İSLAMDA MUSİQİ MƏFHUMU       
Rəhimli, mərhəmətli Allahın adı ilə      
Lətifəxanım Hüseynova           
1  
S. Seyidova
ÜZEYİR HACIBƏYOV VƏ DİNİ MUSİQİ

Lətifəxanım Hüseynova
İSLAMDA MUSİQİ MƏFHUMU

 
 

İctimai şüur forması olan din, bir çox Şərq və Qərb xaqlarının qədim, eləcə də, müasir tarixi və mədəniyyətinin mühüm ünsürüdür. Müasir dövrümüzdə islama yaranan maraq, onun "ikinci yaranışına" bənzəyir.

İslam mədəniyyətinin ümumbəşər xarakteri tədricən daha açıq etiraf olunur, müsəlman Şərqi xalqlarının mənəvi həyatının əsaslarına, islam dünyagörüşünə olan maraq daha da genişlənir. Həm müsəlman ölkələrində, həm də dünya miqyasında islam aliminin nəzərəçarpacaq dərəcədə fəallaşdığı şəraitdə, müsəlman alimləri bu dinin başlıca ehkamlarına bir daha nəzər salırlar. Xüsusilə islamın musiqiyə olan münasibəti illər boyu mübahisə mərkəzində olmuşdur və bu öz növbəsində bir sıra çətinliklərin yaranmasına səbəb olmuşdur. Bu çətinliklərin yaranması məlum sahədə işləyən alimlərin bu və ya digər mədəni ənənəyə mənsub olmasından irəli gəlir. Belə ki, müsəlman mədəniyyətinə mənsub olan dindar müsəlman alimləri ilə yanaşı, sırf Avropa mədəniyyətinə mənsub alimlərdə bu problemin araşdırılması üzərində işləyirlər və məhz mənsubiyyətlik bu problemin araşdırılmasında seçilən üslublara təsir göstərir.

Məhz islamın yarandığı dövrdən başlayaraq mu-si-qi haqda elm daha çox inkişaf etmişdir. Bu sahədə əl-Kindi, Fərabi, Ürməvi, Mərağayi kimi alim-musiqiçilərin adlarını sadalaya bilərik.

Beləliklə, məişətin bütün sahələrinə sabit sistem kimi nüfuz edərək, islam dini musiqi incəsənətində yeni musiqi janrlarının və yeni musiqi təfəkkürünün yaranmasına təkan verirdi.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Back to Home About site