus idi. Eyni zamanda onun geniş
ticarәt şәbәkәsinin mövcud olması
haqqında da mәlumatlar әldә olunub. Behbudalı
bәy dünyanın bir çox ölkәlәrindәn
sәnaye malları, müxtәlif parça növlәri
gәtirәrәk Qarabağda özünün
bәzzaz dükanları vasitәsi ilә onların
ticarәtini tәşkil edirdi.
Behbudalı bәy Mәcidi kiçik yaşlarından
tacir görmәk istәyirdi. Ona görә dә
o Şuşadakı bәzzaz dükanında Mәcidi
daim öz yanında saxlar vә tacirliyin sirlәrini
ona öyrәdәrdi. Mәcid dә zil vә
mәlahәtli sәsi ilә müştәrilәri
cәlb etmәk üçün "Ay arşın
malı alan" deyә ucadan oxuyardı. Eyni zamanda
varlı vә imkanlı adamların, bәylәrin
malikanәlәrinә parça, axça, tafta,
xarә aparanda da yol boyu gözәl sәsi ilә
"Ay arşın malı alan" deyә oxuyarmış.
Bu sәs o qәdәr ecazkar idi ki, heç kim
ona laqeyd qala bilmirdi. Hәtta bir çox malikanәlәrdә
gәnc Mәcidi saatlarla oxutduqdan sonra buraxırdılar.
Mәcid dә belә imkanları heç vaxt
әldәn buraxmır, ürәk dolusu oxuyaraq
qәlbini boşaldırmış. Artıq bütün
Şuşa onu gözәl sәsli "Arşınmalçı"
kimi tanıyırdı.
Tezliklә Mәcid atasını itirir. Behbudalı
bәyin ölümündәn sonra gәnc Mәcid
atasının bәzzaz dükanlarını işlәdәrәk
başsız qalmış ailәni dolandırırdı.
Şerә, musiqiyә olan marağı nәhayәt
ki, onu sәnәt alәminә cәlb edir.
Tarixi mәnbәlәrdәn mәlum olur ki,
Mәcid Behbudov xanәndәliyә 1904-cü
ildәn başlamışdır. Bu faktı Cәlilbәy
Bağdadbәyov da xatirәlәrindә tәsdiq
edir. Bәzi mәnbәlәrdә Mәcidin
xanәndәliyә başlamazdan әvvәl
Şuşa mәscidlәrindә azanxan vә
mәrsiyәxan kimi çalışması haqqında
da mәlumatlar verilir. Bütün dini mәrasimlәrin
onun iştirakı ilә keçirildiyi göstәrilir.
Sәnәtә gec gәlsә dә, Mәcid
Behbudov tez bir zamanda mahir bir xanәndә kimi әvvәl
Qarabağda, Gәncәdә, sonra isә başqa
bölgәlәrdә mәşhurlaşır.
Çox keçmir ki, o, Qafqazın әn tanınmış
sәnәtkarlarından biri kimi şöhrәt
tapır. Tezliklә onu Tiflisә "Dvoryanski
klub"a dәvәt edirlәr. Tiflisdә Mәcid
Behbudovun tanınmış vә sevilәn bir
xanәndә olması o dövrün afişaları
da sübut edir. Tiflisә dәvәt olunması
Mәcid Behbudovun ürәyincә olur. Çünki
onun bu şәhәrdә kәlağayı
istehsal edәn kiçik bir sexi var idi vә o çoxdan
arzulayırdı ki, bu sexi genişlәndirsin, böyük
ticarәt şәbәkәsi yaratsın. Deyilәnә
görә, xanәndә tezliklә kiçik
kәlәğayı istehsal edәn sexini genişlәndirәrәk
ipәk mallar hazırlayan böyük bir istehsalat
sahәsi yaratmışdı. Eyni zamanda onun xanәndә
kimi dә şöhrәti gündәn-günә
artırdı.
Artıq bütün Qafqazda şöhrәt qazanmış
Mәcid Behbudovu müxtәlif "Qrammafon"
şirkәtlәri sәsini yazdırmaq üçün
dәvәt edirlәr. Riqada vә Polşada
fәaliyyәt göstәrәn bu şirkәtlәr
әlbәttә ki, el arasında tanınmış
vә yüksәk peşәkarlığı
ilә seçilәn sәnәtkarlarla әmәkdaşlığa
üstünlük verirdilәr. Әldә olunan
mәlumata görә yalnız 1910-1920-ci illәr
arasında Mәcid Behbudovun ifasında 40 qrammofon
valı buraxılmışdı. Bu valların әksәriyyәtini
xanәndә mәşhur musiqiçi Mәşәdi
Cәmilin müşaiyyәti ilә yazdırmışdı.
Әfsuslar olsun ki, 1999-cu ildә Rәşid Behbudovun
Dövlәt mahnı teatrındakı xatirә
muzeyindә baş vermiş oğurluq hadisәsi
nәticәsindә hәmin vallar da yoxa çıxmışdır.
Rәşid Behbudov atasının bütün vallarını
sәliqә ilә illәr boyu qorumuşdu.
Lakin hәmin oğurluq hadisәsindәn sonra
Mәcid Behbudovun vallarının taleyi mәlum
deyil. Azәrbaycan Dövlәt Sәs yazıları
arxivindә isә sәnәtkarın 16 valı
qorunur. Hәmin valları illәr boyu axtarıb
әldә etmiş arxivin direktoru Yaqub Mәdәtovun
xidmәtlәri әvәzolunmazdır. Bu qeyri-adi
insan, әsil vәtәndaşın fәaliyyәti
haqqında ayrıca yazılmalıdır. Çünki
mәhz belә tәmәnnasız, tariximizin
keşiyindә duran alicәnab insanların xidmәtlәri
hesabına biz mәdәniyyәtimizin tarixini
öyrәnә bilirik.
Dövlәt sәs yazıları arxivindә
qorunan vallar Mәcid Behbudovun öz dövrünün
çox mәşhur vә tanınmış
bir müğәnni olduğunu bir daha sübut
edir. Әn maraqlısı budur ki, arxivdә Mәcid
Behbudovun Cabbar Qaryağdıoğlu ilә birgә
yazdırdığı vallar da qorunur. Aydın mәsәlәdir
ki, Cabbar Qaryağdıoğlu kimi sanballı, qüdrәtli
bir sәnәtkar hәr müğәnni ilә
val yazdırmazdı. Mәcidin sәnәti o
qәdәr gözәl vә yüksәk
sәviyyәli olub ki, Cabbar Qaryağdıoğlu
valın bir üzünә öz sәsinin, digәr
üzünә isә Mәcid Behbudovun sәsinin
yazılmasına razılıq vermişdi.
Mәdәniyyәt tariximizdә qeyri-adi bir hadisә
olan bu fakt Mәcid Behbudovun öz dövrünün
görkәmli bir sәnәtkarı olmasına
dәlalәt edir.
Mәcid Behbudov tez-tez yaxın xarici ölkәlәrә
dәvәt olunur vә onun şöhrәti
getdikcә artırdı. Eyni zamanda mәşhur
xanәndә operalarda iştirak etmәk üçün
(muğam operalar nәzәrdә tutulur) müxtәlif
teatrlardan dәvәtlәr alır. Bu haqda o dövrün
bir çox qәzetlәri, "Kaspi", "Zarya
Vostoka" vә s. mәlumat verir. O, Üzeyir
Hacıbәyovun operalarında, Mәşәdi
Cәmilin "Seyfәl-Mülük", Saşa
Oqanezaşvilinin "Fәrhad vә Şirin"
operalarında vә b. tamaşalarda iştirak etmişdir.
Gürcüstanda bolşeviklәr hakimiyyәti
әlә aldıqdan sonra Mәcid Behbudov Tiflisin
müxtәlif teatrlarında çalışmışdır.
Tarzәn Bala Mәlikovla birlikdә o yeni bir ansambl
yaradaraq Azәrbaycan muğam vә xalq mahnılarını
tәbliğ edir. 1925-ci ildә Mәcid Behbudov
yaratdığı ansambl ilә Ermәnistana konsertlәr
vermәyә yola düşür. Demәk olar
ki, Ermәnistanın bütün bölgәlәrini
gәzәrәk o, muğamlarımızı,
xalq mahnılarımızı mәharәtlә
ifa etmişdi.
Bu konsetlәrin sorağı bütün Ermәnistana
yayılır vә ona müxtәlif musiqi qurumlarından
Ermәnistanda qalıb işlәmәk tәkliflәri
edilir. Bir neçә ay davam edәn Ermәnistan
sәfәri xanәndәyә bu respublikada
misli görünmәmiş şöhrәt qazandırır.
Mәcid Behbudovun qastrolda olduğu әrәfәdә
Ermәnistanda yeni şәrq orkestri yaranmağa
başlayır vә xanәndәyә bu orkestrdә
işlәmәk tәklif olunur. Orkestrin rәhbәri
Şahnәzәrov xanәndәni xüsusi
imtiyazlarla kollektivә qәbul edir. Çünki
artıq o dövrdә Mәcid Behbudov bütün
Qafqazın әn adlı-sanlı sәnәtkarlarından
biri idi. Tanınmış xanәndә bu orkestrin
tәrkibindә Qafqazın bir çox şәhәr
vә rayonlarında saysız-hesabsız konsertlәr
vermişdi. Konsertlәrin afişalarında Mәcid
Behbudovun adı nәzәrә çarpması
üçün xüsusi böyk şriftlәrlә
yazılardı.
