|
|
|
Audio: First
|
|
Audio: Second
|
|
|
İyunun 28-də "Gənclər teatrında"
sevimli müğənni, mərhum Gülağa Məmmədovun 75 illiyi münasibətilə
xatirə gecəsi keçirildi. Gecənin keçirilməsinin təşəbbüskarı Qadınlar
Cəmiyyətinin sədri Rəfiqə xanım idi.
Qürur hissi ilə demək olar ki, zalda
yubilyarın çoxlu pərəstişkarları, sənət dostları, qohumları əyləşmişdi
və onların üzündəki təbəssüm Gülağa müəllimə olan məhəbbəti bir
daha sübut edirdi. Yubilyarı təbrik etməyə və ona ürək dolusu maraqlı,
səmimi sözlər deməyə Bəstəkarlar İttifaqının katibi professor Ramiz
Zöhrabov; bəstəkar, xalq artisti Şəfiqə Axundova; müharibə veteranı
Məzahir Abbasov, xalq artisti, müğənni Tükəzban İsmayılova; və gecənin
aparıcısı qadınlar cəmiyyətinin sədri Rəfiqə xanım idi. Yubilyar
haqqında ilk sözü Rəfiqə xanım açdı. O, yubilyarın ön sırada oturan
oturan həyat yoldaşı, rəssam Aliyə xanıma, qızına, nəvəsinə, Gülağa
müəllimin qardaşına və digər qohumlarına səmimi sözlər deyərək yubiley
münasibətilə təbrik etdi, onlara can sağlığı arzuladı.
| |