HƏRBİ ORKESTR XİDMƏTİNİN        
YARANMASI TARİXÇƏSİ
     
Yusif Axundzadə               
1   2   3  
Y. Axundzadə
Azərbaycanda hərbi-orkestr xidmətinin tarixçəsı

C. Quliyev
Azərbaycan mahnısı:
"Yol ayrıcında"


 
 
English English
        
C. Quliyev "Marş"


Hәlә 1970-ci illәrdә, belә görüşlәrin birindә, H.әliyev mәktәbin direktoru, ehtiyatda olan  I-dәrәcәli kapitan R.A.Quliyevә mәktәbin özündә orkestr yaradılmasının gәrәkliliyini şәxsi arzusu kimi açıqlayır. Əlbәttә, o zamanlar direktorun, hәtta hәrbi tәdris müәssisәsindә belә orkestr yaratmaq imkanı yox idi, çünki bu ştat cәdvәli ilә nәzәrdә tutulmamışdı.

Artıq 20 ildәn çox zaman keçmiş, Azәrbaycan müstәqil dövlәt olmuşdur. Vә artıq H.Əliyevin belә xeyirxah arzularını hәyata keçirmәk dә olardı. Bununla bağlı, 1998-ci ildә, Azәrbaycan silahlı qüvvәlәrinin 80 illiyi qarşısında mәn ali baş komandan vә Respublika prezidentinә, açığını deyim, fәxrlә mә'lumat verdim ki, C.Naxçıvanski adına hәrbi litseydә Müdafiә Nazirliyi hәrbi orkestr xidmәtinin bütün tәlәblәrinә cavab verә bilәn tamhey'әtli hәrbi orkestr vardır vә işlәyir. 1993-cü ildә Azәrbaycan Respublikası Müdafiә Nazirliyinin әlahiddә nümunәvi orkestri yaradılıb ki, onun vәzifәsi Azәrbaycan prezidentinin, elәcә dә müdafiә naziri general-polkovnik S.A.Əbiyevin әmrlәri ilә keçirilәn dövlәt sәviyyәli tәdbirlәrdә iştirak vә çıxış etmәkdәn ibarәtdir. Orkestrin ilk rәisi polkovnik-leytenant S.Reşetov tә'yin olunmuşdu. 1996-cı ilin iyulundan orkestrin rәisi baş leytenant A.Kәrimovdur.

Hәlә 1992-ci ilin dekabrında mәdәniyyәt nazirliyimizin tәşәbbüsü ilә Azәrbaycan dövlәt filarmoniyasında hәrbi-vәtәnpәrvәrlik mahnı vә marşları müsabiqәsinә tәqdim olunmuş әsәrlәrin dinlәnilmәsi keçirilmişdi. Xalq artisti, hamımızın sevimlisi, bәstәkar Tofiq Quliyevin sәdrlik etdiyi Azәrbaycan Respublikası xalq artistlәrindәn Aqşin әlizadә vә Polad Bülbüloğlu, әmәkdar incәsәnәt xadimi, polkovnik-leytenant Yusif Axundzadә vә polkovnik-leytenant Sergey Reşetov, leytenant Böyük-ağa Mәmmәdov, baş praporşik әhmәd Cәfәrov, elәcә dә Mәdәniyyәt Nazirliyinin bir sıra mәs'ul işçilәrindәn ibarәt münsiflәr hey'әti dinlәnilәnlәr arasından 4 әsәr seçәrәk, onları mükafatlandırmış, hәrbi orkestrlәr tәrәfindәn ifa olunmalarını mәslәhәt görmüşdü

1998-ci ildә Bakı şәhәri İcra Hakimiyyәti dә "Marşlar vә mahnılar" müsabiqәsi e'lan etmişdi vә, әn nәhayәt, 1999-cu ilin mayında Azәrbaycan Respublikası Müdafiә naziri general-polkovnik S.Əbiyevin әmrinә әsasәn "әsgәr mahnıları" bәdii özfәaliyyәt baxış-müsabiqәsi keçirilib. әslindә bu silahlı qüvvәlәrin ilk bәdii özfәaliyyәt baxışı idi vә onun gedişindә bir çox müsbәt olaylar vә cәhәtlәr aşkarlandı. Baxışda xor kollektivlәri; müxtәlif tәrkibli ansambllar; hәm vokalçı, hәm çalıçı solistlәr; nәhayәt, rәqs kollektivi iştirak edirdi. Ən ciddi çatışmazlıq isә bir sıra ordu hissәlәri komandanlıqlarının baxış-müsabiqәyә mә-s'uliyyәtsiz yanaşması vә öz kollektivlәrini göndәrmәmәsi oldu.


 
1   2   3  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English About site