XX əsr Gədəbəy bölqəsinin Aşıq sənəti      
      
Mübariz           
1  
A. Kərimli
Göyçə Aşıq məktəbi

Mübariz
XX əsr Gədəbəy bölqəsinin Aşıq sənəti

 
 
        
Video: 1

şıq sənəti Azərbaycan xalqının çox qədim tarixi köklərə malik olan folkloru və mənəvi mədəniyyətidir. Xalqın qədim və zəngin mənəvi yaradıcılıq sahəsi kimi aşıq sənəti özünəməxsus tarixi təkamül və inkişaf yolu keçmiş, müxtəlif janr, forma və məzmun dəyişikliyinə uğramış, və nəhayət, müasir sinkretik şəklini alaraq dövrümüzə qədər yaşamışdır. Qeyd etmək lazımdır ki, bu zəngin yaradıcı sahə öz tarixi inkişafında bədii yaradıcılığın və xalq sənətinin başqa sahələri ilə qarşılıqlı əlaqədə olub və müəyyən təsirlərə məruz qalsa da, öz bədii mahiyyətini qoruyub saxlayaraq yaşatmışdır.

Gədəbəydə aşıq sənətinin tərəqqisi yalnız ustad aşıqların adı və fəaliyyətilə bağlıdır. Göyçə, Tovuz, Şəmkir və Daşkəsən bölgələri, demək olar ki, Gədəbəy rayonunu əhatə edirlər. Bu baxımdan Göyçə ilə həmin elin-obanın daimi əlaqəsi olmuş və xeyir-şər mərasimlərində bu birlik daha qabarıq şəkildə daima özünü göstərmişdir. Gədəbəy bölgəsində bir neçə ustad aşıqlar yaşayıb-yaratmış və yaşamaqdadır. Bunlardan 112 il ömür sürmüş Miskinli şair Vəlidir. Miskinli Vəli 7 yaşından şer qoşmuş, və 14 yaşından saz çalıb-oxuyub aşıqlıq etmişdir. Demək olar ki, heç bir savadı olmamış, külli miqdarda qoşma və gəraylı, ustadnamə, divanı, qıfılbənd, dodaqdəyməz, təcnis, müxəmməsləri, klassik aşıq poeziyasında öz əksini tapmışdır. Bu bölgədə özünəməxsusluğu və zənginliyi ilə seçilən ustad aşıqlardan Miskinli Aşıq Vəli (Qarabulaq kəndi), Aşıq Məhəmməd (Arabaçı kəndi), Aşıq Əsgər (Kərimli kəndi), əslən Göyçəli olan Aşıq Oruc (Zəhmət kəndi), Aşıq Hüseyn (Arabaçı kəndi), Aşıq Sarı (Şəkərbəy kəndi), Aşıq İsmayıl (41-ci illərdən əvvəl aşıqlıq etmiş, sonradan əli şikəst olduğuna görə, zurna çalmaqla məşğul olmuş), Aşıq Cavad (Misginli kəndində anadan olmuş, sonradan köçüb gedib Daşkəsən rayonunun Qabaqtəpə kəndində yaşamışdır), Aşıq Məsim (Misginli kəndində anadan olmuş, bir müddətdən sonra, Şəmkir rayonunun Keçili kəndində yaşayıb, Aşıq Teymurla aşıqlıq etmişdir), Aşıq Məhəmmədəli (Dəyatarbulaq kəndi), Aşıq Ədil (Gərgər kəndi) yaşayıb yaratmışlar.

Məlumdur ki, Azərbaycanın bir sıra bölgələrində, o cümlədən Borçalıda, aşıqlar tək saz ilə ifa edib oxuyurlar. Göyçə, Gəncə, Kəlbəcər, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy rayonlarında aşıq-balabancı cütlüyündə, Şirvan və Salyan zonalarında isə müxtəlif heyətli ansambllarla çıxış edirlər. Şirvan aşıqları adətən solo balaban, dəmkeş, zərb, nağara və qoşanağara ilə birgə çıxış etdikləri halda, Gədəbəy aşıqları sazı balabanın müşayiəti ilə ifa edirlər. Balabanın peşəkar ifaçılarından, Rəşid (Gərgər kəndi), Bəşir (Para kənd), Bəhlul Nizami (Para kənd), Eldar Mamet (Gərgər kəndi), Sərdar (Arıqıran kəndi), Əhməd (Şınıx kəndi) kimi sənətkarlar fəalliyyət göstərmişlər və göstərirlər.

