ÌÓÑÈÃÈØÖÍÀÑËÛÃÛÍ ÀÊÒÓÀË ÏÐÎÁËÅÌËßÐÈ
Fortepiano texnikasında müasir ifaçılıq effektləri işarələri (ardı)
S. Mirzəyev.
Search

ÌÓÑÈÃÈØÖÍÀÑËÛÃÛÍ ÀÊÒÓÀË ÏÐÎÁËÅÌËßÐÈ
Fortepiano texnikasında müasir ifaçılıq effektləri işarələri (ardı)
S. Mirzəyev.

 



        (Bax: George Crumb (ABŞ). Macrocosmos. Volume I, ¹7. Libra. 1972)
       4. Nömrəli nümunədə verilən rezonans effektini pianistin öz səsi ilə də yaratmaq olar (təbii ki, bu zaman effekt xeyli zəif olur). Ifa zamanı musiqiçinin piano içinə danışması, qışqırması, fit çalması bəzi simlərin titrəməsinə səbəb olur. (Danışan adamın səs tezliyinə uyğun tezlikli simlər rezonans verir. Təbii ki, müxtəlif yüksəklikdə olan səslərə müxtəlif simlər çavab verir.) Nəticədə uğultulu bir fon səsi eşidilir:
       Sözlər, nümunədəki ritmik yazılışda deyilməlidir. Son heca ox işarəsinin göstərdiyi kimi, daha yüksək tonda deyilir.
        (Bax: F. Qarayev - “...a crumb of music for George Crumb”. 1985)

       5. Oxşar işarələr bəzən söz hecaları olmadan da rastımıza çıxır:
       Təqribi yüksəkliyə malik zərb işarəsi:
       2 nömrəli nümunədə olduğu kimi, qarşımızda zərb ritmi durur, lakin bir xətt üzərində leyil, not cizgilərində yazılmış olduğu üçün zərbələr müəyyən yüksəkliklərə malikdirlər. Bu ritmik fiqur göstərilən yüksəkliklərdə (təqribi) simlər üzərində barmaqlarla çalınır.
        (Bax: Lepo Sumera (Estoniya) - “Scenario”. 1995)
       Bəstəkarın ideyasına görə çubuqlarla da çalınır. Bu zaman daha sərt səs əldə olunur.
        (Bax: Maka Virsaladze (Gürcüstan) “Mistery I” 1999)
       6. Bir çox müasir əsərlərdə temp terminlərindən istifadə olunur, bunun əvəzində rəqəmlər yazılır. Məsələn:
       Bəzən metronom ölçüsü əvəzinə zaman müddəti yazılır: (ca (circa) - təqribən mənasındadır; notların, fermataların uzunluq müddətini göstərmək üçün də istifadə olunur, məsələn:
       Bəzi hallarda çərək not əvəzinə q hərfinə rast gəlirik: q = 154 (q - quarter).
        (Bax: George Crumb-“Makrokosmos”, volume I ¹4, Capricorn. 1972. Bart de Kemp (Hollandiya) “Palase”. 2000)
       7. Bəzi əsərlərdə metrik ölçüləri annulyasiya edən terminlərə rast gəlinir (“ad libitumla” qarışdırmamalı).
        [senza misura] - “metr ölçüsü olmadan” mənasını verir. Sərbəst çalınma tələb etsə belə, not dəyərləri arasındakı fərq saxlanmalıdır. “senza misura” takt başında metrik işarə (məsələn: = 120) yazılana qədər qüvvədə qalır.
        (Bax: Wolfgang Liebhart (Avstriya) - “Structures of blurred timbres”. 2000)
       8. Bəzi terminlərin klassik paralelləri var: [etc.] - “et cetera” (lat.) sözündəndir, “eyniliklə davam et” mənasındadır. “Simile” termininin paralelidir.
        9. Bu işarəyə “hazırlanmış” (preparasiya olunmuş) piano” istifadə olunan əsərlərdə rast gəlinir. Göstərilən interval arasındakı notlar əvvəldən hazırlanmalıdır. Adətən bəstəkar bu notların hansı materiallarla preparasiya olunacağını səhifənin başında yazır (məsələn: plastik, şüşə, metal, kauçuk və s.). Bu materiallarla simlərin səsi qısılır.
        (Bax: Mixail Smetanin (Rusiya) “Strange attractions”. 1990)
       10. [con sordino] - səsi qısılaraq çalmaq. Ötən məqalədə izahı verilən “press” effektindəki kimi, burada da çalınan notun simlərini tapıb, başqa əlin barmaqları ilə sıxmaq lazımdır. “Press”dən fərqli olaraq simi kökündən deyil, istənilən yerdən sıxmaq olar. “Con sordo” (boğuq) kimi də yazılır.
        (Bax: Əli Əlizadə (Azərbaycan) - “Cantabile... Məkanda dialoqlar”. 2000)
       11. [con legno] - simli alətlərdən götürülmüş termindir. “Çubuğla çal” mənasını daşıyır. Pianonun simlərində çubuğla çalınmasını tələb edir.
        (Bax: Əli Əlizadə (Azərbaycan) - “Cantabile... Məkanda dialoqlar”. 2000)
       12. Bəzi hallarda iki yeni not yazı işarəsi, yaxud effekti üst-üstə düşür. Bunlardan bir neçəsini nəzərdən keçirək:
       Gördüyümüz kimi, simlərdə aşağı “gliss.” “senza suone” ilə kəsişir. Bu zaman sol əl səssiz intervalı basır, sağ əl göstərilən intervalda qlissandonu yerinə yetirir. Pedalın kəsilərək yenidən sıxılması zamanı dinləyici “senza suone” intervalını eşidəcəkdir.
        (Bax: F. Qarayev - “...a crumb of music for George Crumb”. 1985)

       13. Klaster + pizz. Effektlərin bu cur üst-üstə düşməsi zamanı, göstərilən intervalda klaster simlərdə çalınır. (Bu intervaldakı simlərə əllə zərbə endirilir.)
        (Bax: Thomas Heinisch (Avstriya) “Notes from the Night-zone”. 2000)
       14. Eyni effektin, yaxud yazılmış tərzinin iki əldə eyni zamanda istifadə olunması halına da rast gəlinir. Bəzən bu, pianist üçün böyük çətinlik törəmə bilər. Məsələn:
       Ikiqat paralel qlissando. (Paralel gliss.-nun izahı ötən nəmrəmizdə verilmişdir.) Hər iki əllə paralel qlissando çalan zaman zədə almamaq üçün əlcək qeymək gərəkdir.
        (Bax: Andew Toowey (Ingiltərə) - “Music for the painter Estelle Thompson”. 2000)
       15. Ötən məqaləmizdə təsvir olunan ritmik fiqurların ikiləşməsi. Taktda tələb olunan 7 səkkizlik əvəzinə 8 səkkizlik yazılmış və bu müddət ərzində 8 səkkizlik çalınmalıdır. Çərək notda 4 onaltılıq əvəzinə 5 onaltılıq yerləşdirilmiş və bunların sonuncusu pauzadır. Praktik ifa zamanı çərək notlar bir qədər qısa çalınmalıdır (8 : 7).
        (Bax: Elmir Mirzəyev (Azərbaycan) - “Gorüntülər və əks-səda”. 2000)

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page