ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
Böyük tarzən Mirzə Sadıq Əsədoğlunun tar islahatları
V. Əbdülqasımov.
Şərq musiqinin peyğəmbərləri
P. Aşir Oğlu.
Şuşa, Bakı, Paris… Çeyhun bəy Hacıbəyli – 110
S. Qarabağlı.
Xan Zirvəsi
V. Muxtaroğlu.
Bəhram Mansurovun muğam sənəti
F. Əbdülqasımov.
Unudulmaz əziz müəllimim Qılman Salahov Haqqında xatirələrim
R.Rzayeva.
Unudulmaz şəxsiyyət
L. Rəhmanova.
|
|
Bəşəriyyət tarixi çox qısa həyat sürmüş lakin bu müddət ərzində silinməz iz qoymuş insan adları ilə zəngindir. Ümumiyyətlə hər birimiz bu həyata hər hansı bir şərəfli vəzifəni layiqincə icra etməyə göndərilirik. Ulu tanrı dünyada ən şirin nemət olan həyatı bəxş edərkən taleyimizin qədərini öz öhdəmizə buraxır. O, həm mükafatlandıran, həm də məhrum edəndir. Tanrı tərəfindən bəxş olunmuş nemət isə mənasız və bihudə ola bilməz. Hayıf ki, hər kəs bunun fərqinə varmır. Görəsən bəs biz bəzən güc çatmaz dərəcədə çətin olan bu yükün öhdəsindən layiqincə gələ bilirikmi? Nə qədər dərindən dərk etməyə cəhd göstərirəmsə bir o qədər də artıq aydın olur ki, bu missiya seçilmişlərindir. Və belə seçilən insanlardan biri də istedadlı musiqiçi, bəstəkar, respublikanın xalq artisti, Bəstəkarlar Ittifaqının üzvü Rafiq Fərzi oğlu Babayevdir.
Rafiq Babayev özündə dərin erudisiya, idrak, sənətinə məhəbbət və əlbəttə ki, insanlıq kimi keyfiyyətləri cəmləşdirən bir insan idi. Ilk növbədə isə o, incə təfsirçi, gözəl pianoçu, sözün əsl mənasında Musiqiçi idi. Onun yaradıcılığı azərbaycan xalq musiqisinin ənənələrinə əsaslanan nadir harmoniya və qəlbləri məftun edən təsirli melodika ilə diqqəti cəlb edir Azərbaycan cazının dərin düşünülmüş və intellektual əsaslanmış konsepsiyasının yaradıcılarından olaraq və bu yaradıcılığın indi daha da fundamental olan istiqamətlərində ilk addımların atması onun hazır şablonlardan hər zaman uzaq durmaq istəyini bir daha təsdiqləyir.
Rafiq Babayevin ifa etdiyi musiqi – onun kompozisiya quruluşu, harmoniyası, ritmik relyefi ənənə adlandırılan anlamdan çox uzaqdır. Verdiyi müsahibələrdən birində dediyi kimi – caz artıq xeyli vaxtdırki ənənəvi amerikan mədəniyyətinin çərçivələrindən çıxmışdır. Və bu ilk növbədə cazın vətənində musiqi ənənələrinin cazmenlərin yaradıcı axtarışlarının dalınca yetişmədiyindən irəli gəlir.
Rafiq Fərzi oğlu Babayev 1936-cı il mart ayının 31-i Bakı şəhərində anadan olmuşdur. Uşaqlıq illərinin çətinliyi və ağırlığı onun da qismətinə düşür. Atası Fərzi Babayev qanlı-qadalı 30-cu illərin çoxsaylı repressiya qurbanlarından birinə çevrilir. Kiçik Rafiq, qardaşı və üç bacısı çox ağır şəraitdə anası. Şahbəyim xanım Kazımbəyova tərəfindən tərbiyə olunur. Lakin bütün bu çətinliklərə baxmayaraq, uşaqlardan dördünə professional musiqiçi olmaq nəsib olur.
