ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
Böyük tarzən Mirzə Sadıq Əsədoğlunun tar islahatları
V. Əbdülqasımov.
Şərq musiqinin peyğəmbərləri
P. Aşir Oğlu.
Şuşa, Bakı, Paris… Çeyhun bəy Hacıbəyli – 110
S. Qarabağlı.
Xan Zirvəsi
V. Muxtaroğlu.
Bəhram Mansurovun muğam sənəti
F. Əbdülqasımov.
Unudulmaz əziz müəllimim Qılman Salahov Haqqında xatirələrim
R.Rzayeva.
Unudulmaz şəxsiyyət
L. Rəhmanova.
|
|
Bu düzülüş udun səs düzümü ilə eynidir.
Istər udun, istərsə də tənburun pərdələri və Əbdülqadir qammasının ardıcıl düzümünə diqqətlə baxanda onların arasındakı fərqləri aydın görmək olar. Əsas fərq, bütöv tonların quruluşu təşkil edir. Klassik 17 pilləli sistemdə çərək9 tonlar 90+90+24 quruluşda ardıcıllıqla qurulurdusa, bu alətlərdə isə çərək tonlar 90+90+24 quruluşundan başqa 90+24+90 və yaxud 24+90+90 və sairə quruluşlu ardıcıllığa da malikdirlər. Demək çərək tonlar eyni quruluşa malik ardıcıllıqla düzülmür. Bəs 5 simli və 11 simli tarlarda 17 pilləli düzüm necə ardıcıllaşmışdır?
Sadıq Əsəd oğluna qədər istifadə olunan beş simli tarın pərdələri, say hesabı ilə, (oktava həcminə görə) yaxın və Orta Şərq xalqlarının musiqisinə məxsus olan 17 pilləli səs düzümü baxımından, bir tonun üç yerə bölünməsi prinsipi əsasında qurulur.
Beş simli tar pərdlər quruluşu sayca 17 pilləli səs düzümü sisteminə əsaslansa da, hər tonun daxili quruluşuna görə (tezlik ölçüsü ilə) isə bir qədər fərqlənir. Belə ki, klassik 17 pilləli sistem üzrə hər ton 90+90+24 prinsipli intervallardan təşkil olunurdusa beş simli tarda isə hər ton 90+57+57 prinsipli intervalların məcmusindan qurulur. Belə prinsipli düzüm besimli tarın bütün diapazonuna məxsusdur.
Sadıq Əsəd oğlunun yeni növlü tarında isə pərdələrin sayı (hər sim boyunca bir oktava həcmi dixilində) klassik 17 pilləli səs düzümü sisteminə sayca uyğun gəlir. Hər bir tonun bölünmə sayı baxımından, o, həm 17 pilləli ərəb, fars musiqi sistemindən, həm də öz sələfi beşimli tarın pərdələr düzümündən xeyli fərqlənir. Bu fərq şifahi ənənələrə əsaslanan Azərbaycan professional musiqisinin – muğam sənətimizin orijinal düzümə malik olduğundan irəli gəlir.
Əgər klassik 17 pilləli səs düzümü və yeni tar növünün sələfi olan beş simli tar pərdələri sistemində hər bir ton (diatonik səs düzümü baxımından) üç yerə (90s+90s+24s və ya 90s+57s+57s və sair) bölünürdüsə, yeni 11 simli tar pərdələr sistemində isə hər bir ton iki (90s+114s), üç (90s+90s+24s; 90s+24s+90s; 24s+90s+90s) və dörd (66s+24s+90s+90s) yerə bölünür. Göründüyü kimi bu 11 simli tarda hər ton qeyri bərabər 2, 3 və 4 yerə bölünür. Buna görə də yeni növlü tarın bütün diapazon boyunca oktavalarındakı pərdələrin sayı eyni miqdarda deyildir. Məsələn, diapazon boyunca (tarın diapazonunu inC kökünə görə, kiçik oktavanın "do" səsindən, ikinci oktavanın "sol"-"lya" səsinə kimidir) tarın oktavalar daxilindəki sayına fikir versək görərik ki, kiçik oktavanın "do" səsindən birinci oktavanın "do" səsinə kimi 19, birinci oktavanın "do" səsindən ikinci oktavanın "do" səsinə kimi 17, birinci oktavanın "sol" səsindən ikinci oktavanın "sol" səsinə kimi 13 pərdə mövcuddur. Ikin
ci oktavanın "do" səsindən "sol", "lya" səslərinə kimi isə pərdələr, yuxarıda qeyd edildiyi kimi, 12 pilləli xromatik Avropa qamma sistemlidir.