Bu gün Gədəbəy aşıqlar ansamblının yaradıcısı və başçısı respublikamızda geniş tanınmış, Əməkdar Mədəniyyət işçisi adı almış ustad aşıq İsfəndiyar Rüstəmovdur. Hal-hazırda onun təşkilaçılığı, yaradıcılığı və ustadlığı sayəsində 20-yə yaxın şagirdi fəaliyyət göstərir. İndinin özündə də Gədəbəy aşıq sənəti qənaət bəxş sayılır. Aşıq İsfəndiyarın Gədəbəydə aşıq sənətinin geniş yayımlanması yolunda böyük yeri var.

Borcalı aşıq ifaçılıq ənənələrindən fərqli olaraq, Gədəbəy aşıqları ucadan zil səslə oxumağa daha çox üstünlük verilər. Bu da onların Göyçə, Tovuz, Qazax, Gəncə, Şəmkir, Kəlbəcər ifaçılıq ənənələrinə yaxın olmaları ilə bağlıdır. Gədəbəy aşıqları sazın peşəkar ifaçıları olmaqla bərabər klassik aşıq sənətini nəsildən-nəsilə ötürmək baxımından da diqqəti cəlb edirlər. Həmin aşıqlardan İsfəndiyar Rüstəmov (Gərgər kəndi), Sədaqət Rəsulov (Gərgər kəndi), Məlik Məmmədov (Arıqıran kəndi), Səyyad Pənahov (Kərimli kəndi), İslam Əkbərov (Çalburun kəndi), Qədir Əkbərov, Məhəmməd Əkbərov (Çalburun kəndi), Aşıq Fəzail (Salmanlıx kəndi), Aşıq Musa (Şınıx kəndi), Aşıq İmanverdi (Leşkər kəndi), Aşıq Ğlduz (Kərimli kəndi), Aşıq Söhbət (kiçik Qaramurad kəndi), Aşıq Qələndər (Poladlı kəndi) Aşıq Vaqif (Poladlı kəndi), Mübariz Əsgərov (Qaradağ kəndi), Aşıq Nürəddin (Çaldaş kəndi), Aşıq Səfdər (Çaldaş kəndi), Aşıq Rafiq (Düz-Rəsullu kəndi), Aşıq Cahangir (Şınıx kəndi), Aşıq Sənan (Şınıx kəndi), Aşıq Əlviz (Daryürd kəndi), Aşıq Altay (Hacılar kəndi), aşıq Dəmir (vaxtilə Aşıq İmran Həsənovun şagirdi olmuş, Şınıx kəndi), Aşıq Nizaminin (vaxtilə Azaflı Mikayılın şagirdi olmuş, (Nərimanlı kəndi) adları çəkilməlidir.

Sazda solo çalmaq üzrә peşәkar ifaçılardan Zahid Aslanoğlu (Daryurd kәndi), Dәmir Hәsәnoğlu (Əli-İsmayıl kәndi), İlqar İmanverdiyev (Sәbәtkeçmәz kәndi), Seyfәddin Әhmәdov (Qızıltorpaq kәndi), Mübariz Cәfәrov (Para kәndi), Fәzail Miskinli (Çaldaş kәndi), Neymәt Qasımlı (Qaramurad kәndi) vә bu sәtirlәrin müәllifini Gәdәbәy aşıq sәnәtinin әn parlaq saz ifaçıları kimi qeyd etmәk olar. Azәrbaycan Dövlәt Televiziya vә radio verilişlәri Şirkәtindә Gәdәbәy aşıqlarının vaxtilә bir sıra lentә alınmış havaları, qramafon valları fanatekada qorunub saxlanır. Adları çәkilәn aşıqların hәyat vә yaradıcılığı nәsildәn-nәsilә ötürülәn zәngin xәzinәdir vә Gәdәbәy aşıq mühitinin elmi baxımdan geniş araşdırılması zamanın tәlәbidir.

 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site