ÁÅÉÍßËÕÀËà ÌÖÑÀÁÈÃß
Vokalçiların Bülbül adına ikinci beynalxalq müsabiqəsi.
Leyla Fərəcova.
Search

ÁÅÉÍßËÕÀËà ÌÖÑÀÁÈÃß
Vokalçiların Bülbül adına ikinci beynalxalq müsabiqəsi.
Leyla Fərəcova.

 



AZAD ƏLIYEV


Ş. Məmmədovanın adına Opera studiyasının direktoru –


        L. F.: – Sizin üçün müsabiqənin ən parlaq və təsirli xatirəsi nədir?
       A. Ə.: – Eldar Əliyev. O məni heyran etdi. Xüsusi ilə mən I turda oxunan Don Juanın ariyasını qeyd edərdim. Ümumiyyətlə, o Hendelin oratoriyasından ariya oxumalı idi. Çıxışına bir gün qalmış o öz fikrini dəyişdi və Don Juanın ariyasını, hətta reçitativlə oxudu. Çox çətin ariyadır və belə yüksək səviyyədə ifası Eldarın vokal məktəbinin əyani göstəricisidir. Eldar müsabiqəyə çox ciddi yanaşırdı. Avqustun axırından gündə 5 saat opera studiyasında məşq edirdi: 2 saat özü və 3 saat konsertmeysterlə. Hər notun, hər səsin üstündə ayrıca işləyirdi. Düzünü desək, Eldarın qələbəsi hamını ürəkdən sevindirdi.
       Rəna Mustafayeva haqqında da fikrimi bildirmək istərdim. O çox yaxşı vokalçıdır. Sadəcə olaraq, müsabiqəyə psixoloji cəhətdən hazır deyildi. Bu da mən bilən cavanlığın və təcrübəsizliyin nəticəsidir. Rəna konkursa çox ciddi hazırlaşırdı. Zənnimcə, hazırlaşmağa bir qədər tez başladı və nəticədə sentyabrın 2-3-ü üçün tamamilə hazır idi. Qalan 15 günü gözləmək onun üçün çətin psixoloji təzyiq oldu. Inanıram ki, gələcəkdə özünü daha yaxşı, daha yetkin göstərəcək.
Deyilənlərdən başqa, xüsusi qeyd etməliyəm ki, Dövlət Simfonik Orkestrimiz olduqca böyük və keyfiyyətli iş görüb. Onlar qısa bir zamanda bir sıra əsərləri öyrənib hazırladılar. Baxmayaraq ki, hansı əsərin III tura keçəcəyi bilinmirdi. Nəzərə alınmalıdır ki, orkestrin tərkibi cavanlaşdırılıb və hal hazırda əsasən cavan musiqiçilərdən ibarətdir. Müsabiqəyə 10 gün qalmış orkestr məşqələrə başladı. Onlar praktiki olaraq, Fransadakı qastroldan qayıdarkən, dərhal məşqləri başladılar. Axırıncı günlər orkestr gündə 8-9 saat məşq edirdi. Və nəticədə demək lazımdır ki, orkestrin müşayiəti çox professional səviyyədə keçdi. Birinci növbədə belə müvəffəqiyyət orkestrin baş dirijoru Rauf Abdullayevin səyidir. Vokalı müşayiət etmək çox çətindir, hətta, ümumiyyətlə, bütün dünyada orkestrin və dirijorun professional dərəcəsi akkomponement üzrə aşkarlanır. Açıq danışsaq, nəfəs alətləri qrupu digərlərinə nisbətən zəif idi. Bununda obyektiv səbəbləri var: orkestrdə nəfəs alətləri ifaçıları çatışmır, xüsusən də mis-nəfəsli qr upda. Təkcə onu arzulayıram ki, nəfəs alətləri qrupu bütün orkestrin səviyyəsinə çatsın.

