ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
Azərbaycan xalq musiqi nümunələrinin nota salınma tarixi
Ə. Isazadə.
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
Azərbaycan xalq – professional musiqisi: aşıq sənəti
T. Məmmədov.
Bülbül və Azərbaycan xalq musiqisi
R. Zöhrabov.
Azərbaycan xalq musiqi nümunələrinin nota salınma tarixi
Ə. Isazadə.

 



       Çoxəsrlik tarixə malik Azərbaycan xalq musiqisi son dərəcə zəngin və rəngarəngdir. Tarix boyu xalqın məhəbbət bəslədiyi mahnı, oyun havaları, aşıq musiqisi və muğamlar onun həyatı, məişəti, əmək və zəhmətilə bağlı olmuş, gündəlik səmərəli işində zəruri, həlledici rol oynamışdır.
       XX əsrin əvvəllərinə qədər şifahı ənənəli şəkildə yaşayan Azərbaycan xalq musiqisi spesifik forma və janrlar müxtəlifliyi, zəngin ritmi, parlaq ifadə tərzi, özünəməxsus milli xüsusiyyətləri ilə seçilir. Onun xalq musiqiçiləri tərəfindən qorunub saxlanan ən yaxşı nümunələri əsrdən-əsrə, nəsildən-nəslə keçmiş və qiymətli bədii sərvət kimi bizə qədər gəlib çatmışdır.
       Bu sərvəti müasir texniki vasitələrlə lentə yazmaq, nota alıb mühafizə etmək, toplu və məcmuələr şəkilində çap edib mədəniyyət abidəsi kimi qorumaq, yenidən xalqa, həm gələcək nəslə çatdırmaq musiqişünasların mügəddəs borcu, şərəfli vəzifəsidir.
       XIX əsrin əvəllərindən Azərbaycan xalqının çox əsrlik mədəni irsinə, ənənələrinə, məişətinə, musiqisinə olan maraq getdikçə artır. Buna misal olaraq 1817-ci ildə Ivan Dobrovolskinin – "Asiya musiqi jurnalında", 1840-ci ildə Aleksandr Xodzkonun Londonda çap olunmuş "Koroğlu Şərq şair və xalq qəhrəmanı" adı altında kitabda, Petr Siyalskinin "Illyüstrasiya" jurnalında çap olunmuş not nümunələri şübhəsiz Azərbaycan musiqi folklorunun öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Lakin, onların keyifiyyətsiz not yazıları, melodiyanın və metroritmin təhrif edilməsi, formanın daxili qanuna uyğunluqlarının pozulması, nümunələrin həqiqi səslənməsinə uyğun gəlmir və ciddi düzəlişlər tələb edir.
       Həmin dövrdə Azərbaycan xalq musiqisi daima Azərbaycanın dahi bəsbəkarları Ü. Hacıbəyov və M. Maqomayevin diqqət mərkəzində olmuşdur. Onlar, Azərbaycan musiqi folklorunu toplamağa, yazmağa və öyrənməyə hələ Qori müəllimlər seminariyasında oxuduqları illərdə başlamışlar. Bunu, onların əlyazmaları şəkilində olan ilk musiqi albomları bir daha təsdiq edir. Burada onu da qeyd etmək lazımdır ki, həmin albomlar, M. Maqomayevin, 1990-ci ildə Parisdə keçirilən ümumdünya sərgisində, Üzeyir bəyin isə 1901-ci ildə Tiflisdə mədəniyyət sərgisində nümayış olunmuşlar.
       Əsrimizin 20-ci illərindən Azərbaycanda xalq yaradıcılığının yeni çiçəklənmə dövrü başlanır. Milli musiqi sənətinin klassik nümunələrinə əsaslanan xalq musiqi yaradıcılıqı xalq arasında geniş inkişaf taparaq yeni keyifiyyətlərlə zənginləşir və musiqi folklorşünaslıqın əsasını yaradır. Bu işdə mahir müğənənilər, aşıq və xanəndələr, xalq musiqi ifaçıları böyük rol oynamışlar. Ifaçılıq ənənələrinə sadiq qalan, onu daim inkişaf etdirməyə çalışan sənətkarlar icərisində Əsəd Rzayev, Mirzə Bayramov kimi aşıqlar, C. Qaryağdı oğlu, Bülbül Məmmədov, Səyid və Xan Şuşalı kimi xanəndələr, Qurban Pirimov, Ə. Bakixanov, Mansur Mansurov və başqa tarzənələrin sənətə bağlılığı bu gün üçün də nümunə məktəbi ola bilər. Onlar oba-oba gəzmiş, ansambllar təşkil etmiş və məşhurlaşmışlar. Beləliklə, xalq musiqiçilərinin sənəti dildən-dilə, nəsildən-nəslə keçir, peşəkar çizkilərlə zənginləşir və tədricən ümuxalq inçəsənətinə çevirilir.
       1927-ci ildə Ü. Hacıbəyov və M. Maqomayev Azərbaycanda ilk dəfə olaraq "Azərbaycan türk xalq mahnıları" məcmuəsini nəşr edirlər. Məcmuəyə daxil olan 33 mahnıdan ikisini Üzeyir bəy özü bəstələmiş, 19 mahnını isə C. Qaryağdı oğlunun ifasından nota almışdır. Qalen mahnıları Zülfüqar Hacıbəyov toplamış, Üzeyir Hacıbəyov və M. Maqomayev isə onları nota salmışlar. Gərkəmli rus folklorçu, professor P. Fridolinin həmin məcmuəyə yazdığı müqəddimədə deyir ik, "Bu məcmuə yalnız ilk başlancıqdır, lakin elə başlancıqdır ki, Azərbaycan musiqi həyatında yeni şəfəq gətirmişdir". Həqiqətən də bu məcmuə Azərbaycanda musiqi folklorunun toplanmasında və nəşrində ilk mühüm addım idi.
       Həmin dövrdə M. Maqomayevin topladığı üç yüzdən artıq Azərbaycan xalq musiqi nümunələrinin əlyazmaları da böyük maraq doğurur. Xalq yaradıcılığını öyrənmək üçün bu məcmuə zəngin, maraqlı materiallarla tərtib olunmuşdur. Xüsusilə məcmuənin qeydlər şöbəsində harada, nə vaxt və kim tərəfindən toplanmış musiqi nümunələri haqqında faktik materiallar çox qiymətlidir.
       Azərbaycan EA-nın Əlyazmalar Institutunda saxlanan "Xalq musiqi yaradıcılığı" toplusu ilə yanaşı M. Maqomayevin Azərbaycan muğam nümunəsinin nota salınması da diqqəti cəlb edir.
       Məlum olduğu kimi, qeyri-temperasiyalı lad sistemi, bəzəkli melizmlər, melodiyanın improvizasiyalı və sərbəst metro-ritimli quruluşu uzun zaman muğamların nota alınmasında çətinlik törətmişlər-həmin problem hələ yaradıçılıqının ilk dövründə Üzeyir bəyi də düşündürürdü. Hətta bəstəkarın yaradıcılığında muğam, lad və metr qanunauyğunları öz əksini tapmasına baxmayaraq, muğam hələ çoxhissəli, tam şəkildə nota alınmamışdır.
       Azərbaycan musiqi tarixində ilk dəfə olaraq 1928-ci ildə M. Maqomayev bu varib problemin həllində ilk addım atmış, görkəmli tarzan Q. Primovun ifasından "Rast" muğamını nota salmışdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page