Musiqi intonasiyaların yaranmasında
ladların həlledici rolunu gözəl bilən Üzeyir Hacıbəyov "Azərbaycan
musiqisinin əsasları" işində musiqimizin muğam ladlarına əsaslandığını
sübut edərək məhz islam dövrünü nəzərdə tutur.
Biz muğam janrının rüşeyminin daha
qədim tarixə malik olmasını istisna etmirik, məhz onun bu günkü
formalaşmış növündə orta əsr əlamətlərini, islam mədəni normativlərinin
oynadığı rolu vurğulamaq istərdik.
Folklorumuzun qədim janrlarının
(əmək, mə-ra-sim, ibadət mahnıları, ağı-şivənlər) təhlilindən məlum
olur ki, bu nümunələrdə rast olunan angemiton lad xüsusiyyətləri
(diatonik səs düzümü, pentatonik ibarələr
və s.) başqa türk xalqlarının musiqisi üçün də səciyyəvidir. Belə
lad, intonasiya yaxınlığı bu xalqların soy kö-kü-nə, tarixin qədim
çağlarında eyni mədəniyyətdən qidalandıqlarına dəlalət edir. Tariximizin
sonrakı mərhələ-lə-rində məhz islam faktorunun rolu nəticəsində
mədə-niy-yətlərin çarpazlaşması, yeni janrların meydana çıxması-xalq
musiqisinin də inkişafı üçün əlverişli mühit yaradır. Yeni ladlar
meydana çıxır (muğam janrı ilə əlaqədar) musiqisinin intonasiya
sferası genişlənir, forma mürəkkəbləşir. Beləliklə, sonrakı dövrlərdə
yaranan xalq musi-qi nümunələrimizin milli intonasiyasını Ü. Hacıbəyovun
dediyi yeddi əsas və üç köməkçi ladlar müəy-yənləşdirir. İslam dövrünün
musiqi tarixini izah edən Ü. Ha-cı-bə-yo-vun bu bədii ifadəsi zənnimizcə
muğam tarixinin tədqiqi üçün əsas istiqamət seçilə bilər. Azərbaycanda
geniş ya-yıl-mış dini musiqinin elmi-nəzəri təhlili Ü. Hacıbəyovun
hik-mətamiz fikrini bir daha təsdiq edir. Musiqi müsəlman xalqlarının
estetik şüurunun təzahürü üçün daha əlverişli sənətdir.
Üzeyir Hacıbəyov sırf dini oxuma
barəsində yazır ki, "Azərbaycanda dini ruhda bir musiqi varsa da,
o da Quranın avaz ilə oxuduğu musiqidir."