ELDAR ƏLIYEV


Qran-Pri mükafatının sahibi –


       L. F.: – Eldar, Sizin üçün bu müsabiqədə iştirak etmək bir qədər gözlənilmədən olub. Müsabiqədən nə demək istərdiniz?
       E. Ə.: – Müsabiqənin hazırlığı və gedişi, demək olar ki, ən yüksək səviyyədə idi. Iştirakçıların tərkibi də hətdinnən artıq güclü idi.
       Iki-üç il bunnan qabaq mən Belveder müsabiqəsinin iştirakçısı olmuşam və qeyd etməliyəm ki, həmin müsabiqənin səviyyəsi qat-qat bizim müsabiqədən aşağı idi. Orada elan etmişdilər ki, müsabiqədə iştirak etmək üçün 3 min sifariş qəbul edilib. Mən bilmirəm, bu 3 mini necə və kimlərdən seçiblər, amma finala kimi ən orta səviyəli müğənnilər keçdilər. Parlaq müğənnilər, demək olar ki, yox idi.
       Mən özümü orta səviyyəli vokalçı sayıram. Bunu pis mənada başa düşmək lazım deyil. Əksinə, bu o deməkdir ki, heç olmazsa, Italiyada mənim üçün həmişə iş tapılar. Nəyə görə? Ona görə ki, oxumağım çox hamahəng və sabitdir, xüsusilə də sürətlə qalxmalar və, ən əsas, enmələr nəzərə çarpmır. Belə fəaliyyət isə bu günümüz üçün beynəlxalq standarta uyğundur.
       Doğrusunu desək, mən Qran-Pri mükafatını heç gözləmirdim. Hərçənd mənim üçün bu çox xoşagələn bir nəticədir. Bayaq dediyim kimi, özümü orta səviyyəli peşəkar müğənni saysam da, belə başa düşürəm ki, Qran-Pri mükafatını mənə sənətimdə qazandığım uğurlara görə veriblər, daha müsabiqədə çıxışlarıma görə yox. Mən bilən, Qran-Pri mükafatı Yelena Manistinaya verilməliydi. Taleyin ədalətsizliyidir ki, o mənimlə bir müsabiqədə yarışırdı. Ümümiyyətlə, mən demək istəyirəm ki, həm cavan, həm nisbətən təcrübəli – kişi və qadın səsləri və s. göstəricilər birgə qiymətləndirilib. Belə səviyyəli müsabiqələrdə mükafatlar, misal üçün, aşağıdakı kimi adlandırılmalıdırlar: müsabiqədə ən yaxşı ifa; ən gözəl səs; vokalda ən yüksək texnika və s. Və, nəhayət – 5-6 sayda – sənət uğurlarına görə mükafat. Qoy 3-cü mükafat olsun, amma daha ən yüksəyi – Qran-Pri – yox. Məsələn, təəssüflər olsun ki, I müsabiqədə Əkrəm Poladov heç bir mükafata təqdim olunmayıb...
       Müsiflər heyətinə çox yüksək səviyyəli mütəxəssislər toplaşmışdı. Onların hamısı gözəl insan idilər. Onlar üçün oxumaq çox xoşa gələn bir hadisə idi. Ümümiyyətlə, məhz müsabiqədə oxumaq müğənni üçün heç də xoşa gələn hadisə deyil. Lakin, münsiflərimiz hamıya çox istiqanlı və xeyirxaqlıqla yanaşırdılar.
       L. F.: – Necə olub ki, Siz o çətin dövrdə Azərbaycandan Italiyaya oxumağa getdiniz?
       E. Ə.: – Mədəniyyət Nazirliyi və şəxsən Polad Bülbül oğlunun təşəbbüsü ilə 1992-ci ildə Italiyaya oxumağa getdim. Doğrusu, biz 4 nəfər idik: mən, Nərgiz Kərimova, Emil Əkbərov, Adil Axundov. Akademiyaya müsabiqə ilə keçdim mən. Beləcə bir il Ozimo şəhərində oxudum. Ozimoda mənimlə, yeri gəlmişkən, Əkrəm Poladov da təhsil alırdı, Akademiyanın səviyyəsi kifayyət qədər peşəkar deyildi, və bir ildən sonra mən oradan getdim. Özümü sınadım, və "La-Skala" teatrın himayəsində təşkil edilən kurslarda təhsili almaq hüququnu və təqaüdu uddum.
