ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
Rəhilə Həsənovanın əsərlərinin interpretasiya problemləri
A. Əmrahova.
Azərbaycan bəstəkarlarının yaradıcılıqda «Novruz» mövzusu
Ş. Köçərli.
|
|
Lakin sufi fəlsəfəsinin, zənnimizcə, ən başlıca və ən mühüm ilahiyyat anlayışı «Tanrının Mərhəmət nəfəsinin fasiləsizliyi» («imtidadi nəfəs rəhmani») ifadəsi ilə müəyyən edilir. Namə`lum bir müəllifin sufi mistik terminologiyası haqqında «Sevgililərin aynası» («Mira ti üşşaq») mə`lumat kitabında həmin termin barədə deyilir: «Bu, mahiyyətin yaranması üçün Varlığın fasiləsiz olaraq axması və cərəyan etməsidir. Belə axın vahid və bütövdür - əgər bu axına onun Ilahi Təkliyindəki qaynağından nəzər salsaq, görərirk ki, buradan o, ən geniş yayılmış nəfəsə oxşayır; elə bir nəfəsə ki, insan onu alıb-buraxdıqda o, «heyvani ruh»un («ruhi heyvani») yüngülləşməsinə xidmət edir. Onun nisbi vücudlarla («vücudati idhafi») əlaqələrini nəzərdən keçirdikdə görünür ki, bu nəfəs çoxsaylıdır, buna görə də səslərdə və ya həriflərdə («huruf») ifadəsini tapan insan nəfəslərinin çoxsaylılığı ilə yaxınlaşır (6, 128).
Bu sitat bizə Səma səs konsepsiyasında nəzərə çarpmadan iştirak edən daha bir sufi konstantasını müəyyənləşdirməyə yaxınlaşmağa imkan verir: söhbət nəfəsin səslərlə (hərflərlə) əlaqəsindən gedir. Qeyd etdiyimiz kimi, bu əsər bir səslə başlayıb, bir səslə də qurtarır - H. Əgər biz Qərbi Avropa mədəni ənənəsin dairəsində olsaydıq, düşünmək olardı ki, bu, orkest ifaçılarının harayının bir növ səs illüstrasiyasıdır. Lakin Şərq (sufi) dünyagörüşü məkanında hər şey daha incə və çoxmənalıdır. Əgər orkest ifaçılarının nəfəsli səsinin özü («hu» nidası) mistik nəfəsalma prosedurunu xarakterizə edirsə (Səbzəvaridə oxuyuruq: «Ah!» - nəfəsalmada, «Hu!» - nəfəsvermədə səslənir. Beləliklə, hər dəfə nəfəs aldıqda və nəfəs verdikdə səslənir: «Hullaballo!»), eyni bir səsə (və hərfə - h) meyl nəinki əsərin səs ucalığı konstruksiyasını möhkəmləndirir, həm də Islamın ən başlıca konstantasını - müsəlmanların təfəkkürünün qrafik üsulunu xatırladır. Axı, Haqq-Təalanın özü Qurani-Kərimin
«Qələm» surəsində qəlmlə and içir: «Nun. Qələmə və (katiblərin onunla) yazdıqlarına and olsun ki».*
Daha bir sufi müəllif nəfəsin, səslərin və hərflərin əlaqəsi haqqında yazır: «Ilahi mərhəmətinin və ya rəhminin nəfəsi (nəfəsi rəhman) varlığa bərabərdir (vücudi idhavi), həmvücuddur, lakin arxetipik formalarda (səsvari - mə`ni), yə`ni Tanrının təkliyi (vahidət) baxımından dəyişməyən arxetiplərdə (ə`yani) və onların konkret aspektlərində (əhkam) təzahürə görə küllidir.
Insan nəfəsi də eynilə bu cür çoxdur və səslərə, hərflərə (səvari-hüruf) bölünərək genişlənir. Insanın nəfəsi isti havanın buraxılmasından və nəfəsalana rahatlıq gətirən soyuq havanın alınmasından ibarət olduğu kimi, nəfəsin də mənəvi prinsipi Ər-Rəhman (Mərhəmətli) adı ilə əhatə olunan Tanrı adlarının genişlənməsindən və ardıcıl surətdə azalmasından ibarətdir (Əbdürrəzzak kaşani, 6, 127).