1943-cü ildə Rafiq Babayev 160 ¹ saylı orta məktəbə və eyni zamanda musiqi məktəbinə daxil olur. Məktəbi bitirdikdən sonra isə musiqi texnikumunun
f-no şöbəsinə qəbul olunur. Hələ texnikumda dərs aldığı illərdə o parlaq istedadı ilə digərlərindən seçilirdi. Elə məhz bu illərdə onun caz sənətinə olan həvəsi özünü büruzə verir və o, improvizə sənətinin sirlərinə yiyələnir. Buraxılış imtahanında Rafiq Babayev proqramla təyin olunmuş klassikadan əlavə məşhur caz-pianoçusu və bəstəkarı Bill Evansın caz-kompozisiyasını da ifa edir (qeyd etməlyik ki, caz o illərdə SSRI-də rəsmi olaraq qadağan olunmuşdu). Elə məhz bu addım onun tərcümeyi-halında həlledici rol oynayır: o, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun diqqətini özünə cəlb edir. Güclü texnika, inamlı ifa, son dərəcə güclü musiqi duyumu milli musiqimizin korifeyi tərəfindən layiqincə qiymətləndirilir.
1954-cü ildə Rafiq Babayev Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına Rauf Atakişiyevin sinfinə qəbul olunur. Onun ifa etdiyi musiqi materialı çox rəngarəngdir – Bethoven, Brams, Şubert, Raxmaninov və digər bəstəkarların əsərlərinin ifası ona böyük təsir göstərmiş və yaradıcılığının inkişaf prosesində həlledici rol oynamışdır. Bütün bunlara baxmayaraq, yalnız bir sahə onun üçün sirli olaraq qalır və hər zaman özündə böyük maraq doğurur ki, bu da – cazdır. Konservatoriyada təhsil almaqla bərabər Rafiq Babayev Azərbaycan radio və televiziyasının dövlət orkestrində fəaliyyətə başlayır. Caz musiqisi ilə məşğulluğunu davam etdirərək o, yaratdığı kiçik instrumental ansambl ilə gənclər klublarında və paytaxtın ali mətkəblərində bir sıra çıxışlar edir.
Bunun nəticəsi olaraq isə 1958-ci ildə Rafiq Moskva şəhərində keçirilən Beynəlxalq Gənclər və tələbələr festivalının laureatı adını qazanır. Konservatoriyanı bitirdikdə Rafiq Babayev aspiranturaya daxil olmaq üçün rəy verilir, lakin o, bundan imtina edib özünü ömürlük caza həsr etməyə qərar verir.
1959-cu ildə Rafiq Babayev konservatoriyanı bitirib rəhbərlik etdiyi caz – instrumental ansamblı ilə keçmiş Ittifaq ölkələrinə uzun müddətli qastrol səfərinə çıxır. Üç illik qastrol səfəri ona böyük müvəffəqiyyətlər gətirir.
Rafiq Babayev məqsədli bir şəxsiyyət idi. Və təəccüblü deyil ki, Rəşid Behbudov kimi dünya şöhrətli sənətkar məhz onu Mahnı teatrına işləməyə dəvət edir. 1963-cü ildə baş vermiş bu tanışlıq gələcəkdə 20 illik yaradıcılığa və şəxsi dostluq əlaqələrinə çevrilir. Onun istedadı, sənətə olan məhəbbəti Rəşid Behbudovu biganə qoya bilməzdi. Sonralar Rafiq müəllim bu gözəl musiqiçi ilə bağlı olan xatirələrində ideyaların üst-üstə düşümünü, maraqların həmrəyliyini və bu dostluğun onun yaradıcılığında silinməz iz buraxdığını dəfələrlə vurğulayıb.
1965-ci ildən başlayaraq Rafiq Babayev "Qaya" ansamblı kimi tanınmış vokal-instrumental heyətlə çalışır. "Qaya"nı öz-özlüyündə iki hissəyə – instrumental kvartet və vokal kvintetə ayırmaq olar. Birlikdə isə onlar tam bütöv bir ansambl təşkil edirdilər və bunda da Babayevin rolu heç də az deyildi.
|