ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
Rəhilə Həsənovanın əsərlərinin interpretasiya problemləri
A. Əmrahova.
Search

ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
Rəhilə Həsənovanın əsərlərinin interpretasiya problemləri
A. Əmrahova.
Azərbaycan bəstəkarlarının yaradıcılıqda «Novruz» mövzusu
Ş. Köçərli.

 



       Bir neçə əsəri dinləyərkən birinci olaraq nəzərə çarpan statika ilə energetikanı və inkişafı saxlayan (müəyyən vaxta qədər) prosesin, hərəkətsizliklə hərəkətin, dayanışla irəliləyişin heyrətamiz surətdə uzlaşdırılmasıdır. Bu, statikada valehedici dərəcədə əlaqələndirilmiş xüsusi növ prosessulıqdan söz açmağa imkan verir.
       Həmin bədii sxemdə minimalizmlə dəyişik salına bilən bir şey varsa, o da təkrarlıqdır, lakin bu təkrarlığın mənbələri tamam başqa ontoloci əsaslardadır. Bu poetikada repetitivlik zahiridir, burada enercinin toplanması üzrə böyük iş gedir ki, o da dinləyici üçün müəyyən vaxta qədər hissedilməzdir. Bu bədii sxemdə təkrarlıq qaydasının avtomatikləşməsinə bir işarə də yoxdur, çünki təkrarlığın özü daxili dinamikanı istisna etmir. Sufizm ilə paralellik özünü qədərincə bir mənalı şəkildə büruzə verir.
       Məsələn, sufi idrak nəzəriyyəsində varlıq təkmilləşmənin həm yekunudur, həm də sonsuz yoludur, yəni burada statika ilə dinamika eyni zamanda mövcuddur. Intellektual axtarış proseduru və emosional hal yalnız Avropa mədəniyyətinə malik insanın şüurunda antipodlar ola bilər (ona görə də təsadüfi deyil ki, «məqam» sözünün hərfi mənası «dayanılan yer, duracaq məkan» deməkdir). «Şərq» individuumu təfəkkürünün bu əhəmiyyətli xüsusiyyətini Əbu Əli Ibn Sina müdrikcəsinə belə səciyyələndirib: «Varlıq bu nədir?» sualına deyil, məhz «bu haradandır?» sualına cavab verən haldır».
        «Varlıq» sözü ərəb dilində, deməli, həm də bütün islam mədəniyyətində və sufi idrak nəzəriyyəsində «vücud» sözünə uyğun gəlir. «VCD» sözün leksik əsası nəinki «axtarmaq», «aramaq», həm də «duymaq», «hiss etmək» deməkdir. Ona görə də «vucud» anlayışı varlığın qavranılmasının dinamik aspekti, onun qavranılmasının və seyr edilməsinin permanent hissi ilə bağlıdır. Bax, buna görə də bu anlayış yeni tərcümələrdə «varlığın/seyretmənin vahid vəhdəti» kimi ifadə edilir.
       R.Həsənovanın əsərlərində statika hətta vəznin təşkili səviyyəsində dinamik ola bilər. Məsələn, bir çox əsərlərdə vəzn ölçüsü gözlənilməmişdir. Ona görə də demək olar ki, monovəznlik R.Həsənovanın bir çox əsərlərinin poetikasının mühüm fərqləndirici məqamı kimi çıxış edir. Lakin bu bədii sistemdə hətta nəzərə çarpdırılan ritmika tavtoloci silsilə yaradan vəznin monoton (yeknəsək) şəkildə ifa olunması demək deyildir, bu ritmika daxili dinamikanı istisna etmir. Məsələn, «Dərviş»də hər taktda 10 «çərək» səs var. Onların vurğulanması dinamikaya zahiri statik ostinatlıq verir. Proqressiyanın (silsiləliyin) vəzn-ritmik xüsusiyyəti dərhal verilmişdir: əgər 1-ci taktda vurğu 9-cu səsin üzərinə düşürsə, 2-ncidə 8-ci, 9-cu, 3-ncüdə 7, 8, 9-cu səslərin üzərinə düşür. Amma monotonluqsuz və ritmika öncədən bildirilmədən, çünki 4-cü taktda proqressiya pozulmuşdur, hər şey sanki təzədən başlanır, təkcə 9-cu səs yenidən vurğulanılır. Lakin 5-ci takt dayandırılmış proqressiyanı bə rpa edir: burada Sf işarəsi ilə 6, 7, 8 və 9-cu səslər. 6-cı taktda 5, 6, 7, 8 və 9-cu səslər vurğulanır. 7-ci taktda yenidən «pozulma» baş verir: səkkizvəznli subito piano-dan sonra sforsando təzədən 9-cu səsin üzərinə düşür. Bu vəzn ölçüsü baxımından diffuz proqressiya tək bir d səsində öz inkişafının bütün dövrəsini vurur və cis yalnız 17-ci taktda meydana gəlir.