       L. F.: – Həmin təhsil haqqında nə deyə bilərsiz?
       E. Ə.: – Italiyada elə bir təşkilat var – "lodjermistlər". Yəni "qalyorka"çılar. Onlar assosiasiyalara birləşirlər və onların böyük hörməti, nüfüzü və, bunnan savayı, sanballı fondları var. "Lodjermistlər" mənə böyük köməklik göstərdilər. Mən isə əvəzində çox işləməli idim. O vaxt mən maestro Karlo Berlotsi ilə çalışırdım və, əsasən, Verdinin əsərlərini oxuyurdum.
       Assosiasiya məni olduqca irəli çəkdi. Inanın ki, onlar real bir qüvvədir! Sonra isə həmin təşkilat məni bilavasitə "La Skala" teatrına təqdim etdi. "La Skala"da məni dinlədilər və seçib müsabiqəyə göndərdilər. Həmin müsabiqədə mən çox əzəb çəkdim, sanki səni hissə-hissə "sökürlər". Vəziyyətlə bağlı yerindəcə çıxış yolu tapmalıydım. Bütün bu strukturdan keçib hamıya sübut etməlisən ki, sən "italiyalısan". Müsabiqədən qalib kimi qayıtdım və opera teatrında rol aldım. Mən, necə deyirlər, dərhal anlayırdım ki, kimsə məndən nə istəyir, və nəticədə iki ildən sonra hamılıqla məni qəbul etdilər.
       Sizə bir sirr açmaq istəyirəm: mən, ümümiyyətlə, yaxşı psixoloqam. Bəlgə də həmin səbəbdən məni hamı "sevdi". Həm də ona görə ki, böyük ümüdlər verirəm və italyan dilində gözəl danışıram. Bu isə onlar üçün ən böyük meyar sayılır. Indiki zamanda mənə iki agentlik xidmət göstərir, və iki agentlik – artıq çoxdur.
       Bildiyiviz kimi, "La Skala" repertuar teatrıdır, və o, əlbəttə ki, keyfiyyət göstərməlidir. Demək lazımdır ki, orada kommersiya son həddə çatdırılıb: bütün iş təyinləşdirilib, hər şey ödənilib, və bəlkə də buna görə həmin maşın-sistem yaxşı işləyir.
       Əsil opera – əsil mənada – Bolonya və Florensiya teatrlarında saxlanılıb. Hər iksində operanın ruhu, operanın ab-havası yaşayır. Bunnan başqa, orada çox xeyirxah və gözəl insani münasibətlər yox deyil.
       L. F.: – Tamaşaçılar necə? Həmişə anşlaqlardımı?
       E. Ə.: – Tamaşaçılar, təbii ki, operanı çox sevirlər və ürəkdən qəbul edirlər. Zallar isə, demək olar ki, həmişə dolu olurlar. Zalda boş yerlər varsa, bu hansısa anlaşılmazlıqın nəticəsidir: ya kimsə xəstələnib, ya da gecikib və s.
       L. F.: – Onda bir sual. Tənqidçilərin Sizə münasibəti necədir?
       E. Ə.: – Ümümiyyətlə, orada tənqidlə heç kəs, siz deyən, ciddi hesablaşmır. Bundan başqa, onu heç kim oxumur. Xüsüsən müğənnilər.
       Bilirsiz, oradaki tənqid mən, deyərdim ki, bizimkinnən çox fərqlənir. Təzə-təzə mən oxuyurdum, sonra isə marağım itdi.
       L. F.: – Siz özünütənqidi qəbul edirsinizmi?
       E. Ə.: – Mən obyektiv düşünən insanları salamlayıram.
       Mənim üçün tənqid hardasa məmnuniyyətsizliyin və aplodismentlərin ortasındadır. Mən bilən, ən obyektiv tənqidi təcrübəli bir dirijor verə bilər.