Bütün bu fəlsəfi düşüncələrlə və reminissensiyalarla əlaqədar R.Həsənovanın yaradıcılığının həm üslub xüsusiyyətləri, həm də Səmanın daxili formasının yeni əsaslandırılması barədə daha bir nöqteyi-nəzər özünü büruzə verir. Diskursun ifrat kontinuallığını da, temporallığın özünəməxsusluğunu da, intonasiya dramaturgiyasının tamamilə qeyri-aşkarlıqdan Sözə doğru inkişafını da Allaha qovuşmağa doğru yol (təriqət) kimi yozmaq olar. Sufizmin əsas ehkamını xatırlayaq: materiya öz təzahürlərinin çoxluğunda həqiqi deyildir, insan bu qeyri-həqiqiliyin buxovlarından azad olmalı və Allaha qovuşmağa doğru öz yolunda kamilləşməlidir. Bu kamilləqmənin mərhələləri əzəldən zirvəyə qalxmaq kimi təsəvvür edilmişdir. Tembr inkişafının - daha aşağı registrlərdən daha uca registrlərə yüksəlişin traektoriyasının özü bu ideyaya Səmada sırf vizual baxımdan daha yaxındır.
Sonra əlavə edək ki, tərki dünyalıq sufi varlığının ilk olsa da, yeganə deyildir: ona qarşı həmişə daha çox tələblər irəli sürülmüşdür – gəlimli-gedimli dünayanın rəngarəng və dəyişkən örtüyünü, mütləq həqiqət işığını sezmək bacarığı. Ona görə də geniş yayılmış metaforalardan biri daxilən, müdrikcəsinə görmək metaforasıdır: «… onun gözləri sifət oldu və bütün bədəni gözlərə çevrildi və … Onun obrazına digəldi» (Əhməd əl-Qəzəli). Islamda təfsir məharətinin əhəmiyyəti və sanballığı bu metafora işığında özünü büruzə verir. Odur ki, bu ülvi məsləkləri yadda saxlayaq və belə bir suala cavab verməyə çalışaq: Müəllifin özünün rə`yini və ya əsərin yaradılması dövründə ona hakim kəsilmiş ideyaları təfsirdə nəzərə almaq lazımdırmı? Əlbəttə ki, nəzərə alınmalıdır, çünki bunu başa düşməmək və ya ona laqeyd olmaq nəinki yaradıcılığın qayəsinin, həm də bədii dəyərin təhrifinə, nəticə e`tibarilə əsərin düzgün təfsir edilməməsinə gətirib çıxara bilər.
Əlbəttə, opponentlər etiraz edə bilərlər: Bas bəstəkar öz əsərini yaradarkən sufi fəlsəfəsinin bütün incəliklərini bilirdimi? Bəlkə də bilmirdi. Amma təfsir etmək məharətinin mahiyyəti də məhz bundadır: əgər əsərin özü məhz bu cür təfsirə meyl edirsə, deməli, belə oxunuşun yaşamaq hüququ var. belə ki, qədim mütəfəkkir demişdir: «… sənin biliyin indiki şeyi və indiki mahiyyəti görməyinə əlavədən başqa bir şey deiyldir. Axı, səsləri eşitmək onların mənbəyini bilmək demək deyildir; onları ancaq görmək yolu ilə dərk etmək olar». (50-51).
ƏDƏBIYYAT:
1. Amraxova A.A. Koqnitivnıe parametrı stileobrazovaniə v muzıkalğnom əzıke.
2. Amraxova A. K ponəitö valentnosti v muzıke //Izvestiə Akademii Nauk Azerbaydcana. (V peçati).
3. Amraxova A. K probleme cestkix (necestkix) desiqnatorov v muzıke. //Materialı XI nauçnoy konferenüii po kulğture i iskusstvu. – Baku: «Çaşıoqlu», - 2000, - 120 s.
4. Eroxin. V. De musica instrumentalis. Qermaniə (1960-1990)».
5. Kulğturoloqiə. XX vek. Gnüiklopediə. T. 2. – SPb.: Universitetskaə kniqa; OOO «Aleteyə», 1998.
6. Nurbaxş Dcavid. Duxovnaə niheta v sufizme. – M.: Optimus Layt, 2000, - 266 s.
7. Ibn al-Arabi. Izobracenie okrucnostey, oxvatıvaöhix podobie çeloveka Tvorüu i sotvorennomu miru. //Mekkanskie otkroveniə (al-Futuxat al-makkiyə) – SPb.: Üentr «Peterburqskoe vostokovedenie», 1995. – 288 s.
8. Xaydeqqer M. Vvedeniə v metafiziku. Izdatelğstvo: NOU – «Vısşaə reliqiozno-filosofskaə şkola», SPb, 1998. – 301 s.
9. Xolopova V.N. Formı muzıkalğnıx proizvedeniy Uçebnoe posobie – SPb.: Izdatelğstvo «Lanğ», 1999. – 496 s.
10. Şukurov Ş.M. Şukurov Ş.M. Soverşennıy çelovek i boqoçeloveçeskaə ideə v islame. // Soverşennıy çelovek. Teoloqiə i filosofiə obraza. – M.: Valent, 1997. – 447 s.
11. Şukurov Ş.M. Iskusstvo i tayna. – M.: Alteya, 1999, - 248 s.
12. Gombrich, E.H. Ideals and Idols. Essays on values in history and art. Oxford, 1979.
|