Müasir Azərbayjan musiqişünaslığının
inkişafına ən parlaq səhifələr yazmış şəxslər arasında Respublikanın
Əməkdar injəsənət xadimi, professor, sənətşünaslıq namizədi Lyudmila
Vladimirovna Karaqiçeva xüsusi yer tutur. Lyudmila Vladimirovna
bir alim və pedaqoq kimi, öz fəaliyyətinin bütün sahələrində yüksək
professional səviyyəyə malik olduğunu sübut etmişdir.
Tam inamla deyə bilərik ki,
L.V. Karaqiçeva Qara Qarayevin geniş yaradıjılığının hərtərəfli
öyrənilməsi üçün möhkəm təməl yaratmışdır. Azərbayjanın bu görkəmli,
klassik-bəstəkarı haqqında yazılmış ilk monoqrafiya məhz L.V. Karaqiçevanın
qələminin məhsuludur. 1960-jı ildə Moskvada çapdan çıxmış həmin
monoqrafiyada Lyudmila Vladimirovna Qara Qarayevin həyat və yaradıjılıq
yolu barədə dəqiq və ətraflı təsəvvür yaratmağa müvəffəq olmuşdur.
Müəllif bəstəkarın yaradıjılığının erkən dövründən başlayaraq, onun
ən sanballı əsərlərinin hamısını xronoloci ardıjıllıqla təhlil etmişdir.
Qara Qarayevin Birinji və İkinji simfoniyalarının, “Leyli və Məjnun”
simfonik poemasının, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərinin,
24 prelüddən ibarət “Fortepiano üçün prelüdlər” silsiləsinin təhlilinə
həsr edilmiş hissələr bu monoqrafiyanın kulminasiya nöqtələridir.
Kitabda Q. Qarayevin yaradıjılıq üslubunun püxtələşməsi izlənilir,
bu üslubla milli musiqi ən’ənələri arasında, bu üslubla dahi bəstəkarın
böyük ustadlarının - Üzeyir Hajıbəyovun və Dmitri Şostakoviçin yaradıjılıq
dəst-xətti arasında qırılmaz əlaqə olması açıqlanır.