130-cu illәrin sonlarında Mәcid Behbudov Qazax
rayonuna köçür vә ömrünün
sonuna qәdәr burada yaşayır. Qazaxda tanınmış
sәnәtkar mәdәniyyәt evindә
çalışmış vә sәnәtin
sirlәrini gәnclәrә öyrәtmişdir.
1945-ci ildә istedadlı xanәndә Mәcid
Behbudov vәfat etmişdir.
Rәşid Behbudovun anası Firuzә xanım
Abbasqulu qızı Vәkilova öz dövrünün
çox mütәrәqqi, yüksәk tәhsil
görmüş vә açıq fikirli qadınlarından
biri idi. Azәrbaycanda әn mәşhur nәsillәrdәn
biri olan Vәkilovlar nәslinә mәnsub olan
Firuzә xanım 1894-cü ildә Qazaxda anadan
olmuşdur. Kiçik yaşlarından gözәl
tәrbiyә vә mükәmmәl tәhsil
almış bu zәrif qadın ömrünün
sonuna qәdәr Tiflisdә Azәrbaycan mәktәblәrindә
rus vә fransız dillәrindәn dәrs demişdir.
Öz dövrünün tanınmış şәxsiyyәtlәrindәn
olan Firuzә xanımın atası Abbasqulu bәy
uşaqlarının tәhsil vә tәrbiyәsinә
çox ciddi fikir verәn bir insan idi. Ona görә
dә onun övladlarının hamısı yüksәk
tәhsil almışdılar. Abbasqulu bәy rus
çar ordusunun Dağıstanda yerlәşәn
mәşhur polkunun komandiri idi. Bu polk göstәrdiyi
bir çox qәhrәmanlıqlara görә
rus hәrb tarixindә özünәlayiq yerә
malikdir. Abbasqulu bәy tәcrübәli zabit
kimi bütün Rusiyada tanınırdı.
Ümumiyyәtlә Firuzә xanımın mәnsub
olduğu ailәnin tarixçәsi çox ciddi
araşdırılmalıdır. Az da olsa әldә
olunan mәlumatlar bu ailәnin hәr bir üzvünün
Azәrbaycan tarixindә ciddi vә lәyaqәtli
xidmәtlәrindәn xәbәr verir.
Bildiyimiz kimi, Azәrbaycanda bolşeviklәr hakimiyyәtә
gәldikdәn sonra demokratik respublikanın (1918-1920)
üzvlәri, siyasәtçilәr, tanınmış
ziyalılar ölkәni tәrk etmәk mәcburiyyәtindә
qalmışdılar. Onlar Türkiyәnin vә
İranın üz tutduqları şәhәrlәrindә
kor-tәbii olaraq mühacir azәrbaycanlılardan
ibarәt milli komitәlәr yaradırdılar.
Әsasәn "Müsavat" vә "İttihad"
partiyalarının nümayәndәlәrindәn
olan milli komitә üzvlәri Vәtәndә
qalmış qeyri-leqal partiyadaşları ilә
әlaqә qurmağa çalışırdılar.
Görkәmli dövlәt vә siyasi xadim Mәmmәdәmin
Rәsulzadә Sankt-Peterburqdan Finlandiyaya qaçmağa
müәssәr olur. Finlandiyadan o Almaniyaya, Almaniyadan
isә İstanbula gәlir. M.Ә.Rәsulzadәnin
İstanbula gәlmәsi ilә mühacir azәrbaycanlıların
hәyatında yeni dövr başlayır. 1924-cü
ildә Azәrbaycan Xalq Cumhuriyyәtinin banisi
M.Ә.Rәsulzadә İstanbulda müxtәlif
ölkәlәrdә vә şәhәrlәrdә
mühacir azәrbaycanlılar tәrәfindәn
yaradılmış onlarca siyasi qrupları vә
komitәlәri birlәşdirәrәk Azәrbaycan
Milli Mәrkәzini yaradır (AMM). X.Xasmәmmәdov,
M.Vәkilov, Ә.Әmircanov, Ә.Şeyxülislamov
AMM Mәrkәzi komitәsinin üzvlәri,
M.Ә.Rәsulzadә isә Milli Mәrkәzin
sәdri seçilir. Eyni zamanda Topçubaşovun
rәhbәrliyi ilә AMM-nin Paris komitәsi
dә yaradılır.
Azәrbaycan Milli Mәrkәzi әvvәl Tәbrizdә,
sonra isә Bakıda gizli tәşkilatını
yaradır vә bu tәşkilatın әn fәal
üzvlәrindәn biri Firuzә xanımın
böyük qardaşı Lütfәli bәy
Vәkilov idi. Tarixdәn mәlumdur ki, mәrkәzi
İstanbulda yerlәşәn Azәrbaycan Milli
Mәrkәzinin fәaliyyәti Sovet hakimiyyәtini
hәddindәn artıq narahat edirdi. Hәtta SSRİ
o dövrdә Türkiyә dövlәtinә
ciddi-cәhdlә tәsir edirdi ki, onlar AMM-nin
fәaliyyәtini dayandırsınlar. SSRİ-nin
hәyasız tәsirlәrinә tab gәtirә
bilmәyәn Türkiyә çıxılmaz
vәziyyәtdә qalaraq AMM-nin siyasi tәşkilatdan
kültür dәrnәyinә çevrilmәsinә
şәrait yaradır.
Tanınmış tәdqiqatçı-jurnalist
İsmayıl Umudoğlu AMM-nin Bakıdakı gizli
tәşkilatının fәaliyyәtni araşdırarkәn
MTN-nin gizli arxivlәrindәn çox dәyәrli
mәlumatları vә sәnәdlәri üzә
çıxarmışdır. Mәhz hәmin
sәnәdlәrdәn bizә mәlumdur
ki, Lütfәli Abbasqulu oğlu Vәkilov AMM-nin
fәal üzvlәrindәn biri olmuşdur. Eyni
zamanda Firuzә xanımın qohumları Mustafa
bәy Vәkilov vә Qalib Vәkilov da tәşkilatın
әsas üzvlәri olublar.
>30-cu illәrin әvvәllәrindә bolşeviklәr
gizli tәşkilatın izinә düşә
bilirlәr. İ.Umudlunun tәqdim etdiyi arxiv sәnәdlәrindәn
mәlum olur ki, AMM-nin işi o dövrdә әn
sәs-küylü bir iş olub. Bu iş hәtta
dövlәt orqanlarında "53-lәrin işi"
adlanırdı. Yәni gizli Bakı tәşkilatının
53 üzvü olub. AMM-nin gizli Bakı tәşkilatının
üzvlәrindәn bәzilәrinin adını
qeyd etmәklә bu tәşkilatın nә
qәdәr ciddi olması haqqında tәsәvvür
yaratmaq olar:
Mәmmәd Hacinski, Xudadat bәy Mәlik-Aslanov,
Firuz bәy Ordubadski, Әhmәd Cavad oğlu
Pepinov, Cәfәr bәy Rüstәmbәyov,
Cәmşid Naxçıvanski, Zeynal Sadıx oğlu
Tağıyev (H.Z.Tağıyevin nәvәsi),
Әlәsgәr bәy Bәylәrbәyov,
Mirәli Talışinski, Ağalar bәy Mahmudbәyov,
Nәcәf Şaxtaxtinski, Musa Әmiraslanov, Camal
Әlibәyov, Әmir Abdullabәyov, Fuad xan
Talışinski vә b. Onu da bildirmәliyik ki,
Firuzә xanımın qardaşı, Rәşid
Behbudovun dayısı, әvvәlcә çar
ordusunun zabiti olmuş, sonra isә1918-1920-ci illәrdә
yaranmış müstәqil Azәrbaycan milli
ordusunda xidmәt etmiş Lütfәli bәy
o dövrdә Rusiya imperiyasının әn yüksәk
mükafatı olan Müqәddәs Georgi ordeni
ilә tәltif olunan bir neçә Azәrbaycanlıdan
biridir.
Tariximizin bu şәrәfli sәhifәsini
vәrәqlәmәkdә mәqsәd
Rәşid Behbudov fenomeninin tәsadüfi olmamasına
bir işarәdir. Şübhәsiz ki, bu mövzu
ayrıca araşdırılmalıdır. Vә
onda Rәşid Behbudovun millәtinә, xalqına,
Vәtәninә bağlılığının,
onu canından da artıq sevdiyinin, dünyanın
100-dәn artıq ölkәsindә, 70 dildә
"Sәni tәrәnnüm edirәm, doğma
Aәrbaycanım!" hayqırmasının әsil
mahiyyәtini anlamaq mümkündür. Bir qәdәr
sonra bu barәdә daha әtraflı mәluat
vermәyә çalışacağıq. Hәlә
ki, görkәmli sәnәtkarın anası
Firuzә xanımın xidmәtlәri haqqında
әldә olunan mәlumatları Sizinlә bölüşmәk
istәyirik.
Öz dövrünün әn mәşhur xanәndәlәrindәn
olan Mәcid Behbudovla çox gәnc yaşlarından
ailә quran Firuzә xanım Qazaxdan Tiflisә,
hәyat yoldaşının yanına köçür.
