ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Ifaçılıq...
-
Yaradıcılıq…
-
Qörüşlər…
-
Muzeylərdə…
-
Elmi seminarlarda…
-
|
|
Bura ömrün aynasıdır təmiz, ləkəsiz,
Hər zərrəsi brilyantdan, qızıldan baha.
Üzeyirin ev-muzeyi sənət Məkkəmiz,
Bu gün dönüb ən müqəddəs ziyarətgaha.
Tofiq Bayram
20 noyabr 1975-ci il Azərbaycan mədəniyyəti tarixinə şanlı bir səhifə kimi daxil olmuşdur. Həmin gün ümumtürk mədəniyyətinin sütunu sayılan dünya şöhrətli dahi bəstəkar, publisist, dramaturq, alim, pedaqoq, filosof-tarixçi, tərcüməçi, ictimai xadim və əvəzsiz Insan olan Üzeyir bəy Hacıbəyovun Bakıda ev-muzeyi açılmışdır. Bu mezeyin açılışı bəzi səlahiyyətli şəxslərin laqeydliyi, məsuliyyətsizliyi üzündən düz 26 il ləngimişdir. Hələ 1949-cu il fevral ayının 16-da, Üzeyir bəyin vəfatından üç ay sonra Azərbaycan hökuməti Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyovun adının əbədiləşdirilməsi haqqında doqquz bənddən ibarət qərar qəbul etmişdir. Qərarın 4-cü bəndində göstərilirdi ki, Ü. Hacıbəyovun Bakıda və Şuşada ev-muzeyləri açılsın. 1959-cu ildə Şuşada, "Çölqala" məhəlləsindəki evlərində Üzeyir Hacıbəyovun ev-muzeyinin açılışı oldu. Bakıdakı ev-muzeyi isə 26-ildən sonra 1975-ci ildə Üzeyir bəy Hacıbəyovun anadan olmasının 90 illik yubiley şənliklərində möhtərəm Heydər Əliyevin şəxsi təşəbbüsü və yaxından kömək
liyi sayəsində açıldı və bütün musiqisevərlərin, Üzeyir bəy pərəstişkarlarının ziyarət yeri oldu.
Muzeyin yaranmasında əlaqədar təşkilatlar – Mədəniyyət Nazirliyi, Yasamal (keçmiş Okyabr) rayonunun rəhbərliyi böyük qayğı ilə lazımi işlər görmüşlər. Lakin ən çətin və məsuliyyətli iş isə uzun illər Üzeyir bəyin şəxsi katibi olmuş, Konservatoriyada rektorun birinci müavini vəzifəsində çalışmış, Ü. Hacıbəyovun baldızı oğlu Ramazan Xəlilovun əhdəsinə düşmüşdür. O, muzeyin açılmasında, ekspozisiyanın qurulmasında bilavasitə iştirak etmiş, ömrünün sonuna kimi də muzeyə rəhbərlik edərək onun çiçəklənməsinə çalışmışdır.
Üzeyir Hacıbəyovun ev-muzeyi Bakının akademik Şamil Əzizbəyov (keçmiş Verxni Priyut; Ketsxoveli) küçəsi 67 saylı binada yerləşir. Dahi sənətkar ömrünün 27 ilini (1915-1942) bu evdə yaşamış, bir sıra ölməz əsərlərini də məhz burada yaratmışdır.
Muzey beş otaq, bir şüşəbəndən ibarətdir. Binanın zirzəmisində böyük zövqlə hazırlanmış kino zalı və "yaradıcılıq görüşləri" otağı yerləşir. Muzeyin ekspozisiyası buraya gələnləri Azərbaycan musiqisinin klassiki, milli bəstəkarlıq məktəbinin yaranmasında və təşəkkül tapmasında əvəzsiz yeri olan Üzeyir bəy Hacıbəyovun həyat və fəaliyyətinin parlaq səhifələri ilə tanış edir. Burada bəstəkarın uşaqlıq, gənclik illərindən, Şuşa şəhərində, Qori müəllimlər seminariyasında, daha sonra Sankt-Peterburq konservatoriyasında təhsil aldığı dövr haqqında məlumat almaq olar. Muzeyin qonaqları dahi sənətkarın ehtiyatla qorunub saxlanmış şəxsi əşyaları – yazı masası, kitabxanası, royalı, skripkası, özünəməxsus geyimləri, maraqlı sənədlər, nadir afişalar, proqramlar, fotolar, musiqi alətləri ilə tanış olurlar. Burada hər şey onun sağlığında olduğu kimidir. Tamamlanmamış, yarımçıq qalmış "Azərbaycan" simfonik poemasının partiturası indi də Üzeyir bəyin iş otağındakı yazı masasının üstündə qalmaqdadır. Ümumiyyətlə, mu
zeyin ümumi fondu ilbəil artaraq 10 minə yaxınlaşmışdır.
Muzeyimizin ekspozisiyasında bütün Şərqdə ilk opera sayılan "Leyli və Məcnun"dan başlayaraq, klassik "Koroğlu"ya kimi olan musiqili səhnə əsərlərindən danışılır. Musiqinin hər bir janrında – opera, operetta, balet, kantata, xalq çalğı alətləri "notlu" orkestri üçün fantaziyalar, mahnılar, romanslar, rəqslər və s. əsərlər yazan ölməz bəstəkarımız Üzeyir bəy Hacıbəyov 1937-ci ildə bütün operaların tacı olan məşhur "Koroğlu" əsərini yazmış, bununla da özünə uca, əlçatmaz abidə qoymuşdur.
Burada, dünya şöhrəti qazanmış, 66 xarici dilə tərcümə edilmiş, 120 teatrın səhnəsində tamaşaya qoyulmuş, dörd dəfə (üç dəfə Bakıda, bir dəfə ABŞ-da) ekran həyatı yaşamış "Arşın mal alan" operettası haqqında məlumat verilir. "Arşın mal alan" Los-Ancelosda, Nyu-Yorkda, Çikaqoda, Çində, Türkiyədə, Iranda, ərəb ölkələrində, Hindistanda, habelə Çexiyada, Slavakiyada, Polşada, Bolqarıstanda və başqa xarici ölkələrdə tamaşaya qoyulmuş və böyük müvəffəqiyyət qazanmışdır. Muzeydə Los-Ancelosdan, Nyu-Yorkdan, Türkiyədən, Irandan, Pekindən, Praqadan, Tallindən, Tbilisidən, Həştərxandan, Aşqabaddan, Buxaradan və s. şəhərlərdən əldə edilmiş afişalar, proqramlar və fotolar saxlanılır.
Üzeyir bəy Hacıbəyov hər cəhətdən qabil bir şəxsiyyət olmuşdur. Onda olan yüksək bəstəkarlıq qüdrətiylə böyük tədqiqatçı-alimlik istedadı bir-birini tamamlayır. Ədəbi gücü və əhəmiyyəti baxımından onun publisistikası və ədəbi yaradıcılığı heç də musiqi əsərlərindən geridə qalmır. 1903-1948-ci illərdə publisistika ilə də məşğul olan Ü. Hacıbəyov iki mindən yuxarı publisist yazılarla mətbuat orqanlarında çıxış etmiş, məqalələri 64 təxəllüs altında işıq üzü görmüşdür. Dörd qəzetin "Tərəqqi" (1908-1909), "həqiqət" (1909-1910), "Yeni iqbal" (1915-1916), "Azərbaycan" (1919-1920) qəzetlərinin baş redaktoru olmuşdur. Üzeyir bəyin yaradıcılığının bu sahəsi də muzeydə geniş işıqlandırılır.
|