       Orada tənqid çox abstrakt şəkildədir. Məsələn, belə bir ibarə – "...Teatr daha çoxuydu, nəyinki opera". Bunu necə başa düşmək lazımdır? Axı artist üçün çox yersiz məzəmmətdir.
       L. F.: – Siz öz repertuarınızdan nə deyə bilərsiz?
       E. Ə.: – Nə verirlər – onu da oxuyuram. Praktiki olaraq, hər şeyi oxuyuram. Iş çox olanda – 7-8 "opera məhsulu" yığılır, həm də eyni əsərlərdən: iki "Attila", iki "Riqoletto" və s. Əsasən, Verdi, Donisetti, Bellini, Rossini və Motsartın operalarını oxuyuram.
       L. F.: – Siz necə hesab edirsiniz, sizi hal-hazırda bas yaxud bariton səsi ilə bağlamaq olar?
       E. Ə.: – Yəqin ki, 2-3 ilə tamamilə formalaşaram. Hal-hazırda, hələ deyə bilmərəm ki, mənim bas ya da bariton registri var. 3-4 il əvvəl planlaşdırılmış işlərimi yerinə yetirim, sonra bir il istirahat edib, daha sonra yeni keyfiyyətli səslə 5-6 partiya düzəldib yalnız onları oxuyacayam. Mən hələ qərara almamışam ki, hansı registrə üstünlük verim.
       L. F.: – Bizim cavan müğənnilərdən Sizin diqqətinizi kim cəlb edib? Azərbaycanın vokal məktəbindən nə deyə bilərsiniz? Biz nə edə bilərik ki, mümkün qədər milli vokal məktəbimizin səviyyəsini qaldıraq?
       E. Ə.: – Birinci növbədə Italiyadan, ya da o biri ölkədən 2-3 peşəkar – məsləhətçi dəvət etmək lazımdır.
       Ikincisi, tələbələrin səfərlərini təşkil etmək.
       Seymur Kərimovun çox gözəl səsi var, Timur Abdikeyevın, Innarə Babayevanın və başqaların da həmçinin. Hamıda istedad var və həmin istedadlardan dördəlli yapışmalıyıq. Misal üçün, Seymurda ilkin vokal əlamətlər var idi, lakin indi o artıq mənim səviyyəmdədir.
       L. F.: – ?!
       E. Ə.: – Müəllimlik düz aparılmayıb. Parlaq və böyük imkanlı səsi indi, heç olmasa, yaxşı orta səviyyədə saxlamaq lazımdır. Bu səviyyəyə çatmaq üçün 22-23 yaşından irəliləmək, sənətdə addımlamaq lazımdır, 24 yaşında isə – artıq "qaçmaq" lazımdır. Bu – karyeradır, və mənsəbə can atmaq deməkdir.
       Bir az ehtiyatsız danışıram, mənnən sonra küsə bilən də olar. Lakin, o sistemi çox gözəl bilirəm. Eyni zamanda, yeganə xarici və cavan müğənniyəm ki, Italiya teatrında oxuyur və Italiyada yaşayıram. Orada cavan baslardan hamısı italyanlardı. Basları, ümümiyyətlə, barmaqla saymaq olar. Bunnan başqa, xarici, müğənnilərdən bu günədək 1 nəfər vardı: yuqoslaviyalı Aleksandr Svan. Indi isə mənəm.
       Səhnədə kim oxuyur? – Ulduzlar.
       Ulduzlar kimdir? – Italyanlar.
       Ona görə də işləmək çox çətindir və mümkün qədər bu incə məsələnin üstündən ötmək gərəkdir.
       L. F.: – Sizə Azərbaycan Dövlət Simfonik Orkestr necə təsir bağışladı?
       E. Ə.: – Hiss olunur ki, onlar çalanda başqa-başqa problemləri düşünürlər.
       Hamı üçün çətin zamandır. Onlarda, mən deyərdim ki, vətənpərvərlik hissi yoxdur. Burada ən başlıcası musiqiçi vicdanı gərəklidir. Onlar əlbəttə çox çalışırdılar, lakin bu lazımi dərəcədə deyildi.