Tiflisin siyasi vә mәdәni hәyatı
Firuzә xanımın dünya görüşünün
formalaşmasında xüsusi rol oynayır. Bu zәrif
vә incә qadın o dövrdә Tiflisdә
fәaliyyәt göstәrәn Azәrbaycanın
әn görkәmli ziyalıları ilә yaxından
tanış olur. Tezliklә Firuzә xanım o
dövrdә Tiflisdә cәrәyan edәn
maarifçilik hәrәkatına qoşulur vә
bu hәrәkatın әn fәal üzvlәrindәn
birinә çevrilir. Görkәmli ictimai vә
siyasi, ziddiyyәtli dövlәt xadimi Nәriman
Nәrimanovun tәşәbbüsü ilә
Tiflisdә Azәrbaycan qadın klubu yaradılır.
Mәşhur Gövhәr xanım Qacar bu klubun
ilk rәhbәri seçilir. Firuzә xanım
Vәkilova isә Gövhәr xanım Qacarın
müavini kimi klubda çox geniş ictimai vә
maarifçilik hәrәkatına başlayır.
Bir qәdәr sonra isә Firuzә xanım
Tiflisdә Azәrbaycan qadın klubunun rәhbәri
seçilir. Tәrәqqipәrvәr vә
açıq fikirli Firuzә xanım klubun fәaliyyәtini
olduqca genişlәndirmәyә nail olur. Yüksәk
enerjili bu әsl Azәrbaycan qadını olduqca
cәsarәtli addımlar ataraq öz dövrünün
tanınmış ziyalısı kimi ad çıxarır.
Firuzә xanım klubda bir sıra yeni dәrnәklәr
- maarifçilik, dram, musiqi, tikiş, gәnc analar
dәrnәklәrinin açılmasına vә
yüzdәn artıq azәrbaycanlı qadının
kluba cәlb olunmasına nail olur. Tarixi faktlar sübut
edir ki, Firuzә xanımın rәhbәrlik
etdiyi Tiflis Azәrbaycan qadın klubu çox böyük
şöhrәt qazanmışdı. Әfsuslar
olsun ki, son illәrә qәdәr bu klubun fәaliyyәtini
araşdırmaq vә bu haqda yazmaq qadağan olunmuşdu.
Çünki Firuzә xanımın ailә mәnsubiyyәti
vә onun qardaşının, qohumlarının
antisovet fәaliyyәti bu gözәl, zәrif
qadının rәhbәrlik etdiyi klubun üzәrinә
qara bir pәrdә çәkmişdir.
Hәyatdan çox tez köçәn Firuzә
xanımın xidmәtlәri, fәaliyyәti
xüsusi olaraq müsәlman qadınlarının
maariflәnmәsindә, ictimai hadisәlәrә
cәlb olunmasında әvәzolunmazdır. Deyilәnә
görә, o zamanlar Tiflisdә yaşayan azәrbaycanlı
qadınlarının әksәriyyәtini rәhbәri
olduğu kluba cәlb etdiyinә görә Firuzә
xanıma bir neçә dәfә sui-qәsd
olunmuşdu. Yerli müsәlmanlar onu hәdәlәyәrәk
müxtәlif vasitәlәrlә klubun işindәn
uzaqlaşdırmağa çalışırdılar.
Lakin bu mәrd, cәsarәtli vә eyni zamanda
zәrif qadın nәinki fәaliyyәtini dayandırmır,
әksinә klubun işini daha da genişlәndirirdi.
Xüsusilә dә dram dәrnәyinin fәaliyyәti
o dövrdә kluba çox böyük populyarlıq
gәtirmişdi. Әn aktual әsәrlәr
dәrnәk üzvlәri tәrәfindәn
sәhnәyә qoyulurdu. Maraqlısı budur
ki, müsәlman teatrlarında sәhnәyә
qoyulan әsәrlәrdә qadın obrazlarını
kişilәr ifa edirdi. Klubda isә әksinә
olaraq kişi obrazlarını klubun üzvlәri
olan qadınlar oynayırdılar. Bu bir növ cәmiyyәtә
bir eyham idi.
Firuzә xanım uşaqlarının tәhsil
vә tәrbiyәsi ilә dә çox ciddi
mәşğul olurdu. Uşaqlar demәk olar ki,
bütün günlәrini dram dәrnәyindә
keçirirdilәr. Eyni zamanda onlar 20-30-cu illәrdә
Tiflisdә fәaliyyәt göstәrәn
Azәrbaycan teatrının bütün tamaşalarını
izlәyirdilәr. Şübhәsiz ki, Behbudovlar
ailәsindә uşaqlarda hәlә körpә
yaşlarından musiqiyә, teatra xüsusi maraq
oyadılmışdı. Әlbәttә ki,
bu fakt sonralar onların hamısının hәyatında
öz rolunu oynayacaqdı.
Rәşid Behbudov fenomenini araşdırarkәn
әsas amillәrdәn biri vә yaxud da әn
әsası әsl zadәgan nәslinә mәnsub
olan Firuzә xanım amilidir, bu nәcib qadının
xidmәtlәri yәqin ki, tәdqiqatçıların
diqqәtini cәlb edәcәkdir. >
Rəşid
Məcid oğlu Behbudov 1915-ci ildə Tiflisdə anadan olmuşdur. Atasının
ifa etdiyi muğamlar, xalq mahnıları hələ körpə yaşından onu ofsunlamışdı.
Uşaqlıq illəri haqqında əlimizdə olan xatirələrindən Rəşidin çox
erkən yaşlarından sənətə, musiqiyə həvəs göstərməsi məlum olur.
Görkəmli sənətkar uşaqlığını belə xatırlayır: "Yadıma gəlir,
7-8 yaşımda atam getdiyi toy məclislərinə, el şənliklərinə məni
də özü ilə aparardı. O dövrdə atam Məcid ən məşhur xanəndələrdən
biri sayılırdı. Getdiyi məclislərdə onu çox böyük hörmətlə qarşılayırdılar.
O məclisə daxil olan kimi hamı ayağa qalxar, ona ehtiramla salam
verərdilər. Atam qavalı əlinə götürən kimi isə məclisə sükut çökərdi.
Mən bu mənzərədən ləzzət alardım və atamla fəxr edərdim. Bütün
dinləyicilər kimi həmin məclisdə mən də atama heyran-heyran qulaq
asardım və öz-özümə fikirləşirdim, eh, kaş mən də belə oxuya biləydim...
...Tiflisdə
gözəl malikanəmiz, böyük meyvə ağacları olan bağımız var idi.
Anam yetişib yerə düşən meyvələri xırda-xırda doğrayar və qurutmaq
üçün damda sərərdi. Mən də hər gün anamın tapşırığı ilə həmin
meyvələri o üzə, bu üzə çevirərdim. Bir gün də meyvələri çevirmək
üçün dama çıxmışdım. Atam evdə yox idi. Anam, qardaşım Ənvər,
bacım Nəcibə öz işləri ilə məşğul idilər. Mən də heç kimin mənə
fikir vermədiyini görüb oxumağa başladım. Bir də gördüm ki, atam
və anam həyətdə durub mənə qulaq asırlar. Atam məni yanına çağırdı.
Başımı sığallayaraq "bir də oxu" dedi. Diqqətlə qulaq
asandan sonra məni qucaqladı. Bundan sonra atam hər gün mənimlə
məşğul olmağa başladı. O mənə sevdiyim xalq mahnılarını öyrədirdi.
Atam mənə deyərdi ki, sən çox məşhur xanəndə olacaqsan...
...Məktəbdə
oxuyarkən istər müəllimlər, istərsə də şagirdlər mənimlə çox mehriban
rəftar edirdilər. Mən məktəbimizin bütün tədbirlərində çıxış edirdim.
Müəllimlərim tez-tez dərs zamanı məni oxudardılar..." Ümumtəhsil
məktəbindən savayı Behbudovlar ailəsində uşaqların hər üçü erkən
yaşlarından musiqi ilə məşğul olmağa başlayırlar. Ailənin böyük
övladı Ənvər klarnet, Nəcibə fortepiano, Rəşid isə skripka sinfində
oxuyurdular. Qeyd etməliyik ki, skripka sinfində Rəşid dünya şöhrətli
skripkaçı Davud Oystraxın atasından dərs alırdı.
1933-cü
ildə Rəşid məktəbi bitirir. Onun gözəl səsə malik olması çoxlarına
məlum idi. Həmin ilin yayında Tbilisi şəhərinin "Müştəid"
parkında ümumşəhər tədbiri keçirilir və Rəşidi həmin konsertdə
çıxış etmək üçün dəvət edirlər. Bu onun minlərlə tamaşaçı qarşısında
ilk çıxışı idi. Həmin gün Rəşid bir neçə Azərbaycan xalq mahnısını
ifa edir. İlk çıxış tamaşaçılar tərəfindən hərarətlə qarşılanır.
Bu konsertdəki çıxışı gənc müğənninin yaddaşında əbədi iz salır.
Məktəbi
bitirdikdən sonra Rəşid dəmir yol texnikumuna daxil olur. Texnikumda
oxuduğu ilk günlərdə o burada tələbələrdən ibarət özfəaliyyət
orkestri yaradır. Bu orkestr Tbilisidə gənclər arasında çox populyar
idi. Onlar nəinki texnikumda, şəhərin müxtəlif klublarında, mədəniyyət
evlərində, parklarda tez-tez konsertlər verirdilər. Hətta Rəşidin
rəhbərliyi ilə bu orkestri kinoçəkilişlərə də dəvət edirdilər.
