À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
Fortepiano sənətinin tarixini vərəqləyərkən… (ardı)
L. Rzayeva.
Search

À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
Fortepiano sənətinin tarixini vərəqləyərkən… (ardı)
L. Rzayeva.
Filateliyada musiqi mövzuları
E. Iskəndərov
ÕÕ ÿñðèí 20-30-æó èëëÿðèíäÿ ìèëëè áÿñòÿêàðëûã öñëóáóíóí ( éåíè úàíð, ìÿçìóí-îáðàç âÿ ìóñèãè äèëè ) ôîðìàëàøìàñûíûí òàðèõè êîíòåêñòè
Ôÿðÿù ßËÈÉÅÂÀ

 



       Artıq bu müxtəsər təsvir belə, oxucuya göstərir ki, romantizmin fortepianosu pianoçuluq tarixində çoxsaylı yeni ifaçılıq məqsədlərini ortaya qoymuşdu. Formal-konstruktiv cəhətdən onların, əsasən iri həcmli, hətta siklopik və çox zaman monotematik konstruksiyaları ifaçı qarşısına dramaturji məntiq və dramaturjibütovlük məsələsini qoyur, hətta forma qüsurları sanki pianoçunu yalnız çalğısı ilə onların aradan götürülməsini tələb edir. Daha sonra səs əlvanlığı, səs təsəvvürü qabiliyyəti (Listin, bəzən isə Şumanın səs təqlidləri və səs timsalları), rəng və rəng çalarlarının zənginliyi, intonasiya və məqam həssaslığı, metroritm plastikası (bu olduqca mühüm məqamdır, çünki Şopen və Listin milli ruhlu əsərlərinin ifalarında uğursuzluqlar məhz pianoçuların onların musiqisindəki metroritm özəlliklərindən vaz keçməsidir), texnikanın, demək olar, istənilən növlərində sərbəstlik – göründüyü kimi, romantik fortepiano musiqisi, artıq bizim adət etdiyimiz bütün ənən əvi bədii pianoçuluq tələblərini qoyur, formalaşdırır və parlaq surətdə həll edir.
       Rus fortepiano məktəbi fikrimizcə yalnız XIX əsrin sonuncu rübündə ilk və tam mənada pianoçuluq dəyəri olan əsərləri səhnəyə çıxarmışdı. Həmən məktəbin həqiqi çiçəklənmə dövrü isə, ciddi danışsaq, XX əsrin əvvəllərindən başlamışdı. Bununla belə hələ XIX əsrdə artıq bir neçə özünəməxsus tapıntılar məhz rus musiqisiylə bağlıdırlar. Bunlardan əsasları, zənglilik, zərblilik (L. Qakkelin müşahidəsi), xüsusi pəhləvanlıq surətləri və məişət musiqi məşğuliyyətindən "cücərən" fortepiano musiqisi (M. Balakirevin "Islamey", M. Musorskinin "Sərgidən rəsmlər", P. Caykovskinin 1 ¹-li konsert, sonatası, çoxsaylı xırda pyesləri və əlbəttə "Ilin fəsilləri" silsiləsi). Bir qədər sadələşmiş formada desək, K. Sen-Sansla birlikdə adları sadalanan müəlliflər "hədsiz-hüdudsuz" romantizm hökmranlığına bir növ milli alternativlər təqdim etdilər (şübhəsiz, bu mülahizədə məlum şərtlilik dərəcəsi mövçuddur).

(ardı var)


QEYDLƏR:
       1. I. Sollertinskiy. Romantizm, eqo obşaə i muzıkalğnaə gstetika. Bax: I. Sollertinskiy. Muzı kalğno-gstetiçeskie gtödı. L., 1956, str. 80-101.
       2. M. Druskin. novaə fortepiannaə muzıka. L., 1928, str. 3-4.
       3. Q. Neyqauz. O Şopene – Bax: Q. Q. Neyqauh. M., 1983, str. 232.
       4. V. Ladovskaə. Şopen i starinnaə franüuzkaə muzıka. – Bax. Vanda Landovskaə o muzıke. M., 1991, str. 264-270.
       5. Qeyd edək ki, XX-ci əsrdə dinamik ostinato Q. Qarayevin G-dur prelüdunda özünün davamını tapmışdı.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page