Birinci Aratta-Şummer epik mәdәniyyәti       
      
Qara NAMAZOV           
1  
Qara NAMAZOV
Birinci Aratta-Şummer epik mәdәniyyәti

S. Huseynov
ӘHMӘDBӘY AĞAOĞLU VӘ MӘDӘNİYYӘTİN ŞӘRQ-QӘRB PROBLEMİ




Hələ 1960-cı illərdə professor M. H. Təhmasib "Orta əsrlər Azərbaycan dastanları" monoqrafiyasında dastan janrını təsnifləşdirərkən qeyd etdi ki, Azərbaycan xalq dastanları bütövlükdə toplanıb öyrənilmədiyindən tam halda dəqiq təsnifləşdirmək mümkün deyildir.
M. H. Təhmasibin bu qeydlərində böyük həqiqət vardır. Çünki Sovet hakimiyyəti dövründə milli mədəniyyətə, qədim irsə, xüsusən Azərbaycan xalqının soykökünə qarşı ideoloji təxribat və mübarizə qədim türk - Azərbaycan, eləcə də türkdilli xalqların ortaq dastanlarının öyrənilməsinə imkan vermirdi. Hətta "Kitabi-Dədə Qorqud" eposu qadağan edilmişdi.

İndi müstəqillik əldə edildiyi bir dövrdə soy-kö-kümüzə qayıdış qədim xalq bədii yaradıcılığının araş-dırılıb öyrənilməsinə geniş imkan yaratdı. Bu baxımdan həm qədim Azərbaycan torpaqlarında yaranan dövlət-lərin, həm də, ümumiyyətlə, qədim türk dövlətlərində xalq ədəbiyyatının, xüsusən dastanların araşdırılmasına böyük ehtiyac duyulur. Belə ki, "Türklər dastan yazma-dılar, dastan yaratdılar" məşhur kəlamında deyildiyi kimi, qədim türk xalqları, eləcə də Azərbaycan xalqı qarşısın-da duran öz torpaqlarında yaranan dövlətlərin qurucuları haqqında min illərdən bəri yaşanan dastanların öyrənilməsi problemi həm tarixə yenidən dönüş, həm də soy-kökümüzə qayıdış baxımından xüsusi əhəmiyyət kəsb edir. Axı, "Kitabi-Dədə Qorqud"dan daha öncə qədim Azərbaycan torpaqlarında təşəkkül tapan dövlətlərin, eləcə də Azərbaycan türklərinin ortaq olduğu ilkin türk dövləti quruculuğunu özündə yaşadan dastan nümunələri türk xalqlarının bədii təfəkkürünün bizim eradan əvvəlki minilliklərdən süzülüb gəldiyindən xəbər verir.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Back to Home About site