Görkəmli sənətkarın özünün dediyi kimi "Biq-Bənd" tipli
bu orkestr Gürcüstanda tamamilə yeni bir janr idi. Konsertlərin
birində Rəşid Gürcüstan klassik vokal məktəbinin banisi, SSRİ
xalq artisti məşhur David Andquladze ilə tanış olur. D.Andquladze
onu öz məşğələlərinə dəvət edir və Rəşiddə opera sənətinə böyük
maraq oyadır. Tez-tez vokal ustasının məşğələlərinə gedən Rəşid
tezliklə Z.Paliaşvili adına Gürcüstan opera və balet teatrına
işə düzəlir. Bundan sonra gənc müğənni opera xorunun solisti kimi
bir çox tamaşalarda iştirak edir. Opera Rəşid üçün yeni bir aləm
idi. O demək olar ki, teatrda göstərilən bütün tamaşaları izləməyə
başlayır. D. Andquladzenin ifasi onu xüsusilə cəlb edirdi. Tanınmış
müğənninin ifa etdiyi Radamesin ariyası (C. Verdi, "Aida"),
Samsonun ariyası (Ş. K. Sen-Sans, "Samson və Dalila")
ömrünün sonuna qədər Rəşidin xatırladığı epizodlardan idi. Gənc
müğənnini heyrətə gətirən, yaddaşında dərin iz buraxan görkəmli
Azərbaycan müğənnisi Fatma Muxtarovanın Tbilisi opera teatrında
çıxışları isə onu heyrətləndirmişdi. Gürcüstana qastrol səfərinə
gələn Fatma xanım Bizenin "Karmen" operasında Karmen
rolunu ifa edirdi. Rəşid Behbudov Fatma xanım Muxtarovanın yaratdığı
Karmen obrazını son günlərinə qədər dünyanın ən gözəl, ən çılğın,
ən ehtiraslı Karmeni sayırdı. Ümumiyyətlə, o, Fatma xanımın böyük
pərəstişkarı idi və saatlarla onun sənəti haqqında danışmaqdan
doymazdı. Rəşid Behbudov 1935-ci ildə Tbilisi qarnizonunun hərbi
ansamblında solist-müğənni kimi işə qəbul olunur. Bu ansamblda
o, mahnı janrında fəaliyyət göstərən tanınmış bəstəkarlardan İ.Dunayevski,
M.Blanter, A.Novikovun mahnıları ilə tanış olur və həmin mahnıları
özünəməxsusluqla ifa edir. Tez-tez konsertlər verən hərbi ansambl
Rəşidin püxtələşməsində az rol oynamır. Gənc müğənni eyni zamanda
L.Utesovun yaradıcılığı ilə də ciddi maraqlanır. Tədricən onun
repertuarı formalaşır. Bəstəkar mahnıları ilə yanaşı o uşaqlıqda
atasından öyrəndiyi Azərbaycan xalq mahnılarını da məharətlə ifa
edir. Artıq Rəşidin istedadlı müğənni kimi şöhrəti bütün Gürcüstana
yayılır. O, müxtəlif musiqi kollektivlərindən dəvətlər alır. Hamı
onu öz yanına çəkməyə çalışır. Nəhayət, müğənni yenicə yaranmış
estrada ansamblında çıxış etməyə razılıq verir. Bu ansambl tez-tez
qastrol səfərlərinə çıxır və Rəşid bu ansamblın tərkibində Gürcüstanın
bütün rayonlarında konsertlər verir. İndi onu yalnız Tbilisidə
deyil, bütün Gürcüstanda sevir və həvəslə dinləyirlər. Artıq onun
şöhrəti Gürcüstandan kənara da yayılmağa başlayır. Belə ki, özünün
də gözləmədiyi bir halda Yerevanın konsert kollektivindən dəvət
alır. Rəşid bu dəvəti qəbul edərək Yerevana gedir. Tezliklə Yerevanın
mərkəzi parkının yay səhnəsində ilk konsertini verir. Bu konsert
uğurla keçir və kollektivin rəhbərliyi ona hər gün konsert verməyi
təklif edir. Qısa bir zamanda Rəşid Yerevanı "fəth"
edir. Tamaşaçılar onu hərarətlə qarşılayır və hər gün verilən
konsertlər anşlaqsız keçmir.
30-cu
illərdə Ermənistan dövlət caz orkestri demək olar ki, keçmiş SSRİ-nin
ən tanınmış musiqi kollektivlərindən biri idi. Orkestrin rəhbəri
A.Ayvazyan tez-tez Rəşidin konsertlərinə gələr və onu dinləyərdi.
Nəhayət, Ayvazyan Rəşidi Ermənistan dövlət caz orkestrində işləməyə
dəvət edir. Şübhəsiz ki, bu dəvət gənc müğənninin qarşısında daha
geniş imkanlar açırdı. Belə peşəkar və tanınmış bir orkestrdə
çalışmaq Rəşidin bir sənətkar kimi daha böyük miqyasda tanınması
demək idi. Çünki Ermənistan dövlət caz orkestri o dövrdə keçmiş
SSRİ-nin bütün mərkəzi şəhərlərinə tez-tez qastrol səfərlərinə
gedirdi. Gənc olmasına baxmayaraq artıq püxtələşmiş bir müğənni
kimi Rəşid rəngarəng repertuarı ilə tamaşaçıların diqqətini cəlb
edir. O bütün konsertlərində mütləq Azərbaycan xalq mahnılarını
və Ü.Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasından
parçalar ifa edir. Xalq mahnılarından xüsusi ilə "Güloğlan"
və "Qalalı" Rəşidin sevdiyi mahnılar idi. Rəşidin xahişi
ilə A.Ayvazyan Azərbaycan haqqında mahnı yazır. Bu mahnı da müğənninin
repertuarında bütün konsertlər zamanı səslənir. Rəşid orkestrlə
qısa bir zamanda Bakıda, Moskvada, Leninqradda (Sankt-Peterburq),
Tbilisidə, Vladivostokda və başqa şəhərlərdə onlarca konsertlər
verir. Artıq onu keçmiş SSRİ-nin bir çox mərkəzi şəhərlərində
tanıyır və sevirlər. A.Ayvazyan Rəşid üçün xüsusi olaraq "Taparnikos"
musiqili komediyasını yazır.
1939-cu
ildə Moskvada Ermənistan mədəniyyəti dekadası keçirilməli idi.
Bütün Ermənistan çox ciddi şəkildə bu tədbirə hazırlaşmışdı. 1938-ci
ildə isə Moskvada Azərbaycan mədəniyyətinin dekadası olmuşdu.
Hamıya məlumdur ki, Azərbaycan mədəniyyəti I dekadada çox böyük
uğurlar qazanmışdı. Bu uğurların səsi, sorağı o zaman bütün SSRİ-yə
yayılmışdı. Ona görə də ermənilər bütün qüvvələrini səfərbər edərək
Moskvada Azərbaycan mədəniyyətinin furorunu təkrarlamaq istəyirdilər.
Məhz bu məqsədlə Rəşid Behbudov A.Spendiarov adına Ermənistan
dövlət opera və balet teatrına dəvət olunur və böyük müvəffəqiyyətlə
bir çox operalarda iştirak edir. O, A.Tiqranyanın "Anuş"
operasında baş qəhrəman Saronun partiyasını qeyri-adi ustalıqla
ifa edir. Qısa bir müddətdə Rəşid Ermənistan opera və balet teatrının
aparıcı solistinə çevrilir. O Rimski-Korsakovun "Çar gəlini",
Darqomıjskinin "Rusalka", P.Çaykovskinin "Qaratoxmaq
qadın", Verdinin "Riqoletto", A.Spendiarovun "Almast",
A.Tiqranyanın "Anuş", A.Stepanyanın "Lusabatsin"
və başqa operaların əsas partiyalarını müvəffəqiyyətlə ifa edir.
Bu əsərlərin əksəriyyətini o, Moskvada keçirilən dekadada da ifa
edir. Moskva tamaşaçıları və mütəxəssislər Rəşidin sənətini yüksək
qiymətləndirirlər.
1941-ci
ildə vokalistlərin ümumittifaq müsabiqəsinin keçirilməsi elan
olunur. Hələ 1939-cu ildə Ermənistan mədəniyyəti ongünlüyü zamanı
mütəxəssislərin diqqətini cəlb edən Rəşid təşkilat komitəsi tərəfindən
müsabiqədə iştirak etmək üçün Moskvaya dəvət alır. Lakin Ermənistan
opera və balet teatrı Rəşidin bu müsabiqədə iştirak etməsinə mane
olmağa çalışır. Onlar müxtəlif bəhanələrlə müğənnini Moskvaya
getməkdən çəkindirməyə cəhd edirlər. Lakin Rəşid çox gözəl başa
düşür ki, bu müsabiqədə iştirak etmək dünya miqyasına çıxmaq üçün
gözəl bir şansdır. Ona görə də müğənni A.Spendiarov adına Ermənistan
dövlət opera və balet teatrından ərizə ilə işdən çıxır və öz hesabına
Moskvaya yola düşür. Əfsuslar olsun ki, bu müsabiqə baş tutmur.
Çünki Rəşid Moskvaya çatanda artıq müharibə başlamışdı.
