NEFESLI ORKESTR UCUN REPERTUAR      
      
A.Kerinli      
1  
Luigi Pestalozza
LA MUSICA IN URSS: CRONACA DI UN VIAGGIO

A.Kerinli
NEFESLI ORKESTR UCUN REPERTUAR

 
 

Bu il, daha doğrusu, 2000-ci ilin may ayında, "Hər-bi nəşriyyat" Azərbaycan tarixində ilk dəfə "Azər-baycan bəstəkarlarının əsərləri (nəfəsli orkestr üçün repertuar)" başlıqlı sanballı və tutumlu toplum buraxmışdır. Müdafiə Nazirliyi Hərbi Orkestr xidmətirəisi - Baş hərbi dirijor, Azərbaycan Respublikasının xalq artisti, professor, polkovnik Y. Axundzadənin tərtib etdiyi və redaktorluğu altında çıxan bu 102 səhifəlik toplum nəfəsli alətlər orkestrləri repertuarı üçün nəzərdə tutul-muş bir sıra partituradan ibarətdir. Topluma F. Bədəl-bə-ylinin "Anamız Azərbaycan", Y. Axundzadənin "Fan-fara ¹ 1" və "Fanfara ¹ 2", R. Mirişlinin "Azəri türkləri", D. Mu-sa-oğlunun "Heç unutmaz Ana Vətən", S. Ələsgərovun "Bakı-Ankara" və "Azərbaycan polisi", Y. İmanovun "Milli qvardiya marşı" və "Təntənəli marş", nəhayət, F. Atayevin "Tankçılar marşı" əsərləri daxil edilib. Olduqca yetkin işlənmiş partituralar, başlıca olaraq, marş səpgilidir, lakin marş janrının çox çalarlığı burada əyani əks olunub. Digər tərəfdən, Y. Axund-zadənin 1 və 2
¹-li "Fanfaraları" (M. Maqomayevin "Azərbaycan" və P. Bülbüloğlunun "Nərgizlər" mahnıları mövzularında) marş səpgili olsalar da, təkcə hərbi yox, bütün təntənəli məqamlar üçün yararlıdırlar.

Partituraların başlıca özəlliklərindən biri də onların ikili ifa variantlığıdır: onlar əslində səs və orkestr üçün hər hansı mətnə (partiturada səsin partiyası mətnsiz verilib, bu da mətni dəyişməyə də imkan verir,- lazım gəldikdə!) yazılmış və eyni zamanda təkcə orkestr ifası üçün də nəzərdə tutulmuşlar.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Back to Home About site