Azər Rzayev      
      
Solmaz Qasımova           
1  
Solmaz Qasımova
Azәr Rzayev

Ramiz ZÖHRABOV
VASİF ADIGÖZӘLOV

 
 
        
Video: First
Video: Second

1953-cü ildə Konser-va-toriyanı bitirdikdən sonra onun dəfələrlə solo və ansamblda çıxışları uzun illər skripkaçalan və bəstəkar kimi yaradıcı-lı-ğı-nın dəyərli bir hissəsində nə-zərə çarpacaq dərəcədə özünü göstərmişdir. Məhz bu səbəbdən bəstəkar özünün ilk əsərlərindən birini sevimli musiqi aləti üçün yazmış və bu əsər ilk yaradıcılıq illərində ona böyük uğurlar qazandırmış, məşhurlaşdırmışdır. Bir neçə on illərdir ki, bu əsər ifaçıların repertuarındadır və artıq bu janrda milli musiqimizdə yazılmış ən önəmli əsərlərdən biri kimi qızıl fondumuza daxil edilmişdir. Həmin əsər 1955-ci ildə dünya gənclərinin festivalı münasibətilə Varşavada keçirilən bəstəkarların Beynəlxalq müsabiqəsində laureat adına layiq görülmüş və müəllif Azər Rzayev bəstə-kar-ların Beynəlxalq müsabiqəsinin laureatı olmuşdur. Qeyd etməliyik ki, bu əsər bu gün də öz təravətini itirmə-mişdir.

Konsert janrı bəstəkarlıq fəaliyyətinin ilk günlərindən başlayaraq A. Rzayevin əsərləri arasında nəzərləri cəlb edərək, mühüm əhəmiyyət kəsb etmişdir. Bəstəkar bir neçə 10 illər konsert janrına dəfələrlə müraciət edərək, təkcə skripka üçün deyil, eyni zamanda başqa musiqi alətləri üçün də konsertlər bəstələmişdir.

Onun qələmindən müxtəlif illərdə skripka və simfonik orkestr üçün 2-ci kon-sert, skripka, viola və sim-fonik orkestr üçün ikili kon-sert, fortepiano və simfonik or-kestr üçün konsert çıxmış-dır. Bunlarla yanaşı violonçel və orkestr üçün poema və kon-sert janrına yaxın olan bir çox əsərlər bu qəbildəndir.

Azər Rzayevin ilk yaradıcılıq illərində əsas etibarilə müxtəlif alətlər üçün yazılmış konsert və kamera janrı üstünlük təşkil edirdi. Son üç onillikdə isə onun yaradıcılıq diapazonu daha da genişlənmiş, əsərlərinin siyahısı simfonik və başqa janrlarla zənginləşmişdir. Yeni məzmunlara müraciət, ənənəvi tərzdə yazılan əsərlərə də münasibəti dəyişmişdir. Şübhəsiz yeni məzmun və obrazların yaranmasında, janrlara daha ciddi yanaş-masında bəstəkarın ustalığının artması və həyata başqa cürə yanaşması, onu həqiqi, daha dərindən dərk etmək bacarığı böyük rol oynamışdır. Onun simli alətlər üçün bəstələdiyi nəfis əsərləri artıq öz bədiiliyi ilə sərhəd-lərimizi çoxdan aşmışdır. Azər Rzayev uzun illərdir ki, simfonik musiqisi sahəsində çoxşaxəli axtarışlar aparır. Klassik ənənələrə arxalanaraq, cəsarətlə simfonik poema janrının sərhədlərini genişləndirir və bəstələdiyi əsərlərin ifadə quruluşunda özünəməxsus yeniliklər tapır. Bəstə-karın atasına ithaf etdiyi poema məhz bu qəbildəndir.
A. Rza-yevin məzmunlu, mənalı dolğun əsərlərindən biri olan "ataya ithaf" olunmuş poema Azərbaycanda 60-70-ci illərdə yazılmış yaddaqalan əsərlərdən biridir. Burada o, əziz, təmiz bir adam simasını, kədəri ifadə edən ağır itginin ürək ağrısını musiqi dili ilə verməyə çalışmışdır.

Azər Rzayevi əlində skripka futlyarı ilə elə indi də görmək olur. Ancaq daha tez-tez biz onu Bülbül adına musiqi məktəbinin uşaq simfonik orkestrinin məşqləri zamanı, gənc skripka, violonçel və başqa musiqi alət-lərində çalanların əhatəsində görürük. Artıq uşaq simfonik orkestri üç ildir ki, sistematik olaraq yeni repertuar üzərində işləyir, konsertlərlə çıxış edir.

Orkestrin rəhbəri və dirijoru olan Azər Rzayev, böyük enerji ilə gənc ifaçılara musiqiyə həvəs, sevgi və marağı yorulmaq bilmədən aşılayır. Bu enerji onun özünə də siraət edir. O, uşaq orkestri üçün repertuar üzərində də işləyir və gənc ifaçıları həvəsləndirərək ciddi musiqiyə olan maraqlarını artırır. Güman edirik ki, bəs-tə-kar və müəllim, gözəl ictimai xadim, yorulmaq bil-məy-ən maarifçi Azər Rzayev gələcəkdə də müəllimlik və ya-ra-dıcılıq fəaliyyəti ilə çox işlər görə bilər. O, özünün gö-zəl əsərləri ilə dinləyicilərə hələ çox zövq verəcək. Yara-dıcılıq, müəllimlik əməyilə çox sevinclər bəxş edəcəkdir. İctimai xadim kimi, maarifçi kimi xalqımızın rifahı naminə yorulmadan çalışacaqdır.

İctimaiyyət, Aəçmbazşak Bçnoçiçmıam Jotjpaqx və Musiqi Akademiyasının kollektivi, musiqi məktəbi ürək-dən yubilyarı təbrik edir, ona böyük nailiyyətlər arzu edir.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page Back to Home About site