Taleyin
qismətindənmi, ya təsadüfün zərurətindənmi Rəşid yenidən Yerevana
qayıtmalı olur. Çünki 1941-ci ilin iyun ayında Moskvada daha bir
tədbir - ümumittifaq estrada festivalı keçirilməli idi və A.Ayvazyanın
rəhbərliyi ilə Ermənistan dövlət caz orkestri də həmin festivala
dəvət olunmuşdu. Rəşid müharibənin ilk günlərini yaşayan Moskvada
nə edəcəyini bilmədiyi bir vaxtda A.Ayvazyanla rastlaşır və o
gənc müğənnini yenidən Ermənistan dövlət caz orkestrinə dəvət
edir.
1942-ci
il Sovet ordu birləşmələri İranda yerləşdirildiyi üçün müxtəlif
teatr və musiqi kollektivləri SSRİ-dən İrana ezam olunur. Fevral
ayının 20-də Ermənistan dövlət caz orkestri də İrana qastrola
göndərilir. Rəşid orkestrin tərkibində Təbrizə gələrkən Azərbaycan
Dövlət opera və balet teatrının kolektivi də artıq burada idi.
Gündə bir neçə konsert verən müğənni tezliklə İran dinləyicilərinin
rəğbətini qazanır. Onun konsertləri qeyri-adi marağa səbəb olur.
Yerli əhali əsasən azərbaycanlılardan ibarət olduğu üçün Rəşid
hələ atasından öyrəndiyi xalq mahnılarını məharətlə ifa edir və
dinləyicilərin sevimlisinə çevrilir. O, İranın 10 şəhərində belə
uğurlu konsertlərlə çıxış edir. İstər Sovet qoşunları üçün, istərsə
də yerli əhali üçün 50-dən artıq konsert verilmişdi. Xoy şəhərində
Rəşid çox maraqlı bir hadisə ilə rastlaşır. Bu şəhərdə verilən
növbəti uğurlu konsertdən sonra İranın adlı-sanlı, olduqca zəngin
əyyanlarından biri Analı xan müğənniyə yaxınlaşır və onu evinə
dəvət edir. Rəşid Analı xanın evinə gələrkən öz şərəfinə böyük
bir ziyafətin təşkil olunduğunu görür. Çox səmimi keçən məclisdə
Analı xanın arvadı Rəşiddən kimin oğlu olmasını soruşur. Xanım
eşidəndə ki, o Məcidin oğludur, kövrəlir və gözləri yaşarır. Bu
görüşü müğənni sonralar belə xatırlayır: "Analı xanın həyat
yoldaşı çox kövrəldi. Mən də kövrəldim. Xanım, "sən xanəndə
Məcidin oğlusan?" deyərək ayağa qalxır və o yan otağa keçib
əlində bir bağlama ilə qayıtdı. Bağlamanı açaraq söylədi: - mən
gənc yaşlarımda anamla Naxçıvana toya getmişdim. Həmin toyda Məcid
oxuyurdu. Onun oxuması, səsi o qədər xoşuma gəldi ki, mən anamdan
xahiş etdim ki, mənim toyuma mütləq Məcidi dəvət etsinlər. Bir
müddət sonra Analı xanla toyumuza Məcidi dəvət etdilər. O bizim
toyumuzda çox gözəl oxudu. Toydan sonra isə bax bu valı və öz
şəklini bizə bağışladı. Mən 30 ildir ki, Məcidin səsi yazılmış
valı və şəklini göz bəbəyim kimi qoruyuram". Bu görüş məni
çox təsirləndirdi və mən atamın İranda nə qədər məşhur olmasının
bir daha şahidi oldum..."
Müharibənin
ən qızğın çağlarında Rəşid caz orkestri ilə döyüş bölgələrində
olmuş və əsgərlər üçün saysız-hesabsız konsertlər vermişdi. Bəzən
elə olurdu ki, qabaqcadan hazırlanmış proqramdan kənara çıxaraq
əsgərlərin xahişi ilə bu və ya digər mahnılar ifa olunurdu. Hərdən
lap elə döyüş bölgələrində yeni-yeni mahnılar yaranırdı. Belə
hadisələrdən biri 1942-ci ildə Kerç uğrunda döyüşlər zamanı baş
verir. Səngərlərdə verilən konsertlər zamanı Rəşid əsgərlərin
mərdliyini görüb onlara bir mahnı həsr edir. "Krımskaya boyevaya"
adlanan bu mahnı sonralar bütün əsgərlər arasında ən populyar
mahnıya çevrilir. Ümumiyyətlə, müharibə illərində Rəşidin verdiyi
konsertlərin sayı minlərlə hesablanır. Eyni zamanda onun şöhrəti
getdikcə artır və o peşəkar bir müğənni kimi getdikcə formalaşır.
"ARŞIN
MAL ALAN" ULDUZU
Dahi
Üzeyir bəy Hacıbəyovun ölməz "Arşın mal alan" musiqili
komediyası Azərbaycan mədəniyyətinin ən nadir incilərindən biridir.
Bu inci bütün dünyada populyarlığına görə heç bir əsərlə müqayisə
oluna bilməz. Üzeyir bəy "Arşın mal alan"ı 1913-cü ildə
Peterburq konservatoriyasının rektoru Qlazunova göstərmişdi. Qlazunov
əsəri dinləmiş və ona çox yüksək qiymət vermişdi. Məşhur rus bəstəkarı
"Arşın mal alan"ı bütün Rusiyanın ilk və çox gözəl operettası
adlandırmışdı. (Məlumat istedadlı tədqiqatçı Ü.Hacıbəyovun ev
muzeyinin direktoru S.Qarabağlının "Ü.Hacıbəyovun publisistikasında
musiqi məsələləri" kitabından götürülmüşdür). Beləliklə,
dahi Üzeyir bəy 1908-ci ildə Azərbaycanda opera janrının, 1913-cü
ildə isə Rusiya imperiyasında operetta janrının əsasını qoymuşdu.
Bu əsər qısa bir müddətdə sözün əsl mənasında ümumdünya şöhrəti
qazandı. "Arşın mal alan" dünya xalqlarının 66 dilinə
tərcümə edilmiş, 120 teatrın səhnəsində çox uğurla oynanılmış,
49 ölkədə müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Əsər o qədər məşhur
idi ki, Rusiyanın bir çox şəhərlərində "Arşın mal alan"
adlı kafe və restoranlar açırdılar. 1917-ci ildə bir rus sahibkarı
Bakıda "Arşın mal alan" filminin çəkilişinə başlamışdı.
Film zəif alındığına görə Üzeyir bəy onun yayılmasına imkan verməmişdi.
İllər ötdükcə bu əsərə maraq daha da artırdı. 30-cu illərdə Mamulyan
adlı bir erməni rejissoru ABŞ-da "Arşın mal alan" filmini
çəkir və bu əsərin Üzeyir bəyə yox, ermənilərə məxsus olduğunu
qeyd edir. Həmin filmi erməni müəllifinin adı ilə Şərq ölkələrində
nümayiş etdirməyə başlayırlar. Aydın məsələdir ki, tarix boyu
Azərbaycan torpaqlarına, tarixinə, mədəniyyətinə, incəsənətinə
şərik çıxan "qonşuların" dəsti-xətti burda da eyni idi.
Belə bir filmin mövcudluğu haqqında Üzeyir bəy 1941-ci ildə xəbər
tutur. Həmin ilin ilk aylarında görkəmli teatr xadimi Kazım Ziya
bir aylıq İrana ezam olunur. Ezamiyyətdən qayıdan sənətkar Üzeyir
bəyə məlumat verir ki, ermənilər "Arşın mal alan"ı öz
adlarına çıxararaq ABŞ-da film çəkiblər və həmin filmi İranda
göstərirlər. Sonra 1942-ci ilin fevral-aprel aylarında Sovet qoşunlarının
İranda yerləşdiyi vaxt ora qastrola göndərilən M.F.Axundov adına
Azərbaycan dövlət opera və balet teatrının artistləri də həmin
filmi görmüş və bu haqda Üzeyir bəyə məlumat vermişdilər. 1942-ci
ilin noyabr ayında M.Maqomayev adına Azərbaycan Dövlət filarmoniyasının
bir qrup artistləri də İrana göndərilir. Həmin qrupa görkəmli
sənətkarlar Bülbül və Leyla Bədirbəyli də daxil idilər. Onlar
da İranda üzdəniraq "Arşın mal alan" filminə tamaşa
etmiş və Bakıya qayıtdıqdan sonra bu haqda Üzeyir bəyə məlumat
vermişdilər. Üzeyir bəy çox götür-qoydan sonra SSRİ-nin rəhbəri
İ.V.Stalinə məktub yazır. O, Stalindən onun müəllif hüquqlarının
qorunmasında köməklik göstərməsini xahiş edir. Deyilənə görə,
Stalin "Arşın mal alan" müsiqili komediyasını çox sevirdi.
Hələ inqilabdan əvvəl (1917) o bu əsərə dəfələrlə tamaşa etmişdi.
1938-ci ildə də Moskvada keçirilən Azərbaycan mədəniyyətinin I
dekadasında "Arşın mal alan" tamaşasına baxmışdı və
tamaşa onun çox xoşuna gəlmişdi. Həmin tamaşada tacir Əsgər rolunu
görkəmli sənətkarımız Bülbül ifa etmişdi.
