LA MUSICA IN URSS:      
CRONACA DI UN VIAGGIO      
Luigi Pestalozza           
1  
Luigi Pestalozza
LA MUSICA IN URSS: CRONACA DI UN VIAGGIO

A.Kerinli
NEFESLI ORKESTR UCUN REPERTUAR

 
 

(ardı)

Konservatoriyaya son qısa səfərim. İnqilabdan sonra burjua musiqiçilərinin 1921-ci ildə yaratdıqları konservatoriyanın rolu haqqında maraqlı təfərrüatlar aydın olur. Onlar millətin, o cümlədən milli musiqinin digər yolla inkişafını düşünürdülər. Daha bir təfsilat; ölkədə ilk xalq çalğı alətləri orkestri ( bu çox vacibdir) konservatoriyada Hacıbəyov tərəfindən yaradılmışdır. O artıq 1931-ci ildə onu radioya keçirmiş və burada ilk azərbaycan bəstəkarlarının, avropa musiqisinin -–Motsart, Bize, Verdi – işləmələrini ifa etməyə başlamışdır. O vaxtlardan Bakının musiqi həyatında yarım əsr ötmüşdür. Bu dövr ərzində texnika inkişaf etmiş, musiqi inkişaf etmişdir. Muğam – elmi tədqiqatlar predmetinə çevrilmişdir. Bununla paralel avropa ilə əlaqələr genişləndirilmişdir. Bu əlaqələrin gələcəkdə hansı yolla inkişaf edəcəyi maraqlıdır. Musiqi təhsili sahəsində aparıcı rol daşıyan Konservatoriyada əsas avtoritetlər P.Xindemit, İ.Stavinskiy, sözsüz ki, B.Bartok olaraq qalır. Onların arasında Nononun olması tamamilə gözlənilməz oldu. “ Bu müəlliflərin major – minor haqqında bütün anlayışları alt-üst edən musiqisi öz diapazonuna görə xalq musiqisi ilə struktur uzlaşmaya daha çox uyğundur”. Hətta Nonnun musiqisi? Cavab kifayət qədər kəskindir: “ Nono xrammatizm, sekundalı minorun əsiri olaraq qalmadı”. Görünür, burada mənim Nononun seriyası ( “Səbirsizlik 1960” əsəri də daxil olmaqla) haqqında çoxdan yazdığım məqaləni oxuyublar. Hiss olunur ki, seriya musiqisinə burada böyük diqqət verilir. Mirzəzadə yəqin ki, məqalənin çoxdan yazılmasının nəzərə alaraq mənim ünvanıma tərif sözləri söyləyir və gələcək əməkdaşlığa ümidvar olduğunu deyir. “ Mən belə düşünürəm ki, italyan musiqisi, italyan musiqiçiləri çox şeylə sənə borcludurlar. Biz, sovet adamları da sənə gördüyün işlərə görə minnətdarıq”. Mənim Xəzərə səfərimin xoş sonluğu. Elə indi, son vida axşamini keçirmək üçün ona tərəf yollanırıq. Biz iri şüşəbənd eyvanlı evləri olan köhnə şəhərin küçələri ilə gedirik. Bu cür evlərə Moqadişonun mərkəzində, Havananın köhnə ispan məhəllələrində rast gəlmək olar. İsti şəhərin eyvanları. Kiçik yaşıl həyətlər. Nəhayət, dəniz. Bizi kater, ziyafət, tostlar, bu ucsuz-bucaqsız göl-dənizdə mənimlə birgə səfərə çıxmış dostlar və tanış sərnişinlərlə xoş söhbətlər gözləyir. “ Bu zaman ay doğur, gəmi də onun qısa yolu ilə yuxulu sulara səmt alır”. Ertəsi gün mən Tbilisə yola düşürəm. Məni Mirzəzadə, F.Qarayev, Qafqaz boğazı haqqında növbəti əfsanəni söyləyən Məmməd İsmayıl, Taryel Məmmədov yola salır.

Rus dilindən tərcuməsi
Natəvan Abdullayevanındır


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Back to Home About site