ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Elmi seminarlarda…
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Ifaçılıq...
-
Yaradıcılıq…
-
Qörüşlər…
-
Muzeylərdə…
-
Elmi seminarlarda…
-

 



       Sənətşünaslıq namizədi Anna Əmrahovanın «Azərbaycan musiqi sənətində postmodern vəziyyətinə dair» məruzəsi postmodernin koqnitiv qaynaqlarına həsr olunmuşdur. Mədəniyyət inkişafının müxtəlif dövrlərində oxşar mədəni şəraitlər yaranır. Postmodernist vəziyyətin dövrü təkrarlığı - mədəniyyətin ritmik nəbzinin əkslərindən biridir. Hələ Umberto Eko qeyd edirdi ki, «avanqard» və «postmodern» məfhumları nəinki konkret, eləcə də geniş mənada, yəni transtarixi anlayışlar kimi nəzərdən keçirmək mümkündür.
       Məruzəçi mədəniyyət tarixində postmodernist vəziyyətinin qanunauyğun xarakterini həm psixologiya, həm semiotika (poetikaların müxtəlifliyi «struktur» və «hadisə»-nin qarşılıqlı münasibəti baxımdan nəzərdən keçirilir), həm də kulturologiya («kanon» və «yenilik» müxtəlif yaradıcılıq metodların əksi kimi) nöqteyi nəzərindən sübuta yetirilir. Məruzəçi milli bəstəkar məktəbimizdə iki tamamilə zidd istiqamətlərini təmsil edən Qara Qarayev və Fərəc Qarayev şəxsiyyətlərinə müraciət edir, əgər Qara Qarayev «tarixi» insan tipini təmsil edirsə, onun oğlu, şübhəsiz, ənənəvi mədəniyyətin təmsilçisidir. Yaradıcılığının iki tipi arasında olan fərqi aşağıdakı ələamətlərə görə aşkar etmək olar. M. Eliade qeyd edir ki, tarixə səmtləşmiş insan tarixin (inqilabın) yaradıcısıdır, ənənəvi mədəniyyətin insanı isə hər şeydə arxetipə (rituala) aidiyyət nümayiş etdirir. Buna görə birinci öz yaradıcılığında yenili-yin yaratmasına, ikinci isə təkrarlığa səmtləşir. «tarixi insanın» metodunun əsasını istibdad (V. Martınov), «tradisionalistin» isə kanon təşkil edir.
       A. Əmrahova güman edir ki, həm ibtidai, həm də poststruktura-lizm dövrü incəsənətinin əsasını eyni düşüncə tərzi təşkil edir. Bu da oxşarlığa deyil, eyniyyətə olan meyildir. Çıxışın sonunda o, Fərəc Qarayevin «Xütbə, muğam və surə» əsərində kanonik və postmodernist əlamətlərini təhlil etmişdir.
       Aludə Əhmədovanın «Sərgilərin tərtibatında postmodernizm» adlı məruzəsi bizi məkan sənətlərin postmodernist problemlərinə geri döndərir.Məruzə əsasən 2000 ilin dekabr ayının 22-də acılmış «Zamanin Qanadlarında» adlı modernist və postmodernist təmayüllü rəssamların sərgisinin təhlilinə həsr olunmuşdur. Sərgi Açıq Cəmiyyət Institutu tərəfindən təşkil olunmuş və Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin tələbələrinin əsərlərindən ibarət olmuşdur. Sərginin bədii rəhbəri dosent Leyla Axundzadədir.
       Sərgidə boyakarlıq, heykəltaraşlıq, fotoplakatlar, qrafik lövhələr, geyim modelləri ilə yanaşı «canlı» eksponatlar da nümayiş etdirilmişdir. Onlardan biri postmodernist mədəniyyətinin ən yayılmış mövzularından olan ekoloji mühitinə həsr edilmiş Fərid Abdullayevin canlı almalardan yaratdığı və alma formasını təsvir edən kompozisiyasıdır.