Stalinə
yazdığı məktubdan sonra Üzeyir bəyə məlumat verirlər ki, SSRİ
beynəlxalq müəllif hüquqları konvensiyasının üzvü olmadığına görə
onun müəllif hüquqlarını xarici ölkələrdə qorumaq çətindir. Ona
görə də Stalin göstəriş verib ki, Azərbaycan kinostudiyasında
yeni "Arşın mal alan" filmi çəkilsin. Stalinin göstərişindən
sonra bütün qüvvələr filmin çəkilişinə səfərbər edilir və M.C.Bağırov
çəkilişlərlə bağlı bütün işlərə şəxsən rəhbərlik edir. Beləliklə,
dahi Niyazi əsərin yeni redaksiyasını, Sabit Rəhman filmin ssenarisini
hazırlamağa, rejissor Rza Təhmasib dekorasiyaların qurulmasına
və çəkiləcək aktyorların axtarışına başlayırlar. Maraqlı cəhət
budur ki, "Arşın mal alan" filmində gözə dəyən nə varsa
hamısı təbiidir. Bu filmdə ümumiyyətlə butafordan istifadə edilməyib.
Qızıl, bəzək əşyalarından tutmuş bütün ev əşyalarına qədər hər
şey təbii və həqiqətən qiymətli əşyalardır. Rəşid Behbudov xatırlayırdı
ki, çəkilişlərdə istifadə olunan qiymətli əşyalar muzeydən və
xüsusi elanlarla əhalidən çəkiliş müddətinə götürülmüşdü. 1944-cü
ildə artıq sınaq çəkilişlərinə başlanılır. Üzeyir bəy şəxsən özü
çəkilişə dəvət olanların sınaq çəkilişlərinə baxır və rəyini bildirirdi.
Səhnəmizin şahzadəsi Leyla xanım Bədirbəyli bu prosesi belə xatırlayır:
"...Gülçöhrə roluna 50-dən çox qız dəvət edilmişdi. Sınaq
bitdi və mən bu rola təsdiq edildim... Quruluşçu rejissor Rza
müəllim çox tələbkar idi. Fasiləsiz məşqlər, axtarışlar, ariyaların
öyrənilməsi...
Bir tərəfdən
də R.Təhmasib bəzi səhnələrin məşqindən razı qalmır və tez-tez
- yəqin səni dəyişməli olacağam, - deyə məni hədələyirdi. Özümü
tamam itirmişdim.
Həmin
gecə səhərə qədər yata bilmədim. Səhər studiyada məşqə gəlməzdən
əvvəl Üzeyir bəyin "Monolit"dəki mənzilinə getməyi qərara
aldım...
...Salamlaşıb
mənə təklif olunan yerdə əyləşdim. Lakin nitqim qurumuşdu. Elə
bil illərdən bəri danışıb söhbət elədiyim əzizim, mehribanım Üzeyir
bəyi ilk dəfə idi görürdüm. Yaranan boşluq, daha doğrusu, sakitlik
mənə elə uzun göründü ki... Birdən özümü toplayıb: "Üzyir
bəy, mən Gülçöhrəyə çəkiləcəyəm...". Qəhərləndim və yaş məni
boğdu. Daha heç bir şey deyə bilmədim.
O mənə
diqqətlə baxır, nə isə fikirləşirdi. Adəti üzrə danışmadığı anlarda
olduğu kimi bığlarını tumarlayırdı. "Sənin sınaq lentin xoşuma
gəldi, çəkilməyinə etiraz eləmirəm, amma bilirsənmi bu rəqs oynamaq
deyil ha... bu çox çətin işdir..." - deyəndən sonra bu rola
xas olan əsas bir neçə xüsusiyyətdən söhbət açdı və Gülçöhrəni
necə görmək istədiyini izah etdi".
Əsgər
roluna da bir çox sənətkarlar dəvət olunmuşdu. Lakin Üzeyir bəy
Əsgər roluna dəvət olunanların heç birinin sınaq çəkilişindən
razı deyildi. Bu ərəfədə Ermənistan dövlət caz orkestri Bakıya
qastrola gəlir. Rəşid Behbudovun iştirak etdiyi bu konsertlər
filarmoniyanın yay salonunda keçirilirdi. Konsertlərə bilet tapmaq
mümkün deyildi. Çünki Rəşidi əvvəlki qastrollarından Bakıda artıq
yaxşı tanıyırdılar və onun pərəstişkarlarının sayı gün-gündən
artırdı. Rza Təhmasib bu konsertlərdən birinə tamaşa edir və səhərisi
günü Üzeyir bəyin yanına gələrək Rəşid haqqında öz təəssüratlarını
bölüşür və o Üzeyir bəyi axşamkı konsertə dəvət edir. Yuxarıda
qeyd etdiyimiz kimi Rəşid səhnəyə çıxdığı ilk gündən bütün konsertlərində
"Arşın mal alan" musiqili komediyasından bir neçə ariyanı
mütləq ifa edirdi. Bu onun uşaqlıq illərinin xatirəsindən, atasının
da vaxtı ilə arşın malçı olmasından irəli gəlirdi. O, uşaqlıq
illərini xatırlayarkən söyləyirdi ki, bacı və qardaşımla Tiflisdəki
böyük həyətimizdə "Arşın mal alan"ı səhnələşdirərdik.
Bütün qonşu uşaqlar isə bizə əl çalardılar.
Üzeyir
bəy 1944-cü ildə Rza Təhmasibin dəvəti ilə Rəşidin filarmoniyanın
yay salonunda keçirilən konsertinə gəlir. Konsertdən sonra Üzeyir
bəy qəti şəkildə bildirir ki, "Əsgər tapıldı, Məcidin oğlu
bu rolda çəkiləcək". Üzeyir bəyin yaxın silahdaşı, onun irsinin
araşdırıcısı və qoruyucusu mərhum Ramazan Xəlilov dəfələrlə bu
mövzuda söhbətlərimiz zamanı təkrar-təkrar söyləyərdi ki, Tacir
Əsgər obrazını Üzeyir bəy Məcid Behbudovun prototipi kimi yaratmışdı.
Dahi bəstəkar hələ uşaqlıq illərində Şuşanın küçələrində "Ay
arşın malı alan" - deyə gözəl səslə oxuyan yaraşıqlı gəncin
səsinə valeh olmuşdu. Rəşid isə bu məsələyə münasibətini belə
bildirmişdi: "...Həyatın çox qəribəlikləri var. Atam Məcid
vaxtı ilə gənc yaşlarında Şuşanın küçələrini gəzə-gəzə zil gözəl
səsi ilə oxuyaraq arşın malı satarmış. Tale elə gətirdi ki, mən
də arşın malçı oldum. Ancaq bir fərqlə ki, mən Üzeyir bəyin yaratdığı
Əsgər obrazında Azərbaycanın qədim küçələrini gəzərək arşın malı
satırdım...".
Beləliklə,
1944-cü ildə "Arşın mal alan" filminin çəkilişlərinə
başlanılır. Çəkilişlər zamanı Rəşid Behbudovla bağlı bu günə qədər
çoxlarına məlum olmayan bir çox məqamları oxucularla bölüşmək
istəyirik. Aydın məsələdir ki, Ermənistanda Rəşidin Bakıda kinofilmə
çəkilməsinə çox böyük qısqanclıqla yanaşırdılar. Onlar hər vasitə
ilə çəkilişlərə mane olmağa çalışırdılar. Demək olar ki, hər gün
kinostudiyaya Ermənistandan teleqramlar vurulur və Rəşidi Yerevana
çağırırdılar. Hətta Ermənistan Respublikasının rəhbər işçiləri
həm kinostudiyaya, həm də Mərkəzi Komitəyə teleqramlar vuraraq
Rəşiddən dövlət tədbirlərində iştirak etmək üçün təcili Yerevana
gəlməsini tələb edirdilər. Eyni zamanda Bakıda bir çoxları kinostudiyaya
zəng vuraraq öz etirazlarını bildirirdilər ki, məgər bizim öz
Əsgərimiz yoxdur. Nəyə görə siz Bakıda öz Əsgərimiz dura-dura
Ermənistandan aktyor dəvət edirsiniz. Əlbəttə ki, bütün bunlar
çəkilişə öz təsirini göstərirdi. Ermənistanda Rəşidin Yerevana
qayıtmadığını görəndə yeni məzmunlu teleqramlar vurmağa başlayırlar.
İndi onlar müğənnini müxtəlif vasitələrlə şirnikləndirir, caz
orkestrinin bir çox xarici ölkələrə dəvət aldığını yazırdılar.
Rəşid bunların heç birinə əhəmiyyət vermədən çəkilişlərini davam
etdirirdi. Mövzudan bir qədər qırağa çıxaraq daha bir maraqlı
hadisəni qeyd etmk istəyirik. 40-cı illərin əvvəllərində dünyada
çox məşhur olan Eddi Roznerin rəhbərliyi ilə əfsanəvi caz-orkestr
Bakıya qastrol səfərinə gəlir. Təsadüf elə gətirir ki, həmin günlər
A. Ayvazyanın rəhbərlik etdiyi Ermənistan dövlət caz orkestri
də Bakıda qastrolda olur. Rəşidin ifasını dinləyən Eddi Rozner
onun səsinə və sənətkarlığına heyran olur. Dünyaca məşhur sənətkar
Rəşidə öz orkestri ilə birlikdə çıxış etməyi təklif edir. Lakin
Ermənistan cazı buna razılıq vermir. Eddi Roznerin təkid və xahişləri
heç bir nəticə vermir. Ermənistan caz orkestri bu təkliflərə son
qoymaq üçün qastrol səfərini yarımçıq dayandıraraq Yerevana dönür.
