XƏYYAM MİRZƏZADƏ      
      
Solmaz QASIMOVA           
1  
ELMİRA ABASOVA
LYUDMİLA VLADİMİROVNA KARAQİCEVA

Solmaz QASIMOVA
XӘYYAM MİRZӘZADӘ

ELMİRA ABASOVA
LYUDMİLA VLADİMİROVNA KARAQİCEVA

Solmaz QASIMOVA
XӘYYAM MİRZӘZADӘ

        
Audio: First
Audio: Second

Xalq artisti, Dövlət mükafatları laureatı, Bakı Musiqi Akademiyasının professoru Xəyyam Mirzəzadənin 65 yaşı tamam oldu. Yubileylər həmişə injəsənətin qarşısında duran vəzifələr barədə, yubilyarın keçdiyi yol barədə, bəstəkarın yaradıjılığının yekunları və sair mövzularda mülahizələri başqaları ilə bölüşmək üçün əsas verir.

Sənətkara onun müasirləri tərəfindən qiymət verilməsi həmişə çətin bir problemə çevrilir. Bu işi müəyyən müddətdən sonra görmək daha asan olur, lakin zaman özü Xəyyam Mirzəzadənin sağlığında ona qiymət verib. Xəyyam Mirzəzadənin yaradıjılığına istər Vətənimizdə, istərsə də xariji ölkələrdə marağın ilbəil artması belə bir qəti fikir söyləməyə imkan verir ki, onun əsərləri milli musiqi sənətimizdə qabarıq şəkildə ifadə olunmuş yeni intellektual-psixoloci mərhələnin təməlini qoymuşdur. Hazırda Xəyyam Mirzəzadə Azərbayjan musiqi sənətində dolğun və bənzərsiz fərdi yaradıjılıq üslubu olan bir müəllifdir.

Son dərəjə müxtəlif insan xarakterlərinin jəmləşdiyi real dünyaya aydın baxış, injə və həssas lirik çalarlar, fikrin yığjamlığı, hərəkətlərin dinamikası və bir də həmişə zəkanın, məntiqin güjü ilə idarə edilən emosionallıq - bunlar, öz yaradıjılıq dəst-xəttinə, öz estetik məramına sadiq qalan, bu yoldan dönməyən X. Mirzəzadənin əsərlərinin səjiyyəvi jəhətləridir.

Xəyyam Mirzəzadə bəstəkarlıqla yanaşı, həm də kompozisiya kafedrasında pedaqoci fəaliyyətlə olmuş, uzun illər bu kafedraya rəhbərlik etmişdir. Artıq neçə ildir ki, kompozisiya kafedrasının professoru olan Xəyyam Mirzəzadə çoxsaylı gənj mütəxəssislər yetişdirmişdir. Gənj bəstəkarların və ifaçıların iştirakilə dünyanın bir sıra ölkələrində keçirilmiş müsabiqələrin münsiflər hey’ətinin üzvü olmuş professor Mirzəzadə bəstəkarların müxtəlif səviyyələrdə keçirilən müşavirə, plenum və qurultaylarında, elmi attestasiya komissiyalarının işində həmişə fəal iştirak edir. Xəyyam Mirzəzadənin - pedaqoq, bəstəkar, yüksək intellektə malik olan bu iste’dadlı insanın ijtimai həyatı həmişə beləjə joşqun fəaliyyət şəraitində keçir.

Bəstəkarın texniki imkanları o qədər yüksəkdir ki, o, öz yaradıjılığında hər bir üslubdan və hər üslubun bütün modellərindən istifadə edə bilir. Lakin Mirzəzadə həmişə saf-çürük etməyi, belə demək jayizsə, israf-çı-lıq-dan çəkinməyi üstün tutur. O bir müdrik sə-nət-kar kimi, yaxşı bilir ki, gerçək problemləri həll etmək üçün hök-mən mürəkkəb vasitələrdən istifadə edilməsi, mürəkkəb mövzuları açmaqdan ötrü musiqi dilinin mürəkkəb növ-lərinə mürajiət edilməsi heç də zəruri deyil. O bilir ki, yenilik, novatorluq heyrətamiz dərəjədə sadə vasitələrin köməyilə də ifadə edilə bilər. Bu fikrin doğruluğunu yəqin etmək üçün, keçmişin böyük sənətkarlarının yaradıjılığını xatırlamaq kifayətdir.

Bəstəkar Mirzəzadəyə xas olan daha bir mühüm keyfiyyət ondan ibarətdir ki, o heç vax dinləyiji auditori-ya-sının zövqünə uyğunlaşmağa çalışmır, heç vaxt yüngül şöhrət dalınja qaçmır. Onun öz yaradıjılığında əsasən instrumental musiqi canrı ilə kifayətlənməsi faktı din-lə-yiji auditoriyasını məhdudlaşdırırdı, lakin bəstəkar bunu bilə-bilə, şüurlu surətdə bu yoldan dönmür, öz yaradıjılıq “Mən”inə, estetik mövqeyinə sadiq qalırdı.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Back to Home About site