       Rauf müəllim çox ziyalı insandır və çox yaxşı dirijordur. O olardan qəti sürətdə diqqət tələb etməlidir. Xaricdə dirijor gələn kimi, orkestrantlar, neçə deyirlər, nəfəs almaqda qorxurlar.
       L. F.: – Siz öz gələcəyinizi necə və harada görürsünüz?
       E. Ə.: – Bakı mənim indiki zamanım və keçmişimdir. Və ürəkdən istərdim ki, gələcəyimi də burada görüm. Buradan getmək lazım deyil. Mən istərdim Azərbaycan opera teatrında çalışım, hətta təkcə müqənni kimi yox. Istərdim tez bir zamanda bizim operada "Boqema"nı tamaşaya qoyaq.
       L. F.: – Axı belə bir tədbirlər üçün çoxlu miqdarda vəsait ayırılmalıdır. Bizim teatrın belə imkanı varmı?
       E. Ə.: – Şəxsən mənə qonorar lazım deyil. Italiyadan müğənniləri gətirəcəyəm və onlar da, mən də, çalışacayıq ki, baha başa gəlməsin.
       Onlar çox yaxşı müğənnidirlər, sadacə olaraq həmin struktura düşə bilmirlər. Inanın ki, mən təkcə ona görə keçdim ki, psixoloji çəhətdən belə bir imtahana hazır idim.
       L. F.: – Eldar, Sizə elə gəlmir ki, psixologiya və fəlsəfə, ümümiyyətlə Sizin daxili aləminiz üçün çox yaxın bir sahələrdi?
       E. Ə.: – Belədir ki var. Mən fəlsəfəyə də böyük maraqla yanaşıram. Indiki zamanda isə mənim öz fəlsəfi təsəvvürlərim var.
       L. F.: – Yəqin, ki, neqativ baxımlara üstünlük verirsiniz?
       E. Ə.: – Yox. Mənim təsəvvürlərim mobildir. Insana qarşı münasibətdən asılıdır. Bir də şəraitdən, vəziyyətdən...
       L. F.: – Sizin yaradıcılıq planlarınız?
       E. Ə.: – Dediyim kimi, arzulayıram ki, Bakıda "Boqema" operasını tamaşaya qoyaq. Mən Opera Teatrının Direktoru A. Məlikovnan danışmışam, inanıram ki, bu planlarımız həyata keçəçək.
       Istərdim ki, opera bütövlüklə italyan dilində getsin, hətta xor səhnələri də. Bu tamaşa, sırf gənclər tamaşası olardı. Özüm lap rejissorun assistenti vəzifəsini də öz üzərimə götürərdim. Bu iş mənim məhsulumdursa, deməli hər şeyi öz bildiyim kimi eləyərdim.
       Hərçənd, nəyinki bu proyekt. Istərdim ki, Bakıda hətta opera festivalı keçirilsin. Bu mənim ən istəkli arzumdur!

AXIR SÖZ

       Nəhayət, müsabiqə başa çatdı... Lakin, hələ uzun bir müddət hamı bu müsabiqənin təəssüratı ilə yaşayacaq...
       Bir arzumuz var, – bütün Azərbaycan xalqının arzusudur, – Qarabağı azad etmək arzusu...
       Istərdik ki, Müsabiqənin mükafatlandırma mərasimləri və laureatların sonuncu çıxışları azad olunmuş torpaqlarımızda – Bülbülün Vətənində, Şuşada, keçirilsin. Bu isə – müsabiqənin tacı və Bülbülün xatirəsinə ehtiramımız kimi anlanılar və yozulardı.
       Inanırıq ki, qarşıdan gələn Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəyədək həmin inamımız, arzumuz və istəyimiz həyata keçirilsin.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page