QURBANSIZ QALAN TAR      
      
Hicran Hacızadə           
1  
Hicran Hacızadә
QURBANSIZ QALAN TAR

Nigar Mәlikova
GÖZӘL İNSAN VӘ UNUDULMAZ MÜĞӘNNİ

 
 
        
Audio: First
Audio: Second

Yetmiş il bir sinədə,
Yurdumuza car oldun.
Sədəf tarlar içində,
Sən Qurbana yar oldun…
Ey fikrə dalan tarım,
Qurbansız qalan tarım…
İslam Səfərli.

Gəlimli-gedimli, ölümlü itimli dünya! Hərə öz bəxti, öz taleyi ilə bu dünyada bircə ömür yaşayır. Kimi sənətinin ömrünü uzatmaq, əbədiləşdirmək, kimi də sadəcə olaraq çox yaşamaq naminə yaşayır. Sənəti şərəfləndirən sənətkar ömrü bütün məşəqqətləri, acısı-şirini ilə birlikdə xoşbəxt ömürdür. Belə ömrü ulu Tanrımız ən əziz, ən sevimli bəndələrinə verir.

Azərbaycan musiqi mədəniyyəti ən parlaq tarixinin öz adını səhifələrdə əbədiləşdirən, mahir ifaçılığı ilə burada silinməz iz buraxmış görkəmli tarzən Qurban Pirimov muğamın müdriklik yükünü çiyinlərində daşıyaraq 85 il ömür sürüb. Bu illəri Azərbaycan musiqisinin, ulu müğamlarımızın ömrünə calayaraq özünü, duyan qəlbini, düşünən beynini, bütövlükdə muğam və milli xalq musiqisi ifaçılığına həsr edən, bir neçə xanəndə və sazəndələr nəsli yetişdirməkdə müstəsna xidmətləri olan musiqi folklorumuzun dərin bilicisi Q.Pirimov ibrətamiz həyat və yaradıcılıq yolu keçmişdir.

Muğamların nota yazılmasının ilk təşəb-büs-kar-larından biri olan görkəmli bəstəkarımız Müslüm Maqo-mayev ilk dəfə Q.Pirimovun çalğısından “Rast” mu-ğa-mının, bir çox xalq melodiyalarını, o cümlədən “Mahur rəngi”, “Bənövşə”, “Qusarçay” və s. musiqi nömrələrini nota köçürmüşdür. 1932-ci ildə Azərbaycan xalq musi-qi-sini elmi əsaslarla öyrənmək, milli musiqi nümu-nə-lə-rini toplamaq məqsədilə Azərbaycan Dövlət Konser-vatoriyasının nəzdində milli vokal sənətinin banisi, qüdrətli müğənnimiz Bülbülün rəhbərliyi ilə “Elmi tədqiqat musiqi kabineti” təşkil edilən zaman ora xalq musiqisinin həm nəzəri, həm də praktiki cəhət-lərinə dərindən yiyələnən məşhur musiqiçilər içərisində Qurban Pirimov da var idi. Onun ifasında xeyli musiqi folkloru nümunələri yazılmışdır. Böyük sənətkar musiqi folklorumuzun təbliğinə layiqli xidmət göstərməklə yanaşı xalqımızın əsrlər boyu yaratdığı muğamların, təsniflərin, rəng və diringələrin, xalq mahnılarının saflığı uğrunda dönmədən mübarizə aparmış, bunları yabancı tə’sirlərdən ciddi mühafizə etmişdir.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Back to Home About site