Ermənistandan
Rəşidin adına, kinostudiyaya, Mərkəzi Komitəyə vurulan teleqramlar
haqqında M.C.Bağırova məlumat verilir. M.C.Bağırov Rəşidi yanına
çağırır. Ölməz sənətkar bu hadisəni belə xatırlayır: "...Çəkilişlər
zamanı mən köhnə "İnturist"də yaşayırdım. Hər dəfə Bakıya
gələndə mən bu mehmanxanada qalırdım. Həmişə də 201-ci nömrədə.
Bu çox gözəl lüks nömrə idi. Binanın küncündə yerləşirdi və orada
gözəl bir royal var idi. Həmin gün çəkiliş yox idi. İstirahət
edirdim. Axşamüstü idi. Geyinib şəhərə çıxmaq istəyirdim. Birdən
qapım döyüldü. Açanda Hökumə Sultanovanı gördüm. Hökumə xanım
İncəsənət işləri baş idarəsinin rəisi idi. (40-cı illərdə mədəniyyət
nazirliyi yox idi. Nazirlər Sovetinin yanında incəsənət işləri
baş idarəsi həmin funksiyanı yerinə yetirirdi - müəllif). Əslən
Qarabağlı olan bu qadın çox mehriban, gülərüz idi. Bir qədər dolu
bədəni heç də onun gözəl simasına xələl gətirmirdi. Həmişə gülümsəyən
Hökumə xanım içəri girər-girməz çox əsəbi və narahat halda bildirdi
ki, M.C.Bağırov məni yanına çağırır. Özü də təcili olaraq. Mən
gəzməyə getməyə hazırlaşdığım üçün artıq geyinib-keçinmişdim.
Ona görə də cavab verdim ki, mən hazıram. Buyurun gedək. Hökumə
xanım altdan yuxarı məni süzdü və onun sifəti haldan hala düşdü.
Hökumə xanımın dili tutulmuşdu. O gözlərinin hərəkəti ilə mənim
əynimdəki geyimlərə işarə etdi. Geyimim doğrudan da o dövrdə hamını
şoka sala biləcək bir halda idi. Açığını deyim ki, "Arşın
mal alan" filminin çəkilişlərinə dəvət almazdan bir qədər
əvvəl mən İrana qastrola getmişdim. Bu mənim İrana üçüncü səfərim
idi. Həmin səfərdə biz çox böyük uğurlar qazanmışdıq. O dövrdə
İranda Avropanın, Amerikanın ən qabaqcıl moda evlərinin satış
mərkəzləri fəaliyyət göstərirdi. Mən də ən son dəbdə olan geyimlər
alıb özümlə gətirmişdim. Hökumə xanım da əynimdəki həmin geyimləri
görüb dəhşətə gəlmişdi. Əlbəttə ki, müharibə dövründə, bütün ölkənin
uniforma geyindiyi bir dövrdə mən parpar parıldayan, uzunburun
laklı ayaqqabı, dama-dama kostyum, rəngli qalstuk və s. geyinmişdim.
Saçlarıma brialin çəkdiyimdən onlar alışıb yanırdı. Mən Hökumə
xanıma bildirdim ki, mənim başqa geyimim yoxdur. Bunu eşidəndə
onun sifəti, baxışları elə bir hal aldı ki, sanki Hökumə xanım
mənimlə vidalaşırdı. Biz Mərkəzi Komitəyə gəldik. M.C.Bağırovun
qəbul otağında 12-15 nəfər yüksək vəzifəli adamlar var idi. Biz
içəri daxil olduq. Qəbul otağındakılar məni görcək məəttəl qaldılar.
Hamı heyrətlə bir-birinə baxırdı. Qəbul otağına çox ağır bir sükut
çökmüşdü. Hökumə xanım katibəyə yaxınlaşıb nə isə pıçıldadı. Katibə
içəri keçdi və qayıdanda bildirdi ki, 3 dəqiqədən sonra məni qəbul
edəcək. Mən təlaş içində idim. Qəbul otağındakılar da artıq heyrətlə
yox, mənə məsum, yazıq baxışlarla baxırdılar. Aydın hiss edirdim
ki, hamı mənə sonuncu dəfə gördükləri adam kimi baxırdılar və
baxışları ilə mənə əlvida deyirlər. Nəhayət mən katibənin işarəsi
ilə içəri keçdim. Uzun kabinetin o başında qoyulmuş stolun arxasında
M.C.Bağırov əyləşmişdi. O, başını qaldırmadan eynəyinin üstündən
mənə baxırdı. Vücudum tir-tir əsirdi. Onun arxasında əyləşdiyi
stola yaxınlaşmalı idim. Bu 10-12 metrlik məsafə mənə dünyanın
ən uzun məsafəsi kimi görünürdü. Ayaqlarımdan elə bil ağır daşlar
asılmışdı, onlar sözümə baxmırdı. Bir təhər özümü ələ alıb stola
yaxınlaşdım. M.C.Bağırov başını qaldırıb məni diqqətlə süzdü.
Mən artıq taleyimlə barışmışdım. Fikirləşirdim ki, mənim də sonum
gəlib çatdı. Birdən Bağırov: "kimin oğlusan" - deyə
soruşdu. Mən cavab verdim ki, Məcid Behbudovun oğluyam. O, gözlərini
qıyaraq "bizim xanəndə Məcidin oğlusan?" - sualını verdi.
Mən bəli deməklə onun üzünə xoş bir təbəssüm qondu. Mənə oturmağa
yer göstərdi. Atam haqqında xeyli söhbət etdik. Sonra M.C.Bağırov
üzünü mənə tutaraq iradla dedi: "Sən azərbaycanlı oğlusan,
Ermənistanda nə işin var. İnsan gərək öz vətənində yaşasın və
öz xalqına xidmət eləsin. Sorağın bütün aləmə yayılıb, amma gedib
Yerevanda işləyirsən. Sən Bakıda yaşamalısan". Sonra M.C.Bağırov
söhbət əsnasında biləndə ki, mehmanxada yaşayıram, elə oradaca
kiməsə göstəriş verdi ki, məni evlə təmin etsinlər. Görüşdən sonra
o mənim çiynimi qucaqlayaraq qapıya qədər ötürdü...".
Bu hadisədən
sonra Rəşid ömürlük olaraq taleyini Azərbaycana bağlayır. Ən maraqlısı
budur ki, dünyanın bütün ölkələrini gəzən, Afrikadan Amerikaya,
Avropadan Asiyaya qədər minlərlə şəhərlərdə doğma Azərbaycanın
adını göylərə ucaldan sənətkar ömrünün sonuna qədər bir dəfə də
olsun Ermənistana getməmişdi. Rəşid Behbudovun şəxsi arxivində
Ermənistandan ən yüksək səviyyədə ona göndərilən dəvətnamələr
bu günə qədər qorunur. Lakin sənətkar bu dəvətlərin heç birini
qəbul etməmiş, hər dəfə də müxtəlif bəhanələrlə onlardan boyun
qaçırmışdı.
1945-ci
ildə "Arşın mal alan" filminin çəkilişi başa çatır.
Filmi ilk olaraq Stalinin baxması üçün Moskvaya aparırlar. Stalin
bir neçə dəfə filmə baxır və yaradıcı heyətin mükafatlandırılması
üçün siyahı tərtib olunması haqqında göstəriş verir. Siyahı tərtib
olunur və təsdiq etmək üçün Stalinə təqdim edilir. Stalin siyahıya
baxandan sonra "Bəs o gözəl oğlanın adını niyə siyahıya salmamısınız.
O ki, baş qəhrəmandır" - deyə sual edir. Bundan sonra siyahı
yenidən tərtib olunur və Rəşid Behbudovun adı mükafat alanların
sırasına daxil edilir. Beləliklə, 1945-ci ildə Üzeyir bəy, Rəşid
Behbudov, Leyla Bədirbəyli (Cavanşirova), Rza Təhmasib və Əlisəttar
Atakişiyev (quruluşçu operator) o dövrün ən yüksək mükafatı olan
"Stalin mükafatı" alırlar.
Rəşid
Behbudovun iştirakı ilə "Arşın mal alan" filmi qısa
bir zamanda bütün dünyanı gəzir. Keçmiş SSRİ-də çəkilmiş heç bir
film bu qədər şöhrət qazana bilməmişdir. 100-dən artıq ölkədə
80-ə yaxın dilə dublyaj edilmiş "Arşın mal alan" filmi
dünyanın ən populyar və ən çox yayılmış filmlərindən biridir.
Bu filmlə Rəşid Behbudov erası başlanır.
Görkəmli
sənətkar sonralar öz xatirələrində bildirəcək: "...Hansı
ölkəyə gedirdimsə görürdüm ki, "Arşın mal alan" məni
qabaqlayıb və öz işini görüb. Bu ölkədə məni artıq köhnə bir dost
kimi, öz doğma adamları kimi qəbul edirdilər..."
Şübhəsiz
ki, "Arşın mal alan" filminin Azərbaycan mədəniyyətində
oynadığı rolu xüsusi araşdırmaq gərəkdir. Bu əsər Azərbaycan mədəniyyətinin
şöhrətini dünyaya yaymışdı. Eyni zamanda Rəşid Behbudovun da adı
ölkədən-ölkəyə gəzir və dünya şöhrəti qazanırdı. Bir çox ölkədə
onu hətta "Arşın mal alan" və yaxud "Rəşid mal
alan" deyə çağırırdılar. Bu həm Rəşidin, həm də bütövlükdə
Azərbaycan mədəniyyətinin çox böyük, misli görünməmiş qələbəsi
idi.