Belə bir maraqlı səs düzümünə malik olan Azərbaycan tarı öz sələfini geridə qoymuş, Azərbaycan xalq musiqisinin, xüsusilə muğam sənətinin özünəməxsusluğunu, orijinallığını sübut etmişdir. Bu tarın muğamın inkişafında müstəsna rolu vardır. Azərbaycan tarı təkcə muğam sənətinin deyil, eləcə də professional Azərbaycan bəstəkarlarının əsərlərinin inkişafında da müəyyən rol oynamışdır.
________
1 Azərbaycan EA elmi heyətinin topladığı məlumata görə Şuşada XIX əsrdə 95 şair, 22 musiqişünas, 58 xanəndə, 12 nüsxabənd, 19 xəttat, 16 nəqqaş, 8 memar, 5 astronom, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur.
2 Həmin dövrdə Azərbaycanda – Bakı və Şamaxıda da belə məclislər olmuşdur. Bakıda (Abşeron) "Məcməüş-şüəra" (Ağa Kərim Salik, Ağa Dadaş Müniri, Ağa Seyid oğlu Ağabala və b.) və Mənsurovlar musiqi məclisi. Şamaxıda (Şirvan). "Beytüs-Səfa" (Seyid Əzim Şirvani, Məhəmməd Səfa, Mirzə Məhəmmədhəsən və Məhəmmədzadə Mahmudağa Əhmədağa oğlunun malikənəsində toplaşan musiqi məclisləri.
3 Tarın əsas hissələri: böyük və kiçik çanaqlardan ibarət gövdə, qrif və simlərin aşıqlara sarınan gəlləsi. Orta tarın ümumi uzunluğu 960 mm. Kövdə tut ağacının materialından hazırlanır. Onun böyük çanağı: 190 mm x 184 mm x 140 mm, kiçik çanağı: 125 mm x 175 mm x 140 mm. Qrif və kəllə isə qoz ağacından hazırlanır. Qrifin hərəkət edən pərdələrinin sayı 22-dir. Həmin pərdələr əvvəllər dəridən, hal-hazırda isə kapron materialdan hazırlanır. 150 mm uzunluqlu gəllədə 6 böyük, 3 kiçik aşıqlar yerləşir. Onlarda ağac materialdandır. Onu da deyək ki, ağ, sarı və bas simlər aşıqlara tək halda bağlanırsa, "zəng simlər" isə ikisi bir aşığa bağlanır.
4 Çəngəl-qolun, çanağın üzünə doğru əyilməsindən, çanağa əyri bağlanmasından irəli gələn uyğunsuzluğa deyilir. Bu halda pərdələrin harmonikliyi pozulurdu.
5 Ifa zamanı tarın qolunun bir qədər geriyə dartılmasından (ifaçı tarın qolunu özünə tərəf çəkir) və tarın silkələnməsindən yaranan simlərdəki titrəyişə (vibrasiya) tarzənlər "xun" deyirlər.
6 11 simli tarda simlər 2 qoşa düzülməklə (ton sim istisna olmaqla) 6 müxtəlif xarakterli səsə malik qrup təşkil edir.
7 S. Oqanezaşvili təklif edirdik ki, tarın kökü "sol" kökündə edilsin. Məhz buna görə onun təklifinə uyğun olaraq "sol" kökündə cingənə simlər "re", "sol" olur.
8 Sadıq Əsəd oğlu 1902-ci ildə Bakıda vəfat etmişdir.
9 Bütöv – mənasında, yəni 1 t, 90 s.
|