ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Elmi seminarlarda…
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Ifaçılıq...
-
Yaradıcılıq…
-
Qörüşlər…
-
Muzeylərdə…
-
Elmi seminarlarda…
-

 



       Modern, modernizm və postmodern haqqında çox danışılıb, çox yazılıb. Lakin həm geniş oxucu auditoriyası, həm də peşəkarlar tez-tez bir cəhəti unudurlar ki, «yeni» mənasını verən ingilis sözü «modern»-dən əmələ gələn hər üç anlayış XIX əsrin sonu və XX əsr incəsənətinin təkcə və sadəcə üslubu sistemlərini və cərəyanlarını özündə ehtiva etməyib, nəsə daha böyük məna kəsb edir. Bu «nəsə» - müasir incəsənətin rəngarəng forma və texnologiyaları arxasında gizlənən və onları hökmlə idarə edən bəşəri mədəniyyətin əbədi mifləridir.
       Ötən əsrin sonunda aydın oldu ki, hər hansı vahid mədəniyyətin nüvvəsini təşkil edən mif - «yalnız fikir deyil, həm də layihədir və özlüyündə müəyyən enerji potensialına malikdir» (1, s.10). Mifin enerjisi sosial kollektivləri qidalandırır, mədəniyyət formalarını və institutlarını yaradır, insanlara həyati-vacib layihələri yerinə yetirmək üçün güc verir. Başqa sözlə, hər bir mif dünyaquruculuğu potensialına malikdir. Mifin enerjisi tükənən kimi isə onun yaratdığı dünya mənzərəsi də dağılır və ona əsaslanan sosial-mədəni icmanın dağılmasını da qaçılmaz edir.
       Geniş mənada modern mifi - Maarifçilik cərəyanının nəhəng layihəsidir. Və bu - Tomazo Kampanellanin utopiyasına gedib çıxan, ənənəvi mədəniyyətin dayaqları ilə kəsişən, ilahi olanı inkar edən və dünyanın yenidən qurulmasında ümidlərini insan ağlına, onun rasionalizminə bağlayan layihədir. Nəhəng maarifçilik layihəsi iki tarixi versiyada həyata keçir - Qərb və Şərq. Bunlardan birincisi - liberal dəyərləri, ikincisi - sosialist dəyərləri rəhbər tutur.
       Biz modernin sosialist versiyasının süqutunu birbaşa, canlı yaşadığımız halda, liberal tipli modernin transformasiyasını kənardan, əgər estetik deməsək - mədəni paradiqmaların yalnız dəyişilməsi halı kimi qəbul etdik. Halbuki 1970-ci illərin sonunda J.F. Liotar tərəfindən «postmüasir» vəziyyət, yəni postmodern kimi qiymətləndirilən dəyişikliklərin nəticəsi Qərb cəmiyyətinin - davranışın sosial streotiplərindən və maliyyə sistemindən tutmuş, geosiyasətədək - bütün sahələrini əhatə etmişdi. Bu mənada postmodernist paradiqma sivilizasiyanın qlobal dəyişikliyi deməkdir. Postsovet məkanında yaranmış ideoloji vakuum tezliklə postmodern təsisatları və prioritetləri ilə doldu. Paradiqmaların əvəzlənməsindən ən tez mədəniyyət fenomeninin daha «xalis» növü olan incəsənət təsirləndi. Azərbaycan bədii mədəniyyətində postmodern paradiqramasının ilkin yayılma simptomları demək lazımdır ki, 1980-cı illərin ortalarından görünməyə başlayır. Lakin, ölkənin nə kulturoloq, nə də, xüs usən, sənətşünas alimləri həmin prosesi dərk etməyə cəhd göstərməyiblər. Axı, məhz incəsənətin yuxarıda qeyd etdiyimiz cəhətinə söykənən postmodernin bədii prosesinin modelləşdirilməsi mədəniyyətin fenomenini xalis halda əks etdirir, sivilizasiya inkişafının prinsipial yeni tipinə keçidi şəraitində istiqaməti müəyyənləşdirməyə imkan verir. Elə Azərbaycan EA-nın Memarlıq və Incəsənət Institutunun keçirdiyi «Azərbaycan incəsənətində postmodernizm» adlı elmi seminarın əsas motivini də bu müddəalar təşkil edirdi.
       Seminar həftəaşırı olmaqla 2000-ci ilin noyabrından 2001-ci il fevral ayının əvvəlinədək Institutun «Estetika» şöbəsinin bazasında keçirildi. Bu müddətdə altı məruzə dinlənilib müzakirə edildi. Qeyd etmək lazımdır ki, əvvəldən seminarın keçirilməsi üçün tərtibçilik yox, təqdimatçılıq taktikası seçilmişdi. Birinci taktika qabaqcadan düşünülmüş müəyyən fikirlərin ədəbi tərtibini nəzərdə tutur. Belə hallarda nəticənin səviyyəsi peşəkarlıq erudisiyası ilə - təqdimatçılıq təcrübəsinin zənginliyi və müqayisəli bilgilərlə müəyyən edilir. Ikinci taktikanı isə nağıl qəhrəmanlarının «ora gedirəm ki, hara getdiyimi bilmirəm, onunçun gedirəm ki, nə gətirəcəyimi bilmirəm» funksiyasına bənzəyir. Burada təqdimatçılıq refleksiyası, hər bir mərhələdə nəinki yalnız nəticəni, həm də problemin təhlil vasitələrinin dərk edilməsi lazımdır, çünki elmi - tədqiqat kollektivi «ona lazım olan aləti iş prosesində yaradır» (2, s. 31). Beləliklə, seminarın məqsədi kimi qarşıya Azərbaycan incəs ənətində postmodernizm problemi qoyulmuşdu. Əsas vəzifələrdən biri isə tədqiqatın predmetinə uyğun yanaşma və araşdırma üsullarının müəyyən edilməsi idi.
       Seminar öz işinə bu sətirlərin müəlliflərinin «Azərbaycan sənətşünaslığında postmodernist təfəkkür» adlı məruzəsi ilə başladı. Çıxışçı ilk öncə milli sənətşünaslığımızda postmodernin vəziyyəti ilə, ayrılıqda postmodernist diskursun fərqləndirilməsini təklif etdi. Birinci, 1990-cı illərdə meydana çıxmış bəzi elmi işlərlə əlaqədardır ki, onların da «sənətşünaslıq haqqında sənətşünaslıq» (3, 4, 5) adlandırmaq olar. Postmodernist diskursun üzə çıxarılması isə daha dərin təhlil cəlb edir. Son on beş il ərzində biz müşahidə edirik ik, postmodern paradiqması - mədəniyyətin aktual hadisəsi kimi tarixi sənətşünaslığa, Azərbaycan incəsənətinin tarixi öyrənilməsi metodlarına və problematikasına birbaşa təsir göstərir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page