ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Ifaçılıq...
-
Yaradıcılıq…
-
Qörüşlər…
-
Muzeylərdə…
-
Elmi seminarlarda…
-
|
|
Ikinci dünya müharibəsindən sonra Almaniyadan SSRI dövlətinə gətirilmiş sərvətlər nəinki məhv edilmədi, həmçinin muzeylərə paylanaraq indiyədək qorunmaqdadır.
Bizdə isə əsas var deyək ki, Ermənistan çalışır ki, Azərbaycana məxsus olan mənəvi sərvətləri məhv edərək, unutdurmağa can atır. Buna sübut üçün üürünc monumental büstün Azərbaycana qaytarılmasıdır. Bu büstlər Gürcüstana bərpa olunmaq üçün deyil, metal kimi əridilib satılmaq üçün gətirilmişdi. Bunları Gürcüstandan almaq mümkün olmuş və hal-hazırda Incəsənət muzeyində saxlanılır. Buna sübut olaraq büstlərin üzərində güllə izlərini görmək mümkündür. Axı onlar nə siyasətçi, nə diktator, nə hərbiçidilər, onlar incəsənət adamlarıdırlar. Qarabağda doğulmuş – şairə Natavan və iki dahi musiqiçi – Ü. Hacıbəyov və Bülbüldür.
Ötən il Cex milli muzeyinin filialı olan Cex musiqi muzeylərindən klavişli musiqi alətləri oğurlanmışdır. Bu Praqanın hüdudlarından kənarda yerləşən saxlançlarda pianino, royal, fisqarmon, pozitiv orqan alətləridir. Onların axtarışı ilə Interpol məşğuldur. Güman olunur ki, oğurlanmış alətlər xaricə aparılıb muzeylərə və kolleksiyaçılara təklif oluna bilər. Bütün dünyada kriminal aləmin diqqəti muzeylərə yönəlib. Muzeylərə aid xüsusi dövri mətbuatda davamlı olaraq bu və ya digər ölkələrin muzeylərində baş vermiş oğurluqlar haqqında məlumat dərc olunur. Istisnalar olmaq şərtilə əksər hallarda oğurlanmış bir eksponat haqqında söhbət gedir. Bir neçə il əvvəl Moskvadakı M. I. Qlinka adına musiqi mədəniyyəti muzeyindən biri Antonio Stradivari olan 2 ədəd qiymətli skripka oğurlanmışdı. Həmçinin Stokholmdakı muasir inçəsənət muzeyindən Pablo Pikassonun və Corc Brakın 7 əsəri, Kopenhaqen muzeyindən 5 antikvar zərgərlik məmulatı oğurlanmışdır. Ağır və irihəcmli 12 musiqi al
ətinin oğurlanması faktı nadir hadisədir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyi də daxil olan Beynalxalq Muzeylər Şurası (IKOM) nəzdində Beynəlxalq Musiqi Muzeyləri və Kolleksiyaları Komitəsi (CIMCIM) növbəti yığıncağını IKOM-un XIX Baş Konfransı çərçivəsində 2001-ci ilin iyulun 1-dən 6-dək Barselonada keçiriləcəkdir. Sessiyanın mövzusu: "Ekspozisiyada musiqi alətləri: Nümayış, Muhafizə və Annotasiya"dır.
2002-ci il üçün isə Sankt-Pererburqda CIMCIM-in yığıncağı nəzərdə tutulur. Oraya Teatr və Musiqi muzeyinin direktoru Koşelev tərəfindən musiqi muzeylərinin əməkdaşları dəvət olunmuşlar.
Zemfira ƏSƏDOVA
|