       Bu bədii sistemdə hər hansı bir növün nə intonasiya, nə ritmika, nə də struktur baxımından bölünüb parçalanmasına heç bir işarə yoxdur. Bunların hamısını poetikanın hiperkontinuallıq kimi keyfiyyəti formalaşdırır. Bu ifadənin mənasını necə başa düşmək olar? Burada nə pauza var, nə də tematizm, formanın mənbəyində (hər halda ekspozisiya bölmələrində) «sözlər» yoxdur – hər şey səs ucalığının mütərəddidiliyinin və ahəngin qeyri-müəyyənliyinin amorf-mütəhərrik səviyyəsindədir. Sufinin «Allahla birliyə» nail olduğu mənəvi «təmkinlik» halının xarakteristikasını burada necə xatırlamayasan: «… zaman fasilələrlə kəsilmədən və tükənmədən onun üçün əbədi olur» (Nurbəxş).
       Bu cür musiqi diskursunda «mülahizələr» term və predikatlardan ibarət deyildir. Lakin nəsə daim baş verdikdə həmin təzahürün özü leksiki mə`na cəhətdən formalaşmasa da, sintaksisin «morfologiya» zonasına «müdaxilə»sini göstərir. Məqalələrimizdən birində qeyd etdiyimiz kimi: «Bu müəllifin əsərlərinin səs axınında prosessuallıq fermenti tədricə nominasiya zonasına keçərək, kompozisiya vəhdətinin bütün səviyyələrini dolğunlaşdırır, nəinki musiqi fikrini ayrı-ayrı hissələrə bölməyin klassik tipləri olan melodiya ilə harmoniya, mövzu ilə fon, intonasiya ilə fabula arasındakı, həm də morfologiya ilə sintaksis arasındakı adi hədləri aradan qaldırır» [1].
       Əsərlərin sonunda «sözlər»in («mərsiyə»də «aman» nidası) meydana gəlməsi, hər halda, sözdüzəldiyi prosesdən danışmağa imkan verir. Belə olan halda bu, sintaksis deyil, məhz sintaksisəoxşar münasibətlərdir. R.Həsənovanın poetikasının dünyagörüşü və bədiiliyi minimalizmin və ümumən rasional təfəkkürün Qərbi Avropa analoqlarından məhz bununla fərqlənir. Iki təfəkkür sisteminin - Qərb və Şərq təfəkkür sistemlərinin bir-birindən fərqlənməsinə ən yaxşı sübut, zənnimcə, sufi məqamının Avropa təsəvvüründən ontoloci fərqidir.
       Haydeqqerin rəyincə, məqam vəziyyətinin (im Stand bleiben) özünü yunanlar «var olan», «iştirak edən» kimi və eyni zamanda məqamdan öncəki, təqdim edilməkdən öncəki hal kimi başa düşürdülər. Məqam formanın, yəni hansısa həllin olmasını nəzərdə tutur, ona görə də məqamdan öncəki hal təqdim edilməkdən öncəki haldır, həm də özünütəqdimatdır, görünüşün təzahür halıdır: «Söz ... gözə çarpanın duyulmasını, hadisənin hiss olunmasını, nəyinsə təqdim edilməsini nəzərdə tutur. Təqdim edilən nə varsa, o, mövcud olanın müvafiq növüdür. Hər hansı bir şeyin növü onun özünü, dediyimiz kimi, nədənsə təqdim etməsidir və bu, gözlərimiz qarşısında da məhz beləcə canlanır; yəni yunanların anlamında olduğu kimi, nədənsə və hansı bir keyfiyyətdəsə iştirak edir» [253].
       R.Həsənovanın poetikasında belə şey yoxdur! Müəllifin «məqam»ında heç nə görünmür - nə ahəng, nə mövzu, nə də struktur xüsusiyyətləri. Bir sözlə, büsbütün və tamamilə qeyri-aydınlıq, qeyri-müəyyənlik, qeyri-bitkinlikdir. Beləliklə, biz müasir bəstkar tərəfindən sanki canlandırılmış olan aləmin sufi mənzərəsini görürük.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page