ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
Plenum
-
Search

ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
Plenum
-
Ilin ən yaxşı əsəri
-

 



       Ötən əsrin sön günlərində (27-29 dekabr 2000-ci il) Azərbaycan Bəstəkarlar Ittifaqının Mədəniyyət Nazirliyi ilə birgə növbəti Plenumu oldu. Iri həcimli simfonik janrları, kamera orkestri üçün əsərləri özündə təcəssüm etdirən bu konsert proqramlarında müxtəlif nəslə mənsub bəstəkarların yeni əsərləri dinləyicilərin mühakiməsinə verildi. Respublikanın xalq artisti Rauf Abdullayevin idarə etdiyi Ü. Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin iştirakı ilə keçən iki simfonik konsertdə Nəriman Məmmədovun IV simfoniyası, Ceyhun Allahverdiyevin Ikinci simfoniyası, Vasif Allahverdiyevin Respublikamızın Prezidenti Heydər Əliyevə həsr etdiyi "Ömür yolu" simfonik poeması, Sərdar Fərəcovun "Matəm harayları", habelə müstəqil yaradıcılıq yoluna yenicə qədəm basmış dünənki tələbələr – Xədicə Zeynalovanın Simfonik poeması, Rüfət Ramazanovun balet süitası, Lalə Cəfərovanın fortepiano ilə orkestr üçün Konsertinin II və III hissələri ifa olundu. Kamera-vokal musiqisi Ilham Abdullayevin xor silsiləsi, Nərgiz Şəfiyevanın Nazim Hikmətin sözlərinə vokal Dialoqu, Ruhəngiz Qasımovanın romansı, Elnarə Dadaşovanın üç romansı ilə təmsil olunmuşdu. Q. Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin proqramına (dirijor və bədii rəhbər əməkdar incəsənət xadimi Teymur Göyçayev) Nazim Quliyevin "Cavidi düşünərkən" əsəri, Sevda Ibrahimovanın simli orkestr üçün süitası, Oqtay Kazımovun fortepiano ilə orkestr üçün Konsert-balladası, Sərdar Fərəcovun "Oxunmamış layla" pyesi, Məmməd Cəfərovun kamera orkestri üçün Dörd pyesi daxil edilmişdi. 2001-ci il yanvarın 3-də əsərlərin müzakirəsinə həsr olunmuş yığıncaq keçirildi.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page