ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
Azərbaycan xalq musiqi nümunələrinin nota salınma tarixi
Ə. Isazadə.
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
Azərbaycan xalq – professional musiqisi: aşıq sənəti
T. Məmmədov.
Bülbül və Azərbaycan xalq musiqisi
R. Zöhrabov.
Azərbaycan xalq musiqi nümunələrinin nota salınma tarixi
Ə. Isazadə.

 



       Tar alətinin spesifikliyini dəqiq his edən M. Maqomayev öz not yazısında muğamın əsas strukturunun miniatür formada nəingi əks etdirməyə, həmçinin muğamın instrumental səslənmədə ifaçılıq xüsusiyyətlərini də daxil etməyə nail olmuşdur. Muğamın birsəsli ifasında diqqəti hər şeydən əvvəl, bir çox vasitələr – punktir ritmlər, pauzalar, sezuralar, qısa melodik quruluşun ifadəliliyi cəlb edir.
       M. Maqomayevin "Rast" muğam yazısında muğam dramaturgiyasının tipik vasitələri: maye, hüseyni, vilayəti, şikəsteyi – fars, əraq və s. bölmələrin ardaçılığı da öz əksini tapmışdır.
       Azərbaycan xalq musiqisinin nota salanması, tədqiqi və nəşr edilməsi sahəsində növbəti böyük addım 1932-çi ildə Azərbaycan dövlət Konservatoriyasının nəzdində Elmi Tədqiqat Musiqi Kabinəsinin yaradılması ilə bağlıdır. Xalq musiqisinin misilsiz bilicisi məşhur müğənni Bülbülün rəhbərlik etdiyi bu kabinə musiqi folklorunun toplanması və çap olunması ilə müntəzəm məşqul olmağa başlayır. Həmin təşkilatın xətti ilə respublikamızın müxtəlif zona və rayonlarına ekspedisiylar təşkil olunur. Bu məqsədlə, o dövrdə öz istedadı ilə fərqlənən bir sıra Azərbaycan bəstəkarları: A. Zeynallı, Q. Qarayev, F. Əmirov, C. Hacıyev, S. Rüstəmov, T. Quliyev, Z. Bağırov Qarabağ zonasında, Lənkaran, Xaçmaz, Quba, Qusar, Dilican, Borcalı və başqa rayonlarda olmuş, xeyli miqdarda materiallar toplamışlar.
       Həmin təşkilatın fəaliyyəti, eyni zamanda, qocaman ifaçıların iştirakı ilə xalq musiqi nümunələrini texniki səs yazma vasigəsilə toplamaqdan da ibart idi. Bülbülün təşəbbüsü ilə, o dövrdə fonoqrafın vasitəsilə C. Qaryağdı, Q. Primov, S. Şuşalı, Aşıq Əsəd Rzayev, Aşıq Mirzə Bayramov və başqa sənətkarların ifasında xeyli miqdarda xalq mahnıları, aşıq və oyun havaları toplanmışdır.
       Xalq musiqisinin toplanması ilə yanaşı, bu qiymətli nümunələrin nəşr edilməsində də Bülbülün böyük xidməti olmuşdur. Bu baxımdan "50 Azərbaycan xalq mahnısı" məcmuəsi xüsusilə qeyd olunmalıdır. Məcmuəyə C. Qaryaqdı oğlunun ifasında Bülbül tərəfindən fonovaliklərə yazılmış mahnılar daxil edilmişdir.
       Məcmuə Azərbaycan xalq mahnılarının öyrənilməsi və geniş yayılması işində böyük rol oynamışdır. Onun göməyi ilə musiqi həvəskarları və hüsusilə gənclər bir çox illər Azərbaycan xalq yaradıcılığının gözəlliyi və zənginliyini dərk etmişlər. Məcmuə bu günə qədər də öz əhəmiyyətini itirməmişdir. Məcmuədə olan mehnılar indi də geniş xalq arasında yaşayır və səslənir.
       Elmi Təgqiqat musiqi ocaqını təkcə musiqi folkloru deyil. eyni zamanda nağılar, dastanlar, atalar sözü və xalq şerləri də maraqlandırırdı. Bütün toplanmış materiallar musiqi folklorunun tədqiqində qiymətli mənbədir. Onlar, vaxtilə 30-40-cı illərdə çap olunmuş bir sıra məcmuəllərin məzmununu təşkil etmişdir. Burada S. Rüstəmovun nota alınmış "Azərbaycan xalq mahnıları", "Azərbaycan rəqs havaları", "Azərbaycan aşıq mahnıları" və "Azərbaycan xalq rəngləri" Azərbaycan musiqi irsini öyrənilməsi və yazılması yolunda böyük rol oynamışdır.
       Elmi Tədqiqat Kabinə yarandığı ilk günlərindən Azərbaycan muğamlarının not yazısı ilə də məşqul olur. Burada, 1930-cı ildə maestro Niyazinin C. Qarayağdı oğlunun və Q. Pirimovun ifasından "Rast" və "Şur" muğamlarını nota yazdığını da qeyd etmək lazımdır. Bununla əlaqədar olaraq həmin dövrdə mətbuatda bir necə məqalələrlə yanaşı Üzeyir bəyin də məqaləsi çap olunmuş və o gənc bəstəkarın işini yüksək qiymətləndirərək kələcəkdə Azərbaycan bəstəkarlarını yaradıcılığında muğamların inkişaf perspektivini də qeyd etmişdir.
       Üzeyir bəyin müqəddəs sözləri tez bir müddətə özünü doqruldur. Niyazinin ardınça muğamlara gənc bəstəkarlar Q.Qarayev, F. Əmirov, T. Quliyev, Z. Bağırov müraciət edirlər.
       Niyazinin, Q. Qarayevin və F. Əmirovun muğam yazıları ayrıça çap olunmayıb. Onlar Moskva Konservatoriyasının professorları V. Krivonosovun və V. Belyevin elmi əsərlərində istifadə olunmuş və Moskva P. Çaykovski adına konservatoriyasının kitabxanasında saxlanılır. T. Quliyevin və Z. Bağırovun isə "Rast", "Zabul" və "Dügah" dəstkahları 1936-ci ildə çap olunur.
       Beləliklə muğamların not yazısı elə bir səviyyəyə çatır ki, dünya musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq Azərbaycanda tamamilə yeni bir janr – F. Əmirovun "Şur", "Kürd ovşarı", "Külüstan Bayatı-Şiraz", Niyazinin "Rast", S. Ələsgərovun "Bayatı Şiraz" simfonik muğamları yaranır.
       1960-cı illərdən başlayaraq Azərbaycan musiqi folkloruna maraq daha da artır və bunun nəticəsində xalq musiqi yarazıcılığının müxtəlif janrlarını əhatə edən bir sıra məcmuələr çap olunur. Bunlardan S. Rüstəmovun, F. Əmirovun, T. Quliyevin, Ə. Bakıxanovun, B. Mansurovun, R. Zöhrəbovun, D. Məmmədbəyovun məcmuələrini xüsusi olaraq qeyd etmək lazımdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page