Ümumxalq
məhəbbətinin qazanılması
1946-cı
ildə Rəşid Behbudov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının
solisti kimi fəaliyətə başlayır. Onun pərəstişkarlarının sayı
gün-gündən artır. Müxtəlif əmək kollektivlərindən müğənninin ünvanına
müraciətlər daxil olur və onlar Rəşidi dinləmək arzusunda olduqlarını
bildirirlər. Sənətkar heç bir müraciəti cavabsız qoymur və Bakının
bütün mədəniyyət evlərində, klublarda, konsert zallarında öz sevimli
pərəstişkarlarını sənəti ilə sevindirir. Müğənni bu illərdə gənc
və çox istedadlı bəstəkar Tofiq Quliyevlə möhkəm yaradıcılıq ünsiyyətləri
yaradır. Bu iki istedadın əməkdaşlığı nəticəsində Azərbaycan mahnısının
klassik nümunələri yaranır. T.Quliyevin "Qafqaz ziyafəti",
"Azərbaycan", "Neftçi mahnısı", "Züleyxa
xanım" mahnıları Rəşidin ifasında nəinki Bakıda, Azərbaycanda,
ümumiyyətlə bütün keçmiş SSRİ ərazisində ən populyar mahnılar
idi. Bu illərdə Rəşid Behbudov görkəmli Azərbaycan bəstəkarı Fikrət
Əmirovla da yaradıcılıq əlaqələri yaradır. Bəstəkar demək olar
ki, özünün bütün vokal əsərlərini məhz Rəşid üçün yazır. 40-cı
illərin ikinci yarısında bəstəkarın qələmindən çıxan "Gülüş",
"Ulduz" romansları, "Sevdiyim yardır", "Azərbaycan
elləri" mahnıları Rəşidin ifasında öz təkrarolunmaz həllini
tapmışdır. Ümumiyyətlə, cəsarətlə deyə bilərik ki, Rəşidin 1944-cü
ildə Azərbaycana köçməsi ilə bəstəkarlarımızın yaradıcılığında
bir canlanma əmələ gəldi. O dövrdə T.Quliyev, F.Əmirov, S.Rüstəmov,
C.Cahangirov, A.Babayev, S.Ələsgərov və başqaları bir-birindən
gözəl mahnılar yazaraq müğənniyə təqdim edirdilər. Rəşid bu mahnıları
qeyri-adi ustalıqla ifa edərək onları nəinki Azərbaycan dinləyicilərinə,
eyni zamanda dünyanın 6/1-ni təşkil edən keçmiş SSRİ məkanında
yaşayan milyonlarla dinləyiciyə sevdirirdi. Onun oxuduğu bütün
əsərlər qısa bir zamanda ümumxalq məhəbbəti qazanırdı. Ona görə
də bəstəkarlar məhz bundan həvəslənib bir-birindən gözəl, məhz
Rəşidin ifası üçün nəzərdə tutulan mahnılar yaradırdılar. Eyni
zamanda yalnız Azərbaycan bəstəkarları deyil, digər respublikaların
da sənətkarları Rəşidin bənzərsiz səsindən, ifa manerasından,
qeyri-adi istedadından ilhamlanaraq yeni-yeni əsərlər yazır və
onları müğənniyə təqdim edirdilər. T. Xrennikov, V. Makarov, İ.
Dunayevski, A. Ostrovski, A. Novikov, V. Dolidze kimi tanınmış
sovet bəstəkarları Rəşidlə yaradıcılıq əlaqələri yaratmağa çalışırlar.
V. Dölidzenin "Malçik iz Karabaxa" (Qarabağlı oğlan)
mahnısı xüsusi qeyd olunmalıdır. Bu mahnı müharibədən sonrakı
illərdə keçmiş SSRİ-də ən məşhur və ən populyar mahnı idi. Sənətkarın
həyat yoldaşı Ceyran xanımın söylədiyinə görə, bu mahnı Rəşidin
təklifi ilə yazılmışdı. O mahnının mövzusunu da özü fikirləşib
taparaq sonra bəstəkara sifariş vermişdir. Hətta mahnını Rəşid
özünün avtobioqrafik mahnısı adlandırırmış.
Müğənninin
populyarlığı o həddə çatmışdı ki, artıq keçmiş SSRİ-nin bütün
şəhərlərindən, əmək kollektivlərindən onun ünvanına teleqramlar
gəlirdi və minlərlə, on minlərlə dinləyici onu görmək, yaxından
eşitmək arzusunda olduqlarını bildirirdilər. Rəşid Moskva, Leninqrad,
Kiyev, Ural, Kuzbas, Donetsk, Xarkov, Rostov və başqa iri şəhərlərdə
müvəffəqiyyətlə çıxış edir və doğma Azərbaycan mədəniyyətini şöhrətləndirirdi.
O, Moskvada keçirilən bütün dövlət tədbirlərinin 1 nömrəli iştirakçısı
kimi tez-tez SSRİ-nin paytaxtına getməli olur. Sənətkarın şəxsi
arxivində sayı-hesabı bilinməyən miqdarda əmək kollektivlərindən,
Rusiyanın, Ukraynanın iri şəhərlərindən giley dolu məktublar qorunur.
O məktublarda insanlar müğənninin onların şəhərlərinə konsert
vermək üçün nə zaman gələcəyini soruşurdular. Əlbəttə ki, Rəşid
imkan daxilində ona müraciət edən insanların arzularını yerinə
yetirməyə çalışırdı. 1946-cı il sentyabrın 5-də "Komsomolskaya
pravda" qəzetinin redaksiyasında qəzetin əməkdaşları ilə
keçirilən görüş, Altay taxılçıları ilə, Kuzbas şaxtaçıları ilə,
Ural mədənçiləri ilə, Leninqrad blokadası zamanı şücaət göstərən
şəhər zəhmətkeşləri ilə, Moskvada İttifaq evinin sütunlu zalında
müharibə qəhrəmanları ilə olan görüşlər məhz dinləyicilərin xahişi
ilə keçirilən görüşlər idi.
Belə
görüşlərdən birini xüsusilə qeyd etmək istərdik. 1946-cı ildə
məşhur estrada ulduzu Leonid Utyosov Rəşid Behbudovu öz tanınmış
caz orkestri ilə birgə çıxış etməyə dəvət edir. Moskvaya yollanan
müğənni bu təklifə görə ustad sənətkara minnətdarlığını bildirir.
Eyni zamanda o, L.Utyosovun orkestri ilə qısa bir zamanda maraqlı
proqram hazırlayır və həmin proqramla keçmiş SSRİ-nin bir çox
şəhərlərində konsertlər verir. Belə konsertlərdən biri Leninqradda,
M.Qorki adına mərkəzi mədəniyyət evinin möhtəşəm salonunda keçirilir.
Bu yaxınlarda həmin konsertdən yazılmış lent yazısını əldə etmək
bizə nəsib oldu. Lakin həddi-hüdudu olmayan sevincimiz çox da
uzun sürmədi. Leninqraddakı konsertin lent yazısı saxlanan, üzərində
"L.Utyosovun caz orkestri ilə mənim konsertim. 1946-cı il.
Leninqrad. M.Qorki adına mərkəzi mədəniyyət evi" - sözləri
yazılmış qutunu açarkən dəhşətə gəldik. Qutunun içindəki maqnit
lenti tamamilə sıradan çıxmış və ovularaq qırıq-qırıq olmuşdu.
Dövlət mahnı teatrında zibil tullantısı kimi saxlanılan bu nadir,
unikal lent yazısını heç cür bərpa edə bilmədik. Çünki həmin lent
"mədəniyyətimizin qoruyucuları" tərəfindən bərpası mümkün
olmayan hala salınmışdı.
L.Utyosovun
çoxsaylı xahişlərinə baxmayaraq Rəşid ustad sənətkarın onun caz
orkestrində həmişəlik çıxış etmək təklifini qəbul etmir və yenidən
Bakıya qayıdır.
Müğənninin
daha bir görüşünü qeyd etmək istərdik. 1948-ci ildə Rəşid Saratov
şəhərinə qastrola gedir. Burda o şəhərin müxtəlif konsert salonlarında,
əmək müəssisələrində konsertlər verir. Ən sonda isə o hərbi qospitalda
konsert verir. Çünki bir qədər bundan əvvəl o qospitalda müalicə
olunanlardan aşağıdakı məzmunda bir məktub alır. (Bu məktub sənətkarın
arxivində qorunur): "Yoldaş Behbudov, biz 400 nəfər Böyük
Vətən Müharibəsinin əlilləri, keçmiş Sovet ordusunun döyüşçüləri,
İkinci dünya müharibəsində yaralanmış və hal-hazırda Saratov qospitalında
müalicə olunuruq. Biz Sizin sənətinizi yüksək qiymətləndiririk
və Sizinlə şəxsən görüşmək arzusundayıq".
Beləliklə,
qısa bir zaman ərzində Rəşid Behbudov milyonların kumirinə çevrilir
və ümumxalq məhəbbəti qazanır. O heç nədən çəkinmədən istənilən
şəraitsizlikdə belə öz dinləyiciləri ilə görüşlərdən yayınmır,
əksinə, istər tarlalarda, istər şaxtalarda, zavod və fabriklərdə,
harda olursa olsun pərəstişkarlarını sevindirməyə çalışır.
(Ardı
var)