        «Hörmçək toru» adlanan kompozisiyanın tərkibinə daxil olan müəllif - sərginin digər canlı eksponatıdır. Müəllifin - biz onu rəssam, yaxud heykəltaraş olaraq qəbul edirik - qeyri-bitkin, təsəvvürünə görə yaratdığı obraz simvolik surətdə həm hörmçək, həm də onun qurbanı kimi qavranıla bilər. Əsər çox mənalıqla seçilir; belə ki, buradakı hörmçək toru cəmiyyətdə özünü büruzə verən ictimai ziddiyyətlər, hörmçək, yaxud onun qurbanı isə bu cəmiyyəti təmsil edən ümumiləşdirilmiş bədii obrazıdır. Nəhayət, hörmçək özü öz torunun qurbanı ola bilər. Rəssam əsərini tamaşaçılara təqdim etmək üçün uzun müddət sərgi salonunda, öz əsərinin içində qalmalı olmuşdur. Bu addım «hərəkətsiz rəqs» təsiri bağışlayır və teatrəlizə edilmiş kompozisiyanın çoxmənalılıq məkanını genişləndirir.
       Postmodernist ekspozisiyası mühiti zəbt edərək onu səhnəyə çevrilir; belə mühitdə tamaşaçı iştirakçıya çevrilir. Ayrıca götürülmüş hər hansı bir əsər də öz çərçivəsindən çıxıb interyerin bir hissəsini eksponata qata bilər. Bu baxımdan interyer özü də eksponat kimi çıxış edir.
       Postmodernist incəsənətinə xas olan illyüziya, optik aldanma cəhətləri baxımdan Anton Osverin iki kompozisiyası maraq doğurur. Eyni müstəvi üzərində asılmış iki tablonu biz müxtəlif divarlarda asılmış kimi, onların arasındakı kiçik məsafəni isə künc kimi qavrayırıq. Tabloların üzərinə bərkidilmiş xaç, Isa peyğəmbərin obrazı və mobil telefon aparatları istisna edilərsə, onlar sırf dəzgah rəngkarlığı təəsüratı yaradır.
       Məruzəçinin fikrincə, modernizm radikallığı tematikada görürdüsə, postmodernizm üçün radikallıq hər hansı bir ölçü və qurumda təzahür edə bilər. Beləliklə, sərgidə nümayiş etdirilən əsərlərin nəzərə çarpan xüsusiyyətlərdən modernizm və postmodernizm əlamətlərini özündə birləşdirməsidir.
       Növbətli, «Kino sənətində postmodernizm» adlı məruzə seminar iştirakçılarının diqqətinə Arzu Bağırov tərəfindən təqdim edilmişdir. Çıxış edən kino sənətində postmodernizmin yayılmasını mürəkkəb və ziddiyyətli hadisə kimi xarakterizə etmişdir. 1960-cı illərin sonunda kontrmədəniyyət, Q. Markuzenin ideyaları və ingilis «hirsləndirilmişlərin» hücumu nəticəsində modernizm incəsənətinin imkanları tükənir. Üslubsuzluq dövründə üslub axtarışı şəraiti yaranır. Postmodernist vəziyyət mədəniyyəti vahid, qırılmaz və bitkin «mətn» kimi nəzərdən keçirərək modernizmdən çəkilir. Buradan irəli gələn eklektika, müxtəlif üslub və janrların qarışdırılması, sitat və istinadların müxtəlifliyi, fraqmental əhvali-ruhiyyə əsas məqsəd kimi təşəkkül tapır. «Oyun» özü mənaya çevrilir.
       Kinoda postmodernizmin müjdəçiləri J.L. Qodar, S. Kubrik, P.P. Pazolini, M. Ferreri və bəzi başqa rejissorları hesab etmək olar. Lakin kinoda postmodernist vəziyyət qəti olaraq 1970-ci illərin sonunda yaranmışdır. Kinoda modernist estetikasını yaratmaq alman R. Fassbinder və ingilis rejissorları S. Frirz, P. Qrinuey, K. Rassel və D. Carmenin taleyinə düşmüşdür. Bu prosesə telereklam, videokliplər, elektron montaj və başqa texniki amillər böyük təsir göstərmişdir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page