ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
Azərbaycan xalq – professional musiqisi: aşıq sənəti
T. Məmmədov.
Bülbül və Azərbaycan xalq musiqisi
R. Zöhrabov.
Azərbaycan xalq musiqi nümunələrinin nota salınma tarixi
Ə. Isazadə.
|
|
Son üç onillik ərzində şifahi ənənəli musiqinin yazısı və nəşr sahəsində əldə edilən nailiyyətlərdən biri də bəstəkar N. Məmmədovun muğam məçmuələridir. Əkər onun fortopiano üçün nəşr olunmuş birinci nümunələrində muğam dəm səsi ilə müşayiət olunurdusa, sonuncu, Moskvada çap olunmuş "Cahargah" və "Rast" muğamları dostkah şəklində nota alınmış xanəndənin və onu müşayiət edən tar, kemança və dəfin ifasında təsvir olunmuşdur. Bu məçmuələrin ən vaçib və qiymətli xüsusiyyətləri ondan ibarətdir ki, muğamlarda olan zəngin melodik və improvizasiya incəlikləri olduğı kimi, təbii səslənir.
Beləliklə, Azərbaycan xalq musiqisinin inkişaf yolunu, şifahi ənənədən nota yazma prosesini və onun tədqiqini nəzərdən keçirsək, bütün nailiyyətlər Azərbaycan musiqi folklorşünaslığın inkişafı üçün mühüm zəmin yaratmışdır. Təsadüfi deyil ki, qısa müddətə xeyli miqdarda Azərbaycan xalq musiqinin bütün növlərini əhətə edən monoqrafiya və kitabar çap olunmuşdu. Bunlardan, mən hüsusilə Ə. Eldarovanın "Azərbaycan aşıq sənəti" adlı monoqrafiyanı qeyd etmək istəyirəm. Çünki monoqrafiyanın müəllifi Azərbaycanın qədim və zəngin sahələrindən biri olan aşıq sənətinin tarixi və nəzəri problemlərini ilk dəfə araşdırmış təhlil etmişdir.
Hal-hazırda Azərbaycan EA Memarlıq və incəsənət institutunun musiqi folklor şöbəsi 10 cildən ibarət "Azərbaycan xalq musiqi antologiyası" və "Azərbaycan musiqi folklorunun "Atlası" üzərində işi tamamlamışdır.
"Azərbaycan xalq musiqi antoloniya"sı ən qədim dövrdən başlayaraq zamanəmizə qədər yaranmış musiqi folklor nümunələrini əhətə edir. Birinci cildə ailə, məişət, uşaq və lirik mahnılar, ikincisində isə fərdi və kütləvi ənənəvi mahnıları daxıldır. Üçünçü cildə aşıq havaları, dördüncü və beşinci cildlərdə isə, ilk dfə olaraq, lirik aşıq Qərib və qəhrəmanı Köroğlu dastanlarından istifadə olunmuş mahnılar əhətə olunur. Altıncı, yeddinci və səkkizinci cildlərdə yeddi əsas muğamlar, yəni "Rast", "Şur", "Segah", "Çahapgah", "Şüştər", "Bayatı-Şiraz" və "Hümayün" daxildir. Antoloqiyanın doqquzunçu çildə təsnif və rənglər, onuncu da isə rəqs və instrumental melodiyalar öz əksini tapmışdır.
"Azərbaycan musiqi atlası"nda isə Qarabağ, Naxcıvan, Şəki-Zakatala, Astara-Lənkoran, Şamaxı-Şirvan və başqa zonalar əhədə olunur. "Atlas"da müəyən zonalara xas olan xalq musiqi növləri araşdırılır və onların Azərbaycan musiqi mədəniyyətində olan tarixi əhəmiyyəti işıqlandırılır. Məsələn, Qarabağ muğam sənəti, onların ifaçıları və simli musiqi alətləri ilə fərqlənirsə, Naxcivanda gütləvi oyun havaları ("Yallı", "Ahışda"), aşıq sənəti və zərbi, nəfəsli (yan tütək, tulum zurnası) musiqi alətləri əsas yer tutur.
"Atlas"da tarixi məlumatlarla yanaşı, ayrı-ayrı zonalara xas olan etnoqrafik xaritələr, ifaçıların şəkilləri və musiqi not nümunələri təqdim olunur.
Hal-hazırda, həmin əsərləri çap etmək üçün maddi imkanlar axtarırıq, çox təəssüf olsun ki biz belə imkanlara hələ nayil olmamışıq, ümidlə yaşayırıq.
|